Jump to content


Photo

01 апреля 2015 года


  • This topic is locked This topic is locked
84 replies to this topic

#1 admin

admin

    Administrator

  • Админ
  • Pip
  • 100,154 posts

Posted 06 March 2015 - 07:41 AM

Əs salamu aleykum və rahmətullahi va bərakatuh!
Əziz müsəlmanlar! inşəAllah, aprelin 1-dək suallarınızı forumda verə bilərsiniz.
Suallarınız bir neçə gün ərzində məscidimizin imamı Qamət Suleymanov tərəfindən cavablandırılacaqdır.
Hamınızı maraqlı suallarla gözləyirik!
Salam aleykum!


Ас саламу алейкум, уважаемые мусульмане!
ИншаАллах, до 1-го апреля можете задавать вопросы на форуме.
В течении нескольких дней на ваши вопросы ответит имам нашей мечети Гамет Сулейманов.
До встречи в онлайне! Готовьте вопросы.
Салам алейкум!!


DİQQƏT, DİQQƏT, DİQQƏT!!!
Yalnız söz yığımından ibarət olan,
əxlaqsız və ədəbdənkənar ibarələrlə dolu olan,
forum iştirakçılarının bir-birinə
elmsiz, dəlilsiz və əsassız cavabları
silinərək foruma buraxılmayacaq.
Yazıları bu şərtləri ödəməyən istifadəçilər
haqqı halal etməni tələb etməsələr də olar,
çünki forumun və onun sahibinin
haqqını ödəmək lazımdır.


#2 Guest

Guest
  • Guests

Posted 07 March 2015 - 02:34 AM

Salam aleykum seyx. Allah rizasi ucun vereceyim bu unvanda olan sohbetin ne qeder dogru oldugunu bildirerdiniz
*********

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Bu adam məsləhət deyil. Cahilin biridir. Hizbçi, xəvaricin biridir. Belə şeylərə qulaq asmayın.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#3 Guest

Guest
  • Guests

Posted 07 March 2015 - 05:20 PM

Şeyx İŞİD-ə qarşı Amerika koalisiyasına qoşulanlara Qamət demək olar?!!!

Cavab:

Deyəsən sən İslama təzə gəlmisən. Salam vermirsən. Birinci, İslamda, bizdə müsəlmanlarda belədir ki, başlayanda deyirsən "əssələmu aleykum va rahmətullahi va bərakətuh". İkincisi, sənin Amerikayla nə işin var? Sən hələ təzəsən, salam verməyi öyrən, dəstəmaz, təharətin ədəblərini və s. öyrən. Bu sənin üçün daha faydalı olar. Onu sənə kim öyrədib ki, Amerika qoşununa Qamət denən? Onu kim sənə öyrədib? İstəyirsən Obamaya deyim, çəkilsin hər yandan. Belə şeyləri kimki sənə öyrədib, belə adamlarla oturma ki, belə səfeh suallar verməyəsən. İŞİD-i pisləyən mən yox, böyük alimlərimizdir, əlhəmdulilləh. Şeyx Fovzan və başqaları. Əlhəmdulilləh. Və Amerika qoşunlarına de, Amerika qoşunları. İŞİD-ə de, İŞİD qoşunları. Vəssalam. Belə cavab necədir? Yaxşıdır? Xoşuna gəldi?
Allah daha yaxşı bilir!


#4 Guest

Guest
  • Guests

Posted 07 March 2015 - 09:31 PM

Salam aleykum. Mene sual verende ki en chox atani isteyirsen yoxsa anavi? Men deyirem ikisini de. Atam eqaistdir ele isteyi odur ki, ancaq ona diqqetli olasan, onu isteyesen ve s. Men tutalim ona xosh getsin deye atami daha chox isteyirem desem yalan danishmish oluram? Gunahdi? Ve yaxudda ikisini de eyni istemek dinimize gore necedi? Ustunluk kimese verilmelidi?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Sən de ki, mən hər ikisini istəyirəm. Hansını çox, hansını az onu axtarma. Ola bilər anavı çox istəyəsən, ola bilər atavı. Bu təbii haldır. Sənin qəlbinlə bağlı məsələdir. Amma hər halda sənə deyəndə, bu məsələyə görə mübahisə eləmə. Məsələləri qaldırma. Belə məsələlər ixtilafa aparmasın. Sadəcə de ki, ikisini də istəyirəm, vəssalam.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#5 Guest

Guest
  • Guests

Posted 08 March 2015 - 04:35 PM

Əs Salamu aleykum və rahmətullahi və barakətuh.
Şeyx məcbub nədir?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Ola bilər sözü düz yazmamısınız. Yenidən yazın.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#6 Guest

Guest
  • Guests

Posted 09 March 2015 - 03:29 PM

as salamu aleykum va rahmatullahi va barakatuhu.
Bu melumat dogrudurmu?

Этапы гниения в могиле с первой ночи до 25 лет!

В первый день тело человека в могиле начинает гнить от уровня живота и половых органов. Пресвят Аллах! С живота и половых органов! Это основные органы (вещи) который сын Адама должен беречь в этом мире. Две потребности, которые потеряет человек в первый день в могиле. Потом, организм меняет свой цвет на зеленый. На второй день начинают гнить печень, селезенка, легкие и кишечник. На третий день, труп начинает источать зловоние. На седьмой день, начинаются отеки на лице, отекают глаза, язык, щеки. Через десять дней тело будет сильно опухшим, из-за гниения органов в брюшной полости, желудка и селезенки. После двух недель выпадают волосы. После 15 дней синие (трупные) мухи чувствуют запах трупа за пять километров, и черви охватывают весь организм. После шести месяцев, вы не найдете ничего от тела кроме скелета. После 25 лет эта структура превращается в прах, внутри этого праха есть кость, и называется она копчик. «И в день Великого Суда, человек будет восстановлен из копчика…». Могила зовет пять раз и говорит: «Я дом одиночества, так сделай чтение Корана своим другом! Я дом мрака, освети меня ночной молитвой! Я дом пыли, так сделай себе кровать из хороших дел! Я дом змей, захвати противоядие - «с именем Аллаха»! Я дом Мункара и Накира, говори побольше «Ля иляха илля-Ллах!» Бисми-Ллях! Представь Судный день и ты в спросе! Ты в этой жизни много нагрешил(а), ты в такой ситуации что ни кто тебе не позавидует и ты себе скажешь что ты точно будешь в огне! Представил(а)?. Тогда о чём ты будешь мечтать? Конечно, ты будешь мечтать чтоб земля проглотила тебя, не правда ли? Ну ладно, слушай! Представь, в то же время придут горы благих дел, знаешь откуда? Это пять минут твоего труда каждый день или каждую неделю или даже меньше этого или как ты хочешь, но знай, на сколько больше будет твой труд, на столько больше будут и твои горы, представил(а)??? Эти пять минут слов, которые ты сам(а) читал(a) и другим напоминал(а)! А сейчас, первое что ты должeн(на) сказать: Субхьана-Ллох1и ва бихьамдих1и, Субхьана-Ллох1иль-1азыйми ( Слава Аллаху и хвала Ему, слава Аллаху Великому) сказал(а)? Ты знаешь вознаграждение которое ты сейчас получил(а)??? Знай, что ты сделал(а) Ин ша Аллах чашу благих дел тяжелей и знай чем больше ты их скажешь тем тяжелее будет твоя чаша!!! Пророк (да благословит его Аллах и приветствует) сказал: "Два слова, любимые для Милостивого, легкие на языке и тяжелые на весах: Субхьана-Ллох1и ва бихьамдих1и, Субхьана-Ллох1иль-1азыйми ( Слава Аллаху и хвала Ему, слава Аллаху Великому).

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Bunlar səhih deyil. Birincisi, belə söhbətləri gərək Quran və Sünnəyə istinad edəsən. Belə şey yoxdur. Ona görə bunlar fərziyyələrdir. Belə şeylərə inanmayın.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#7 Guest

Guest
  • Guests

Posted 09 March 2015 - 11:15 PM

Salam aleykum. Men bayrami bayram kimi qebul etmirem, amma ailede fitneye sebeb olmasin deye chox da her sheye qarshi chixa bilmirem. Shirniyyatlardan yeyirem, qonaq sufresine otururam ve s. Sadece maraq uchu, qeyri adilik uchun yumurta boyaya bilerem? Onsuz da men etmesem de evde edirler. Men de maraq uchun ede bilerem?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Hər halda sən qarışma. Bacardığın qədər çəkin. Vəssalam.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#8 Guest

Guest
  • Guests

Posted 09 March 2015 - 11:39 PM

assalamu aleykum eshitdiyime göre rasulullah s.a.v ömründe bir neferi öldürüb umayy ibnu xalafa -ni bu düzdü? yeni nece dene döyüshlerde istifade edib amma heckesi öldürmeyib? Allah sizden razi olsun

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Peyğəmbər (sallallahu aleyhi va səlləm) müşriklərdən bir nəfəri öldürüb. O da Ubey ibn Xaləfdir.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#9 Guest

Guest
  • Guests

Posted 10 March 2015 - 12:58 AM

Salam aleykum!

http://bizimyol.info/news/48593.html

????

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Bu şeytan-meytanın planlarıdır. Ola bilər. Lakin hər halda biz dinimizə sığınmalıyıq. Dinimizə sığınsaq, Allah Təalə bizi izzətləndirəcək.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#10 Guest

Guest
  • Guests

Posted 10 March 2015 - 01:23 AM

salamaleykum rehmetullah.men (sozlerime gore uzr isteyirem) xayalarimdaki agrilar sebebile hekime muraciet elemisem. muayineden sonra heki mene 1 ay erzinde 3defe masturbasiya elemeyi meslehet gorub. onuda deyim ki men 2 il bundan qabaq 2terefli damar genislenmesinden emeliyyat olunmusam. hekimde hemin xesteliyin yeniden yaranmamasi ucun bu emeli mene meslehet gordu. siz mene ne nesihet ederdiz? Allah razi olsun. Salamaleykum rehmetullahi bereketu.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Həkim, birincisi, cahildir. Ona görə onun üçün bu şey normaldır. Yaxşı ki, sənə deməyib ki, get zina elə. Sən hər halda çalış evlən. Evlən, bu problem bitəcək. Sən masturbasiyanı fikirləşmə, evlənməyi fikirləş.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#11 Guest

Guest
  • Guests

Posted 10 March 2015 - 05:05 AM

Eşitmişəm deyibsən ki, hətta musiqi aləti olmadan belə nəşid oxumaq haramdır.
Kişidi bu, bığları da var.

Cavab:

Məgər sən naşid oxumaq istəyirsən? Özü də bunu mən deməmişəm, alimlər deyir. Naşid hardan çıxdı? Mənim bığım, həmçinin saqqalımda var. Sən öz bığıva, saqqalıva bax. Onda mahnısız meyxana demək olar ki. Meyxanaçılarda mahnısız deyirdə. Kibrit qutusuna çıtma vurmaqla. Onda o deməkdir ki, meyxana olar? Naşiddir və s. bunlar hamısı olmaz, qardaş. Bu sələfilərin əxlaqından deyil.
Allah daha yaxşı bilir!


#12 Anar

Anar
  • Guests

Posted 10 March 2015 - 09:54 PM

salam aleykum ve rahmetullahi ve beraketuhu
namaz qilarken weytan vesvese verir hemcinin qurani kerim oxuyarken de vesvese verir
bes neye gore azan oxunarken weytan qacir??? qacmasinin sebebi nedi??? neye gore azan oxunarken vesvese vermir
salam aleykum ve rahmetullahi ve beraketuhu

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
O demək deyil vəsvəsədən qurtarmaq olar. Sadəcə ona görə qaçır ki, belə şeytana şiddətlidir. Çünki azan müsəlmanları ibadətə çağırır. Bir nəfəri yox. Minlərlə müsəlmanı bir yerə cəm olmağa çağırır və bu şeytana daha təsirlidir.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#13 Brat-Musulman

Brat-Musulman

    Пользователь

  • Пользователи
  • Pip
  • 13 posts
  • Location:Baki

Posted 11 March 2015 - 07:30 AM

Салам алейкум
1. Что делать если во время намаза произошла отрыжка? Я где-то читал что если отрыжка произошла во время намаза, то надо остановится, пойти взять омовение, ни с кем не разговаривать в это время, и потом продолжить намаз там где остановился. Так ли это?
2. Можно ли совершать намаз когда хочется справить малую нужду, но не так чтоб совсем нетерпимо было? Просто иногда есть трудности чтобы сделать малое омовение.
3. О протирании носков во время омовения. Есть ли причины когда можно их протирать, например очень холодно, или воды мало? Или можно даже протирать носки когда просто лень снять их и помыть ноги?
4. Нужно ли заново совершать намаз, если после намаза обнаружил что выделилась совсем немного смазки или мази, или мани, в нижнем белье маленькая точка.
5. Можно ли всегда после каждого фард намаза сразу же говорить 3 раза агстафируллах, затем аят аль Курси, затем по 33 раза восхваление возвеличивание и прославление Аллаха.
6. В сафаре магриб намаз тоже укорачивать? И как лучше, совмещать зохр и аср, магриб и иша, или читать все в свое время? И если совмещать, то как совершать, 2+2 как например в духа намазе, или надо икамат произносить в начале каждого намаза?
7. Если во время первого ташаххуда после салавата произнес также дуа от 4 бед, то надо ли в конце делать сажда сахф? И что делать если даже салам дал? Продолжать намаз или заново начать?
Аллах сенден разы олсун
Салам алейкум

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Xeyr, bu məlumat düzgün deyil. Gəyirmək namazı da, dəstəmazı da pozmur.
2) Olar.
3) Olar. Əsasən çalış soyuq olanda, su az olanda. Amma tənbəlliyə görə eləmə. O yaxşı adət deyil.
4) Bəli.
5) Olar.
6) İmkan dairəsində hətta səfərdə olsan 5 vaxt qıl. İmkan olmasa o zaman birləşdir. Bəli, 2+2, sonra 3+2. Bəli, hər namazın qabağında iqamə.
7) Ona görə heç nə lazım deyil.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#14 Omer Ibn Ali Ibn Abu Talib

Omer Ibn Ali Ibn Abu Talib
  • Guests

Posted 11 March 2015 - 10:22 AM

Salam Aleykum ve rehmetullahi ve barakatuhu. Seyx Allah sizden razi olsun insannara dogru yolu gosterirsiz. Seyx men isterdim sizin derslerinizde iwtirak edim. Nece ede bilerem?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Hələlik mən belə ümumi dərslər vermirəm. Amma ixlasla.com-dan istifadə edə bilərsən, inşəAllah.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#15 Guest

Guest
  • Guests

Posted 12 March 2015 - 04:11 PM

salam aleykum, ruku ve secdelerdeki zikrleri 3 defeden artiq demek olar? elave ruku ve secde ucun sunnede gelen zikrleri de bir nece defe demek olar?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Olar, 3, 5, 7, 9. Olar demək.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#16 sual

sual
  • Guests

Posted 12 March 2015 - 07:03 PM

Salam aleykum
Qadinlar butunlukde bedenlerindeki tuklerden azad olmaq ucun qadin hekimin yaninda epilyasiya ucun soyuna biler?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Olar, amma əsas yerlər bağlı olsun.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#17 Guest

Guest
  • Guests

Posted 13 March 2015 - 11:44 PM

Salam aleykum. Gun erzinde qilinan 11ruket sunne namazina gore cennetde ev tikilir duzdu??? Men subhden megribecen hesablYim 1gunun namazlarini yoxsa bu megribde o birin gunun megribinecen hesablanir

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Bəli, bu səhihdir. 11 yox, 12. Hesablamaq da lazım deyil. Siz necə var o cür qılın hər bir şeyi öz vaxtında. O özü olacaq, inşəAllah.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#18 SUAL

SUAL
  • Guests

Posted 14 March 2015 - 12:46 AM

Salam aleykum
Qardaw bilmek isteyirem Ehli sunne ucun kim daha xeyirlidi kafir esed, xomeyni, sistani ugrunda, (Allahin leneti onlarin ustune olsun) qebirlere secde tevaf eliyen qebirlerden bereket isteyen (Allahin adi ile deyil) insan adi ile and icen, olulerden komek isteyeyen ve onlara tevekkul eliyen,dik qoyulmuw dawlara qurban kesen, Aise anamizi ve sehabeleri soyen, 30,000 lik iran iraq rafizi kafirleri daha xeyirlidi? Elbetde bunuda bilirikki bu koalisiya ve rafizi werefsizleri ISID behane ederek iraq ve suriyada butun ehli sunneni yox elemek isteyirler. ve kimse deseki Amerika ,Avropa, Ateist PKK-cilar ver rafizi kafirleri islam dinini qorumag adina ISID-e qarwi vuruwur, o adama ancag gulerem. Yoxsa duzdu biraz sert olsalarda, La ilaha illallah kelimesini ucaldmag ucun canlarindan mallarindan kecen, her feth eledikleri torpaqlarda Allahin qanunlari ile hokm veren, insanlari tovhide cagiran Islam dovleti?
Elbette yeqinki siz ISID-e haqq qazandirmayacaqsiz. Amma men bele duwunuremki ne Amerika ne Avropa ne rafiziler, tovhid ehlinin xeyri ucun hecvaxt barmaglarini bele terpetmezler, onlarin istediyi tek bir wey var tagutu inkar edib Allahin ipinnen yapiwan tovhid ehlini yox etmekdir.
As salam aleykum...

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Deyəsən siz məsələyə düzgün yanaşmırsız. Problem buradadır ki, İŞİD İraqa girməmişdən qabaq Suriyada müxalifəti öldürürdü. Azad qoşunu və orada başqa dəstələrin hamısının başlarını kəsirdi. Hətta indidə hamısının başlarını kəsirlər. Onlar əhli-sünnəni orada öldürürdülər. Sadəcə bəladır. Allah Taələ verib onlara. Bütün hamısı onlara qarşı cəm olub. İŞİD elə özü əhli-sünnəni məhv edənlərdən biri idi. Nolsun? Xəvariclərdə Allahın adını yüksək tutmaq üçün döyüşüblər. Əli ibn Əbi Talibi öldürdülər. İndi xəvariclərə bəraət qazandıraq?
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#19 ixlas86

ixlas86

    Пользователь

  • Пользователи
  • Pip
  • 61 posts
  • Interests:DIN, ELM

Posted 14 March 2015 - 12:47 AM

Salam aleykum seyx.Allah sizi qorusun1.sayilı zikirler varmi seyx?.meselcun bir insan isteyirki duasi qebul olsun(dunyevi istekler) meselcun fatiha suresini 300 defe bele birsey varmi yoxsa bidetmi?2)seyx bele bir dua varmi megrib namazindan sonra Allahumme meccanen?eslinde ele qardas burda size qarsi yazilanlari foruma buraxmamalısınız vallahi catdiyaraq qalsinlar qoy.bura ancaq selefi fikirleri bolusenlerin bizim eqideden olanlarin forumu olsa daha yaxsi olar bunu meslehet kimi qebul etmeyin esla qardas sadece sizinde vaxtyiniz gedir elelerine cavab vererken bizimde oxurken onlari.Qamet veya basqa elm telebeleri kimise mecbur elemirki gelin bizi dinleyin.siz gedin hele elesgerinizi.ve onun kimileri dinleyin.en azindan ehli sunnedeki qadinlarin coxu colde olarken xarici gorunusden ferqlenir.sizinkileride goruruk elebil hindistanda parca bazarindan qaciblar.evvel ozunu duzeldin sonra ehli sunneye dil uzadin Hz Alini bele hardasa Allahdan(estegfrullah )ustun gorursuz.gedin forum acin yazin haci sahine el cekinde day Qametden.Qamet pisdi bize xosdu i vse.Allah seni qorusun qardasim.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Belə şey yoxdur. Bunlar bidətdir hamısı.
2) Yoxdur belə.
3) Onların yazdıqlarını bura buraxmaqda məqsəd odur ki, birincisi, onları bizdən qırıblar. Yəni onlara deyiblər ki, bizə yaxınlaşmayın. Sizi tutduracaq. Onları bu cür idarə edirlər. Ona görə onların yazmaqları yaxşıdır ki, qoy onlar özləri görsünlər, bir başa məndən soruşsunlar nə var, nə yox. İkinci, həmdə qardaşlar da görsünlər. Bəzi qardaşlar var mən heç onları görməmişəm. Qoy görsünlər ki, belə fikirli adamlar da var. Ehtiyatlı olsunlar. Bu məqsəd daşıyır. Biz onların suallarını silə bilərik. Hərdən görürsən lap pis sözlər deyirlər. Onları buraxmıram. Ancaq belə həmçinin də onlar ətrafındakıları belə aldadırlar ki, guya ki, bu fikirləri mən deyirəm. Hansı ki, böyük alimlər deyib. Lakin o, böyük alimlərin adlarını birinci mərhələdə çəkmirlər. Nə üçün? Çünki nə qədər avam olsanda deyəssən ki, nə danışırsan? Day Böyük alimlərə dil uzatdın. Onlar birinci bizi vururlar. Sonra ki, onların içinə girdin, artıq onların içində bişdin, yetişdin. Ondan sonra artıq Fovzanı və s. özündən asılı olmadan, ruhu incimədən təhqir edir.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#20 AbuSaid

AbuSaid
  • Guests

Posted 14 March 2015 - 11:09 PM

Allahi adeti ile soyen Kafir olmur.buna aciqlama vermayinizi isterdim.

Cavab:

Ümumiyyətlə, Allah və Rasulunu söyən kafirdir. Bu bizim əqidəmizdir. Amma qaldı ki, müəyyən şəxsdən söhbət getdikdə, əgər nə dediyini dərk etmirsə, onun halına baxacağıq. Yox, əgər nə dediyini dərk edirsə, bilirsə, qəzəbli halda olmayaraq, məcbur halda olmayaraq söyürsə, o, kafirdir.
Allah daha yaxşı bilir!


#21 sələfi

sələfi
  • Guests

Posted 15 March 2015 - 03:20 PM

Salam aleykum

Qamət qardaş, aşağıdakı şeyxlər haqqında mövqeyini bilmək istəyirəm:

1. İbrahim ərRuheyli- sələfidirmi?
2. Əhməd Bəzmul- sələfidirmi?
3. Əli Hələbi- sələfidirmi?
4. Saleh əsSindi- sələfidirmi?
5. Fələh ibn İsmayil- sələfidirmi?
6. AbdurRazzaq əl Bədri- sələfidirmi?

BərəkaAllahu fik

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Əli Hələbidə ciddi mülahizələr var. Amma o birisilərdə bəzi şeyxlər mülahizələr deyiblər. Düzdür, Əli Hələbidə olmadığı kimidir, amma mülahizələr var.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#22 .................

.................
  • Guests

Posted 15 March 2015 - 09:17 PM

salam leykum
sheyx,salahaddin selefiye movqeyinz?ondan faydalanmaq olar?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Onu tanımıram.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#23 Omer Ibn Ali Ibn Abu Talib

Omer Ibn Ali Ibn Abu Talib
  • Guests

Posted 16 March 2015 - 02:42 AM

Salam Aleykum. Seyx Allah sizin haminizdan razi olsun inseeAllah. Bir sualim var size men sizin derslerinize qatilmaq istirem nece edim?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Mən belə hələlik ümumi dərslər vermirəm. ixlasla.com saytından istifadə edin.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#24 Guest

Guest
  • Guests

Posted 16 March 2015 - 11:17 AM

Salam aleykum.
1) Destemaz alarken basha mesh chekende shiyeler bashin ortasindan barmagi alina chekirler, birde qollari dirsekden ashagi yuyurlar. Amma bizde eksine edirik. Basha meshi alinda sach biten yerinden el ve ayagi barmaq ucundan bashlayiriq. Ferqi var? Biz de shiyeler kimi ede bilerik?
2) Men baciyam atama deyirem ki otagima girende qapini doy birden nese ishim olar qizam da ayibdir axi. Hem de etik emeldi. Her defe de qapini doymeden acir girir icheri men hirslenirem. Kechen defe de eynimi deyishende o cur girdi men esebleshdim emosional danishdim. Sonra yene getdim yanina bashladim deyinmeye.Chunki defelerle tekrar edir.Bes axi men nece deyim, neche defe deyim? Hormetsizlik yaradir meni de mecbur edir esebi danismaga. Indi danishmiriq. Men de qorxuram valideyn haqqina girmish olaram. Men pis etmishem? Gunahim var?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Yox, əslində biz Peyğəmbər (sallallahu aleyhi va səlləm) necə edibsə, elə etməliyik. Və Peyğəmbər (sallallahu aleyhi va səlləm) biz necə ediriksə, elə edib. Ona görə də biz necə ediriksə, elə edin.
2) Allah islah etsin, hidayət versin. Yox, siz danışın. Sadəcə başa salın. Yenə başa salın. Yenə yadına salın. Vəssalam.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#25 Guest

Guest
  • Guests

Posted 16 March 2015 - 02:12 PM

essalamu aleykum ve rahmetullahu ve bereketuhu

mən bacıyam. yolda bir iki hadisəylə qarşılaşdım düzmü etdim səhvmi sizdən soruşmaq istədim.insanlara kömək etmək istəyirəm. lakin qadınam deyə bilmirəm necə davranmalıyam.
beləki yolda bir kişi gördüm normal geyimli olsun 50yaşı falan. ayaqustə sancılandığını gördüm uzaqdan əlini bərk bərk qarnına sıxıb dayanmışdı. amma dilənçi kimi görünmürdü (düzü indiki dilənçilər hər vidə girirlər nəysə) fikirləşdim naməhrəmdi heçnə deməyim amma oğlan kişi heçkim o na fikir vermirdi deyə yaxınlaşdım soruşdum bəlkə həqiqətən edəcəyim nəsə vardı. o da o dəq başladı dərd yanmağaki zəng edib aptekə mədəsi çox pis ağrıyırmış deyiblər ki gəl dərman götür bu da gedib pulu olmadığı üçün verməyiblər. dondum qaldım peşman oldum soruşmağıma. istədim dərman alım. qıraqdan dayanın bir müddət baxdım. gördüm elə yerindəcə dayanıb. şükür mədə ağrısı çəkməmişəm amma məncə ağrı biraz zəifləyəndə hərəkət edə bilərdi heç olmasa bir iki addım. amma yerində dayanırdı. mən də çıxdım gettim inanmadım. bu hadisə olan gündən özümü bağışlaya bilmirəm vicdan əzabı çəkirəm . bir də belə hadisə olsa naməhrəmdən görsəm yaxınlaşım ya gedim?
bir dənədə qoca nənə var idi iki əlində yük. zolaqlı keçidin yanında o yana bu yana baxırdı qızlara falan. dedim bəlkə yol keçmək istəyir yaxınlaşdım ki nəsə kömək lazımdı? dedi 1 manat verdəə nənəyə..öz özümü danladım ki sənə lazım idi camaata yaxınlaşırsan? inansam ikisinə də pul verərdim amma ikisidə də qəti inandırıcı deyildi. üzr istəyirəm uzun yazdığıma görə. mən belə hallarda nə edim? ürəyim dözmür yaxınlaşıram amma məni axmaq yerinə qoyduqlarına görə heç pul vermirəm.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Hər halda bu yaxşı əməldir. Yəni insanlara kömək etmək. Xüsusən də əgər qocadırlarsa, birdən ehtiyaclı olarlar. Siz hər halda əlhəmdulilləh soruşmağınızla savab qazanmısınız. Vəssalam.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#26 Guest

Guest
  • Guests

Posted 17 March 2015 - 08:27 AM

*********
Salam aleykum,

Münasibətinizi bilmək istərdim...

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Belə adamlara qulaq asmayın. Quranda əksiklik yoxdur. Sadəcə o nəsxdir. Tilavəti nəsx olan. Necə ki, Allah Təalə Bəqara, 106; Əla, 6-7-də buyurur. Sadəcə bu ayələr tilavəti nəsx olunan ayələrdir. Bunlara elə gəlir ki, o guya ki, həsfdir. Bəziləri buna təhrif deyil. Hamısı boş şeylərdir.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#27 Omer Ibn Ali Ibn Abu Talib

Omer Ibn Ali Ibn Abu Talib
  • Guests

Posted 17 March 2015 - 02:23 PM

Salam Aleykum Seyx siyelerden biri deir ki bele bir hedis var ki bir kor gelir Muhammed (s.a.v) yanina deir dua ele menim gozum acilsin O da dua edir ki Ya Rabbim kecmia Peyqemberlerin xatirine onun gozunu ac. Bu hedise istinaden deir ki tevessul vasite olar. Xahiw elirem acixliyardin ve bele bir hedis var ya yox varsa sehihdi yoxsa yox?! ALLAH sizden ve diger qardawdardan razi olsun Vallahi men sizin derslerinize qulaq asa asa Tovhide gelmiwem inseeAllah Allah sizi qorusun!Amin.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Elə hədis var, səhihdir. Sadəcə onu düzgün çatdırmayıblar və ya düzgün tərcümə etməyiblər və ya həmişəki kimi onları aldadırlar. Birincisi, diri adamla təvəssül etmək olar. Demək olar ki, gəl mənim üçün dua elə. İkincisi, əgər təvəssül o vaxt caiz olsaydı, kor nə üçün peyğəmbərin (sallallahu aleyhi va səlləm) yanına gəlirdi? Elə evindən dua edərdi də. Deməli, o cür üslub yox idi. Üçüncüsü isə, peyğəmbər (sallallahu aleyhi va səlləm) demədi ki, get mənim adımı çək. Sadəcə dedi ki, get sən dua elə, mən də edəcəm. O da duasında deyir ki, ya Rabbi, peyğəmbər də mənim üçün dua edib. Peyğəmbərlə mənim duamı qəbul et. Vəssalam. Bax o hədis bu mənadadır. Dördüncüsü də, əgər bu əməl caiz olsaydı, səhabələr, tabiinlər, başqaları bu üslubla dua edərdilər.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#28 Omer Ibn Ali Ibn Abu Talib

Omer Ibn Ali Ibn Abu Talib
  • Guests

Posted 17 March 2015 - 02:42 PM

Salam Aleykum ve rahmatullahi ve barakatuhu. Seyx bizim mescidimiz ne vaxt acilacaq? Cox isterdim sizin xutbelerinize qulaq asmaq. Seyx birde men Namaza 2 heftedi bawdamiwam isterdim bizim eqidenin kitablarini oxuyam ancaq hansi saytdan tapacagimi bilmirem, birde Syx Muhammad ibn Abdul Vahhabin Kitab at tovhid kitabini nece tapa bilerem Azerbaycan ve ya rus dilinde? Allah razi olsun. As salamu aleykum va rahmatullahi va barakatuhu

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Bilirsiniz ki, Məscidin açılmasını istəməyənlər çoxdur. Məsələn, bolşeviklər, qoluboylar, xəvariclər və s. Amma hər şey Allah Təalənin əlindədir. Hər halda açılsa yenə yaxşı olar. Amma açılmasa da onu gözləmək lazım deyil. Yəni dəvətdə zəifləmək olmaz. Biz dəvətlə məşğuluq. Məscid olsa da, olmasa da. Vəssalam.
2) Mən dəqiq bilmirəm. Amma hər halda məscidin ətrafındakı mağazalardan soruşun. Bəlkə onlar bildilər. Hətta saytı da bəlkə onlar bildilər.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#29 icetea

icetea

    Пользователь

  • Пользователи
  • Pip
  • 8 posts

Posted 17 March 2015 - 04:22 PM

es selemu aleykum ve rahmetullahi ve beraketuh
1) sheyx,bildiyimiz kimi shiyelerin coxu hetta lap coxu Aishe(Allah ondan razi olsun) anamizi zinada ittiham edirler.ve onu ehlibeytden saymirlar..bizde deyirikki ehli beyt kiwinin ev ehlidi.. o nece peygemberdiki oz zovcesini duzgun terbiye ede bilmir..yeni rafizilere cvb olaraq..bu peygembere(sallallahu aleyhi ve sellem) bohtandir...onlar deyirlerki "Lut peygemberin zovcesi kafir idi ona iman getirmemiwdi...bes oda ehli beytdi"buna izah vererdizde..ehlibeyt ev ehlidirse bes zovce kafirdise yene ehli beytden sayilir..Aishe anamizin temiz oldugunu Elhemdulilleh bilirik..aye de nazil olub buna gore..ola bilermi ki hansisa peygemberin ehli beytinden olan bir nefer kafir olsun..yoxsa kafir olduqda ehlibeytden cixir..??
2)ayaga mes cekende hansi ayaqa hansi elle cekmeyin qaydasi var yoxsa nece isteyirsen ele cekirsen??
es selemu aleykum ve rahmetullahi ve beraketuh

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Birincisi, rafizilərin problemi odur ki, onlarda kor-koranə təqliddir. Təqlidin də fəsadlarından biri budur ki, insanın ağıl ilə düşüncəsini məhv edir. Düşünməyə qoymur. Çünki onlar bir az düşünsəydilər ki, kimin həyat yoldaşından danışırlar, heç olmasa ağızlarını yumardılar. Aişə (radıyəllahu anhə) Peyğəmbərin (sallallahu aleyhi va səlləm) zövcəsi idi. Həmçinin Peyğəmbər (sallallahu aleyhi va səlləm) onu boşamayıb. Həmçinin Quranda ayə var. Nur surəsi 10-25-cən məhz bu mövzuda bəhs edir ki, bu ayələr təsdiqləyir ki, Aişə təmizdir. Lakin buna baxmayaraq belə deyirlərsə, bunlar hamısı kor-koranə təqliddir. Amma qaldı ki, Aişə (radıyəllahu anhə) kafir deyildi, pis qadında deyildi. Allah Təalə quranda nazil edib ki, təmizdir. Amma qaldı ki, kimki Lutun zövcəsi ilə müqayisə edirsə, yenə bu müqayisə batildir. Çünki Lutun zövcəsi Luta iman gətirmədi və kafir oldu. Allah Təalə deyir ki, o, sənin əhlindən deyil. Yəni artıq dindən çıxıb və sən onu tərk elə. Yəni boşa, çıx get. O, artıq sənin zövcən deyil. Amma Aişəni (radıyəllahu anhə) Lutun (əleyhissəlam) zövcəsi ilə müqayisə etməyin yeri yoxdur. Sən ona de ki, bu müqayisə batildir.
2) Bəzi alimlər ola bilər bunu qeyd etsinlər. Hər halda necə rahatdır. Sağla sağa çək, solla da sola çək.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#30 Guest

Guest
  • Guests

Posted 17 March 2015 - 10:31 PM

Салам алейкум.
1. В намазе духа и таравих, например если совершать 8 ракаатов, 2+2+2+2, после первых двух ракаатов, в последующих, после фатихи обязательно ли читать вторую суру?
2. Обязательно ли при ташаххуде поднимать указательный палец правой руки, или это сунна?
3. Говорить " аминь " после фатихи во время намаза надо также если намаз читается тихо?
4. Должен ли мужчина каждые 40 дней очищать волосы подмышек и в области паха?
5. В чем именно проявляется смиренность во время намаза? Например если во время намаза я задумываюсь об исламе, о праведных поступках сахабов и самих пророков ( мир им ), и при этом не вникаю в смысл слов произносимых во время намаза, а как бы автоматически все произношу, насколько это правильно? Или лучше мысленно переводить то, что говорю во время намаза по арабски и представлять что Всевышний смотрит на меня?
6. Можно ли дать взятку гаи в крайнем случае, например если лишат прав на вождение.
7. Хочу заставить себя не есть по вечерам. Не подпадает ли это под запрет Аллаха запрещать себе то, что Он дозволил? Просто вечером всегда много ем, очень трудно с этим справиться, и к тому же трудно вставать на витр.
Аллах комейин олсун
8. Салам алейкум

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Ümumiyyətlə, ikinci surəni oxumaq vacib deyil, sünnədir.
2) Vacib deyil, sünnədir.
3) Bu da sünnədir. Sakit olanda da deyirsən, bu sünnədir.
4) Bəli, bu təmizlik baxımından daha məsləhətdir. Həm kişi, həm də qadın üçün.
5) Lazım deyil. Siz ərəbcə necə gəlibsə, oxuyun. Mənasını bilsəniz, artıq nə oxuduğunuzu biləcəksiniz. Lazım deyil ayəni demək, sonra dayanıb mənasını demək. Bu birinci xuşu və s. sizdə namazdan diqqəti ayıracaq. Ona görə. Siz sadəcə onun tərcüməsini öyrənin. Artıq "Əlhəmdulilləhi rabbil aləmin" deyəndə, biləcəksiniz nə deyirsiz.
6) Olmaz. Bir halda olar. Əgər məsələn, səni haqsız yerə saxlayıb. Sən heç bir qayda pozuntusu etməmisən və zülm edir və deyir ki, səni pul ver, yoxsa səni məsələn, tutduracam və ya cərimə yazacam. Hansı ki, sən təmizsən. Onda ver, zalımın şərindən uzaq olmaq üçün. Amma qanunu pozmusansa, cəriməni verməlisən.
7) Siz çalışın baxın ki, nə maneə olur. Maneələri aradan qaldırın. Məsələn, əgər gecə çox yeyirsinizsə, azaldın. Əgər gec yatırsınızsa, bir az tez yatın. Onda edə biləcəksiniz, inşəAllah.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#31 Guest

Guest
  • Guests

Posted 17 March 2015 - 11:22 PM

salam aleykum ve rahmetullahi ve beraketuhu
qardaw, iblis melek olub?

2:34
Bir zaman Biz mələklərə: “Adəmə səcdə edin!”– dedikdə, İblisdən başqa (hamısı) səcdə etdi. O imtina edib təkəbbür göstərdi və kafir­ oldu.
7:11
Sizi xəlq etdik, sonra sizə surət verdik, sonra da mələklərə: “Adəmə səcdə edin!”– dedik. İblisdən başqa (hamısı) səcdə etdi. O, səcdə edənlərdən olmadı.
7:12
(Allah) dedi: “Mən sənə əmr etdikdə sənə səcdə etməyə nə mane oldu?” (İblis) dedi: “Mən ondan daha üstünəm. Çünki Sən məni oddan, onu isə palçıqdan yaratmısan!”
7:14
(İblis) dedi: “Onların dirildiləcəyi günə qədər mənə möhlət ver”.
7:16
(İblis) dedi: “Sən məni yoldan çıxartdığına görə mən də Sənin düz yolunun üstündə oturub (insanları) tovlayacağam.
15:31
Yalnız İblisdən başqa. O, səcdə edənlər arasında olmaqdan imtina etdi.
15:32
(Allah) dedi: “Ey İblis! Nə üçün sən səcdə edənlər arasında deyilsən?”
15:33
(İblis) dedi: “Sənin, başqa şəklə düş­­müş qara palçıqdan, (toxunduqda saxsı kimi) səs çıxaran quru gildən yaratdığın insana səcdə etmək mənə yaraşmaz!”
15:36
(İblis) dedi: “Ey Rəbbim! Onların dirildiləcəkləri günə qədər mənə möhlət ver”.
15:39
(İblis) dedi: “Ey Rəbbim! Sən məni yoldan çıxartdığına görə, mən də yer üzündə onlara (pis işləri) gözəl göstərib onların hamısını azdıracağam.
17:61
Bir zaman mələklərə: “Adəmə səcdə edin!”– demişdik. İblisdən başqa (ha­)(mısı) səcdə etdi. O dedi: “Mən Sənin palçıqdan yaratdığınamı səcdə edəcəyəm?!”
17:62
(İblis) dedi: “Məndən üstün tutduğuna bir bax! Əgər Qiyamət gününə qədər mənə möhlət versən, az bir qismindən başqa onun (bütün) nəslini özümə ram edəcəyəm”.
18:50
Bir zaman Biz mələklərə: “Adəmə səcdə edin!”– demişdik. İblisdən başqa hamısı səcdə etdi. (İblis) cinlərdən idi. O, Rəbbinin əmrinə boyun əymədi. Onlar sizin düşməniniz olduğu halda, siz Məni qoyub onu və onun nəslini özünüzə dostmu tutursunuz? Zalımlar üçün bu necə də yarıtmaz mübadilədir!
20:116
Bir zaman mələklərə: “Adəmə səcdə edin!”– demişdik. İblisdən başqa hamısı səcdə etdi. O, (səcdədən) imtina etdi.
26:95
İblisin bütün əsgərləri də habelə.
34:20
İblisin onlar barəsindəki ehtimalı doğru çıxdı. Bir dəstə mömindən başqa, qalanları onun toruna düşdülər.
38:74
yalnız İblisdən başqa! O təkəbbür göstərdi və kafirlərdən oldu.
38:75
(Allah) dedi: “Ey İblis! Sənə Mənim iki əlimlə yaratdığıma səcdə etməyə mane olan nə idi? Təkəbbür göstərdin, böyüklərdənmi olmuşdun?”
38:76
(İblis) dedi: “Mən ondan daha xeyirliyəm. Çünki Sən məni oddan, onu isə palçıqdan yaratdın!”
38:79
(İblis) dedi: “Ey Rəbbim! Onlar dirildiləcəkləri günə qədər mənə möhlət ver”.
38:82
(İblis) dedi: “Sənin qüdrətinə and olsun ki, onların hamısını yoldan çıxaracağam;
72:4
Bizim səfehimiz (İblis) Allaha qarşı hədsiz (yalanlar) danışır.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Xeyr, İblis mələk olmayıb. Buna dəlil: "..(İblis) cinlərdən idi.." (Kəhf, 50)
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#32 Guest

Guest
  • Guests

Posted 18 March 2015 - 10:49 AM

Assalamu aleykum ve rahmetullahu ve bereketuhu.ALLAH sizi ve butun elm ehlimizi xeyirle mukafatlandirsin Amin.Sizin bir dersinizde Peygemberimizden (sallALLAHu aleyhi ve sellem) 100 den artiq zikr gelmediyini dediyinizi esitmisdim.duzgun basa dusmediyim ucun bele bir sualim var..men gun erzinde imkanim oldugu qeder dayanmadan zikr ede bileremmi??yeniki 100 den artiq?!

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Zikrdə azadsınız. Əlhəmdulilləh, zikri bacardığınız qədər çox edin. Sadəcə 100dən artıq dedikdə, qayda qoymaq olmaz. Məsələn, necə ki, sufi şeyxlərində. Muridlərinə deyirlər ki, onlarda mərhələlər var. Birinci mərhələ, ikinci, üçüncü.. Məsələn, yanına gedirsən, səni öz muridi etmək üçün sənə məsələn, ev tapşırığı verir. Məsələn, gündə 1000dəfə belə elə, 1000dəfə belə, 2000dəfə belə. Sonra ikinci mərhələyə keçəndə artıq bu artır. Bunlar düzgün deyil. Amma saysız edirsənsə, bir şey yoxdur, inşəAllah. Bu gözəl əməldir. Allahı dil həmişə zikr etməsi, bu gözəl əməldir.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#33 Guest

Guest
  • Guests

Posted 19 March 2015 - 01:29 PM

Salam Aleykum. Seyx Namaza bawdamamiwdan evvel niyyeti nece etmey lazimdi? Sesli olar? Yoxsa sessiz dodaqlar terpenmey werti ile? Yoxsa qelbde? Etrafli melumat verin zehmet olmasa. As Salam Aleykum va rahmatullahi va barakatuhu!

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Nə səsli demək lazımdır, nə də dodaqları tərpətmək lazımdır. Nə də qəlbdə nəsə hansısa cümləni demək lazımdır. Niyyət bilməkdir. Əgər siz bilirsinizsə ki, bu saat nə edirsiz, hansı namazı qılırsız, vəssalam. Niyyət odur.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#34 Guest

Guest
  • Guests

Posted 19 March 2015 - 01:37 PM

Salam aleykum.
uşaqları əyləndirmək üçün kloun kimi bəzənmək olar? rəngli saç taxıb üzü boyayıb o cür geyinmək. Amma sadəcə evdə sadəcə uşaqlar üçün. Hədis vardı ki parik taxmaqa aid olmaz. ona görə soruşmaq istədim

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Çalışın çəkinin. Olmaz.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#35 Guest

Guest
  • Guests

Posted 19 March 2015 - 01:38 PM

Salam aleykum. Uşaqlara nağıl danışmaq və ya nağıl uydurmaq olar?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Uydurmaq yox, həqiqətə uyğun bir şey danışın. Yalan olmasın. Yaxşıdır ki, peyğəmbərlərin, səhabələrin həyatından danışasınız.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#36 icetea

icetea

    Пользователь

  • Пользователи
  • Pip
  • 8 posts

Posted 20 March 2015 - 01:01 AM

es selemu aleykum ve rahmetullahi ve beraketuh
1)Quran dinleyerken sakitce dodagin altinda zikr etmek olarmi..?
2)emellerin niyyete gore oldugunu bilirik elhemdulilleh..derslerden birinde ewitdimki eger kiwi oz zovcesiyle yaxinliq etdikde bawqa qadini tesevvurunde tutursa bu artiq zinadir...su icdikde spirtli icki tutursa nezerinde spirtli icki icmiw kimi olur....sualim odurki bes bu eksine olduqda nece olur..mes..(gulmeli olsada yazim) bawqa qadinla yaxinliq etdikde oz zovcesini fikirlewmek ves..buna izah vererdiz Allahin izni ile..
3)bir cahil taniwim var deyirki bir qohumum var idi kimin elinde ziyil cixirdi tupururdu itirdi..bele bir weyin nece oldugunu soruwmagimi istedi...ele bir uwaqdiki cahilde olsa yalan daniwmagina inanmiram..sadece bele bir wey ola bilermi..?
es selemu aleykum ve rahmetullahi ve beraketuh

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Xeyr, Quranın özünə qulaq asmağın özü zikrdir. Ona görə ehtiyac yoxdur.
2) Xeyr, belə şey yoxdur.
3) Bunlar boş şeylərdir. Əgər tüpürməknən gedirsə, özünün tüpürcəyi ilə də gedə bilərdi.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#37 Guest

Guest
  • Guests

Posted 20 March 2015 - 03:03 AM

assalamu aleykum!

Quranda bele bir aye var ki Allah subhana va taala deyirki "Allah her sheye qadirdi"
seher axsham zikirlerindede var ki le ilaha illah vahdahu la sharika lahu lahul mulku va lahul hamdu va huva ala kulli sheyin gadir.
Bilmey isteyirdimki her sheye gadirdir sheriyet
chercivasinde ya umumiyetle her sheye qadirdir?
Ve bu adi cagirib Allaha dua eliyib istesen cavab verecey?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Allah hər şeyə qadirdir. Heç bir şeydə aciz deyil. Vəssalam. Əlbəttə, olar.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#38 Guest

Guest
  • Guests

Posted 21 March 2015 - 12:59 AM

salam aleykum 1) corabin ustunden mehs cekmeyin delilini bilmek isterdim 2) namazda fatihe suresinden sonra niye amin deyilir?3) seferde sunnet namazlari qilinir?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Peyğəmbər (sallallahu aleyhi va səlləm) çəkib. Hətta Tirmizi də fəsil var ki, "Corabın üzərinə və altına məsh çəkmək barədə nə gəlib". Və həmçinin səhabələrdə bunu ediblər.
2) Bəli.
3) Bir dənə sübh, vitr. Birdə duha, məscidə girdikdə qılınan namaz və s. Amma başqa fərz namazlarına aid olan sünnətlər qılınmır. Bir dənə sübhün sünnətindən başqa.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#39 ANS tv - iran wie kanali

ANS tv - iran wie kanali
  • Guests

Posted 21 March 2015 - 02:59 AM

Assalamu aleykum, Qardaw !
Deyirler Peygember guya deyib ki, Mekkeni ziyaret etdikden sonra ordan cixin, ye'ni Mekkedi qalmagi meslehet gormeyib, orda yawamagi meslehet gormeyib. Sualim beledir:
1- Bu sehih revayetdir mi ?
2- Eger sehihdirse, ne sebebe gore bele deyib Peygember ( sav ) ?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Xeyr, səhih deyil. Bu sadəcə həcc vaxtı "Vida təvafı" deyirlər. Vida təvafı etdikdən sonra orada dayanmaq yaxşı deyil. Bu başqa məsələdir.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#40 ebutalha

ebutalha

    Пользователь

  • Пользователи
  • Pip
  • 6 posts

Posted 21 March 2015 - 10:52 AM

salam aleykum ve rahmatullahu sheyx Allah sizleri qorusun.Allah rizasi ucun seni cox sevirik sheyx.in sha Allah br nece sualim olacaq .
1)subh e 10 15 deq qalmiw cunub olanda yuyunmagada seher subhden imkan yoxdu.yeni seyx bina evidide heyet evi olsa heyetde meselen teyemmum olar.bele vezyetde neylemey olar
2)tutaqki iwde zohrde teyemmumle qildin asr a kmi pozuldu yene teyemmum almaq lazmdi ya destemaz kifayet edir?
3)sesli namazdarda cume namaznda imamn arxasnda qilinanda ne oxunur ne oxunmur munkunse olari yazardz
4)cahillikde doyme vurdurmuwam her gun tivbe edirem cox qorxuram seyx onu pozdurmaqmi meslehet gorerdiz ya nece?
5)he brde in sha Allah xaisim olucey sizden evveller cox gelib gedrdz rusiyaya qardawlarn yanina in she Allah yene bu yaxnlarda fkriviz varsmi?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) İmkan yoxdursa, təyəmmüm al qıl. Ona görə ehtiyat üçün evdə həmişə bir daş saxla və qum gətir saxla. Təyəmmüm üçün. Və ya toz bir yer varsa, məsələn, balkonda. Çıx ordan təyəmmüm al.
2) Xeyr, ondan sonra dəstəmaz al.
3) Səsli namazlarda imamın arxasında bir dənə Fatihəni oxuyun.
4) İmkan olsa pozun. Əgər imkan olmazsa, tutaq ki, çoxdur və ya zərər olacaqsa, "Əstəğfirullah" edin. Vəssalam. Tövbə edirsiz əlhəmdulilləh. Amma imkan varsa pozdurmağa, pozdurun.
5) Mən səbəbsiz təbii ki, belə yerlərə gəlmirəm. Toy, əqiq olanda çağırılanda gəlirəm, inşəAllah. İnşəAllah, belə bir şey olsa gələcəm.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#41 Şeyx

Şeyx
  • Guests

Posted 21 March 2015 - 05:02 PM

Şeyx günnәn günә sәlәfilәr sizdәn niyә üz döndәrir? hәtta sizin videolarınızı daim paylaşan *** youtube kanalıda dai sizin videoları paylaşmır,әksinә Әlixanın videolarını paylaşır .. Artıq nәgәdәr adam sizin әqidәdәn tövbe edib ... bunun sәbәblәri nәdir?

Cavab:

Görsənir ki, sən də təzəsən. Belə məsələlərdən başın çıxmır. Ona görə uşaq sualı soruşursan. Həmçinin təzəliyin oradan görsənir ki, salam verməmisən. Ola bilər tələsmisən və s. Heşnolmaz. İnşəAllah, bax, müsəlman birinci başlayanda deməlidir: "əssələmu aleykum va rahmətullah". Bu birincidir. İkinci, sələfi məndən ayrıla bilməz. Məndən ayrılanın problemi var. Hizbçilikdir. Hizbçi ayrıla bilər. Çünki mən əlhəmdulilləh sələf mənhəcindəyəm. Məndən sələfi ola bilməz ayrılsın. Məndən ayrılan hizbçidir ancaq və təbii ki, xəvariclərin cürbəcür növləri. Ona görə sənə düzgün öyrətməyiblər, düzgün başa salmayıblar. Sualı düzgün verməmisən. Sələfi məndən heç vaxt ayrılmaz.
Allah daha yaxşı bilir!


#42 sdddf

sdddf
  • Guests

Posted 21 March 2015 - 05:04 PM

Şeyx Әlixan qardaşla disput ( münazirә) etmәyә hazırsız? Sәsli olaraq vә video çәkilişlә .. Әgәr gorxmursuzsa...amma mәncә deyәssizki ay vaxtım yoxdu,ay bidәy әhliynәn danışmıram mәn vә sairә...atacaqsınız arxa zadniyә) ...Әgәr bidәtçidirsә gәl sübüt elәdә..

Cavab:

Mən maşın zad deyiləm ki, zadni skorostum olsun. Birinci skorost, ikinci skorost.. O bidətçi ilə nəinki mənim, bütün Mədinə tələbələrinin problemi var. Təhzir də etmişik. O adam öz əqidəsini izhar edə bilmirsə, sən mənə deyirsən ki, gedib kiminsə əqidəsini sübut edim? O adam öz əqidəsini açıq-aydın deyə bilmir. Qorxur. Sən mənə deyirsən. Yenə görsənir ki, yenə salam verməmisən, təzəsən. Get hələ sənə aid olan məsələləri öyrən.
Allah daha yaxşı bilir!


#43 Abdullah

Abdullah
  • Guests

Posted 21 March 2015 - 05:06 PM

Vaxt var idi,mәn әbu bәkrә gәlәrdim vә sizi dinlәyәrdim...Amma mәn tövbә edirәm,siz sәlәfi deyilsiniz,siz mürciyasınız...

Cavab:

Sənin sələfiliyin qəribədir. Sən heç olmasa mənə murciə deyəndə, bir dənə misal gətirərdin də. Yoxsa, səndə kor-koranə təqlid edənlərdənsən? Əgər mənə murciə deyirsənsə, bir misal gətir. Mənim özümə maraqlıdır. Hansı məsələyə görə mən murciəyəm. Amma sən isə görsənir ki, sabit adam deyilsən. Özün suallar göndərirsən buraya. Gah "Abdullah", gah yazırsan "sdddf", gah yazırsan "Şeyx". Sən özün görsənir ki, qorxaqsan. Bir adda zühur edə bilmirsən. Özün mənə deyirsən? Sən hələ get öyrən, get təyəmmüm, düzgün namaz qılmağı, dəstəmazı, ayaqyoluna getməyin ədəblərini öyrən. Sən hələ murciəlikdən, sələfilikdən danışma. Sənə hələ tezdir. Heç olmasa bir misal gətirərdin. Mənim özümə maraqlıdır. Vəssalam.
Allah daha yaxşı bilir!


#44 ebutalha

ebutalha

    Пользователь

  • Пользователи
  • Pip
  • 6 posts

Posted 21 March 2015 - 06:09 PM

salam aleykum ve rehmetullahu ve bereketu Seyx suallarm coxdu subhan Allah haqqivizi halal edin ins he Allah.qalan suallardan bashlayim.
1)qiyamul leyl e qalxa bilmirem ayda br iki defe ...ama her gun votr qiliram caizdrmi bele etmek?
2)sehv secdesi haqqinda cox xais edirem aydin yazin ...esasende meselen 2 ruketde fatoheden sonra sure oxunmuyub rukuya gedilerse ne etmek lazmdi?
3)vacib zakat nece verilir?aydin bawa salardz xais edirem
4)qurani hecalayaraq oxumaq olarmi ? yeni bilmemezliymden ireli gelir..
5)artiq sual deyil br xaishdi

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Bəli, vitr özü qiyamul-leyldir.
2) Xeyr, buna görə heç nə lazım deyil. Çünki o sünnətdir, vacib deyil.
3) Vacib zəkat ildə bir dəfə verilir. Hər kəsin öz vaxtı var. Yəni o miqdar ki oldu, tutaq ki, məsələn, 2000-3000 manat, artıq sən bil ki, o olan gündən, əgər səndə dövriyədədirsə və ya yığılırsa, artıq bil ki, bir il keçdikdən sonra əgər bu miqdardan azalmasa, sən 2,5%-ni zəkat verəssən. Ona görə tutaq ki, səndə sentyabrın 1-i 4000 yığılan pul olub və ya dövriyəyə başlamısan. Gələn ilin sentyabrın 1-i o olub tutaq ki, 5000-10000. Ondan zəkat çıxaracaqsan. Yəni 2,5%ni. 1000manata 25 manat, 1000 dollara 25 dollar.
4) Olar, inşəAllah, yavaş-yavaş hecalayırsız. Sonra əgər siz bunu davamlı etsəniz, get gedə inşəAllah sərbəst oxuyacaqsınız. Əksinə hecalaya-hecalaya oxuduqda savab da çox qazanırsız.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#45 abdulMUTEALI

abdulMUTEALI
  • Guests

Posted 21 March 2015 - 07:43 PM

salam aleykum qardas.
sualimin budurki exi. anamizi soyen, boyuk sehabeleri soyen quranin deyisdirilmesini etiqat eden ve nehayet bize Vahabi adi qoyan bir qovmu ozumuze nece qardas bilek.?
men biliremki dersde dediyin shieler qardasdi kelmesi umumi qaydadi. ibn Teymiyye dediyi kimi.. inaniramki bu serefsiz tayfani qesd etmersen. sozsuzki hec bir qeyretli muselman kisi oz anasini soyene qardas demez. hemde icmadirki Anamizi ve sehabeleri soyen mutleq olaraqki kafirdi. sadece yenice islama qedem qoymus ve rafiziler terefden devet edilmis soyduyu kesi kimliyini anlamayan istisnadi. neceki ALLAHi qezebli oldugu halda ve anlamsiz halda soymesi kimi..
sadece bezi teqlitciler sizin sozunu ele qebul edirlerki sadece basqa soz dinlemek istemirler. basa salmaq olmurki ay kisi men senin anani soysem neyleyersen mene.. inanki qardas susur... deyirem oz qeyretine gelende dinmedin amma Resulullalahin qeyretine dinirsen ve qardas deyirsen...
ALLAH sene islam yolunda sabit etsin ve qedemlerini mohkemlendirsin.! amin.
salam aleykum ve rehmetullahi ve bereketuhu

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Təbii ki, burada söhbət normal şiələrdən gedir. Çünki anasını söyən zındıqdır. Anasını ancaq zındıq söyər. Şiələrin müsəlman olmağını alimlərin çoxusu deyib. Şeyxulislamda həmçinin. Sadəcə bu məsələ bir az təfsilat istəyir. Təfsilatda hər şey aydın olur.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#46 Мухаммад

Мухаммад
  • Guests

Posted 21 March 2015 - 10:21 PM

Ас-саляму алейкум.

Впадает ли тот человек в куфр, который твердит, что на других планетах могут быть другие жизни.
Так как это утверждение преграждает данный хадис:
"Аллаh создал звезды для трех вещей: для украшения, для ориентации, для побивания шайтанов".

Или же мы неправильно понимаем хадис, так как не всегда получается передать полный смысл хадиса при переводе? Если да, то, брат, было бы неплохо, если разъяснил значение слов в этом хадисе.

БаракаЛлаhу фикум

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Bunun bir az şərhi var. Ola bilər başqa kainatlarda həyat olsun. Bu ehtimaldır. Şəriət bunu nə inkar edir, nə də təsdiqləyir. Ehtimaldır. Qəti deməsin. Amma ola bilər. Çünki biz bilirik ki, yer və göy yeddi qatdır. Onların arasında hansısa məxluqlar ola bilər. Bizə məlum olan bir cinlərdir, birdə mələklərdir.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#47 Maqa

Maqa
  • Guests

Posted 21 March 2015 - 11:06 PM

salam aleykum . weyx 1) insan dunyasini deyiwende meclisi kim aparmalidir? 2) beweriyetde molla deyilen bir wey var?3) molla meclis yiyesinden pul almalidirmi?4) corabin ustunden mehs cekmek haqqinda delil var?5) namazda 1ci sureden sonra niye amin deyilir?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Məclisi heç kəs. Məclisi aparan məfhumu islamda yoxdur. Sadəcə insan dünyasını dəyişir camaatda gəlib təziyə (başsağlığı) verir, 5-10 dəq oturub, durub gedir. Da saatlarla oturmaq, yeyib-içmək, məclisdə cürbəcür işlərdən çıxmaq düzgün deyil. Onun islamla heç bir əlaqəsi yoxdur.
2) Yoxdur. Molla əsasən əvvəllər xüsusən bəzi ərazilərdə müəllim kimi işlənirdi. Palatkada oturan kimi yox.
3) Əlbəttə gəlib, səhərdən axşamacan oturacaq, sonra deyəcək pul verdə. Təqsir onu çağırandadır. Mollanın özündə yox. Pul almalı deyil. Təbii ki, o, işini-gücünü atır, gəlib oturur və ona görə pul istəyir. Bu adətdir, amma bunu əslində dinlə heç bir əlaqəsi yoxdur.
4) Əlbəttə var. Peyğəmbər (sallallahu aleyhi va səlləm) çəkib. Tirmizidə var. Açıq-aydın. Və həmçinin səhabələrdən əsərlər var.
5) Çünki peyğəmbər (sallallahu aleyhi va səlləm) namazı belə qılıb. Və deyib ki, imam "ğayril məğdubi aleyhim vələddallin" deyəndə, deyin "Əmin!".
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#48 Kamran Mustafazade

Kamran Mustafazade

    Пользователь

  • Пользователи
  • Pip
  • 1 posts

Posted 22 March 2015 - 11:41 AM

Salam Aleykum Şeyx.Səni Allah rizasi üçün çox istəyirem. Şeyx bəzən elə hallar olur ki, sənin kimi elm tələbələrini gözden salanlar bizlərə deyirki siz Qametçisiz. Belelerinə qarşı nece mövqedə olaq. Salam Aleykum

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Heç nə. Onlar cahildirlər. Onlar demək istəyirlər ki, əgər sən onların fikirlərini qəbul etməsən, onda qamətçi olursan. Onda onların üslublarına görə sənin fikrivi qəbul etsəm onda filankəsçi olacam. Filankəsçidə bilinmir kimdir. Harada oxuyub, müəllimi kim olub. Əgər elədirsə, sənin ağlıva görə elə qamətçi olmaq məlum olmayan obyektçi olmaqdan daha yaxşıdır. Onun ağlına görə. Ona belə cavab ver. Həmdə fikir verməyin onlar cahil insanlardır, hizbçilərdir.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#49 mirze mammadov

mirze mammadov
  • Guests

Posted 22 March 2015 - 05:32 PM

salam aleykum seyx 4 rukatli namazda 2 rukatda tasahutda bilmarak allahima salini deyanda sacda sahv lazimdi?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Xeyr, əksinə Şeyx Albaninin rəyinə görə desən yaxşıdır.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#50 ramiztahir

ramiztahir

    Пользователь

  • Пользователи
  • Pip
  • 35 posts
  • Location:sankt-peterburq

Posted 22 March 2015 - 11:14 PM

es selemu aleykum ve rahmetullahi ve beraketuh
sheyx bela bir sualim var manim isim eladir ki hec cur namazlari vaxti vaxtinda qila bilmiram namazlari birlasdirib qila bilaram masal ucun zohrla asri zohrun vaxtinda ,magribla isani magribin va ya isanin vaxdinda cox xahis ediram atrafli cavab verasiniz .,birda namazin vaxtlari barada quranda hansi ayalar var?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Əslində Allah Təalə hər bir möminə namazı öz vaxtında fərz edib. (Nisa surəsi, 103-cü ayə). Həmçinin bu namazlarda bəziləri açıq-aydın, bəziləri də işarələr kimi qeyd olunub. Amma hədisdə isə açıq-aydın qeyd olunub. Adları isə daha açıq-aydındır. Çünki o namazın adları vaxtların adlarıdır. Ən yaxşısı adlarıdır. Adlar dəlildir ki, namaz beş vaxtdır. Çünki məsələn, sən zöhr namazına əsr namazı deyə bilmərsən. Çalışın buna adət etməyin. Bəzi hallarda əgər mümkün olmasa, o zaman birləşdirin.
Namazın vaxtları olan ayələrdən, məsələn: "Günortadan (gün batmağa meyl edəndən) gecənin qaranlığınadək namaz (günorta, ikindi, axşam və gecə namazları) qıl. Sübh namazını da qıl. Çünki sübh namazı (gecə və gündüz mələkləri, həmçinin bir çox insan tərəfindən) müşahidə olunur" (əl-İsra: 78).
"(Ya Rəsulum!) Namazı gündüzün iki başında (günortadan əvvəl və sonra, yəni səhər, günorta və gün batan çağı və ya günün iki başında, yəni səhər-axşam) və gecənin (gündüzə yaxın) bəzi saatlarında (axşam və gecə vaxtı) qıl. Həqiqətən, (beş vaxt namaz kimi) yaxşı əməllər pis işləri (kiçik günahları) yuyub aparar. Bu, (Allahın mükafatını və cəzasını) yada salanlara öyüd-nəsihətdir (xatırlatmadır)" (Hud: 114).
"(Ya Peyğəmbər!) Artıq onların dediklərinə (batil sözlərinə) səbr et. Gün doğmamışdan əvvəl, batmamışdan əvvəl Rəbbini təqdis edib şəninə təriflər de!" (Qaf: 39)
"(Ya Rəsulum! Elədə Məkkə müşriklərinin) dediklərinə səbr et. Günəş doğmamışdan və batmamışdan əvvəl Rəbbinə şükür edib şəninə təriflər de (sübh və əsr namazlarını qıl), gecənin bir vədəsində (axşam və gecə saatlarında) və günorta radələrində də Rəbbini öyüb təqdis et (şam, gecə və günorta namazlarını qıl) ki, (bunun müqabilində Allahın səni böyük savaba, yüksək dərəcələrə, yaxud ümmətin üçün şəfaətə nail etməsindən) razı (xoşhal) olasan!" (Taha: 130)
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#51 SAMIRELHAMINs

SAMIRELHAMINs
  • Guests

Posted 23 March 2015 - 07:52 PM

Salam aleykum.weyx meni maraxlandiran bir nesele var.rafiziler deyirlerki qunewin uzu tutulanda namaz var ollarda.deyirlerki bu namaz sizdede var adida kusufdu.men inanmiram ama yenede sizden maraxlanmaq istedim.salam aleykum.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Bəli, belə namaz var. Günəş-ay tutulanda 2 rükətli namaz var. Buna kusuf və xusuf namazı deyirlər
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#52 Guest

Guest
  • Guests

Posted 23 March 2015 - 08:34 PM

As salam aleykum!
Ramazan ayi uchun olan suallarim var
1. Fitre ve zekat kimlere dusur- Namaz qilmayan qohum eqrabaya zekat ve fitre pulu dusur? Ailede er ve zove ikisde pensiya alir , qizi isleyir yada islemir. Er oz zovecisinin yerine zekat ve fitre pulu vere biler, ve ya zovcesi erin yerine, qizi ata anasinin yerine zekat ve ya fitre vere biler?
2) Nece qramdan yuxari qizil olmalidir ki zekat verilisin ve hesablanmasi.
Bes temiz qizil olmasa yani yari qarisiq qizil olsa onda nece hesablanir? Ata ana qizinin yerine zekat vere biler mi?
3)Zekat gumuslede hesablanir?
4) Qedr gecelerinde hansi dualar oxunur?
Umumiyyetle Allahin adlarini her gun subh ve ikindi namazlarinda oxumaq olar mi?
5) Oruc tuta bilmeyen sexs her gun bir oruc tutan kisiye yemek vermelidir, yoxsa bir defelik bir gune 30 ve ya 29 kisiye yemek paylamalidir?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Fitrə zəkatı müsəlmana düşür. Namaz qılmırsa, oruc tutmursa, hər halda verə bilərsən. Ehtiyaclıdırsa.
2) 85 qram.
3) Bəli, gümüşdə 500-ə yaxındır qram.
4) Ümumi dualar. Sonra xüsusən də " Allahummə İnnəkə Afuvvun Kərimun Tuhibbul Afva Fə'fu Anni".
5) Bir dəfəlikdə edə bilər. Qadına da verə bilər. Əsas odur ki, imkansız olsun.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#53 Guest

Guest
  • Guests

Posted 24 March 2015 - 01:25 AM

Salamun aleykum.
Sheyx, menim islam dininin ehkamlarini yasamagim maraqli hadise ile bas tutub. Bu uzun oldugundan yazmiram. O vaxtlar men qurana el basib and icende zinadan basqa olan butun gunahlara tovbe etdim. Lakin zinaya yox deye bilmedim, ve ele bil seytan menim ince damarimi tutdu. Zina etmesem de, porno filmlerin xestesiyem. Demek olar ki, bu filmler menim namazlarima manecilik toredirler, bele ki, subh namazlarimi, hetta gun olur ki, butun namazlarimi terk edirem. Bilirem, bu emelin terki kufrdur ( kafirlik deyil ), hetta hamisini deyil de, birce denesinin terk etsen de kufrdur. Sebeb de qelbim deyir ki : neynirsen e ?, qusulun yoxdur, qalsin, sabahdan qusl alarsan, tezeden baslayarsan. Qusl aliram ve gunler olur ki, hamisini qiliram. Ele ki, yadima bu lenete gelmis emel dusende gedirem filme baxiram ve yene de hemin epizodlar baslayir.
Sizce men ne etmeliyem, buna aid quranda ve ya sunnede nese bir shey varid olubmu ? Sadece mene komek edin menevi cehetten. Ki, men dogrudan bu emeli tam terk etmek isteyirem.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Sən o cür islah ola bilməyəcəksən. Ən birincisi əgər günahdan çəkinmək istəyirsənsə, o günaha aparan şeylərə getməyəsən. O haramdan gərək çəkinəsən. Ona görə sənin əlacın budur ki, qardaş, birincisi, harama baxma. Çünki özündə etiraf edirsən ki, bu sənə böyük zərər verir. Ağılsızlıq işdir o. Ona görə harama baxma. Əgər o şeylərdən çəkinsən ibadətdə salamat olacaqsan. İbadət sənə rahatlaşacaq. Əks halda özüvə zərər verirsən.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#54 ebutalha

ebutalha

    Пользователь

  • Пользователи
  • Pip
  • 6 posts

Posted 24 March 2015 - 02:23 PM

salam aleykum ve rehmetullahu ve bereketu.Allah sizleri qorusun sheyx Recep tayyib erdogan haqqinda bilmek istrdm fkrvizi.? yaxn vaxtlarda sosial webekelern brnde br video paylawdm tekfir ehli tokulduler ki ay o kafirfir Allahn homunden kenara cixir tagita muselman demeyin falan.o oz qanunlarna itaete cagirir.bunlara cavab olaraq sizin fikrivizi bilemy istyerdm

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
O, müsəlmandır. Hətta Allahın hökmü ilə hökm vermirsə. Allahın hökmü ilə hökm verməmək kiçik küfrdür. Böyük küfr deyil. Böyük küfr o vaxt olur ki, (necə əhli-sünnə val cəməa deyir) əgər halal görsə. Amma kimki sadəcə Allahın hökmü ilə hökm verməyəni qeyri-şərtsiz təkfir edirsə, onlar xəvariclərdir. O səfehlər başa düşməyiblər ki, onlar o cür təkfir ilə özləri də kafir çıxırlar. Çünki o ayə bir dənə hakimə, dövlət başçısına aid deyil ki. Hamımıza aiddir. Onların sözü ilə Allahın hökmü ilə hökm vermirlərsə, onlarda kafirdirlər. Yox, əgər onlar özlərini üzrlü görürlərsə, onda hakimə də üzrdür. Ya gəlsinlər sələfi olsunlar, ya da bu ziddiyyatdan qurtarmayacaqlar. Onlar ziddiyyat içərisindədirlər. Həyatları da ziddiyyatdır. Əqidələri də ziddiyyatdır. Əhli-sünnə val cəməa əqidəsinə kim girsə, ziddiyyatdan çıxacaq. Əks halda ziddiyyata girəcək. Tayyib müsəlmandır. Məsum deyil. Günahları adi müsəlmanlar kimi ola bilsin var. Lakin təkfirçilərin bəzi növləri onu müsəlman görür. Sadəcə ğulatlar kafir görür. Ğulatlar Səudiyyənin kralını kafir görür. Hansı ki, konstitusiya Qurandır. Başqaları barədə day nə fikirləşirsən? Əgər bu xəstələr Kəbəni də məscidul-dirar görürlərsə, başqa məscidlərdən nə deyirsən? Elə səfehlərə qulaq asma.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#55 Guest

Guest
  • Guests

Posted 24 March 2015 - 02:38 PM

Salam aleykum. Sheyx emim rehmete gedib bir neche il evvel. Onun ushaqlarina biz baxiriq. Bu gozel emeldi duzdu. Amma atam son vaxtlar gorurem ki, demek olar ki meylini salib onlara. Pul xercleyende evine herden deyinir, amma onlar isteyende verir. Menim problemlerim coxdu amma o qeder de vecine almir. Men demirem onlara baxmasin, problem onun ailesine laqeydliyindedir.Ailesine, ovladina zeif baxmaqla atasiz ushaqlara meyl etmek ne qeder dogrudur?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Yəni eyib etməz, onlar yetimdirlər. Qardaşının uşaqlarıdır. Əgər baxırsa, sən etiraz etmə. Sadəcə əgər həddini aşırsa, məsələn, ancaq onlara baxır, sizə baxmırsa, hərdən nəsihət elə ki, hərdən bizə də bax. Amma belə etiraz eləmə. Qardaşı uşaqlarıdır. Özüdə yetimdirlər. Burada bir şey yoxdur.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#56 Guest

Guest
  • Guests

Posted 24 March 2015 - 10:13 PM

Цитата
Salameleykum
Bedenin tukun tokmek kimi sunnet var?Nure adinda maddedi bedene surtursen tuku tokur sunnetdir.Bu haqda etrafli yazardiniz

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Kişi üçün bədənin tükünü tökmək lazım deyil. Amma qadın edə bilər. O maddədən istifadə edə bilər.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!

Slamaleykum
Nure nedir ?hardan satilir nece tapmaq olar ?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Harada satıldığını mən bilmirəm. Onu apteklərə müraciət edin.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#57 Жанар

Жанар
  • Guests

Posted 25 March 2015 - 08:53 AM

Ассалам валеикум. Вот вопросы 1- я не принадлежу к мазхабу.имам сказал я заблудшая. Разве это не грех,на человека который делает добро,читает Коран,пост держит,и т.д я даже не курю,говорить заблудшая?честно потом даже в мечеть не хочется идти,имам сказал же 2- куда попадают животные после смерти?еще неизвестно достоверны ли хадис про животных,которые станут прахом. У меня убили 3собак, 2съели, пусть им пусто будет, от остальные кто отравился,кто заболел. Я оч люблю собак,меня все подруги,даже родственники предали,а собака никогда. Я иногда прошу у Аллаха,чтобы Он подарил им рай,ведь столько зла сколько человек делает,я имею в виду предательства,собаке на ум не придет. Не грех ли это просить рай для собак?и куда они после смерти идут

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Məzhəbə tutunmaq vacib deyil. Amma imamın sənə elə deməsi, düzdür, onlar məzhəbçilərdir. Məzhəbçilərdə hətta elə məzhəbçilər var ki, (ifrata varanlar) onlar deyirlər ki, kim məzhəbdən çıxsa, kafirdir. Ona görə siz elə adamlara fikir verməyin. Elə adamlar sizə məscidə getməyə maneə olmasınlar. Siz gedin namazlarınızı qılın. Amma qadın üçün ən yaxşı namaz evindədir. Amma o imamın danışığına fikir verməyin.
2) Əslində heyvanlar mükəlləf deyillər. Yəni onlara Allahın bu dini əmr olunmayıb. Düzdür, onlar Allaha inanırlar, şərik qoşmurlar, hətta şərik qoşanlardan təəccüblənirlər. Onları ağılsız görürlər. Amma onlar mükəlləf deyillər. Yəni onlar cənnət, cəhənnəmlik deyillər. Onlar qiyamət günü həşr olunacaqlar. Kimki onlara əzab verib, onlar kiməki əzab verib. Allah Təalə adildir. Amma sonra torpağa çevriləcəklər. Düzdür, deyirlər ki, cənnətdə ola bilsin bu dünyada olan heyvanlar olacaq. Məsələn, Kəhf surəsində Kəhf əhlinin iti. Və ya məsələn, Salihin dəvəsi və s. Onlara səhih dəlil yoxdur. Əsl budur ki, heyvanlar mükəlləf deyillər. Onlar cənnət cəhənnəmə düşməyəcəklər. Qiyamət günü gəlsələr belə. Amma qaldı ki, itə dua etməyinizə. Ehtiyac yoxdur. Siz bu duanı valideynləriniz üçün istəyin və s. Vaxtı buna ayırın. Allah qaldı ki, it saxlamağa. Ehtiyac varsa edin. Evdə it saxlamaq olmaz. Amma həyət evindirsə, ehtiyac olsa saxlaya bilərsiniz. Belə itə çox bağlanmaqda düzgün deyil.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#58 Guest

Guest
  • Guests

Posted 26 March 2015 - 12:57 AM

Assalamu aleykum və rahmatullahi və bərakətuhu
Sual
1.Sunnədə qadınların görüşməsi necə olur?
2.Uzanıb quran oxumaq olar?
Allah sizdən razı olsun.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Əllə görüşə bilərlər. Üzüzə vura bilərlər. Bir şey yoxdur.
2) Olar.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#59 Guest

Guest
  • Guests

Posted 26 March 2015 - 10:02 AM

Салам Алейкум

Раскол и разногласии среди секты Коранитов в каких вопросах есть?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Onlar kafirdirlər. Onların təbii ki, bir-birilərinin arasında ixtilafları var. Məsələn, ən birinci onların dırnaqarası peyğəmbərlərində. Onların hər ölkəsinin öz peyğəmbəri var. O peyğəmbərlərinin də peyğəmbəri var. Yəni dostları. Hər rayonun öz peyğəmbəri var. Onlarda obşyak qururlar. Əsas onlarda xümsdür. Yığırlar, bu peyğəmbər yığır o birisinə göndərir, baş peyğəmbərə. Və o da oradan idarə edir. Təbii ki, raskold onlarda çoxdur. Çünki öz havalarına uymuşdurlar. Elə kafirlərlə çox maraqlanmaq lazım deyil. Mən onları MMM-ə oxşadıram. Onlarda piramida qurublar. Vəssalam.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#60 Guest

Guest
  • Guests

Posted 27 March 2015 - 11:57 AM

salam eleykum ,

weyx HUSILER kimlere deyirler ? niye gore husilernen saudi ereblerin arasinda muharibe gedir? sebeb nedi ki?

salam eleykum

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Yəməndə çoxluq sünnidir. Şafi`i məzhəbi. Sadəcə bir qismi (faizlə təxmini 20% deyirlər.) zeydilər var. Onlarda Əli ibn Huseynin davamçılarıdır. Sonra zeydilərdən bir şəxs (Hovsi adında) bir vaxt İrana qaçır. İranda bu 12-liyi qəbul edir. O, qayıdanda zeydilərin arasında 12-liyi yayır. Zeydilər arasında bu 12-lər təxminən 5%-dir. Onlar dövləti aldılar, hakimi devirdilər, orada inqilab etmək istədilər. Ona görə də Yəmən xalqı, həmçinin devrilən hakim də Səudiyyə hökumətindən kömək istədi. Onlarda kömək edirlər. Vəssalam.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#61 SUAAL

SUAAL
  • Guests

Posted 27 March 2015 - 04:46 PM

Salam aleykum
1)Qardaw Huzeyfe bin Yeman'ın neql etdiyi bu hedise cavab vererdiniz

Eger yer uzunde Allahin bir Xelifesi olarsa, sene haqsizlig elese, malini alsa bele ona itaet etmek lazimdir, amma eger Allahin xelifesi olmazsa, o zaman agac koku gemirerek ( sakit bir yerde ol )

2)hedisde geldiyi kimide gorsenirki XELIFEYE itaet etmek vacibdir cunki xelife ALLAHIN hokmleri ile idare edir dovleti (ve biz bilirikki xelife zalimda ola biler adilde), bes indiki dunyavi hokmlerle idare eliyen bawcilara itaet etmek harda gelib qardaw, bir haldaki onlarin hec namazida yoxdu?

salam aleykum

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Hədisdən faydalar: imama tabe olmaq, həmçinin fitnə olan vaxtı fitnəyə qarışmamaq, qırağa çəkilmək. Söhbət ondan gedir.
2) Ümumən burada hakim gedir. Hakim əgər dövlətin, müəyyən yerin başçısıdırsa, hakim sayılırsa, yəni hökmlər onun əlindədirsə, o, artıq hakim olduğuna görə ona itaət vacibdir. Asi olmayan məsələlərdə. Fərqi yoxdur dünyəvi hökmlə verir, ya dini hökmlə verir. Hakim hakimdir. Sadəcə fərq budur ki, Allahın hökmü ilə hökm verməyən asidir. Amma onun asiliyi (yəni Allahın hökmü ilə hökm verməməyi) onu hakimlikdən çıxarmır. Hakim kimi sayılır. Hakim haqları qalır. Bax, bu mühüm qeyddir.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#62 Guest

Guest
  • Guests

Posted 27 March 2015 - 05:06 PM

salam aleykum qardaw

Oturub fikirlewirem ve anlamaga bawdiyiramki niye gore ummet bu gune qalib, men gunahin devetcilerde oldugunu duwunurem, cunki devetciler islami bize yarimcig bir paket halinda teqdim edirler. mes: bir hissesi ancaq devet uzre, bir hissesi ancag cihat, bir hissesi ancag hedis, biri ancag quran ve.s.
cox az alimler ve devetciler varki islami tam bir paket halinda teqdim etsinler yeni hem devetden hem cihaddan hem sunneden hem qurannan ve teessuflerki bele devetciler coxsu zindanlardadi.
fikirlewiremki eleye qalsa sufileride bezi weylerde haqqi deyirler, nurcularda, quranilerde, murciyalarda, tekfircilerde ve diger firqeler. pax prablem ele burdadi niye ele bir devetci yoxduki bu ummete dogru wekilde hem deveti hem cihad ruhunu awilasin, hammi ancag bir hisseni goturur. hec uzaga gedmiyek ele bizim devetciler ancag devet uzre qurmusuz dinimizi. meger dinimiz yalniz devetdenmi ibaretdi? illerdi ancag eyni dersler cumelerde eyni xutbeler ewidirem uzag bawi 50 hedis uzerinde tekrar tekrar daniwir butun telebeler, meger bizim dinimiz bele dar bir movzulardan ibaretdir? qoy bize neyniyiller elesinler qardawlar bow yere tutulsunlar polis terefinnen doyulsunler hecne olmaz. goresen cezalandirildimi qardawlari doyen polisler? goresen zohrab qardawin mehkemesi ne yerde qaldi? bele devetle bu ummeti ancag sindirdiginizi bawa duwmursuz? duzdu men butun telebelerimizin derslerine qulag asiram hormetde edirem hamsina. ama sizdede boyuk gunahlar var dinimizi bize tam bir paket halinda bawa salin Allah rizasi ucun.
SALAM ALEYKUM

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Sizin fikirləriniz səhv fikirlərdir. Təbii ki, indi siz öz gördüyünüzü danışmısız. Amma heçdə elə deyil. Dəvət nəyinsə üstündə məskunlaşmayıb. Sadəcə dəvət mərhələlərdən ibarətdir. Əsas nəyi müalicə etmək lazımdırsa, onu müalicə etmək lazımdır. Məsələn, Peyğəmbər (sallallahu aleyhi va səlləm) Məkkə dövründə heç döyüş etməmişdi. Nə üçün? Vəziyyətə görə. Fikir versəniz Qurandakı əhkamlar (ayələr) mərhələ-mərhələ nazil olub. Yəni müsəlmanların vəziyyətinə görə. Hal-hazırda müsəlmanların vəziyyətində nə problemlər varsa, onu müalicə etmək lazımdır. Sizin dediyinizdən cihaddı və s. ona hazır olmaq üçün, hətta səhabələr bunu birdən etmədisə, təsəvvür elə indi başqaları necə. Ona görə bəli, bu təkrar deyil. Məsələn, Qurana fikir versək 13 il ancaq Tovhiddəndir. Səhabələr demədilər ki, ya Rasulullah, bu nədir? Təkrar. Nə qədər gəldi.. Heç kəs elə demədi. Allahın dinidir. Baxmayaraq, təkrar edirik, nolur? Düzəlir məgər? Əslində təkrar etmirik. Həmişə yeni-yeni xütbələr olur, həmişə yeni-yeni dərslər olur, yeni-yeni kitablara başlanılır yavaş-yavaş. Bu təkrar deyil. Ona görə sizin fikirləriniz səhvdir. Nə lazımdı Peyğəmbərin (sallallahu aleyhi va səlləm), səhabələrin yoluna görə, sələfin mənhəcinə görə addımlar atırıq. Narahat olmayın.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#63 azerxelil

azerxelil

    Пользователь

  • Пользователи
  • Pip
  • 8 posts
  • Location:baku
  • Interests:islam

Posted 27 March 2015 - 09:21 PM

salam aleykum va rahmatullahi va barakatuhu. 1.Dishi aqriyan adam destamazda aqzina su alanda dishi aqriyir, teyemmum elemelidir yoxsa destamazda aqzina su almamalidir.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Əgər ağzına su almaq dişini ağrıdırsa, barmağı ilə qabaq dişlərinə sürtsün kifayət edir.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!

..............................

#64 azerxelil

azerxelil

    Пользователь

  • Пользователи
  • Pip
  • 8 posts
  • Location:baku
  • Interests:islam

Posted 27 March 2015 - 09:26 PM

Salamu aleykum rahmatullahi va barakatuhu. Seferde olanda namazlari birleshdirib qilaq yoxsa 5 vaxtda qilaq?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
İmkan dairəsində 5 vaxt qılın. Əgər səfər ağırdırsa, yəni cürbəcür yerlərə gedirsiz, bir yerdə oturmursunuzsa, onda birləşdirə bilərsiz.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!

..............................

#65 kamran9696

kamran9696

    Пользователь

  • Пользователи
  • Pip
  • 4 posts

Posted 28 March 2015 - 12:12 AM

Assalamu eleykum. Sizden bir sey sorusmaq isteyirem seyx menim bir xristian yoldasim var, 1ci sinifden onnan biryerdeyem. Yaxwi oglandir ailesini de taniyiram, Islama da hormet eleyir. bunu soruwmaq isteyirem ki olar onnan ara bir goruwub bir yerde oturmaq, cay icmek ve s. Yeniki onunla yoldasligimi davam ettirmek caizdir?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Eyib etməz. Qəsdiniz dəvət olsun.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#66 mirze mammadov

mirze mammadov
  • Guests

Posted 28 March 2015 - 11:05 AM

salam aleykum seyx 1 sual hamamdan cixandan sonra elnamdullah zikrni demak olar ?, 2sual mascidda man quran oxuyuram sakit bir qardasda manim yanimda quran oxuyur amma o sesla oxuyur ona man irad bildira bilar ki axi imkan var sakit oxu? 3 sual seyx avtobusada gedis haqqi 30q uzaq masafadi 35daq yoldu manda yolda miniram avtobusa 15-17d yol gediram dusanda 20q veriram amma surucu etiraz etmir amma bilmiram man duz verdim ya yox amma etiraz etsa na edim?4 sual seyx musviqadat mescidida cumaya getmak maslahatdi?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Yox, hamamdan sonra əlhəmdulilləh demək gəlməyib.
2) Deyə bilərsiz, məsləhət edə bilərsiniz ki, əgər maneə olursa, deyə bilərsiniz.
3) Əsas odur ki, nə qədər getmisənsə və nə qədər qayda qoyulubsa, ona riayət elə.
4) Gedə bilərsiniz.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#67 saleh

saleh
  • Guests

Posted 28 March 2015 - 01:25 PM

salam aleykum

xevaric fikirli insanlar ne vaxt anlayacaqlar ki , onlar tarix boyu qalib olmayiblar ve onlari hemishe mikrob kimi ezibler ve qiyamete kimi de ezecekler . bunu basha dushub ve camaati da bogaza yigmasinlar .

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Yəni onlar başa düşsəydilər o fikirə girməzdilər. Lakin onlarda o başa düşmək anlayışı yoxdur axı. Onlar səfehdirlər. Peyğəmbər (sallallahu aleyhi va səlləm) onları vəsf edib. Onların problemi budur.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#68 Guest

Guest
  • Guests

Posted 28 March 2015 - 02:09 PM

$eyx Assalamu aleykum varahmatullah.Bir baci deyirki 5 ildir spiral qoyub narahatdirki buda abot kimi bir seydirmi bu duzdurmu ve gunah yazilirmi buna gore ? spiral qoymaq olarmi 5 - 10 ile ?

Cavab:

Yox, abort kimi deyil. Amma uzun müddət bəyənilmir. Xüsusən səbəbsiz.
Allah daha yaxşı bilir!


#69 Guest

Guest
  • Guests

Posted 28 March 2015 - 05:05 PM

salam aleykum.hedislere nece inanmaq olar.mene inandirici gelmur.yeniki belje deyisdirilib.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Dəyişdirilənləri alimlər qeyd ediblər, narahat olma. Özləri qeyd edib. Hansı dəyişdirilib, hansı yox.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#70 Guest

Guest
  • Guests

Posted 28 March 2015 - 05:58 PM

salam aleykum,namazda birinci fetzi qilmaq olar??sonra sunneti

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Səbəb olsa. Belə adət etməyin.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#71 Abu Muhammad

Abu Muhammad
  • Guests

Posted 29 March 2015 - 02:50 AM

Əssalamu aleykum va rahmatullahi va barakatuhu

Şeyx diri və saleh müsəlmana demək qiyamət günü mənə şəfaət edərsən bu şirkdi yoxsa caiz?
xavariclərin saytında məqalə var ki bu caizdi və şirk deyil dəlillərdəndə biri bu idi ki İbn Bəzə sual verirlərki cihada gedənə demək olar ki əgər şəhid olsan mənə qiyamət günü şəfaət edərsən İbn Bəzz də cavb verir ki problem yoxdu. bu doğrudu?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Diri adama demək olar. Sadəcə bəzi növ xəvariclərin problemi nədir. Onlar ölüyə də müraciəti deyirlər.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#72 .................

.................
  • Guests

Posted 29 March 2015 - 08:48 AM

Assalamu aleykum
Sheyx,Tirmizide bele bir hedis varki icki aludecisi 4 defe tovbe edib ickiye qayidirsa,ona olum hokmu verilir?
eyer varsa bunu izah ederdizde
CezekALLAHU xayran

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Bəli, buna hakim qərar verir. Əgər görürsə ki, düzəlmir. Bu hakimin qərarıdır. Amma şərt deyil dörddən sonra ölüm vermək.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#73 azerxelil

azerxelil

    Пользователь

  • Пользователи
  • Pip
  • 8 posts
  • Location:baku
  • Interests:islam

Posted 29 March 2015 - 08:30 PM

Salamu aleykum rahmatullahi va barakatu. 1. evde xalcanin uzerinde namaz qilanda xalcanin uzerindeki naxishlari ecayib heyvana oxwar insan wekilleri gorurem buda weytan vesvesesidi? Men dediyim xalca evlere serilen boyuk xalcalardandi, namaz qilan xalca yox. Ne qeder isteyirem fikir vermeyim yenede hemen wekili oz fikrimde yaradiram. Xalcani tullayim. 2. Komedik verilishlere baxmaq gunahdi? Baxmaq gunahdisa delil orda yalan daniwmaqdi? Yalan daniwmaq gunah olduqunu bilirem.
Salamu aleykum rahmatullahi va barakatu

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Çalışın üstünə bir şey atın və ya başqa yerdə qılın.
2) Çəkinsəniz daha məsləhətdir.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!

..............................

#74 Guest

Guest
  • Guests

Posted 29 March 2015 - 10:54 PM

Salam aleykum!
1.Sunne namazi nece qilinir sesli yoxsa sessiz qilinir ve nece ruket qilinir?
2. SubhanAllah, Elhemdulillah ve Allahu ekber deyilir mi sunne namazlarindan sonra
3.Her namazin nece ruket sunnesi olur
4. Sunne namazini bir gun qilib bir gun qilmamaq da olar yoxsa baslayanda hemise qilmaq lazimdir?
5.Meselen zohr namazina catmayanda ikindi namazinda zohrun sunnesi qilinir?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Səssiz qılınır. Sünnət namazları iki-ikidir.
2) Xeyr, deyilmir.
3) Sübhdən qabaq iki, zöhrdən qabaq iki+iki=dörd, sonra iki, əsrdə heç nə yoxdur, məğribin fərzindən sonra iki, işanın fərzindən sonra iki.
4) Çalışın buna adət etməyin. Tərk etməyin.
5) Olar, bəli qılınır.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#75 mirze mammadov

mirze mammadov
  • Guests

Posted 30 March 2015 - 09:42 PM

Salam aleykum seyx;1 sual quran oxuyanda sacda ayasi galan sacda neca edirlar?(izah qisa allah razi olsun )( ;2 sual man hamisa calisiram(1 rukat) elhamdullah vitr namazini qilim amma hardan istayiram qunut tutum (mas. ay 1 dafa) amma bilmiram qunut neca tutulur? ( suralardan sonra takbir goturum tutum yoxsa rukudan sonra)(izah qisa allah razi olsun )

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Allahu Əkbər deyirsiz, gedirsiz səcdəyə, üç dəfə Subhənə Rabbiyəl `Alə, sonra Allahu Əkbər deyib qalxırsız.
2) Qunutu həm rükudan qabaq, həmdə sonra tuta bilərsiniz. Amma siz duaya görə istəyirsinizsə, elə duanı səcdədə edin və təşəhhüddə salamlardan qabaq. Bu daha uyğun olar.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!



#76 Guest

Guest
  • Guests

Posted 31 March 2015 - 11:29 AM

Цитата (AbuSaid @ 14 Mar 2015, 23:09)
Allahi adeti ile soyen Kafir olmur.buna aciqlama vermayinizi isterdim.

Cavab:

Ümumiyyətlə, Allah və Rasulunu söyən kafirdir. Bu bizim əqidəmizdir. Amma qaldı ki, müəyyən şəxsdən söhbət getdikdə, əgər nə dediyini dərk etmirsə, onun halına baxacağıq. Yox, əgər nə dediyini dərk edirsə, bilirsə, qəzəbli halda olmayaraq, məcbur halda olmayaraq söyürsə, o, kafirdir.
Allah daha yaxşı bilir!
bu sizin ishtihatinizdi,yoxsa deliliniz var?Allahi soyene neca berayet qazandirmaq olar?Allahi soyen neca kafir olmaya biler?Men Allaha iman getirmiwem.muselman olmuwam,amma Allahi soyurem ve kafir olmuram.bu obsurd fikirdi.Allahi soyen Kafirdi.ona berayet qazandiranda kafirdi.Allah hidayet versin.

bu sizin ishtihatinizdi,yoxsa deliliniz var?Allahi soyene neca berayet qazandirmaq olar?Allahi soyen neca kafir olmaya biler?Men Allaha iman getirmiwem.muselman olmuwam,amma Allahi soyurem ve kafir olmuram.bu obsurd fikirdi.Allahi soyen Kafirdi.ona berayet qazandiranda kafirdi.Allah hidayet versin.

Cavab:

Bu bəraət qazandırmaq deyil. Bu sadəcə sələfin mənhəci ilə, qoyduğu qaydalar ilə getməkdir. Bu mənim sözüm deyil, böyük alimlərin sözüdür. Şeyx İbn Bəzin, Şeyx Albaninin, Şeyx İbn Üseyminin, Şeyx Fovzanın, Şeyx Abdurrazzaq əl-Afifinin və başqalarının. Bizim əqidəmiz budur ki, Allah və Rasulunu söyən kafirdir. Lakin bu ümumidir. Lakin müəyyənə gəldikdə isə, halına baxacağıq. Halını görmək lazımdır. Bəlkə insan məcbur olub, bəlkə insan qəzəbindən dərk eləmir nə dediyini, bəlkə ağlı hərdən pozulur. Ona zülm olar. Bizdən adil olmaq tələb olunub. Ona görə şərtlərə riayət etsək adil olacağıq, şərtlərə riayət etmədən təkfir etsək, o zaman zalım olacağıq.
Allah daha yaxşı bilir!



#77 Əhlimanov 202

Əhlimanov 202
  • Guests

Posted 31 March 2015 - 06:11 PM

Əs səlamu aleykum hörmətli Qamət müəllim. Siz dəfələrlə sıravi müsəlmanlara nəsihət etmisiniz ki, baxın görün kimdən elm alırsınız. Yəni kiminsə ərəb dilini mükəmməl bilməyi ( misal Elmir Quliyev), hətta Mədinə İslam Universitetində təhsil almağı (misal Əlixan Musayev) hələ heç bir şey demək deyildir. Bu xüsusda sualım Rəşad Hümbətov barəsindədir. Heç bir yerdə 5-7 il təhsil almayıb (Mədinə, Ər Riyad universiteti, Əl Əzhar universiteti), heç bir mötəbər alimin dizinin dibində oturmayıb (Həccdə 10 dəqiqə Abdul Muhsin al Abbadı görub əlini sıxmaq hələ elm deyil) ərəb dilini sizin kimi - Mədinə tələbələri kimi- mükəmməl bilmir. Amma parta-part dərsələr deyir, əqidə dərsləri keçir, ən dəhşətlisi Nəvaqidul İslamdan danışır. Yaxşı sıravi müsəlman neyləsin? Ondan elm alsa, onda sağlam düşüncəyə uyğun sual çıxır: Elmir Quliyevin ondan nəyi pisdir? Rəşad Hümbətov ağırlığında kitablar tərcümə edib, Fundamental Qurani-Kərim, hədislərin təfsirini verən "Buluq al Aram" və s. Ya da ki, Əlixan Musayev. Heç kəsdə şübhə olmaz ki, Əlixan Musayev Rəşad Hümbətovu parta arxasında otuzdurub dərs keçər. Yəni əziz qardaşım bu obyektiv reallıqdır. İndi siz konkret olraq nə deyirsiniz? Xahiş edirəm səmimi olun-hərçənd Sizin səmimiliyinizdə heç vaxt şübhə etməmişəm. Allah razı olsun!

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Əlhəmdulilləh, mən səmimi danışıram. Özünüzdə görürsünüz ki, mən heç bir sualdan çəkinmirəm. Sadəcə siz dediyiniz bu üslub hizblərin, yəni ixvanların üslubudur. Yəni onlar deyirlər ki, bax gör nə edib. Əgər yaxşı şeylər edibsə, qurtardı. Yox, biz onu demirik. Bizə maraqlıdır insanın əqidəsi və mənhəci. Ola bilər kimsə gedib Abbadın yanında otursun. Lakin Rəşad ondan mənhəcdə salamat olsun. Bizdə şəxsə bağlılıq yoxdur. Bəli, ola bilər qüsurlar, məsələn, şeyxlərin yanında az olub və s. Lakin məsələn, qeyd etdiyin Mədinə tələbəsi mənhəcdə Rəşad daha sabit və daha aydındır. Mən heçdə razı deyiləm ki, qeyd etdiyin Mədinə tələbəsilə görüşsə, qeyd etdiyin Mədinə tələbəsi ona nəsə deyər. Mən əks fikirləşirəm ki, (hər ikisini də tanıyıram) o, qeyd etdiyin Mədinə tələbəsinə bəzi şeyləri başa salar. O birisinin heç adını çəkmirəm. O, heç elm tələbəsi deyil. O, adi переводчик-di, tərcüməçidi. Vəssalam. O, heç elm tələbəsi deyil. Ona görə lap tutalım ki, tonlarla kitab tərcümə edib. Lap Rəşadla, məndəndə ağır. O demək deyil ki, o, yaxşı oğlandı. Biz insanın əqidəsinə, mənhəcinə baxırıq. Salamatdır, yoxsa yox. Rəşad salamatdır. Ona görə biz ona heç nə demirik. Qardaşımızdır. Dərs keçməyinə də maneə olmuruq. Yox, əgər xarab olsaydı biz bəyən edəcəkdik. Məsləhət görməzdik. Ona görə düzgün yanaşın. Sizin yanaşmağınız düzgün deyil.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#78 Guest

Guest
  • Guests

Posted 31 March 2015 - 07:49 PM

Salam aleykum!
Peygember sallalahu aleyhi vua sellemi olen gunden bir gun sonra basdiriblar? Eger eledirse sebebini yazardiz ,axi olen kimi olunu basdirmirlar ki

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Bəli, Peyğəmbəri (sallallahu aleyhi va səlləm) ölən gündən iki gün sonra basdırdılar. Oda cənazə namazına görə. Cənazə namazı indiki kimi qılınmadı. Möminlərin anası Aişənin (Allah ondan razı olsun) evində dünyasını dəyişmişdi. Yer balaca idi. Ona görə birinci kişilər girib bir-bir, iki-iki qılıb çıxırdılar. Sonra qadınlar girdilər, sonra uşaqlar girdilər. Ona görə bu bir az çəkdi. Bax buna görə.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#79 Guest

Guest
  • Guests

Posted 01 April 2015 - 11:20 AM

salam aleykum

deyiram sizin na gadar gozunuz baglidiki Saudiyya hokumati Yemana bu gadar tacavuz edir,oranin alimlari agzina su alib baxir sizda bu torba tikan alimlarin fetvasina uyursuz. indi bashliyacagsan ki beladi eldai basdi ort basdir etdin

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Mən heç nəyi ört-basdır etmirəm. Nə var onu deyirəm. Birinci kim deyir ki, Yəməndə camaatı öldürürlər? Yəni sən nə üçün Yəməndən danışırsan? Ondan qabaq Suriyada artıq ölənlər 300 mini keçib, İraqda ölənlər minlərlə insanı keçib. Onlardan nə üçün danışmırsan. Nə üçün birdən Yəməndən danışdın? Yəni kor kimdir? Yəməndə də nə olubki? Sadəcə Hovsilər baxmayaraq Yəmənin heç 5%-i deyillər, bir 10-15%-də zeydilərdir. Qalanları isə sünnidir. Şafi`i məzhəbində. Hovsilər gəliblər hökuməti deviriblər və almaq istəyirlər. Burada da hökumət, camaat, millət narazıdır. Nəinki Səudiyyə, 10 ölkə ona kömək edirlər. Həm oranın hakiminə, həm oranın millətinə kömək edirlər. Vəssalam. Lap ən azından Suriya, İraqla müqayisə elə. Onda həqiqəti görəcəksən.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#80 Sual

Sual
  • Guests

Posted 01 April 2015 - 12:55 PM

Salam aleykum qardaw.
bilirikki Saudiya alimleri islami cebhe qruplawmasinin terefindedir ve onlari xeyrine olan fetvalar verir. bunlar niye bele edirler axi? o vaxtida iraqda amerika ile birlikde Elqaideye qarwi vuruwdular ve vuruwanlar ele bilirdilerki el qaidenin iwini bitirdikden sonra bunlara rutbe verilecek general; olaceyler ama muharibeden sonra hamisi iwdenmiw salfetka kimi bir qiraga atildilar, hal buki amerika gelib muselmanlari oz torpaglarinda bombardiman eleyirdi. niye gore islami cebhe qruplawmasida amerikanin iraqdan cixmagi ucun vuruwmadi, deyimde niye cunki saudiya nece amerika adli atasina qarwi vuruwa bilerki, sonra deyirlerki muselmanlar birlewe bilmir, muselmanlarin bir birini qirmasina sebeb olan fetvalar verilende elbetdeki hec kim birlewmez. indide iraqda hemen sohbeti tewkil edirler iwide qarwi. bu avam axmaq muselmanlarda ikinci defe amerikanin nokeri olan saudiyanin fitvasina gedir.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Sənin yanaşmağın düzgün deyil. Ən birinci bu söhbətə Səudiyyəni niyə qatırsan? Xüsusəndə Səudiyyə deyəndə görsənir ki, alimlərinə tənə edirsən. Bu alimlərə tənə eləməkdir. Şeyx Fovzana və başqa alimlərə. Guya ki, onlar Amerikanın dediyi ilə oturub-dururlar. Yəni Amerikanın xoşuna gələn fətvalar verirlər. Bu hamısı zənn, şeytani vəsvəsələrdir. Başqa şey deyil. Amma qaldı ki, əgər İŞİD-i müdafiə edirsənsə, sən hələ deyəsən İŞİD-in çəkdiyi müsəlmanları öldürdüyü filmləri görməmisən. Sən bir dənə ona bax. Sonra Amerikaya deyəssən ki, onları öldürməkdə əhsən sənə.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#81 Umm Yahya

Umm Yahya
  • Guests

Posted 01 April 2015 - 01:29 PM

Salamaleykum Qamet qardash.

Alhemdulilleh nece defe yazmisam hemise suallarima cavab vermisiz. Allah sizden razi olsun. Komeyiniz deyib mene.
Amma sizden bir shey xahish elemek isteyirem, o qeyri-adi ve meqsedli suallar ve ya qiciqlandirmaq ucun yazilan suallara cavab vermeyin. Qoy onlar sizin yazilari oxuyub sizin qiciqlanmaginizi hiss elemesinler. Haqqli ola ola susun.
Men teztez yazmasamda forumu oxuyub meni maraqlandiran hansisa sualin cavabini tapa bilirem. Allah razi olsun sizden. Amma gorende ki, siz ele qiciqlandirici insanlarin suallarina size yarashmayan terzde cavablar yazirsiz cox meyus oluram. Biz dini sizin kimi elm ehllerinden oyrenirik ve istemezdim ki, bele elmli muselmanlarimiz hansisa biliksiz insanlarin sozlerinin badina getsinler.
Allah sizi qorusun. Hec bir kolgenin olmadigi gunde Oz Ershinin kolgesinde sizi kolgelendirsin. AMIN.
Sizi Allah rizasi ucun sevirem.

Salamaleykum!

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Bəli, düz deyirsiz. Hərdən cavablarda olur. Oda belə ümumi camaata yox, özünüz görürsüz ki, elə cavablar olur ki, ola bilsin bir az sərt olsun. Oda kimlərdi. Birinci sualı oxuyanda aydın olacaq. Onlar adama salam vermir. Onlar bizi kafir görür. Onlar xəvariclərdir. Yəni mən ola bilər birdən onlara sərt cavab verim və ya sərt görsənsin. İnşəAllah, nəzərə alaram. Çalışaram cavablarda bir az yumşaq olum. Ancaq onların sualları mühümdür. Qoy soruşsunlar. Sadəcə bəzən görürsən ələ salırlar. Məsələn, yeni suallardan: Amerikadan nə qədər pul gəlir və s. Düzdür, onları da buraxıram. İnşəAllah, çalışaram cavablar bir az sərt olmasın.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#82 Guest

Guest
  • Guests

Posted 01 April 2015 - 06:59 PM

Salam aleykum!

Bu hedis dogrudur yoxsa yox?

Rəvayət edilir ki, Israil oğullarından bir gənc, ömrünün iyirmi ilini ibadətlə, iyirmi ilini isə Allaha üsyan ilə keçirib. Bir dəfə aynaya baxır, saqqalının ağardığını görür və üzülərək belə deyir: Allahım Sənə iyirmi il ibadət etdim və iyirmi ilimi isə üsyanla keçirtdim. Əyər Sənə dönsəm, tövbə etsəm məni qəbul edərsən? Pak və Müqəddəs Allah ona belə səslənir : " Sən məni sevdin, mən də səni sevdim.Sən məni tərk etdin, mən də səni tərk etdim. Sən mənə üsyan etdin, mən sənə möhlət verdim.Əgər dönsən səni qəbul edərəm."
"O, qullarının tövbəsini qəbul edən və günahlarını bağışlayandır" (Şura,25)

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Bunu bilmirəm. Gərək yoxlayaq.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#83 Guest

Guest
  • Guests

Posted 01 April 2015 - 11:52 PM

Salam aleykum sheyx. ____Ixlasla.com____ saytinda Resad qardasin gozel derslerine qulaq asiram. Amma siz ona meslehet gorerdiniz ki, bir balaca yigcam danismasin, izahi genislendirsin. Ve de azeri kelmelerinden cox istiface elesin.

Bir de suallara tez cavab verin, bu qeder gec cavab vermek olmaz, hetta isiniz olsa da bele. Cunki, ele suallar olur ki, ona emel geci bir gune vacib olur. Bizse size yaziriq, nein ki, bir gune, inanin hec bir hefteye ve ya hec bir aya bele cavablandirmirsiniz.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Əksinə mən ona demişəm ki, bir az qısa danış. Ona görə ki, qısa olanda həm yadda tez qalır, həmdə hər cəhətdən rahat olur. İnşəAllah. Qısa-qısa danışsın, sadəcə çoxaltsın. Çox dərs versin. İnşəAllah, problem yoxdur.
2) Düzdür, Allah razı olsun. Düz deyirsiz. Lakin mən bacardığımı edirəm. Vaxt tapan kimi edirəm.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#84 Guest

Guest
  • Guests

Posted 02 April 2015 - 12:47 PM

Şeyx İŞİD-ə qarşı Amerika koalisiyasına qoşulanlara Qamət demək olar?!!!Ona bilmirem ne demey olar amma sene şuphesiz sefeh demey olar

Cavab:

Səfehliyin yazından görsənir. Koalisiyaya mənim adımı vermək istəyirsən? Nədi-nədi mən sənin fikrində deyiləm, ona görə? Bunu böyük alimlər deyir. Sən söhbəti niyə mənə bağlamısan? Görsənir ki, hələ balacasan. Oxu. Va ya əsəbisən. Sakitləşdirən dərmanlar at. İnşəAllah, hər şey yaxşı olacaq. Narahat olma.
Allah daha yaxşı bilir!


#85 Guest

Guest
  • Guests

Posted 02 April 2015 - 03:17 PM

Салам алейкум

Гамет америкадан айда сене неце доллар гондерилер?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Mənə Amerikadan pul zad yollayan yoxdur. Bilmirəm bunu sənə kim deyib. Hansı məlumatlar var. Amma narahat olma. Mənə Amerikadan pul yollayan yoxdur. Xüsusən konqres, nə Bush, nə Obama pul yollamayıb. Səni aldadıblar.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!





0 user(s) are reading this topic

0 members, 0 guests, 0 anonymous users