Jump to content


Photo

01 марта 2016 года


  • This topic is locked This topic is locked
47 replies to this topic

#1 admin

admin

    Administrator

  • Админ
  • Pip
  • 100,154 posts

Posted 01 February 2016 - 03:06 PM

Əs salamu aleykum və rahmətullahi va bərakatuh!
Əziz müsəlmanlar! inşəAllah, martın 1-dək suallarınızı forumda verə bilərsiniz.
Suallarınız bir neçə gün ərzində məscidimizin imamı Qamət Suleymanov tərəfindən cavablandırılacaqdır.
Hamınızı maraqlı suallarla gözləyirik!
Salam aleykum!


Ас саламу алейкум, уважаемые мусульмане!
ИншаАллах, до 1-го марта можете задавать вопросы на форуме.
В течении нескольких дней на ваши вопросы ответит имам нашей мечети Гамет Сулейманов.
До встречи в онлайне! Готовьте вопросы.
Салам алейкум!!


DİQQƏT, DİQQƏT, DİQQƏT!!!
Yalnız söz yığımından ibarət olan,
əxlaqsız və ədəbdənkənar ibarələrlə dolu olan,
forum iştirakçılarının bir-birinə
elmsiz, dəlilsiz və əsassız cavabları
silinərək foruma buraxılmayacaq.
Yazıları bu şərtləri ödəməyən istifadəçilər
haqqı halal etməni tələb etməsələr də olar,
çünki forumun və onun sahibinin
haqqını ödəmək lazımdır.


#2 Guest

Guest
  • Guests

Posted 01 February 2016 - 05:40 PM

Ассаляму алейкум Ва раhматуЛлаh.
1.Ахи Рашад гардашы сусдурдулар йохса озу сусду?
2.христиана ругйе етмек чаизди?бир йери аграйырса?

ДжазакаЛлаhу Хайран

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Mən hardan bilim? Onu özündən soruşun.
2) O məsələdə alimlərin arasında ixtilaf var. Çəkinsəniz yaxşıdır, çünki Allah Subhanahu va Təalə buyurur: “Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. O, zalımların (kafirlərin) ancaq ziyanını artırır.” (İsra, 82)
Xristian isə kafirdir, ona görə yaxşıdır ki, çəkinəsiniz.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#3 Guest

Guest
  • Guests

Posted 02 February 2016 - 03:28 PM

Salam menim sualim var evvel bu barede size cox sual vermisem meselen 23 Jan 2016, 18:18
tarixli sual bunlardan biridi indi mesele burasindadi men elim telebelerinen sorusdum mene dediler onun velisi oglu ola biler ogluda 27yasindadi menen 2yas balaca.O vaxtida men ogluna bizim kebinle evli oldugumuzu deyende urek xesteliyi baslayib helede agriyir vaxtasiri mualice alir adam ozu selefidi men basa dusurem seriet bunu teleb edir amma men kebini kesdirende shie idim ve bu kebin menim mezhebime hemcinin kesenin (henefi)mezhebine uygun idi indi ixtilafdan qacinmaq ucun men bunu ederdim amma yeniden ona bunu deye bilmeremki gel ananin nigahinda veli ol ureyi partlayar.Hemde anasi deyir bunu etme etsen senle elaqeni kesecem ve sair meni usaglarin yaninda basi asagi eleme.DOgrusu menim fikirlerim qarisigdi yani ne selefi deyilem ne henefi ne sie ve sair deyilem calisiram muselman olum.Hazirda men dusunuremki veli esasen qiz usaglarina vacibdir dul qadina veli olsa daha yaxsi olar.Bilirem menim fikrimle hecne olculmur.Sadece ixtilafdan qacinmaq ucun veli ile kesdirerdimki hecbir subhe qalmasin bunuda ede bilmirem cunki ogluna demeyimde coxlu maneyeler var.Bunu demek mene cox baha basa gelecek hemde onun sehhetine zerer vurma ehtimali boyukdu onsuzda ureyin xeste elemisem.Cixilmaz veziyyet yaranib.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Artıq evlilikdən sonra uzun müddət keçib, ona görə yenidən kəbin kəsməyə ehtiyac yoxdur. Əsas odur ki artıq hamı bilir ki, siz ər-arvadsınız. Evliliyiniz səhihdir, bu barədə narahat olmayın.
Valideynləri kafir hesab etməyiniz isə düzgün deyil. Namaz etiqadi deyil, fiqhi məsələdir. Bu fikirdə bəhs edəndən sonra elm tələbəsi ola bilər, lakin siravi müsəlmanların bu cür məsələlərə girişməyi düzgün deyil. Görsənir ki, atası avamdı, bu sözə görə təkfir eləmək düzgün deyil.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#4 Guest

Guest
  • Guests

Posted 02 February 2016 - 10:31 PM

Salamun aleykum Weyx.Menim yoldawim islama cox baglidi,yeni cooox inanin ki 1 deqiqesini bele bow kecirmir ancaq zikr,namaz,oruc,ereb dili oyrenmek,Quran oxumaq evde bize vaxt ayirmir ,orda uwaq aglasin kitab elinden buraxib gelmez.Birde ki iwsizdi ele bil iw axtarmaq isdemir,cekinir ki ibadetden uzaqlawaram ereb dili oyrenmeye vaxtim qalmaz.Nese bunu iwe cagiranda bele keyf pozulur.Mende utaniram deye bilmirem ki bes uwaqlar var iwlemek lazimdi onlarin geleceyin qurmaliyiq.Men ne edim yoldawimi nece bawa salim ki ibadetle yanawi bizede vaxt ayirsin.Meslehet verin ya ne bilim ele aye varsa yazin men ona oxudaram.ALLAH razi olsun.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Uyğun vaxt seçib onunla oturub danışın və nəsihət edin. Ona bildirin və yadına salın ki, o ailəsinə görə məsuliyət daşıyır. Deyin ki, qiyamət günü onlara görə cavab verəcək və ümumən ona nəsihət edin. Bir də Allaha dua edin ki, Allah onu islah etsin və düz yola yönəltsin. Sizin əlinizdən gələn budur, daha nə edə bilərsiniz ki?!
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#5 Guest

Guest
  • Guests

Posted 03 February 2016 - 09:54 AM

Salam aleykum,

1 O düzdür ki, siz Ruheyle haqqında demisiniz ki, o bidətçidir? Bu adam uzun müddətdir Mədinədə əqidə üzrə dərs deyir və professordur.

2 Siz onu alim kimi qəbul edirsiniz?

3 Onun bidəti nədədir? Həqiqətən o bidətçidir?

4 Bu Misirdən bir tələbə gəlib, çox özündən əmin danışır və bərk gedir. Ruheyle haqqında dedi ki, bidətçinin dal ayağıdır.... Bu barədə nə deyə bilərsiniz?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Bəzi şeyxlər İbrahim Ruheyliyə bidətçi deyiblər, amma mənim ona bidətçi deməyim yadıma gəlmir.
2) Alim deməyə gəldikdə isə, bəli onun elmi var və Mədinədə onun elm səviyyəsində olan adam çoxdur, həmçinin ondan da güclüləri var.
3) Şeyxlər onun bəzi sözlərinə, çıxışlarına və mövgeyinə görə etirazlar ediblər və bəziləri ona bidətçi deyiblər.
4) Danışanda yaxşı ifadələr işlətsin və bu cür sözlərdən çəkinsə yaxşıdır.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#6 Guest

Guest
  • Guests

Posted 03 February 2016 - 02:46 PM

O,DAŞI GÖSTƏRİB DESƏYDİ Kİ,BU QIZILDIR,HƏQİQƏTƏN SUBUT EDƏRDİ Kİ,O QIZILDIR.

👆ONUN HAQDA BELƏ DEYİRLƏR.
DİLDƏ VƏ QİYASDA ÇOX İTİ OLUB.
____________________________

Dahi alim imam Əbu Hənifə (Allah ona rəhmət eləsin) ilə Xəvariclərin söhbəti...

📌Nə zaman ki,Küfədə Xavariclər meydana gəldi,o vaxt Xavariclər Abu Hənifəni tutub belə deyirlər:Ey şeyx küfrdən tövbə elə!!!
İmam Əbu Hənifə (Allah ona rəhmət eləsin) cavab verir:Mən bütün küfrlərdən Allaha tövbə edirəm!
Xavariclər bunu eşidib çıxıb gedirlər.
Yolda gedəndə bir nəfər deyir ki;O,küfrdən tövbə elədi,bu da o deməkdir ki,yəni ey xavariclər siz hansı küfrün üzərindəsizsə,mən ondan tövbə elədim.
Tez geri dönürlər və başçıları belə deyir:Ey şeyx sən dedin ki,küfrdən tövbə edirəm,bununla qəsdin yəni biz nəyin üzərindəyiksə,ondan tövbə eləmək oldu?!
İmam Əbu Hənifə (Allah ona rəhmət eləsin) həmin Xəvaricə belə deyir:Sən bunu zənn edərək deyirsən? Yoxsa elmlə?
Xəvaric belə cavab verir:Zənn ilə!
Əbu Hənifə (Allah ona rəhmət eləsin) belə deyir:Uca Allah belə buyurur:(Ey iman gətirənlər! Zənnin çoxsundan çəkinin!həqiqətən zənnin bir qismi günahdır!)

Əbu Hənifə (Allah ona rəhmət eləsin) sözünə dəvam edərək buyurur:bu sən tərəfdən olan bir xətadır,sənə görədə bütün xətalar küfrdür! Əvvəlcə sən özün küfrdən tövbə elə!!!
Xəvaric belə deyir:Ey şeyx doğru dedin! Mən küfrlərdən tövbə edirəm!

Sona Xəvariclər eşidirlər ki,Abu Hənifə (Allah ona rəhmət eləsin) günahlara görə qiblə əhlindən olan heç kəsi təkfir eləmir və yenə gəlirlər onun yanına mübahisə eləməyə.
Və Abu Hənifəyə (Allah ona rəhmət eləsin) belə deyirlər:O mescidin önündə ki,iki cənazə var haa,onlardan biri,şərab içən kişi idi,hətta küpünə girirdi və şərab içə-içə boğulub öldü.
Digəri isə zinakar qadının cənazəsidir.O qədər zina edib ki,doyana kimi və ən nəhayət hamilə qaldı və özünü öldürdü.
Bu iki nəfərin cənazəsi haqda nə deyirsən?!!!
Əbu Hənifə (Allah ona rəhmət eləsin) belə deyir:Bunlar hansı millətdəndilər? Yəhudidilər?!
Xəvariclər deyirlər ki:Yox!
Əbu Hənifə (Allah ona rəhmət eləsin) deyir:Nəsranidilər?!
Xəvariclər deyirlər ki:Yox!
Əbu Hənifə (Allah ona rəhmət eləsin) deyir ki:Məcusidilər?!
Xəvariclər deyirlər ki:Yox!
Əbu Hənifə (Allah ona rəhmət eləsin) deyir:onda bu iki nəfər hansı millətdəndilər?!!!!
Xavariclər deyirlər ki:Lə iləhə illəllah və Muhəmmədun Rasulullaha şahidlik edənlərin millətindən!
Əbu Hənifə (Allah ona rəhmət eləsin) belə deyir:mənə deyin görüm sizin şəhadətiniz imandandır? Neçədə birindən? Üçdə birindən?dörddə birindən? Yoxsa beşdə birindən?!
Xəvariclər cavab verirlər ki:iman üçdə-bir,dörddə-bir,beşdə-bir olmur!
Abu Hənifə (Allah ona rəhmət eləsin) deyir:onda şəhadət imanın neçə hissəsindən biridir?!
Xəvariclər deyirlər ki:imanın hamısıdır.
Əbu Hənifə (Allah ona rəhmət eləin) buyurur:onda mömin oluqlarını iqrar elədiyiniz və sonrada iddia elədiyiniz o iki nəfər haqda mənə niyə sual verdiniz ki?!
Xəvariclər:eee əl çək bizdən!
De görək o iki nəfər cənnət əhlidir?yoxsa cəhənnəm?!
Əbu Hənifə (Allah ona rəhmət eləsin) buyurur:Bir halda ki,üz döndərirsiz mən onlar haqda İbrahimin öz günahkar qövmü haqda dediyini deyirəm: Ey Rəbbim! Həqiqətən də, onlar çox adamı azdırıblar. Kim mənə tabe olsa, o, məndəndir. Kim də mənə asi olsa, (bilsin ki,) Sən Bağışlayansan, Rəhmlisən.(İbrahim 36)
Onlar haqda İsanın öz günahkar qövmü haqda dediklərini deyirəm: Əgər onlara əzab versən, sözsüz ki, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, şübhəsiz ki, Sən Qüdrətlisən, Müdriksən!”(maidə 118)
Onlar haqqında Nuhun öz günahkar qövmü haqda dediklərini deyirəm: Onlar dedilər: “Sənə ən rəzil adamlar tabe olduğu halda biz sənə inanarıqmı?”
(Nuh )dedi: “Mən onların nə etdiklərini bilmirəm!
Onların haqq-hesabı yalnız Rəbbimə aiddir. Kaş başa düşəydiniz!
Mən iman gətirənləri qovan deyiləm.
Mən yalnız açıq-aşkar bir qorxudanam.(Şüara 111-115).
Mən onlar haqda Muhammədin sallallahu aleyhi və səlləm öz günahkar qövmü haqda dediklərini deyirəm: De: “Mən sizə demirəm ki, Allahın xəzinələri mənim yanımdadır. Mən qeybi də bilmirəm. Mən sizə demirəm ki, mən mələyəm. Mən yalnız mənə vəhy olunana tabe oluram”. De: “Məgər korla görən eyni ola bilərmi? Məgər düşünmürsünüz?”
Rəbbinin hüzuruna toplanılacaqlarından qorxanları xəbərdar et ki, Allahdan başqa onların nə bir hamisi, nə də bir havadarı vardır. Bəlkə (pis əməllərdən) çəkinsinlər.
Rəbbinin Üzünü diləyərək səhər və axşam çağı Ona dua edənləri (yanından) qovma. Nə sən onların verəcəkləri hesabata azca da olsa cavabdehsən, nə də onlar sənin (verəcəyin) hesabatında azca da olsa cavabdehdirlər. Onları qovsan zalımlardan olarsan.(Enam 50-53)
Xəvariclər silahlarını yerə tullayıb belə deyirlər:üzərində olduğumuz dindən çıxırıq,sənin dinini qəbul edirik.Allah sənə fəzilət,hikmət və elm nəsib etmişdir.

Cavab:

Allah kömək olsun
Allah daha yaxşı bilir!


#7 Rashad

Rashad
  • Guests

Posted 04 February 2016 - 11:42 PM

Salam Aleykum Weyx. Watsapp da Medine qrupu barede ne deye bilersiz? Orani hizbilermi idare edir?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Əgər idarə edənlər hizbçilərə meyillidirsə, elə qruplara girməyin. Ümumiyyətlə, nəinki qruplara haradan hizbçi iyi gəlsə, ordan çıxın.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#8 Guest

Guest
  • Guests

Posted 05 February 2016 - 11:58 PM

Assalamu aleykum va rahmatullahi va barakatuhu.
Şeyx forumda aşağıdakı yazını gördüm

Цитата
Salam aleykum. Men o gun islami terifleyende mene irad tutdular ki, nece olur xristianlar, yahudiler inkishaf edirler ,o boyda keshfleri, nobel mukafatchilari var amma muselmanlarda qirginlardi. Harasi yaxshidi. Yaxshi olsaydi yaxshi olar da onde olardilar. Siz ne deye bilersiz?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Birincisi, Nobel mükafatının özü oyundur. Onlar özləri qəsdlə məhz yəhudilərə, xristianlara, krişnaidlərə verirlər ki, müsəlmanları orada zəif göstərsinlər. Müsəlmanlardan da Nobel mükafatı alanlar var.
Nobel mükafatı (isv. Nobelpriset, ing. Nobel Prize) — dəyərli elmi tədqiqatlar, inqilabi ixtiralar, mədəniyyətə və ya cəmiyyətin inkişafına edilən zəngin töhfəyə görə verilən nüfuzlu beynəlxalq mükafatdır.Daha ətrafı buradan oxuya bilərsiz  ......

Nobel mükafı verilən zaman namizədin dini etiqadın əhəmiyyət daşıdığına dair iddianızı nəyə əsaslandırırsınız? Yaxud bu mükafat verilən zaman kiməsə haqsızlıq edildiyinə dair məlumatınız var ?
Ümumiyyətlə Dünyada elm üzrə ən hörmətli mükafatın oyun olduğu fikrinizi nəyə əsaslandırırsınız?
Cavab üçün indidən təşəkkürlər.
Assalamu aleykum.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Birincisi, bu səhv fikirdir ki, xristian ölkələri inkişaf edib, müsəlman ölkələri isə inkişaf etməyib. Sadəcə xristian ölkələri müsəlman ölkələrini inkişaf etməyə qoymur, söhbət bundan gedir. Yoxsa elə inkişaf müsəlman ölkələrində gedirdi. Geriyə dönüb tarixə baxın. Inkişaf, təmizkarlıq, əxlaq, mədəniyyət harda idi? Sadəcə indi qərb, Avropa elə təsəvvür yaradıb ki, guya Islam insanı geridə qoyur. Amma səhv fikirdir. Islam əksinə elm üzərində qurulub.
Məgər fikir vermirsiniz ki, əsasən yəhudilər udur. Baxmayar ki, orada müsəlman alimlər də var, çox vaxt yəhudi onu götürür.
Mən şəxslərlə ad çəkə bilməyəcəm, amma şəkk yoxdur ki, bu oyundur. Həmişə yəhudi alimlərini qabağa salırlar. Nəinki nobeldə hər bir şeydə həmişə müsəlmanlara üçüncü dərəcəli kimi baxırlar.
Nəinki bu nobel təşkilatı, ümumiyyətlə xristianlar nə təşkilat edirsə, hamısı oyundur. Hətta xristianların özlərindən belə bu təşkilata etirazlar olur. Əgər müharibə məsələlərini oyun edirlərsə, onda Nobel nədir ki onlar üçün?
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#9 Guest

Guest
  • Guests

Posted 06 February 2016 - 12:01 AM

Assalamu aleykum va rahmatullahi va barakatuhi.
Ey cin və insan tayfası! Əgər göylərin və yerin hüdudlarını yarıb keçə bilərsinizsə, keçin! Siz ancaq qüdrət və qüvvətlə keçə bilərsiniz. (Rəhman 55)
Bu ayənin təsviri nədir? Göyün hüdudları deyəndə nə nəzərdə tutulur Yerin atmosferi (hava qatı)?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Burada Allah həm insanlara, həm də cinlərə necə aciz olduğun göstərir. Xaliq Odur və Onun izni olmadan siz heç nə edə bilməyəcəksiniz. Yəni Allah bu ayədə məxluqun acizliyin göstərir.
Bəli göyün hüdüdları yerin atmosferi də ola bilər, atmosferin qatları da, hətta kosmos da ola bilər. Allahın izni olmadan onları keçə bilməzsiniz.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#10 Guest

Guest
  • Guests

Posted 07 February 2016 - 01:55 AM

Salam aleykum .Necəsiniz ?Düzdür ki, Peyğəmbər (s.a.s) Həfsə bint Öməri(r.a) bir dəfə boşuyub.Sonra Cəbrayıl (ə) deyib ki,geri o senin dünya və axirətdə qadınındı.onu geri qaytar.Peyğəmbər (s.a.s) də onu qaytarıb.
Eger düzdürsə onda boşamağının səbəbi nə olub ?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Bəli, rəvayət səhihdi. Hakim rəvayət edib “Əl-Mustadrak”da və şeyx Albani deyib ki səhihdir. Burda Həfsənin fəziləti göstərilir. Peyğəmbər sallallahu aleyhi va səlləm Həfsəni böşayıb və sonra gəlib və deyib: “Mənə Cəbrayıl söylədi: Həfsəni qaytar, belə ki o, çoxlu oruc tutanlardan, çoxlu namaz qılanlardandır və cənnətdə sənin zövcəndir.”
Həfsəni boşamaqda səbəb bu idi ki, Peyğəmbər sallallahu aleyhi va sallam Həfsəyə bir və ya bir neçə sirr vermişdi, o isə gedib sirləri Aişəyə demişdi. Allahu Təala isə bunu rəsuluna bildirdi. Onda Peyğəmbər sallallahu aleyhi va səlləm Həfsəni ədəbləndirmək üçün ona bir talaq verdi, lakin sonra onu qaytardı.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#11 Guest

Guest
  • Guests

Posted 07 February 2016 - 10:38 AM

Assalamu aleykum rahmatullahi va barakatuhu.
Şeyx mənim ağlıma bəzən Allaha,dinə çox zid,pis fikirlər təhqir gəlir.Bu barədə heç kimlə danışmamışam amma əmin deyiləm ki,öz-özümə danışaraq dilimə gətirmişəm ya yox.Bəlkə dilimə gətirib gətirməməyim vəsvəsədir.Ümumiyyətlə qüsl alanda və s. Vəsvəsə əl çəkmir məndən.Ola bilər ki,mən İslamdan çıxım?
.Belə olanda həmişə şəhadət gətirirəm.
Ehtiyac var İslama giriş qüslünü almağa?Mənə kömək edin.Çox qorxuram.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Yox, dindən çıxmırsan, narahat olma. Fikir vermə, vəsvəsələrdir. Fikir verdikcə azad ola bilməyəcəksən, bu cür vəsvəsələr çoxalacaq. Fikir vermədikcə isə azala-azala gedəcək.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#12 Nur

Nur
  • Guests

Posted 07 February 2016 - 04:58 PM

Salam Weyx!Bir selefi qadininin eri wie eqidesindedirse,o qadin onunla yan yana namaza dura bilermi?umumiyyetle wie biri ile evlilik duzgundur selefi ucun ya nece?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Əslində nəinki şiə ilə evlilik, hətta bir əqidədə də olsa belə evlənəndə özünə, baxışlarına uyğun adam seçmək lazımdır. Amma evləniblər və sonradan ibadətə başlayıblarsa və əri şiyə kimi, qadın isə sünni kimi qılırsa, yaxşı olar ki biryerdə yox, ayrı-ayrı qılsınlar, çünki şiyələr dəstəmaz alanda ayaqlarını yumurlar. Bu da sünni məzhəbinə görə problemdir. Hərhalda ayrı qılın və onu dəvət edin. Başa salın, bəlkə islah oldu.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#13 Aysel

Aysel
  • Guests

Posted 07 February 2016 - 05:03 PM

Salam Aleykum Weyx! Sesli namaz dedikde, yeni sesimizi mueyyen qeder normadan yukseltmek demekdir?Allah razi olsun!

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Əgər tək qılırsansa, özün eşidən qədər səsi qaldırmaq kifayətdir.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#14 Guest

Guest
  • Guests

Posted 07 February 2016 - 07:03 PM

Salam aleykum.Şeyx İslamda arıqlamaq üçün dieta saxlamağa icazə verilir ?
Allah sizi qorusun.Amin.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Olar,ehtiyac olsa, eyib etməz. Ümumiyyətlə sünnəyə riayət etsəniz, heç bir pəhrizə ehtiyac yoxdur. Sadəcə sünnəyə riayət etmirik. Peyğəmbər sallallahu aleyhi va səlləm mədəni 3 hissəyə bölüb. Hava, su, yemək üçün. Buna isə çoxumuz riayət etmirik. Alimlər də deyir ki, sünnəni tətbiq etsəniz, sağlam olarsınız.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#15 togi

togi

    Пользователь

  • Пользователи
  • Pip
  • 2 posts

Posted 10 February 2016 - 02:33 PM

salam aleykum sheyx.bir sualim var bir qardash mennen xaish eledi ki,men ona xaricden telefon getizdirim axir sozun qisasi 203 $ elemishdi sonra axtarib ucuz tapdim onu aldim.indi sualim budur ki,men qalan pulu ozume gotursem halaldirmi?
Salam aleykum

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Yox, sən ona de sonra, əgər dostundursa bildir. Ticarət məqsədi ilə gətirmisənsə, onda başqa məsələdir, amma əgər yaxın dostundursa, yaxşı olar ki, bildirəsən.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#16 Ehli sunneh

Ehli sunneh
  • Guests

Posted 13 February 2016 - 12:01 AM

Essalamu aleykum va rahmatullahi va barakatuhu.suallarımı yazmışdım bir neçe defe şeyx,forumda tapmadım.zehmet olmasa yeniden yazım.suallarımı Ehli sunneh adı ile yazıram.
"Doğrudanmı insanın heç kime melum olmadığı bir dövr hele de ötüb keçmemişdir?"(İnsan suresi 1).
zehmet olmasa bu ayeti izah ede bilersiniz?Allah sizi Firdovs Cenneti ile mükafatlandırsın.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Şeyx Əs-Səədi təfsirində deyilir ki, bu ayədə Allahu Taalə insanın həyatının ilkin, erkən, orta və axır mərhələlərini xatırladır. Həmçinin, Allah qeyd edir ki, insan yaranmamışdan qabaq uzun bir dövr keçmişdir, o vaxt ki insan mövcüd deyildi və onu heç zikr edən də yox idi.
Yəni bu ayədə insanın necə zəif, aciz məxluq olduğu göstərilir.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#17 Rashad

Rashad
  • Guests

Posted 13 February 2016 - 09:21 PM

Weyx Allah sizden razi olsun. Iwa namazindan sonra iki ruket sunneti qildiqdan sonra vitri qilmaq olarmi? Gece namazinda sunneye uygun 2000 aye oxumasaq namaz sehih sayilirmi, yeni balaca ezber bildiyimiz sureler? Wiyenin arxasinda namaz qilmaq olarmi? Sefer namazi varmi? Gece namazina gecede nece defe durmaq sunnetdir? Salam Aleykum.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Bəli, qılmaq olar.
2) 2000 ayə oxumaq barədə Sünnədə belə bir şey gəlmədi. Hətta ixlas surəsini oxusanız belə kifayətdir.
3) Xeyir, məsləhət deyil. Çünki onların dəstəmazı bizə görə düzgün deyil.
4) Bəli, səfər namazı var. Səfərdə 4 rükətli namazlar (zöhr, əsr, işa) 2 rükət qılınır.
5) Bir dəfə durmaq kifayətdir.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#18 Guest

Guest
  • Guests

Posted 14 February 2016 - 12:45 PM

Salam Aleykuma.

1. Qiz ushaqina "Nuray" adi vermek olarmi? Adin menasi nedir?
2. Dunyaya ushaqi kesarevo usulu ile dunyaya getirmekde bir problem var mi? Yani icaze verilirmi insan oz isteyi ile emelliyat yolu ile ushaqi getirsin dunyaya, tebii yol ile yox?
3. Qelyan chekmek niye haram sayilir? Siqaret haram deyil amma qelyan haramdi?
4. Yeni dunyaya gelmish ushaqa ne etmek lazimdi? Ne duasi oxumaq? Birinci tuku mutleq qirxilmalidirmi? Hansi muddet erzinde?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Nuray nur sözündəndir, yəni işıq sözündəndir. Qoymaq olar, problem deyil.
2) Xeyir, problem yoxdur. Şəri cəhətdən problem yoxdur. Qadının ixtiyarındadır, seçim edə bilər.
3) Çünki, qəlyan siqaret kimidir.Hətta siqaretdən də pisdir. Siqaret də haramdır.
4) Uşaq doğulanda hər hansı bir dua oxumaq lazım deyil. Şükür eləmək lazımdır ki, Allah sağsalamat övlad verdi, anası da salamatdır, əlhəmdulilləh.
Evə gətirəndə isə birinci dodaqlarına şirin bir şey (xurma və s.) sürtün, 7ci günündə başını qırxın və saçın ölçüdə, neçə qram gəlsə, ona uyğun gümüşnən və ya qızılnan sədəqə verin. Qızdırsa bir, oğlandırsa, iki eqiq kesin. Körpəyə gözəl ad verin və oğlandırsa, 7ci günündə sünnət edin. Əsas sünnələr bunlardır. Bunlardan heç biri fərz deyil, hamısı sünnədir. Uşağın qulağına azan və ya iqamə vermək barədə hədis isə səhih deyil.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#19 Guest

Guest
  • Guests

Posted 16 February 2016 - 02:40 PM

********
Salam aleykum,

1 Burada 1.04 dəqiqədə Elşada sula verirlər ki, Qamət deyib ki, ateistlər heyvandır. Elşad da cavabında deyir ki, bu Qamətin dininin darlığından irəli gəlir. Bu barədə də deyərdiniz?

2 Ümumiyyətlə, siz belə söz demisiniz ki, ateistlər heyvandır?

3 Bu Elşad niyə başını itirdi birdən - birə? Sifətindən də xəstəliyi görünür artıq....

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Heç nə olmaz, insandı da, demokratiyadı, kim nə istəyirsə, danışır. Qaldı ki ateistlərə heyvan demək, mən elə deməmişəm, hərdən bir söz deyəndə jurnalistlər gedib başqa cür yazır, sonra da elə bilirlər ki, mən elə söz demişəm.
O ki qaldı heyvanın bəzi insanlardan daha yaxşı olmasına mən yox, Allah Təala Quranda deyir.
Allah Taalə buyurur: “Kafirlər səda və nidadan (çığırtı və bağırtıdan) başqa bir şey anlamayanlara (heyvanlara) bənzərlər. Onlar kar, lal və kordurlar. Buna görə də haqqı dərk etməzlər.” (Bəqərə, 171)
Allah Taalə buyurur: “Yoxsa elə güman edirsən ki, onların əksəriyyəti (sən deyən sözü) eşidəcək və ya (ağıllı-başlı) fikirləşəcək? Onlar heyvan kimidirlər, hətta ondan daha çox zəlalət yolundadırlar.” (Furqan, 44)
Allah Taalə buyurur: “Bir azdan (Hüdhüd) gəlib dedi: “Sənin bilmədiyin bir şeyi öyrəndim. Sənə Səbadan doğru bir xəbər gətirmişəm. Mən onlara (Səba əhlinə) padşahlıq edən bir qadın gördüm. Ona (dünyada şahlara lazım olan) hər şey verilmişdir. Onun çox böyük (əzəmətli) bir taxtı vardır. Mən onun və tayfasının Allahı qoyub günəşə sitayiş etdiklərini gördüm. Şeytan (çirkin) əməllərini onlara gözəl göstərmiş, onları (doğru) yoldan sapdırmışdır. Buna görə də haqq yolunu tapa bilmirlər. Göylərdə və yerdə pünhan olanı (yağışı, bitkiləri) aşkara çıxardan, onların gizlində və aşkarda etdikləri hər şeyi bilən Allaha səcdə etməsinlər deyə (Şeytan belə etmişdir). O böyük ərşin Rəbbi (sahibi) olan Allahdan başqa heç bir tanrı yoxdur!” (Nəml, 22-26)
Hərdən heyvan insandan yaxşı olur. Hətta heyvan Allaha şərik qoşmur, lakin bəzi insanlar isə Allaha şərik qoşur. Hudhud Allaha şərik qoşan insanları görəndə təəcübləndi - “Mən onun və tayfasının Allahı qoyub günəşə sitayiş etdiklərini gördüm...” (Nəml, 22-26)

Heyvanlar tövhid əhlidir, bəzi insanlar isə Allaha şərik qoşur. Ateist isə onlardan da pisdir, çünki ateist heç Allah Təaləyə da inanmır.
Mən deməmişəm ki ateistlər heyvandılar, lakin desəm də səhv olmaz, amma yenə də o üslubda deməmişəm. Eyb etməz. Kim nə istəyir danışır da, demokratiyadır.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#20 Guest

Guest
  • Guests

Posted 16 February 2016 - 09:59 PM

Assalamu ayekum va rahmatullahi va barakatuhi.
Şeyx siz bu videoda 01:00 dəqiqədə deyirsiz ki ..Bin Baz(rəhimullah) deyib ki Kim desə ki yer tərpənmir bu küfürdür.Yer yoxsa Günəş?
Yaşar Süleymanlı deyirki Yer sabitdir və Günəş onun ətrafında hərəkət edir.
Yerin sabit olmadığını deyən alim var?
müasir astronomiyanın verdiyi Günəş sistemini qəbul etmək olar?
Bu kafirlik deyilki?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Şeyx İbn Baz deyib ki, yer sabitdir.
2) Beli, yerin sabit olmadığını deyən alimlər var.
3) Bəli, astronomiyanın verdiyi günəş sistemini qəbul etmək olar. Xeyir, bu küfr deyil, qəbul etmək olar.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#21 Guest

Guest
  • Guests

Posted 17 February 2016 - 08:58 PM

Assalamu aleykum va rahmatullahi va barakatahu.
Şeyx mən 12-13 bəlkə də daha az yaşım olanda demişdim ki mən buddaya inanıram,səcdə də etmişdim.Niyə etdim bilmirəm.Bəlkə necə bir hiss olduğunu bilmək üçün etdim.İslamı bilirdim bunu etməyin qadağan olduğunu da.Amma etdim.Bu məni dindən çıxarır?3 il sonra namaza başlamışdım.
2)Ümumiyyətlə insan uşaq vaxtı edilən günahlara görə məsuliyyət daşıyır?
3)Həddi bülüğa çatmaq nə ilə müəyyən olunur oğlanlarda?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Əslində sizin etdiyiniz küfrdür. Insanı dindən çıxardır. Lakin sən deyirsən ki,həddi buluğa çatmamışdın.Ola bilər o vaxtı Bruslinin ya da hind kinolarından təsirlənmisən. Ancaq əsas odur ki, etdiyinin səhv olduğunu anlamısan. Namaza başlamısan, əlhəmdulilləh. İnşəAllah üzrlüsən.
2) Yox, uşaq vaxtı elədiyi günahlara görə məsuliyyət daşımır. Çünki, dərk eləmir,haram olmağın bilmir,aqibətini düşünmür və s.
3) Həddi büluğ qızda aybaşının gəlməyi ilə, oğlanda isə məninin çıxması ilə bilinir.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#22 Guest

Guest
  • Guests

Posted 17 February 2016 - 09:34 PM

Салам Алейкум .
1. Общины подразделятся на 3 группы согласно Корану, обладатели левой стороны, правой и преуспевшие- все понятно, но некоторые ученые говорят про Сират - мост, что это за мост и для чего он если все и так ясно?
2. Поза -Гиям - это поза при короторой хоронят людей, а ведь людей хоронят лежа руки по бокам, а в Коране сказано про этих людей, что они в позиции Гиям проводят ночи, что противоречит этому и вызывает разногласие?
3. Сура Ниса 24 аят, - разрешается ли временное проживание с женщиной согласно договору ,заключенному наедине с ней, если не нарушать его?

Ответ:

Ва алейкумус салам ва рахматуллахи ва баракатуху!
1) Всевышний Аллах справедливый и ни с кем не поступит несправедливо. Всевышнему Аллаху лучше знать для чего он установил Сират (мост) и все то, что будет в Судный День. Прежде всего все это, т.е. Сират, Весы и т.д. указывают и свидетельство тому что Всевышний справедливый. Люди увидят все благо или зло своих поступков в Судный День и будут свидетелями того что с ними поступили справедливо, в том числе и при прохождении по мосту Сират.
2) Во первых, такое сравнение делать неправильно. Если скажем что совершающий намаз должен быть в том же положении что и похороненный, то тогда можно предположить, что намаз можно совершать без одежды и т.д.
Во вторых, при захоронении нет разницы как вы положите руки покойного.
3) Нет, временный брак (мута, сигэ) не дозволяется и является прелюбодеянием.
Аллах знает лучше!
Вас саламу алейкум ва рахматуллахи ва баракатуху!


#23 Ehli sunneh 🌷

Ehli sunneh 🌷
  • Guests

Posted 18 February 2016 - 08:36 PM

Essalamu aleykum va rahmetullahi va barakatuhu.Allah size xeyir,bereket versin.bir neçe defe suallarımı yazmışdım forumda tapmadım.zehmet olmasa yene yazım.suallarımı Ehli sunneh adı ile yazıram.
1) "Doğrudanmı insanın heç kime melum olmadığı bir dövr hele de ötüb keçmemişdir?"(İnsan suresi 1).Zehmet olmasa,bu ayetin qısa tefsirini yaza bilersiniz?
2) men bir defe 2015-in avqustuna qeder olan suallarında soruşmuşdum ki,Quran oxuyarken qari ile beraber tekrarlamaq olarmı?siz yazmışdınız ki,'öyrenmek' üçün olar. amma men çox vaxt 'qiraetim gözel olsun'deye,qari Nasir Al Qatamiye qulaq asıb onunla beraber tekrarlayıram.bele etmek olar?
Allah sizi Firdovs Cenneti ile mükafatlandırsın.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Əs-Səədi təfsirində deyilir ki, bu ayədə Allahu Taalə insanın həyatının ilkin, erkən, orta və axır mərhələlərini xatırladır. Həmçinin, Allah qeyd edir ki, insan yaranmamışdan qabaq uzun bir dövr keçmişdir, o vaxt ki insan mövcüd deyildi və onu heç zikr edən də yox idi.
Yəni bu ayədə insanın necə zəif, aciz məxluq olduğu göstərilir.
2) Elə siz dediyiniz də öyrənməkdir. Olar bərabər təkrarlamaq.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#24 Guest

Guest
  • Guests

Posted 19 February 2016 - 08:09 PM

Salam aleykum.
1. Bizde cenaze namazi mescidde bezen qiyabi qilinir. Mesel ucun turkiyede coxlu sayda dunyasin deyisen varsa. Sunnede var mi bele bir sey?
2. Men evde tek olaraq qiyabi cenaze namazi qila bilerem mi?
3. Farz namizini ne cur cetinlik olsa bele buraxmag olmaz. Bes sunnet namazlari ucun nece? Mesel ucun mene gore ishi saxlayiblar, ve yaxud gozleyen var, bu vaxt sunnet namazini da hecneye baxmayaraq qilim, yoxsa vaxti cixsa bele, bu cur sebebleri nezere alib sonraya saxlayim?
Salam aleykum.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Qiyabi cənazə namazı qılmağa adət etməyin. O vaxt qiyabi qıla bilərsiniz, nə vaxt ki, cənazə üçün cənazə namazı qılınmayıb və üstündən qısa müddət keçib. Yox, əgər artıq o cənazə üçün cənazə namazı qılıblarsa, onda qiyabi qılmaq lazım deyil.
2) Yenə də dediyim kimi, əgər qılmayıblarsa, qıla bilərsən
3) Düzdür sünnət namazları fərz namazlar kimi deyil. Fərzi qılın sünnəti sonra qılarsınız.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#25 Guest

Guest
  • Guests

Posted 20 February 2016 - 12:02 PM

Əs-Sələmu ələyküm.

Əjdərbəy (Göy) məscidində namaz qılmaq olar? Sadəcə orada qəbr var...

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Orada qəbrin olmağı, birincisi, sual altındadır. Çünki, bəzi məscidlərdə görürük qəbr var, qazanda isə görürlər ki, dəmir, armatur və s. içindən çıxır. Yadıma gəlir, bolşeviklərin vaxtında o məscid muzey idi. Mən o məscidə 1986-cı ildə getmişəm. Bolşeviklərin də vaxtında adət idi ki, məscidə qəbir qoyurdular ki, guya bu məscidi o tikdirib. Indi Allah bilir orda qəbr var ya yoxdur. Əvvəllər qəbr həyətdə idi. Təmir işlərindən sonra isə içərisində oldu. Hər halda orada namaz qılsanız, namazınız səhihdir. Amma əgər qəbir varsa, başqa məscidlərə üstünlük versəniz daha yaxşı olar
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#26 Guest

Guest
  • Guests

Posted 20 February 2016 - 07:33 PM

Salam aleykum.
1. Namazi sebebsiz vaxtinin evvelinde qilmamagda bir problem var mi?
2. Isden eve gelende cox vaxt olur ki megrib azani 10-20 deqiqedi ki verilib. Derhal namazi qilmaliyam, ve ya yemek yeyib sonra qilsam da olar?
3. Namaz vaxti soyug hava oldugdan burun suyu geldikde desmalnan burnumu silib namazi davam etmek olar?
4. Nazda bir sehf edib, ve sehf secdesini unudub, gelen namazda yada dusende sehf secdesini etmek lazimdirmi?
5. Teqiye ne zaman etmek olar?
Salam aleykum

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Namazı gecikdirmək bəyənilmir. Yalnız işa namazını evdəsənsə, gecikdirmək bəyənilir, sünnədir. Amma digər fərz namazlara isə aid deyil. Çünki Peyğəmbər sallallahu aleyhi va səlləmdən ən əfzəl əməllərin hansılar olduğu barədə soruşduqda onlardan biri kimi dedi ki, namazı öz vaxtında qılmaq.
2) Yemək hazırdısa,süfrədədirsə,yeyib qurtarana kimi namazın vaxtı çıxmayacaqsa, yeyə bilərsiz.Amma yemək hələ hazırlanırsa, namazı qılın sonra yeyərsiniz.
3) Olar. Əgər burun axırsa, lap tutaq ki qanadı, namazın içində silmək olar, amma birdən qan çoxalsa, onda namazdan çıx. Amma azca sildinsə, inşə Allah bir problem yoxdur, o artıq hərəkət sayılmır.
4) Əgər üstündən çox keçibsə, səhv səcdəsi lazım deyil.
5) Əslində Əhli sünnədə buna tövriyyə deyilir. Əgər həyati təhlükə varsa, etmək olar.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#27 Юг

Юг
  • Guests

Posted 23 February 2016 - 01:21 PM

Ассаляму алейкум уа рахмату-Ллах уа баракатух! Шейх тут братьев интересует вопросы на которые я не могу ответить.
Они спрашивают почему гамета называют шейхом?! Кто из ученых его так назвал?! И есть ли иджазы от шейхов у него?!
Почему гамет подстригает бороду, ведь не подобает её подстригать?


Шейх гамет что вы скажете о иджазах назратулы которых по настоящему не было, а он ими прикрывался?

Ответ:

Ва алейкумус салам ва рахматуллахи ва баракатуху!
1) Братья многих называют шейхом, а не только меня. Однако я не однократно говорил чтобы меня так не называли. Братья ко многим обращаются таким образом, не только ко мне. Братья на такое обращение друг к другу смотрят нормально.
2) Никто из ученых меня так не называл.
3) В качестве письменной иджазы у меня есть диплом Мединского Исламского Университета. Также в устной форме есть иджаза от шейха Ибн База (да помилует его Аллах), который при особой встрече (ликау хассах) у него дома, сказал мне скорее вернулся (на родину), чтобы начать призыв (дават).
4) Да, правильно. Я также говорю что подстрикать бороду запрещено (харам). Однако в данный момент я стараюсь держать бороду на столько на сколько это возможно для меня.
5) Назратуллах наш брат, салафит и по поводу этого он уже объяснился.
Аллах знает лучше!
Вас саламу алейкум ва рахматуллахи ва баракатуху!


#28 Guest

Guest
  • Guests

Posted 23 February 2016 - 09:46 PM

Əs-Sələmu ələykum. Əgər imam səssiz oxunan rakatlarda Əl-Fətihə-nı 4-5 saniyə ərzində oxusa (yəni tez), onda onun dalınca namz qılınır?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Belə halda, sizin namaz səhihdir. Amma hər halda, namazdan sonra təklikdə imama nəsihət edin. Deyin ki, yavaş oxusun, çatdıra bilmirik və s.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#29 Guest

Guest
  • Guests

Posted 23 February 2016 - 11:45 PM

Salam Aleykuma.
1.Mesel uchun men alver edirem, dovlete vergi odeyirem, mebleqin nechese faizini, bu gunahdi menim uchun?

2. Misal uchun men taxta satiram, gunde 10 manat qazaniram, amma bunu vergiden gizledirem ki az vergi odeyim, men ustumde gunah var nezere alsaq ki qazandiqimin hammisini gostersem hammisinin vergisini odesem ozume hech ne qalmayacaq?

Yashadiqimiz islam dovleti olmadiqini nezere alaraq, bu hallarda menim ustumde bir gunah bir halda ki dovletin vergiside az deyil, bunlar hammisi iqtisadi oyunlardi yeqin ve butun bu incelikler sonda insani kredit goturmeye vadar edir?

3.Kiraye evimi verim ayliq pul qazanmaqima icaze var?

4. Evim olmadiqi halda ipotekaya ev goture bilerem ki yashamaqa yerim olsun?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Düzdür, əslində vergi düzgün deyil, çox artıq götürürlər. Amma siz məcbursunuz. Məcbur olanda günah sayılmır.
2) Eyib etməz, vergidən çəkinmək olar. Vergini belə qurublar ki, əgər onu versən sənə artıq heç nə qalmayacaq, həmçinin vergi şəriət hökmü ilə verilmir.
Sənin hansı ölkədə yaşamağının fərqi yoxdur. Hansı qanun şəriətə müxalif deyilsə, tabe olmalısan, vacibdir. Hansı qanun isə şəriətə müxalifdirsə, çəkinməlisən. Məcbur olsan edə bilərsən.
3) Əlbəttə olar.
4) Xeyr, ipotekaya girməyin. Ipoteka haramdır, bank sistemidir, olmaz.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#30 Guest

Guest
  • Guests

Posted 25 February 2016 - 05:47 PM

Ас саламу алейкум

У меня такой вопрос.
Если в разговоре процитировал слова жены не имея намерения разводиться , которые она всегда мне говорит в шутку: 'все, я развожусь с тобой. Помнишь ты мне это говорила?'
Иногда меня мучают уас-уаса что я дал жене талак, хоть у меня даже не было намерения его давать. Иногда просто произношу это слово, даже в разговоре про кого-то, упоминаю слово талак и у меня бывает потом ощущение что я его дал жене. В свое время я давал жене уже два талака. И очень боюсь что нечайно дам его жене в третий раз. Если вдруг случайно сказать это слово, развод считается? Бывает что просто со рта выходит без намерения вообще.

Ответ:

Ва алейкумус салам ва рахматуллахи ва баракатуху!
Нет, эти слова без намерения развестись не означают развод. Однако не следует шутить и просто так произносить подобные слова. Что же касается тех сомнений которые вы испытываете, по поводу развода, то не обращайте на них внимание. Случайные слова развод и тому подобное не означают того что вы дали его жене. Старайтесь не обращать на это внимание.
Аллах знает лучше!
Вас саламу алейкум ва рахматуллахи ва баракатуху!


#31 Guest

Guest
  • Guests

Posted 25 February 2016 - 07:36 PM

Salam aleykum.
1. Zohr namizinin sunnetlerini vaxt az oldugundan qilmayib, isa namazindan sonra qilmag olar?
2. Ve ya zohrun vaxti cixdixda, yolda gederek, masini idare ederek, zohrun sunnetlerini qilmag olar?
3. Yolda oldugda, megribin vaxti girdikde, lakin bilirem ki 10-15 deq eve catacam, bu vaxt yolda gede gede, masini idare ederek, megribin sunnetini qilmag olar? Baxmayaraq ki megribin sunneti ferzden sonra gelir.
Bunu da deyim, bu cur seyler cox nadir hallarda olur.
Bu foruma biraz cox vaxt ayirin. Ve ya size basqa yerde sual vermek olarsa bunu bize de deyin.
Salam aleykum

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1.Olar. Əgər məsciddəsinizsə, onda birinci işanı camaatla qılın, sonra zöhrün sünnətlərini qılarsınız. Əgər evdəsinizsə, tək qılırsınızsa, onda birinci zöhrün sünnətlərini qılın, sonra işanı qılarsınız.
2.Minikdə sünnətləri qılmaq olar.
3.İmkan varsa namazı kamil şəkildə qılın. Əgər bilirsiniz ki, evə çatacaqsınız onda fərz namazından sonra sünnət namazını da evdə, tam şəkildə qılın (yəni ayağ üstə duraraq).
Sadəcə vatsap və telegram çıxandan vaxtımı çox aparır. Siz də hiss edirsiniz ki, buna görə məscidin forumunda biraz zəyifləmişəm.
Ya teleqram proqramına qoşulub orada sualınızı verə bilərsiniz (Telegram programında SUAL CAVAB QRUPU: https://telegram.me/...5BelmMuoIhJJ0g) və yaxud elə bura yazın.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#32 Guest

Guest
  • Guests

Posted 26 February 2016 - 08:15 PM

Əs-Sələmu ələykum.

Məni yas mərasiminə (40-xa) çağırıblar. Olar mı mən əvvəldə orada olum (yəni küçədə, mağaraya girməyərək), camaatla görüşüm, sonra gedim evimə, sonra isə qayıdım mərasimə o vaxt ki, camaat yavaş-yavaş gedəndə öz evlərinə? Yəni mən ora qayıdacam o məqsəd lə ki, gedim mağarada yer-yığış edim, qabları yığım, verim qabları mağarada qab yuyan qadınlara, yeri süpürüm, sonrada gedim.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Əgər qohumdursa, qonşudursa, yas yerinə çağırırlarsa, gedin. Amma elə vaxtı gedin ki, nahar vaxtı yığışıb yeyib içdikləri vaxt olmasın. Yaxşıdır ki saat 4-5dən sonra gedəsiniz. Həm məclisin sonu olur, molla da artıq yorulur, həm də artıq camaat da azalır. Gedib 5-10 dəqiqə oturub, baş sağlığı verib çıxın. Əgər yaxın adamdırsa, köməyə çağırırsa, onda dediyiniz kimi edə bilərsiniz.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#33 Guest

Guest
  • Guests

Posted 27 February 2016 - 01:12 AM

Salam aleyküm 1er arvadına hırslenerek deyerse "senı gormek ıstemırem " "get burdan "gözüm gormesın senı " kımı sözler söyleyerse kebın bozulmuş olur?bele olanda qadın ata evıne getmelıdır?2bes get geldıyın yere, get atavın evıne deyerse nece? Onda onlar bır bırıne namehrrm sayılırlar?sonra kışı dedıyıne pesman olursa nece? Bele olanda 3 defeden bırı deyılmıs sayılır yoxsa bu söz hırslenerek deyıldıyı ucun 3defete aıd deyıl?3-qadın bu sözden sonra ata evıne gederse kebın bozulmuş olur? Bele olanda kışı yenıden atadan qızı ıstemelıdır?mehr de vermelıdır? Bırden ata qızını bu sefer vermek ıstemedı onda nece?4- mehrde mutleqdır kı pul olsun? Meselen esıtmısemkı kımı yazdırırkı hecc zıyaretıne getmeyı,Fatıme anamız sehv ekemıremse mehrıne pul ıstemeyıb he? Sehv deyıremse sız duzeldın.mehre bır söz vermeyını ıstemek olar? Mes hıtalenende kebını tehlikeye atan sözler ısletmeyeceyıne söz bermesını ıstemek olar? Burdan da bütün qardaslara demek ısteyıremkı evlılıyınızı tehlıkye atan sözler ısletmeyın unutmayın kı hırslenerek dedıyınız bır söz sızın kebınınızın bozulmasına seveb ola bıler, aılenızı usaqlarınızı qadınınızı bır sözün qurbanına cevırmeyın ALLAHdan qorxun bele olarsa terfıtmeyınız daha rahat olar,bır dusunun bu 3defenı aşarsa neyleyeceksınız bır bırınıze namehrem olacaksınız deyermı buna usaqlarınız bes nece olacaq sızden ayrı yasamağa mecbur olacaq artıq bır evde olmayacaqsıznız lütfen bunu kendı nefisinizle bas basa qaldıgınızda bır dusunun

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Yox, bu boşanmaq sayılmır. Hərhalda, özünüz də qeyd etdiyiniz kimi kişi gərək belə kəlmələrdən ehtiyyat eləsin. Bu cür kəlmələrlə oynamasın, ciddi yanaşsın. Bu ağır məsələdir, asan yanaşmamalıdır. Uyğun vəziyyətdə nəsihət edin ki, belə sözlər deməsin. Boşanmaq sayılmır.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#34 Allahu Ekber

Allahu Ekber
  • Guests

Posted 27 February 2016 - 11:34 PM

Salam Aleykum. Men Shieyem size sualim olacaq. 1) Quranda ayaglari yumaq yazilib deyirsiz,amma soyuq havada ve ya botikde deyirsiz mesh etmek olar,bes orda mesh hardan geldi?? Hedisden?? Hedis neye esaslandi? QURANA? 2) Bes eli aciq qilmaq batildirse onda Malikiler hardan cixarib onu?? 3) Bes deyirsiz Peygember 3 gun sigeye icaze verib ehtiyaci oldugu ucun sonra axirete qeder haram edib, Peygember efendimiz hardan tapib sigeni Qurandan?? Daha sonra deyirsiz Peygember efendimiz Allahin ayesin qadagan edib??? Kufr. Cavab verin zehmet olmazsa.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Bəli, quranda ayaq yumaq deyilir. Peyğəmbər sallallahu aleyhi və səlləm ayəni tətbiq edəndə 23 il ərzində dəstəmaz alanda ayaqlarını yuyub. Amma məsh də çəkib göstərib ki, corabın və ya xofun üzərindən məsh çəkmək olar.Həmçinin, topuq örtülüdürsə, çəkmənin də üstündən məsh çəkmək olar. Çünki ayaqqabı ilə namaz qılmaq olarsa, onun üstündən məsh də çəkmək olar. Bizdə şəriət tək Quran deyil. Bizdə şəriət (Allahın qanunu) Quran və Sünnədir. Sünnə də vəyhdir. Necə ki, Allahu Təalə Hicr surəsinin 9-cu ayəsində belə deyir: “Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu (hər cür təhrif və təbdildən; artırıb-əskiltmədən) qoruyub saxlayacağıq!” . Eləcə də bu ayə Sünnəyə də aiddir. Biz Sünnədə səhih nə gəlibsə, onu edirik. Peyğəmbər sallallahu aleyhi və səlləm necə edibsə, o cür edirik.
2) Kim sizə deyib ki, əli açıq namaz qılmaq batildir? Məgər mən sizə demişəm əli açıq namaz qılmaq batildir? Əksinə, mən deyirəm ki, əli açıq namaz qılmaq batil deyil. Peyğəmbər sallallahu aleyhi və səlləmdən hətta uydurma hədis belə yoxdur ki, o əli açıq qılıb.Nə də səhabələr belə qılmayıb. Bu barədə səhih bir məlumat yoxdur. Imam Malikin Muvatta kitabında hədisləri cəm eləyəndə əli bağlı qılmaq haqqında hədis var. Maliki məzhəbinin hamısı yox, sadəcə bir hissəsi əli açıq namaz qılır, lakin əlibağlı da qılan çoxdur. Malikilərdən əliaçıq qılanlar İmam Malikin bir tələbəsinin nəqlinə istinad edirlər. Imam Malikin həyatının sonunda bəzi problemlər olmuşdu və o, əliaçıq namaz qılmışdı. Bunu da bəzi tələbələri görmüşdü, burdan götürmüşdülər. Amma Imam Malikin başqa tələbələri əlibağlı qılmağı deyiblər, belə də qılıblar.
3)Kim deyib ki 3 gün icazə verib? Mən elə deməmişəm. Əhli beytdən olan Imam Şafi deyib ki, mən siğədən başqa bir əməlin halal edilib sonra haram edilməsini,sonra yenə halal edilib, sonra yenə haram edildiyin bilmirəm. Özü də fikir verin, siğəyə icazənin ikisi də səfərdə olub. Səhabələrdən biri səfərdə gəlib Peyğəmbər sallallahu aleyhi və səlləmə deyir özümüzü axtalayaq? Onda Peyğəmbər sallallahu aleyhi və səlləm siğəyə icazə verdi. Elə ki, bu maneə aradan çıxdı, Peyğəmbər sallallahu aleyhi və səlləm haram elədi. Sonra yenə səfərdə olanda belə bir hal oldu və Peyğəmbər sallallahu aleyhi və səlləm yenə icazə verdi. Sonra isə dedi ki, qiyamətə qədər haramdır. Siğənin haram olduğu barədə tək bizim kitablarda yox, sizin kitablarda da Əli ibn Əbu Talibdən (Allah ondan razı olsun) rəvayət var. Səhih budur ki, Quranda siğə barədə heç nə gəlməyib. Nisa surəsi 24-cü ayədə evlənməkdən söhbət gedir. Bu ayəni başa düşmək istəyirsənsə Nisa 23 və 25i oxu. İslam gələndə nigahdan başqa bütün əlaqələri pozdu. Siğə də əvvəldən haram idi, sadəcə elə vəziyyət yarandı, onda Peyğəmbər sallallahu aleyhi və səlləm siğəni ancaq müşrik qadınlarla etməyə icazə vermişdi.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#35 Guest

Guest
  • Guests

Posted 29 February 2016 - 10:34 AM

Salam aleykum.
1. Her destemaz alanda agzi ve burnu ayri ayri yaxalamag olar?
2. Men isde rehberemse, qurandan hele ki 13 son sure bilirem va ayat kursiynen begerenin son iki ayesini, iscilerimle camaat namazi qilanda, imam men durmaliyam, yoxsa iscilerimden en cox qurandan ezber bilen?
3. Hecc ziyaretine ikinci defe getmek daha ustundu, ve ya imkani olmayan birinin hecc ziyaretini xercini odemek?
Salam aleykum.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Olar, amma yaxşı olar ki, birlikdə edəsən.
2) O sizdən asılıdır, siz də dayana bilərsiniz və ya Qurandan ən çox əzbər biləni imam edə bilərsiniz.
3) Necə istəyirsinizsə. Ilk dəfə fərzdir, ikinci , üçüncü dəfə isə artıq nafilədir,sünnətdir. İstəyirsən özün get, istəsən də başqasını yollaya bilərsən.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#36 Abdurrahman

Abdurrahman
  • Guests

Posted 03 March 2016 - 06:16 PM

Assalamu aleykum va rahmatullahi.

Sizə bir ailədəki boşanma ilə bağlı bir problemi danışıb, nəsihət istəyirəm.
Deməli 32-34 yaşındakı bir oğlan (kişi deməyə dilim gəlmir) başqa bir qıza qoşulub 5 aydan çoxdur ki, halal zövcəsinə yaxın durmur, hətta onu təhqir edir və artıq iki aydır ki, evdən də çıxıb gedib başqa yerdə kirayə tutub yaşayır, hər gün də o biri qızın yanına zina etməyə gedir. Arada gəlir evə uşaqlarını (2 azyaşlı uşağı var) guya gəzməyə aparır, zövcəsinə isə qətiyyən baxmır. Oğlanın ata-anası ilə birgə yaşayırlar zövcəsi, gəlinə görə oğullarını qınayır, hətta ona qarğış da edirlər. Həm gəlinlərinin, həm də nəvələrinin bütün maddi ehtiyaclarını ödəyirlər.

Gəlinin ata-anası və iki evli qardaşı da birgə yaşayırlar deyə, onun ayrılıb ata-anasının yanına getmək imkanı yoxdur. Üstəlik onun qardaşları bu azmış oğlanı bacılarının yanına qaytarmağa çalışırlar ki, bacıları başsız qalmasın. Yəni gəlin evdən çıxsa, yaşamaq yolu çətindir iki uşaqla, üstəlik qayınatası və qayınanasə da onu müdafiə edir, ona baxırlar. Gəlin bacımızdır, namaz qılır, oruc tutur. Əri də qardaşımız idi. Başqa qıza qoşulana qədər namaz qılırdı. İndi bilmirəm, nə edir. Bu təxminən 4-5 ay əvvəl gəlinə "gəl boşanaq" deyirdi dəfələrlə, hətta "nə oturmusan çıx get atanın evinə" də deyirdi. Və görünən odur ki, niyyəti onu boşamaq idi. Amma "boşadım" sözünü deməyib. Boşanmaq niyyəti ilə "hazırlaş gedək zaksa boşanaq" dediyi olub. Amma gəlin getmirdi. Çətin vəziyyətdə qalacağını düşünərək. İndi bu oğlan 5 aydan sonra peşman olub qayıtmaq istəyir. Gəlin də bu istəyir, bütün olanlara baxmayaraq. Xüsusən də uşaqlarının halı onu incidir.

Problem odur ki, bu adamlar boşanmış sayılırlar, xüsusən də üstündən 3 aydan çox keçib. Vəziyyət necə olmalıdır şəriətə görə, bunu öyrənmək istəyirəm. Xahiş edirəm, ətraflı yazın. Bunlar yenidən bir yerdə yaşaya bilərlərmi? Yaşaya bilməzlərsə, mənim bunu bilə-bilə qohum olan bu ailəyə deməməyim mənim üçün günha sayılarmı? Çünki desəm, nə gəlinin, nə oğlanın ata-anası belə şeyləri başa düşməz. Onlar aylardır gözləyirlər ki, bunlar barışsın, mən də durub bu problemi desəm, dəli olarlar. Xüsusən gəlin onda gərək evdən çıxıb getsin iki uşaqdan ayrılsın. Getməyə bir yeri də yox. Ata-anası da deyər ki, səndə imiş deməli problem. Belə. Xahiş edirəm məsələyə aydınlıq gətirin.
Assalamu aleykum.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Əgər əri talaq vermişdisə, və ya ağlı başında olanda, nə danışdığını bilərək açıq aydın nəsə deyibsə, bəli boşanmış sayılırlar. Əgər hətta 3 aydan çox keçibsə və sadəcə küsmüşdülərsə, bu talaq sayılmır.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#37 Müsəlman

Müsəlman
  • Guests

Posted 03 March 2016 - 10:58 PM

As Salam Aleykum Va Rahmatullah

1. Qardaş mən təkvirdən həmişə ehtiyat edib uzaq dururam əlhəmdüliLlah , amma bu açıq aşkar ateist və ya deist ideyalogiyasında olan insanlar var ətrafımda bunlara acıq aşkar kafir demək olar ? çünki küfr edirlər daimi . Bacardığım qədər uzaq dururam söhbətləri olanda mübahisə də etmirəm .

2. Tanımadığım insanları görəndə salam verə bilərəm onlara ? va ya tanıyıb dinin nə olduğunu bilmədiyim insanlara ?

3. Quran ayələrindən istədiklərimin tərcüməsin ibrət üçün cap edib ramkaya salıb divardan asmaqda problem var ?

4. Bəzən idman etdiyimiz zalda paltar dəyişib geyinilən yerdə namaz qılardən biraz aralıda paltarların dəyişən olur bunda problem var ?

5. Mən arada peşəkar yarışlarda çıxış edirəm (ağır atletikanın bir növündə) bu idmanda 2 versiya var dopinqlə olan və dopinqsiz olan . Dopinqlə olan daha məşhurdu və mən də istifadə ediəm hamı kimi , həddi aşmayaraq (ildə 1-2 dəfə) . Kiçik ziyanları olur əslində bütün dərmanlar kimi amma əlavə terapiya ilə onu da arada qaldırırıq yarışdan sonra . Dopinqin hökmü nədi dinimizdə ?

Allah razı olsun !

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Onlar kafirdir. Kim şəhadəti gətirirsə, ehtiyyat o kəslər üçün etmək lazımdır. Kim ki şəhadəti gətirmirsə, kafirdir.
2) Əgər yaşadığın yerdə çoxluq müsəlmanlardırsa, tanımadıqlarına da salam verə bilərsən.
3) Yox, eləmə.
4) Yox, sizin namazınıza təsiri yoxdur.
5) Yox, Peyğəmbər sallallahu aleyhi və səlləm ğişş-i (aldatmaq, dələduzluq) qadağan edib. Dopinq qəbul etmək ğişşdirsə, yalandırsa, hiylədirsə, aldatmaqdırsa, olmaz. Peyğəmbər sallallahu aleyhi və səlləm deyib ki, kim bizi aldatsa, bizdən deyil.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#38 Guest

Guest
  • Guests

Posted 09 March 2016 - 07:21 AM

Assalamu aleykum.
Şeyx mənim ağlıma Allaha qaşı pis ifadələr söyüş gəlir.Təngə gətirib məni.Mane ola bilmirəm.Bu məni dindən çıxarır?Nə edim?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Xeyr, dindən çıxartmır. Bu vəsvəsədir, fikir verməyin.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#39 Guest

Guest
  • Guests

Posted 10 March 2016 - 09:50 AM

Salam aleykum. Men bir neferle kusuluyem. Artiq 1 ile yaxindi. O insan meni chox isteyir, yaxshi xasiyyetleri de choxdur, ancaq onunla munasibetde olmaq mumkun deyil. Her deyqe mubahise salir, uzun zaman el chekmir. Neche defelerle kusub barishmishiq. O menden kusulu qala da bilmir. Onunla ne munasibetde olanda dinc qala bilmirem ne de kusulu olanda dinc qala bilmirem. Uzun illerden sonra axiri eseblerime gore mualice aliram. Indi yene de her cehdle barishmaq isteyir. O da mene ele pislikler, ele eziyyetler verib ki men onunla barisha bilmirem. Biliremde ki, dinde kusulu qalmaq olmaz, hedisler var. Men ondan sadece kenar qalmaq isteyirem, istemirem danishmaq, uzaq olmaq isteyirem. Mene meslehet verin men ne edim chox chetin durumdayam. Onun mene etdikleri menim eseblerimi illerle damla damla korlayib hele de ozume gele bilmirem. Men ne edim?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Siz əgər evli olmusunuzsa, ər-arvadsınızsa, kəbin olubsa, halallıq olubsa, bu başqa məsələ.Arada soyuqluq varsa, ər talaq verməyibsə, bir-birinizə səbr edin.Əgər evlisinizsə, biryerdə yaşamaq alınmırsa, ər talaq versin, ayrılın. Əgər kəbin olmayıbsa, onda bu zinadır, uzaq dayanın. Bir müddət uzaq dayansanız, sonra öyrəşəcəksiniz.
Əgər siz rəfiqəsinizsə onda görüşəndə qısa müddətlik görüşün. Birbirivizi ya bağışlayın, ya da əlaqəni kəsin.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#40 Abdurrahman

Abdurrahman
  • Guests

Posted 14 March 2016 - 12:19 PM

Əssələmu aleykum, qardaş.

Yanvar ayında verilmiş sualların birinə cavabda yazmısınız ki, "...yoldaşın xristian olsa da problemdir. Çünki onlar artıq kitab əhli sayılmırlar." Bununla bağlı aşağıdakıları bilmək istərdim:

1) Buna əsas nədir?
2) Onda məsələn, Avropa ölkələrində olanda onların kəsdikləri ətdən yeməklə bağlı davranışımız necə olmalıdır?

Əssələmu aleykum.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Kim deyir ki, indi xristian qadın kitab əhlindən sayılmır? Siz səhv başa düşmüsünüz. Mən demişəm ki, kim ki indiki xristianları kitab əhlindən saymırsa, səhv edir. İndiki həm yəhudilər, həm də xristianlar da kitab əhli sayılır. Sadəcə müsəlmanlara üstünlük ver , çünki Peyğəmbər sallallahu aleyhi və səlləm tövsiyyə edib ki, dinə üstünlük verin. Ikinci də sabah uşaqlarınız olacaq, ananın uşaqlara təsiri daha böyükdür. O cəhətdən deyirəm. Amma xristian və yəhudi qadın almaq haram deyil.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#41 Q O N A Q

Q O N A Q
  • Guests

Posted 16 March 2016 - 04:17 PM

As salamu aleykum va rahmatullahi va barakatuhu!
Xahiş edirem, bu yazılanlara münasibət bildirəsiniz. Yəni ki, bunlar doğrudurmu, mənbələr dəqiqdirmi?
Allah razı olsun...

İKİ NAMAZIN BİR YERDƏ QILINMASINA QURAN VƏ HƏDİSLƏRDƏN DƏLİLLƏR

Sübh namazının vaxtı, sübhün açılmasından günəşin doğmasına qədərdir. Zöhr və Əsr namazının vaxtları günorta çağının başlanmasından günəşin batmasına qədər olan müddətdir. Məğrib və İşa namazlarının vaxtı günəşin qürubundan gecə yarısına qədərdir. Quranın İsra surəsinin 78-ci ayəsində buyurulub: "Gün batandan gecə qaranlıq düşənədək namazını qıl və habelə səhər (sübh) namazını (da qıl)…" İslam Peyğəmbəri(s) müsəlmanlara rahat olsun deyə zöhr və əsr namazlarının, məğrib və işa namazlarının birlikdə qılına biləcəyinə izn vermişdir. Ərəfatda günəş batarkən camaat "namaz, ya Rəsuləllah!" dedi, lakin Peyğəmbər(s) belə buyurdu: "Məşərül-həramda Məğrib namazını gecikdirdilər və İşa namazıyla birlikdə qıldılar ki, bu da əda idi, qəza deyildi." Peyğəmbər(s)-lə birlikdə səkkiz rükət Zöhr və Əsr namazlarını və yeddi rükət Məğrib və İşa namazlarını birlikdə qıldıq." ("Müsnədi Əhməd" c. 1, səh.221)

"Əbu Şəsaya dedim ki, fikir edirəm, Allahın Peyğəmbəri Zöhr namazını təxirə saldı və Əsr namazını vaxtından əvvəl qıldı və həmçinin Məğrib namazını gec qıldı. Əbu Şəsa isə cavab verdi ki, mən də bu cür düşünürəm." Hədislərdən açıq-aydın görünür ki, Peyğəmbərimiz(s) namazları birlikdə qılmışdır. ("Müsnədi Əhməd" c. 1, səh.251) İbni Abbas Bəni-Təmim qəbiləsindən olan bir kişiyə hirslənib dedi ki, sən Peyğəmbərin sünnəsini mənə öyrətmək istəyirsən? Mən Allah Peyğəmbərinin Zöhrlə Əsr, Məğriblə İşa namazlarını birlikdə qılmasına şahid olmuşam. Abdullah deyir: "Bu məsələ mənim üçün şübhə yaratdı və ona görə də mən Əbu Hüreyra ilə görüşərkən bu barədə soruşdum. O, da İbni Abbasın sözünü təsdiq etdi." ("Səhihi Müslüm" c. 2, səh.151, Misir çapı) "Peyğəmbərimiz(s) Mədinədə heç bir düşmən qorxusu olmadan və səfərdə olmadığı halda zöhr ilə əsr namazını birlikdə qıldı. Sonra İbni Abbas Peyğəmbərin məqsədini bəyan edir ki, o Həzrət ümmətindən heç kimin zəhmətə düşməsini istəmirdi." ("Səhihi Müslüm" c. 2, səh.152) "Peyğəmbər(s) Mədinə şəhərində heç bir düşmən qorxusu olmadan və yağış yağmadığı halda Zöhr ilə Əsr və Məğrib ilə İşa namazlarını birlikdə qıldı.

Səid İbni Cəbir deyir ki, İbni Abbasdan soruşdum ki, nə üçün Peyğəmbər belə edir? İbni Abbas isə cavab verdi ki, ona görə ki, istəmirdi öz ümmətini zəhmətə salsın." ("Səhihi Buxari" c. 1, səh.110) "Peyğəmbər yeddi rükət Məğrib və İşa namazını və səkkiz rükət Zöhr və Əsr namazlarını Mədinə şəhərində birlikdə qıldı." ("Mütəqqi Hindi", "Kənüzul-ümmal" c. 8, səh.246) Abdullah ibn Ömər deyir: "Peyğəmbər(s) öz vətənində olarkən səfərdə olmadığı halda, Zöhr ilə Əsr namazını və həmçinin Məğriblə İşa namazlarını birlikdə qıldı. Sonra bir kişi İbni Ömərdən soruşdu ki, nə üçün Peyğəmbər namazları belə qıldı? İbn Ömər cavab verdi ki, Ona görə ki, o öz ümmətini əziyyət və çətinliyə salmaq istəmirdi. Əgər bir kəs istəsə bu namazları birlikdə qıla bilər." (Kənzul-ümmal" c. 8, səh.247) Cabir ibni Abdullah deyir: "Peyğəmbər(s) Zöhr ilə Əsr namazlarını birlikdə bir azan və iki iqaməyə qılırdı." Hədisləri oxuduqdan sonra bu namazların birlikdə qılınmasının caiz olduğu su kimi aydındır. Məlumdur ki, Allahın Rəsulu ilahi əmri gecikdirməzdi. Peyğəmbərimizin məqsədi bu namazları bir vaxtda qılmağın mümkünlüyünü bildirmək idi. 

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Namazı cəm etmək olar. Sadəcə burada problem odur ki, buna adət eləmək lazım deyil. Çünki Allah Təalə Nisa surəsi 103-cü ayədə deyir :
“Namazınızı qıldıqdan sonra ayaq üstə olanda da, uzananda da Allahı zikr edin, arxayınlığa çıxdıqda isə, namazı (öz qaydasınca) qılın! Çünki namaz möminlərə bəlli vaxtlarda fərz (vacib) edilmişdir “ .
Həmçinin namazı 5 ayrı vaxtda qılmağa namazın adları da dəlildir. Amma Peyğəmbər sallallahu aleyhi və səlləmin cəm etməsinə gəldikdə o bunu həyatında yalnız 1 dəfə səbəbsiz edib və sadəcə göstərib ki, belə etmək olar. Amma başqa hədislərdə də gəlir ki,ondan ən əfzəl əməlin hansı olduğun soruşduqda dedi ki, hər namazı öz vaxtında qılmaqdır.Ona görə belə şeylər sizi aldatmasın. Peyğəmbər sallallahu aleyhi və səlləm bizə nümunə idi. Hərdən müəllim də səbəbsiz nəyisə öyrətmək üçün göstərə bilər. Lakin buna adət etmək olmaz.
Şiə məzhəbində isə bu problemdir, çünki onlar namazları daima birləşdirib qılırlar. Yaxşı, siz deyirsiniz ki olar, bəs onda namaz vaxtında olan 2 azan hara getdi? Nə üçün şiə məscidləri 3 azan verir? Bəs bunun namazların birləşməsinə nə dəxli var? Hələ mən Azana edilən əlavələrdən, dəyişikliklərdən danışmıram.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#42 Tahir

Tahir
  • Guests

Posted 18 March 2016 - 01:22 AM

Salam Aleykuma

Qardash, basha dushurem ki vaxtiniz yoxdu, amma biz suallari yalniz size vermek isteyenler ne etsinler neche ay gozlesinler? Bashqa kime harda sorushaq?

Ishe goturmek uchun bir insanai chaqirdin tanishliqa, giziki qusurlari var deye fikirleshirem ki ishime yaramayacaq, yani ish mushterilerle olduqu uchun fiziki gorunush bashqa olmalidir..Sabah mende ve hammi o hala dushe biler meselen qezadan sonra, yani belke de o menden min defe artiq ve yaxshi insandir. Ureyimde xal qalib, hem ureyini qirmaq istemirem, amma ehtiyat edirem ki ishe gotursem alinmayacaq onu mushteri qabaqina chixarmaq. Men ne edim? Ishe goturmesem onu boynumda bir gunah olacaqmi?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
İnşəAllah elə bura yazın.Çalışacam tez-tez cavablandırım. Sadəcə vatsap və teleqram proqramı çıxandan sonra vaxtım az olur.Amma bura yazın, çalışacam tez cavab verim.
Əsas odur ki, zülm eləmə, haqqına girmə. Sən seçim edə bilərsən, haqqın var.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#43 Brat-Musulman

Brat-Musulman

    Пользователь

  • Пользователи
  • Pip
  • 13 posts
  • Location:Baki

Posted 25 March 2016 - 04:53 PM

Salam aleykum.
1. Dirnag tutmagin her hansi bir qaydasi var mi sunnede?
2. Islamda bele sozlere rast gelmek olur - Kim Allaha teref gederse, Allah ona bu, ve gelecek heyatinin ugurlarini verer. Quranda ve sunnede "bu heyat" dedikde yalniz olume qeder olan vaxt nezerde tutulur, yoxsa olumnen sonraki qebr heyatida? Qurandan bezi ayeleri oxudugda ele fikir yaranir Allah bu heyet dedikde, axirete qeder olan heyat nezerde tutur. Mesel ucun fironun bu ve gelecek heyatda zulm cekmesi, hal bu ki firon olumune qeder zulm cekmeyib, ve ya 217 aye, sure 2 bu sozler "Sizdən hər kəs öz dinindən dönüb kafir olaraq ölərsə, belə kimsələrin bütün əməlləri (vaxtilə gördüyü yaxşı işləri) dünya və axirətdə heçə gedər". Yani olumunden sonra hetta dunya heyati hece geder.
3. Her hansi ibadet eden bir baresinde, bu heyatda ugurlu heyat terzi surdukde, demek olarmi ki Allah ona bu ve gelecek heyatin qazancin verib. Yani ibadet eden birisi gozel heyat terzi yasayirsa Allahdan ugur qazandigini demek olarmi?
Salam aleykum

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1)Yox, belə bir qayda yoxdur. Əsas odur ki, çox uzanmasın. On şey fitrətdəndir, dırnaqları tutmaq da onlardan biridir. Dırnaqları uzatmaq olmaz, qadın və ya kişi olmağın fərqi yoxdur.
2) “Bu həyat” dedikdə elə bu dünyadakı həyat nəzərdə tutulur. Amma qəbrdəki isə başqa həyatdır, ona bərzax həyatı deyirlər, bu (dünya) həyat isə başqadır. Orada pul və s. yoxdur. Demək ki, firon dünya həyatında əziyyət çəkməyib çətindir. Öləndə elə ən dəhşətli əzabı o çəkib. Orada əziyyət tək fiziki deyil, həm də mənəvidir. O, özünə zülm edib, özünə əziyyət verib. Çünki ilahlıq iddiası edirdi.
3) Mömin üçün demək olar, kafir üçün isə olmaz.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#44 Ali

Ali
  • Guests

Posted 27 March 2016 - 09:50 PM

Salam Aleykuma

Ilan baliqi yedim, hammiya da verdim, sonra oxudum ki haramdi. Haram sayilir ilan baliqi??

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Daima suda yaşayan məxluq halaldır. Amma həm suda, həm də quruda yaşayan məxluq barədə ixtilaf var. Quruda yaşayan ilan haramdır. Amma daima suda yaşayan ilanbalığı isə halaldır.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#45 Guest

Guest
  • Guests

Posted 28 March 2016 - 06:20 PM

Ассаляму алейкум Шейх.
Ахи раньше на сайте ихласла можно было смотреть твои красивые хутбы.сейчас походу ты там не бываешь.а бывает твои хутбы джумаа???где можно их посмотреть??

ДжазакаЛлаху Хайран
Ответ:

Ва алейкумус салам ва рахматуллахи ва баракатуху!
Да, я вышел из этого сайта и сказал им чтобы они удалили на своем сайте мое имя и мои уроки, чтобы не иметь к этому сайту никакого отношения. Также и вам я не советую заходить на подобные мумеййитские сайты (Мумаййиты это те которые причисляет к салафитам хизбитов, ихванов, хавариджей и т.д, т.е. тех кто называет себя салафитами). Что же касается хутб, то вы можете смотреть их на нашем сайте abu-bakr.com, в разделе Хутбы.
Аллах знает лучше!
Вас саламу алейкум ва рахматуллахи ва баракатуху!



#46 guest

guest
  • Guests

Posted 30 March 2016 - 12:24 AM

Цитата (Guest @ 14 Feb 2016, 12:45)
Salam Aleykuma.

2. Dunyaya ushaqi kesarevo usulu  ile dunyaya getirmekde bir problem var mi? Yani icaze verilirmi insan oz isteyi ile emelliyat yolu ile ushaqi getirsin dunyaya, tebii yol ile yox?

Cavab:


2) Xeyir, problem yoxdur. Şəri cəhətdən problem yoxdur. Qadının ixtiyarındadır, seçim edə bilər.


Salam Aleykuma.

Qardash, bele deyek. Bir var ki ushaq ozu Allahin izni ile filan tarixde filan saatda dunyaya gelir.
Birde var ki, kesarevo usulu ile, hekim teyin edir ki falan vaxti gelib emeliyyat edib ushaqi dunyaya getirsin. Bu Allahin ishine qarishmaq sayilmir? Yani adeten emeliyyat usulu ile olanda vaxtindan tez de ushaqi dunyaya getirirler, 1 gun, 10 gun ve s. Bu duzgundur? Burda bir problem var?

Birde hardasa oxumusham ki yeni doqulmush ushaq uchun kesilmish qurbanliq bishirinde sehv etmiremse sumuklerini sindirmazlar, ve ya nese bele bir shey. Hansisa bir qayda var bu meselede?


Cavab:
Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1)Xeyir, bu Allahın işinə qarışmaq deyil. Insan müdaxilə edə bilər. Seçim ananındır.
2) Xeyir, bu həm mümkün deyil, həm də səhih deyil. Sümüyünü sındırmamış qoyunu necə kəsmək olar?


#47 Guest

Guest
  • Guests

Posted 31 March 2016 - 07:16 AM

Salam aleykum saytda qiz adlarinin icinde Fatime adin tapa bilmedim onu elave etsez in şe Allah yaxşı olar


Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Yoxdursa, artırarıq in şə Allah.


#48 Guest

Guest
  • Guests

Posted 31 March 2016 - 08:11 PM

Salam aleykum. Hansisa derslerin birinde,ya oxudugum megalede tapmisdim ki,selefler deyerdiler ki, onlarin meclisinde gadinlar hagginda sohbet elemek umumi de olsa edebden sayilmirdi,yeni kisi sohbeti hesab edilmir,gadinlar movzusuna toxunmag.Bunun esasi varmi?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Sual biraz aydın olmadı. Məclisdə faydalı söhbətlər etmək lazımdır. Qadın barədə deyəndə nə nəzərdə tutursunuz? Kiminsə zövcəsi barədə danışmaq , əlbəttə , tək sələfilərə yox, ümumiyyətlə müsəlmana danışmaq olmaz.





3 user(s) are reading this topic

0 members, 3 guests, 0 anonymous users