Posted 17 February 2011 - 12:20 PM
Цитата (Alik @ 16 Feb 2011, 11:15) |
саламу алейкум....... 1. Приведите далил на то что нашиды запрещены? 2. кто либо из современных учёных сказал что нашид бида? 3. Откуда появились нашиды? |
Müasir Sələf Alimlərinin “İslam Nəşidlərinin” Qadağan olunması Barəsində Fətvaları: Onlar qeyd edirlər ki, Nəşidlər barəsində alimlər arasında fikir ayrılığı vardır. Lakin qeyd etmək istəyirəm ki, günümüzdə olan Nəşidlərin qadağan olunmasında alimlər arasında heç bir fikir ayrılığı yoxdur.
Şeyx əl-Albani – rahmətullahi aleyhi – dən “İslam Nəşidləri” barədə soruşduqda o, dedi: “İslam Nəşidləri” adlandırılan bu (şerlər) əvvəllər Sufilərin (digər məzhəb və təriqətlərdən) əsas fərqlənmə sifəti idi. Bir çox cavanlar da bu kimi Nəşidləri sözlərinə görə - Peyğəmbər – sallallahu aleyhi və səlləm – tərif etməkdə həddi aşdıqları və Ona – sallallahu aleyhi və səlləm – Allahdan qeyrisinə yönəldikləri üçün (dua etdikləri üçün) məzəmmət edirdilər. Sonra isə yeni Nəşidlər meydana çıxdı. Mən inanıram ki, bu Nəşidlər əvvəlki Nəşidlərdən qaynaqlanaraq meydana çıxdılar. Köhnə (Sufi) Nəşidlərində olduğu kimi bu Nəşidlərdə şirk və cahilik (bütpərəstlik) sözlərindən bir şey yoxdur. Lakin hər hansı bir kimsə Allahın Kitabına, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in Sünnəsinə və Saleh Sələflərin yoluna baxdığı zaman orada günümüzdə olan “İslam Nəşidləri” adlandırılan Nəşidlərdən heç bir əsər-əlamət tapmaz. Hətta bu Nəşidlər dəyişilərək əvvəlki (Sufi) nəşidlərinə oxşamasa da belə, hansıki onların sözlərində Peyğəmbər – sallallahu aleyhi və səlləm – tərif etməkdə həddi aşmaq vardır, iki səbəb bu Nəşidlərin də qadağan olunması üçün bizə kifayət edər: 1. Bu Nəşidlər Sələflərin mənhəcindən (üsul, yol, qayda) deyildir. 2. Gerçəklik (həqiqət) – şahidi mən özüməm. Çox təhlükəlidir, artıq müşahidələrimizdən görürük ki, gənc müsəlmanlar daha çox Nəşid oxuyur və əylənirlər. Bu onları o, qədər məşğul edir ki, onlar Quran oxumaq, Allahı zikr etmək və Peyğəmbər – sallallahu aleyhi və səlləm – salavat gətirməkdən belə yayınırlar” “Bəyənu Mufid Hukmu ət-Tamsil əl-Nəşid” 27-36. Şeyx əl-Albani – rahmətullahi aleyhi - «İslam Fiqhində Çalğı Alətləri» adlı əsərində deyir ki: «Bir neçə kəlimə söyləmək istəyirəm və Allahın izni ilə xeyirli və faydalı olan risaləni bu sözlərlə bitirmək istəyirən o, da “İslam Nəşidləri” barəsindədir: Yeddinci bölümdə söylənilməsi caiz olan və olmayan şer haqqında danışdıq. Eyni şəkildə ondan öncəki bölümlərdə də bayram (Ramazan və Qurban) və toy məclislərində qadınların dəf çalmalarından başqa bütün çalğı alətlərinin haram olduğunu da açıqladıq. Bu son bölümdən də aydın oldu ki, Uca Allaha yalnız Allahın şəriət etdiyi yollardan qeyri yollarla yaxınlaşmaq qadağandır. Allahın haram etdiyi bir yolla Allaha necə yaxınlaşmaq caiz ola bilər? Buna görə də elm adamları Sufilərin musiqilərini haram görmüş və bunu halal qəbul edənlərə qarşı da mübarizə aparmışlar. Oxuyucu bu qaydaları bildikdən sonra çox açıq bir şəkildə Sufilərin musiqiqsi ilə “İslam Nəşidləri” arasında hökm tərəfdən heç bir fərq olmadığını görər. Hətta bunda başqa bir müsibət də var: Əxlaqsız musiqilər kimi Nəşidlərin (Təlxin) oxunması, Ritm olaraq şərq və qərb musiqilərinə bənzəməsi, dinləyənləri hərəkətə gətirərək oynadan, coşduran olmasıdır. Bununla da aydın olur ki, onlara qulaq asmaqda məqsəd Nəşidlərin sözləri deyil, əyləncə və musiqidir. Bu da şəriətə zidd olan bir şeydir ki, bu da kafirlərə və həyasızlara bənzəməyə çalışmaqdır. Bundan sonra isə bir hərəkət də ortaya çıxa bilər: O, da Qurandan üz döndərmək və ondan uzaq düşmək. O, vaxtı bu nəşidləri dinləyənlər Peyğəmbər – sallallahu aleyhi və səlləm – in Uca Allahı buyurduğunda olduğu kimi Allahın ərz etdiyi şikayətinə daxil olmuş olurlar: «Allah Rəsulu: Ya Rəbbim! Həqiqətən mənim qövmüm bu Quranı büstbütün tərk etdilər, dedi». (əl-Furqan 30) -İbn Kəsir – rahmətullahi aleyhi - deyir ki: «Müşriklər Quranı dinləmir və onu eşitmək də istəmirdilər».- Mən yaxşı xatırlayıram: Bura Əmmana hicrətimdən iki il öncə Dəməşqdə müsəlman gənclərdən birisi mənası etibarı ilə pislik olmayan bir neçə Nəşid söyləməyə başladılar. Bunu bir kassetə yazmışdılar. Aradan qısa bir müddət keçmişdi ki, onunla bərabər dəf də çalınmağa başlandı. Sonra bunu dəf halaldı deyə toy mərasimlərində qulaq asıldı. Daha sonra kassetlərə köçrülərək yayıldı. Bir çox nüsxələri çıxdı. Bir çox evlərdə dinlənilməyə başlandı. Bunun tək səbəbi nəfsin qalib gəlməsi və şeytanın hiylələrini bilməməkdir. Şeytan onları Quranı öyrənmək bir tərəfə, onu dinləməkdən, hörmət etməkdən də qoydu. Ayədə buyrulduğu kimi Quran onlar tərəfindən tərk edildi. «Kafir olanlar dedilər ki: Bu Quranı dinləməyin və oxunduğu zaman mənasız səslər çıxardın» (əl-Fussilət 26). Quran onlara oxunduğu vaxt çox danışar və mənasız sözlər deyərdilər ki, Quranı dinləməsinlər. Bu da Quranı dinləməyi tərk etməyin və ona iman etməyi tərk etməyin bir şəkilidir. Onu təsdiq etməyi tərk etməkdə onu tərk etməyin bir şəkilidir. Onun üzərində düşünməyi, onu anlamağı tərk etməkdə onu tərk etmək şəkillərindəndir. Lazımınca əməl etməyi, əmirlərinə uyub qadağalarından çəkinməyi tərk etmək də onu tərk etməyin bir şəkilidir. Quranı buraxıb şerə, hər hansı bir sözə, musiqiyə, əyləncəyə yönəlmək də onu tərk etməyin şəkillərindəndir». əl-Albani deyir ki: “Nəşidlər – bidətdir” “Silsilətul Huda Vən Nur” № 22,25,71,313.
Daimi Fətvalar Komitəsi №3259, Hicri 1400-ci il, 30 il bundan qabaq deyirlər ki: “(Bir şeyi də unutmayaq ki, 30 il bundan qabaq olan Nəşidlərlər ilə indiki Nəşidlər arasında göylə yer qədər fərq vardır. Günümüzdə olan musiqi studiyaları, Nəşidlər bəstələnən kompyuterlər, arxa plandan (fondan) gələn müsiqi səsləri və s. 30 il bundan qabaq yox idi). Səhabələr şer və Huda adlanan şerlər söyləyərdilər. Xəndək döyüşündə, məscid tikintisində, cihada gedərkən”.
İbn Bazz – rahmətullahi aleyhi – deyir ki: “İslam Anaşidləri (şerləri) müxtəlifdir. Əgər onların sözlərində xeyirə dəvətdən və onu xatırlamaqdan, Allaha və Rəsuluna itaətdən, vətəni düşmənlərin hiyləsindən qorumağa çağırışdan, düşmənlərə qarşı hazırlıq görməkdən və s. buna bənzər sözlər olarsa bunda heç bir qəbahət yoxdur. Lakin Nəşidlərin sözlərində günaha dəvət, kişi və qadınların bir məclisdə olaraq bir-birilərinin qarşısında soyunmalarından və s. günahlar olarsa bu zaman bunları dinləmək qadağandır” İbn Kəsir – rahmətullahi aleyhi - deyir ki: «Müşriklər Quranı dinləmir və onu eşitmək də istəmirdilər».. İbn Bazz – rahmətullahi aleyhi – deyir ki: “İslam Nəşidləri” barəsində olan sualın açıqlanmasına ehtiyac vardır. Bu suala bir mənalı cavab vermək olmaz. İstənilən şer və ya Nəşid, istər İslami adlansın istərsə də yox, vacib olan (nəşidlərin sözlərində) pak (saf) şəriətə zidd olan bütün şeylərdən uzaq olmasıdır. Əgər Nəşidlərin sözlərində xeyir olarsa – gözəl əxlaqı və mərhəmətli olmağı tərif edən, Allah yolunda cihad etməyə həvəsləndirən, ixlaslı olmağa, valideyinlərə və qonşuya qarşı gözəl münasibətdə olmağa və s. şəriətə zidd olmayan (sözlər) olarsa bunda heç bir problem yoxdur. Bu da İmam Şafii – rahmətullahi aleyhi – şerlər barəsində olan sözləri kimidir: “Gözəl olanı gözəl, çirkin olanı da çirkindir”. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Şübhəsiz ki, şerin bir qismi hikmətdir» Buxari 2/426, Silsilatul Ahadisi Sahiha 2851, 2057. Həmçinin İbn Bazz – rahmətullahi aleyhi – deyir ki: “Mühümdür ki, hər bir Nəşid elm əhlinə və ya bir qrup elm əhlinə həvalə edilsin. Onlar da onun icazəli olub-olmadığını yoxlasınlar. Bu Nəşidləri bir başa hamıdan götürmək də olmaz. Vacibdir ki, onlara alimlər nəzər salsınlar” Buxari 2/426, Silsilatul Ahadisi Sahiha 2851, 2057.
Şeyx Useymin – rahmətullahi aleyhi – deyir ki: “Nəşidlər barəsində çox danışılıb. Lakin mən uzun vaxtdır ki, onları eşitmirəm. (Nəşidlər) ilk çıxdığı vaxt onlarda şərr olan bir şey yox idi. Nə dəf (qaval), nə də qaranlıq (qarmaqarşıqlıq) bir şey, nə də onlar qadağan olunmuş musiqiyə bənzəyirdi. Lakin vaxt keçdikcə (Nəşidlər) inkişaf edərək müsirləşdilər. İndi biz onlarda təbil (baraban) səsinə bənzər səslər eşidirik, bəlkə də bu təbil deyil (başqa bir musiqi alətinin) səsidir. Həmçinin onlarda gözəl, yoldan çıxardan səslərdən də istifadə edilməyə başlamışlar. Sonra onlar bir az da müsirləşərək qadağan olunmuş musiqiyə bənzədilər. Buna görə də Nəşidlərlə bağlı mənim qəlbimdə həyacan baş qaldırdı. İnsanlar içərisində heç kəs bütün Nəşidlərin halal olmasına fətva verə bilməz, həmçinin heç kəs də onların hamısının haram olmasına fətva verə bilməz. Yuxarıda xatırladıqlarımın heç biri (nəşidlərdə) olmazsa bu zaman onlar icazəlidir. Əgər (Nəşidlərdə) dəfdən (qaval), gözəl, cəlb edici səslərdən istifadə olunarsa və həmçinin də onlar musiqi kimi oxunarsa bu zaman onlara qulaq asmaq olmaz” əs-Sahvatul İslamiyyə” 185.. Cəlb edici gözəl səsin təsiri barəsində İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: “Həqiqətən səsin insanın qəlbinə çox böyük təsiri vardır. İnsanı sevincə, kədərə, qəzəbə və qorxuya və s. sala bilər. Bura həmçinin daxildir səs ilə uşaqlara və heyvanlara təsir etmək. Məxluq nə qədər zəif olarsa səs ona bir o, qədər də çox təsir göstərər. Məs: Səs qadına daha çox təsir edir nəinki kişiyə, uşaqlara təsiri daha çoxdur nəinki böyüklərə, heyvanlara daha çox təsir edir nəinki insanlara. Bütün bunlar ona dəlalət edir ki, səsin gücü dərrakənin (ağıl, idrak) zəif olmasından aslı olaraq daha çox təsir edir. Bu təsirdə nə qədər xeyir olsa da, zərərləri daha çoxdur” “İstiqamə” 1/373..
Şeyx Useymin – rahmətullahi aleyhi – dan Nəşidləri dinləmək barəsində şəriətin hökmünü soruşurlar o, deyir ki: “Bir çox illər bundan öncə Nəşidləri dinlədiyim zaman onlarda qadağan olunası bir şey yox idi. Lakin sonuncu dəfə onları eşitdikdə Nəşidləri melodik – musiqiyə bənzər (müsiqi alətləri) ilə müşayət olunduğunu gördüm və mən hesab edirəm ki, insanlar bu Nəşidlərə qulaq asmamalıdırlar” “əs-Sahvatul İsləmiyyə” 123.. Şeyx Useymin – rahmətullahi aleyhi – deyir ki: “İslam Nəşidlərinə” gəldikdə isə mən hesab etmirəm ki, kimsə onları ibrət (fayda) kimi istifadə edə bilər. Birinci - Nəşidlər əsil olaraq Sufilərdən gəlmədir. Çünki ilk olaraq onlar Allahı zikr etmək üçün Nəşidlərdən istifadə ediblər. İkinci – Həqiqətən Nəşidlər insanın qəlbini ibrət alınası iki şeydən Quran və Sünnədən uzaqlaşdırır. Ona görə də bir kimsə bu Nəşidləri ibrət (fayda) mənbəyi seçməməlidir. Lakin bir kimsə şəriətə zidd olan melodik oxuma (sözləri uzadaraq, başı əsdirərək), musiqi alətləri olmadan Nəşidləri dinləyərsə bunda heç bir problem yoxdur. Əksi təqdirdə bu şərtlərə riayət edilməzsə Nəşidləri dinləmək haramdır” “Bəyan əl-Mufid” 12. Şeyx Useymin – rahmətullahi aleyhi – deyir ki: “Artıq mən görürəm ki, “İslam Nəşidləri” əvvəlki Nəşidlərdən çox fərqlənirlər. Əvvəllər onlarda gözəl, cəlb edici səslər yox idi, lakin idi Nəşidlərdə bu kimi səslərdən istifadə edilməyə başlanılmışdır. Həmçinin deyirlər ki, onlarda dəf (qaval) səsləri də müşayət olunur. Bütün bunlar bizə onu deməyə əsas verir ki, insan bu kimi şeylərdən çəkinməlidir. Lakin bizim yanımıza biri gəlib gözəl niyyət ilə, tək, öz səsi ilə, heç bir musiqi aləti olmadan, mənasız olan (sözlərdən) uzaq olaraq Nəşid (şer) söyləyərsə bunda heç bir problem yoxdur, çünki Həsən b. Sabit - radıyallahu anhu – Peyğəmbər – sallallahu aleyhi və səlləm – in məscidində şer söyləmişdir” “Nasixa əl-Muşfik əl-Mauvan Limən İbtulya Bil Anaşidul Əlhan”. Şeyx Useymin – rahmətullahi aleyhi – deyir ki: “İslam Nəşidləri” bidətdir və onlar Sufilərin dinə daxil etdikləri Nəşidlərin mislindədir (oxşarıdır)” “Nasixa əl-Muşfik əl-Mauvan Limən İbtulya Bil Anaşidul Əlhan”. Şeyx Useymin – rahmətullahi aleyhi – deyir ki: “(Ey Nəşidlərə qulaq asan kimsə!) Mən sənə nəsihət edirəm ki, Allahın Kitabına, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in Sünnəsinə və Onun həyatına (Sıra) qayıdasan. Vallahi, bunlar sənin üçün Nəşidlərə qulaq asmaqdan daha xeyirlidir. Eşitmişik ki, bu Nəşidlər dəyişilərək musiqi formasında oxunmağa başlanmış və onlarda ehtiras oyadan səslərdə vardır. Əgər məsələ belədirsə bu cür Nəşidlərə qulaq asmaq olmaz. Əgər onlarda təbil (baraban) olarsa bu artıq günahdır” “Nasixa əl-Muşfik əl-Mauvan Limən İbtulya Bil Anaşidul Əlhan”.
Bu Nəşidlərə qulaq asmaq və ya onlarla məşğul olmaq bir çox haramlara gətirib çıxarmışdı. Subhənəllah! Nəşidlərlə məşğul olan, oxuyan və yazanlar artıq bir müddətdən sonra disk buraxmağa başladılar, bir müddətdən sonra klip çəkməyə başladılar, bir müddətdən sonra diskin üzərinə şəkillərini vurmağa başladılar – Allah Qorusun – bir çox ölkələrdə artıq “İslam Repi” kimi nəşidlər də çıxmağa başladı. Bütüün bunlar da İslama nisbət edilir. Halbuki İslam bütün bunlardan uzaqdır.
Şeyx Tuveycri – rahmətullahi aleyhi - deyir ki: “Bir kimsə günümüzdə musiqi formasında yayılan Nəşidlər ilə səhabələrin Peyğəmbər – sallallahu aleyhi və səlləm – in məscidini tikdikləri zaman, Xəndək qazdıqları zaman və həmçinin səhabələrin səfərdə dəvələri qovduqları zaman söylədikləri şerlərlə müqayisə etməyə, (bənzətməyə) çalışarsa artıq bu müqayisə yalandır. Səhabələr - Allah Onlardan Razı Olsun – şerləri melodik formada Lyaxin kimi oxumazdılar necə ki, bunu tələbələr müəyyən yığıncaqlarda və yay düşərgələrində edirlər. Səhabələr şer söylədikləri zaman yalnız uca səslə söyləməklə kifayətlənərdilər. Səhabələrdən - günümüzdə olan tələbələrin etdikləri kimi xor şəkilində oxumaq varid olmayıb. Həqiqətən bu “İslam Nəşidləri” öz ardıyca bir çox şərrin gəlməsinə səbəbdir. Həqiqətən bu İslama nisbət edilən bir bidətdir” “İqamətul Dəlil əl-Məni Minəl anaşid əl-Mulyaxanat Tamsil” 8-11
Saleh əl-Fovzan – Hafizahullah - gəldikdə isə Nəşdilər barəsində ən şiddətli fətvalar ona aiddir. O, deyir ki: “Nəşidləri “İslami Nəşidləri” adlandırmaq xətadır. Bu sonradan uydurulmuş bir addır. Sələf kitablarında belə bir şey yoxudur. Alimlərə məlumdur ki, ilk olaraq Nəşidləri din olaraq Sufilər götürüblər. Günümüzdə isə partiya və cəmaatların sayı çoxaldığı üçün hər biri bu Nəşidlərdən istifadə etməyə, faydalanmağa başladılar və onları “İslam Nəşidləri” adlandırdılar. Bu adla adlandırmaq da qadağandır, Nəşidlərin özləri də qadağandır və onları insanların arasında yaymaq da qadağandır” “Fətava əl-Fovzan” № 3621,9880. Şeyx Fovzan – Hafizahullah - deyir ki: “Cavanlar arasında “İslam Nəşidləri” deyə adlanan və xor şəkilində oxunan Nəşidlərlə yazılı kassetlər geniş yayılmışdır. Bu da musiqi olan əl-Ğinənin bir növüdür və onlarda gözəl, cəlb edici səslər də ola bilər. Nəşidlər, Quran və Dini dərslər satılan maqazinlərdə satılırlar. Nəşidləri “İslam Nəşidləri” adlandırmaq xətadır. Çünki İslam, Nəşidləri bizim üçün şəriət etməyib, lakin şəriət edib Quran oxumağı, Allahı zikr etməyi və elm almağı. Nəşidlərə gəldikdə isə onlar bidət əhlinin dinidir – Sufilərin, hansıki öz dinlərini oyun-oyuncaq ediblər. Həmçinin Nəşidləri Dinə nisbət etmək Xristianlara bənzəməkdir. Çünki onlar qrup halında oxumağı dindən hesab ediblər. (Hər bir müsəlmana) Vacibdir ki, Nəşidlərin satışının və yayılmasının qarşısını alsın və (insanları) ondan çəkindirsin. Bundan da çox Nəşidləri dinləmək müsəlmanlar arasında qarmaqarışıqlıq, nifaq, kin-kudurət salır. Nəşidləri yayanlar onların icazəli olmasına dəlil gətirirlər ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in zamanında şerlər oxunar və Peyğəmbər – sallallahu aleyhi və səlləm – onları bəyənər və heç bir söz də deməzdi. Buna cavab olaraq deyilir ki: Peyğəmbər – sallallahu aleyhi və səlləm – in zamanında oxunan şerlər xor şəkilində (qrup) halında oxunmaz, musiqiyə bənzəməz və “İslam Nəşidləri” də adlanmazdı. Bu özündə fayda və hikməti əhatə edən ərəb şerləri idi. Onlarda cəsarət və comərdlik vəsf edilirdi. Səhabələr də bu şerləri onlarda olan mənalara görə oxuyar və bunu da ayrı-ayrı edər, qrup (xor) şəkilində etməzdilər. Onlar şerləri ağır işlər zamanı və ya gecə ikən səfərə çıxdıqlarında oxuyardılar. Bütün bu hallar onu göstərir ki, bu növ şerlər məhz belə hallarda (vəziyyətdə) oxumaq olar. Bu rəvayətlərdə Nəşidləri dəvət və tərbiyə metodu kimi istifadə etməyə dair heç bir dəlil yoxdur. Lakin günümüzdə isə bunun əksini görürük. Tələbələr isə bu Nəşidləri yayır və onları İslami və dini adlandırırlar ki, bu da dində olan bidətdir. Bu azmış Sufilərin adətindədəndir. Onlar Nəşidləri din ediblər. Vacibdir ki, müsəlmanları bundan uzaqlaşdırmaq və onların (kassetlərin) satışını isə qadağan etmək lazımdır. Bu cür sualların açıqlanması mühümdür. Çünki şər kiçik olaraq başlayar və doğduğu zaman onun qarşısı alınmazsa böyüyər və yayılar” “Fətava əl-Fovzan” № 3621,9880. Şeyx Fovzan – Hafizahullah - deyir ki: “Əgər onları “İslam Nəşidləri” deyil, Ərəb Nəşidləri adlandırsaydılar daha doğru olardı”. Şeyx Fovzan – Hafizahullah - dan soruşurlar ki: “Nəşidlərin qadağan olunmasına səbəb Sufilərə bənzəmək olduğu üçün qadağandır, yoxsa digər səbəblər də var? Axı Peyğəmbər – sallallahu aleyhi və səlləm – və Səhabələr Xəndək günü şer söyləmişlər?”. Şeyx: “Sufilərə oxşamaq yeganə səbəb deyildir. Bu səbəblərdən yalnız biridir. Qadağan olunmasına səbəb – Nəşidlərin səsi uzadaraq (melodik) oxunmasıdır ki, bu da Ğinədir – haramdır. O, ki qaldı səhabələrdən Abdullah b. Ravaha - radıyallahu anhu – onlar fərd olaraq bir səslə bunu oxuyar, xor (qrup) halında oxumazdılar. Buda İnşad adlanır, Anaşid yox” “Fətava əl-Fovzan” № 3621,9880. Həmçinin ondan soruşurlar ki: İslamı yeni qəbul etmiş bir xanım soruşur ki: Bəzi bacılar qadağan olunmuş musiqini dinləməyin əvəzi olaraq mənə İslam Nəşidləri adlanan bir neçə (kassetləri) dinləməyi nəsihət ediblər. Mən onlara qulaq asdıqdan sonra musiqiyə bənzər olduğunu anladım. Adi musiqilər kimi onlar da məni Allahı zikr etməkdən və Quran oxumaqdan yayındırır. Mən sizdən həm özüm, həm də bacılar üçün bu Nəşidlərə qulaq asan və oxuyanlar üçün bir açıqlama və nəsihət etməyinizi xahiş edirəm”. Şeyx: “Mənim müsəlmanlara olan nəsihətim Nəşidlərdən uzaqlaşmaq, Allahı zikr etmək və Quran oxumaq ilə məşğul olmaqdır. Biz insanı günahdan çəkindirərək digər günaha salmamalıyıq. Əksinə biz insanı günahdan uzaqlaşdırıb onu Allaha tövbəyə və itaətə yönəltməliyik” “Şərh Kitab əl-İbanə”.
Şeyx Bakr Abu Zeyd – Hafizahullah - deyir ki: “Şer və Mahnıları - Allahı zikr etmək, dua və s. ibadət vasitəsi kimi istifadə edilərsə bu bidətdir” “Tasxixud Dua” 97.
Şeyx Əhməd ən-Nəcmi – Hafizahullah - deyir ki: “Nəşidlər vasitəsilə onlar çalışırlar ki, xeyiri və axirəti xatırlatsınlar, bu da ibadətdir və o, ibadət ki, Allah Rəsulu şəriət etməyib yenilikdir. Buna görə də biz deyir ki: Bu Nəşidlər – Bidətdir” “Şərh Kitab əl-İbanə”.
Şeyx AbduAziz Əli Şeyx – Hafizahullah - dan soruşrlar ki: “İslam Nəşidləri” ilə bağlı olan kassetləri qulaq asmağın hökmü nədir?”. Şeyx: “İslam Nəşidləri” adlanan bu Nəşidlərdən bəzilərinə mən qulaq asmışam. Çox təəssüf ki, mən onları musiqiyə bənzər gördüm. (İnsanların) Qəlblərinə təsir edən incə, gözəl və cəlb edici səslər seçilir. Bütün bunlar da Ğinədir. Bəzi səslər isə (insana) musiqini xatırladır. Bütün bunlara da İslam donu geydirirlər, halbuki İslam bütün bunlardan uzaqdır. İslam güclü və əzəmətli bir dindir. Nəşidlərlə maraqlananlara gəldikdə isə onlar Quran oxumaqdan uzaqlaşırlar. Çox təəssüf ki, bu Nəşidlər təbil, dəf və s. alətlərlə müşayət olunur və bunu da İslam adlandırırlar. Heç şübhə yox ki, bu xətadır və mən ümüd edirəm ki, qardaşlarımız bundan uzaqlaşarlar.” “Şərh Kitab əl-İbanə”.
Şeyx AbdulAziz ər-Racihi – Hafizahullah - deyir ki: “Günümüzdə cavanlar Nəşidlərə qulaq asır və deyirlər ki: “İslam Nəşidləri”, “İslam Nəşidləri”. Haradan götürülüb bu ad – “İslam Nəşidləri”. İslam dinində Nəşid yoxdur! Biri var ki, insan şer söyləsin, digərləri isə ona qulaq assınlar. Lakin qrup halında, xor şəkilində bu edilərsə bunda heç bir xeyir yoxdur. Günümüzdə olan Nəşidlər çox dəyişilmiş və onları musiqi kimi oxumağa başlamışlar. Bu gün sən musiqi ilə Nəşidi bir-birindən ayrıd edə bilməzsən. Mən cavanlara nəsihət edirəm ki, bu Nəşidlərə qulaq asmasınlar. “İslam Nəşidləri” deyilən bir anlam yoxdur, bunlar Sufi Nəşidləridir. Səhabələr belə edərdilər: biri Quran oxuyar, digərləri isə qulaq asar, niri hədis söyləyər, digərləri isə qulaq asar, biri şer söyləyər (faydalı) digərləri isə qulaq asardılar. Cavanlara vacibdir ki, bu Nəşidlərdən uzaqlaşsınlar. Sadə bir səslə, melodik, xor olmadan biri şer söyləyərsə bunda problem yoxdur. Nəşidlərə gəldikdə isə onu Sufilər edərlər” “Şərh Kitab əl-İbanə”.
Şeyx Racihi – Hafizahullah - dan soruşurlar ki: “Cavanların qulaq asdıqları “İslam Nəşidləri” barəsində olan suallar çoxalmışdır. Sizin buna olan fikriniz nədir?”. Şeyx: “Mən belə hesab edirəm ki, İslam Nəşidləri qadağandır. Günümüzdə yayılan Nəşidlərə gəldikdə onları elə bir melodik tərzdə oxuyular ki, (musiqidən) fərqləndirmək mümkün deyildir. Mənə çatan məlumatlara görə Nəşidlərdə musiqi alətlərindən istifadə olunur və hətta onlara ad günü mərasimlərində qulaq da asırlar. Bütün bunlar günahdır. Xor şəkilində Nəşidləri oxumağa gəldikdə, orada musiqi alətləri olmasa da belə bunda Sufilərə bənzəmək vardır. Çünki onlar Nəşidlər vasitəsilə ibadət edirlər. Bu Nəşidlərdə ehtiras oyadan səslər də vardır. Nəşidlərin sözlərində hikmət, fayda olsa da belə görürsən ki, bir kimsə sözləri (anlamadığı) halda və ya onlara əhəmiyət vermədən yalnız səsdən həzz alır” “Ulama Fi Hukmu Tamsilul Anaşid”.
Şeyx Cibrin – rahmətullahi aleyhi – dən soruşurlar ki: “Bir çox buraxılan kassetlərdə melodik və xor şəkilində oxunan Nəşidlər vardır. Onlara qulaq asmaq olarmı?”. Şeyx: “Əgər onlar melodik şəkildə oxunursa – Qadağandır”. Ondan: “Bəs xor şəkildə onunuşa nə deyirsiniz”. Şeyx: “Bu da – Qadağandır”. Ondan: “Cavanlar Nəşidləri dəvət vasitəsi kimi istifadə edirlər. Bu icazəlidirmi?”. Şeyx: “Qadağandır”.
Şeyx AbdurRahman əl-Barrak – Hafizahullah - deyir ki: “Nəşidlər – Sufi bidətləridir” “Adillə əş-Şəriyyə Fi Hukmi Anaşid əl-İsləmiyyə” 33.
Şeyx Saleh Əli Şeyx – Hafizahullah - deyir ki: “Alimlərin sözlərindən və fətvalarından bildiyim qədər Nəşidlər qadağandır. Bu ümmətə Nəşidlər İxvan əl-Muslimin partiyası tərəfdən gəlmişdir. Çünki bu onlarda tərbiyyə üslubudur. Həmçinin bu Nəşidlər Sufilərin də dəvət üslubudur. Sonra onlar bu ölkəyə (Səudiyyə Ərəbitanına) daxil olaraq Nəşidləri kasset formasında buraxmağa başladılar. Onlar yayıldıqları zaman alimlər Nəşidləri qadağan olunması barədə fətvalar verdilər” “Bəyan əl-Mufid” 12.
Kim istəsə yazılı və ya səsli formada bu kitab və kassetlərə qayıda bilər: İbrahim b. Abdullah əl-Mutlaq “Əqvalul Uləma Fil Anaşid Vət Təmsil”, “əl-Anaşid əl-İsləmiyyə Bəynə əl-İbəhə Vət Təhrim”, Usamə AbdulMunim “əl-Qovlu Mufid Fi hukmu Anaşid”, AbdulAziz ər-Reys b. Reys “Hukmu Mə Yusəmmə Bil Anaşid əl-İsləmiyyə”, “əl-Ədillə əş-Şəriyyə Fi Hukmu Anaşid əl-İsləmiyyə”.
Cavab:
Allah razı olsun.
Allah daha yaxşı bilir!