Posted 13 August 2010 - 03:56 PM
Цитата (hoca @ 13 Aug 2010, 14:27) |
salam aleykum va rahmetullah qamet qardas icaze ver alizulfuqar nikli qardasdan bir sey xahis edim. qardas menim konpyuterden yaxsi anlayisim olmadiqi ucun senin senin forma yerlesdirdiyin melumati ne yukleye bildim ne de ki baxa bildim.zehmet olmasa foruma yerlesdirdiyin siyleler haqqinda melumatin siye menbelerinde topuqdan yuxari paltar geyilmesi bolmunu foruma kopyalayib gonder men de oxuya bilim.Yelesdirdiyin ucun Allah senden razi olsun. Salam aleykum ve rahmetullah. |
Əssalamu alekum hoca qardaş
Birinci sualıvın cavabı:
1) Əli ibn Abu Talib demişdir: “Peyğəmbər (s.ə.s) xeybər günündə ev eşşəyinin ətini yeməyi və mutəni qadağan etmişdir”. (Hurr əl-Amili, Vəsail əş-Şiə, Nigah bölümü)
Abdullah ibn Sənandan nəql olunur ki, o, Abu Abdullahdan (ə.s) mutə barədə soruşdu və o (ə.s) dedi: “Bu iyrənc şeylə özünü məşğul etmə” (Biharul Ənvar, 100/318)
Əmmardan nəql olunur: Abu Abdullah mənə və Süleyman bin Xalidə demişdir: “Mən sizə mutəni haram etdim” (Füru əl-Kafi, 2/48)
Abu Abdullah öz yoldaşlarına mutə barədə xəbərdarlıq edirdi. (Füru əl-Kafi, 2/44)
2) Şiə mənbələrində paltarın topuqdan yuxarı geyinilmə məsələsi
Əl-Kuleyni "Əl-Kafi" kitabında demişdir:
Paltarı qısaltmaq babı (fəsli).
1 - Əli bin İbrahim, o da, atasından, o da İbni Əbi Umeyrdən, o da, Abdulla bin Sinandan, o da, Əbi Abdulla (Cəfər əs-Sadiqdən) (əs) rəvayət etmişdir ki, o da: Allah təbarəkə və təalənin: "Geyimini təmiz saxla!" (Əl-Muddəssir surəsi, 3) ayəsi barədə: "Libasını qısalt" demişdir.
2 - Əl-Huseyn bin Muhəmməd, o da, Muallə bin Muhəmməddən, o da, əl-Həsən bin Əli əl-Vəşşadən, o da, Əhməd bin Aizdən, o da, Əbi Xədicədən, o da, Muallə bin Xuneysdən, o da, Əbi Abdulladan (Cəfər əs-Sadiqdən) (əs) rəvayət etmişdir ki, demişdir: "Şübhəsiz ki, Əli (əs) sizin nəzdinizdə idi və bəni Divan (oğulları) qəbiləsindən (adamlar) gəldilər və bir dinara üç paltar -- biri(nin uzunluğu) topuqdan yuxarıya qədər olan qamıs (köynək), biri (təxminən, uzunluğu) dizdən bir qarış aşağıya qədər olan izar (ərəblərin qurşaqdan aşağı geydiyi, yubkaya bənzər, paltar) və biri də, qabaqdan sinəyə qədər və arxadan da dabanlarına qədər olan rida (plaşa bənzər libas) aldılar. Bundan sonra, (Əli) əllərini səmaya qaldıraraq, evinə daxil olana qədər, geyindiyi libasa görə, uca Allaha həmd etdi. Bundan sonra isə: "Bu, müsəlmanların geyinməsi gərəkən bir libasdır" dedi. Əbu Abdulla (Cəfər əs-Sadiq) (əs) demişdir: "Lakin, bu gün, siz onu (bu cür) geymək qüdrətində deyilsiniz. Əgər, biz bunu etsək, onda, bizə, məcnun (dəli) və münafiq deyərlər. Uca Allah: "Geyimini təmiz saxla!" (Əl-Muddəssir surəsi, 3) demişdir. (Bundan sonra, Əbu Abdulla (Cəfər əs-Sadiq) (əs)): "Paltarını (topuqdan yuxarı) qaldır və onu (çox) uzatma. Qaim (imam Məhdi) gəldiyi zaman, (onun libası da) bu (buna bənzəyən) libas olacaqdır" dedi".
3 - Bir çox əshabımızdan, onlar da, Səhl bin Ziyaddan, o da, Muhəmməd bin İsadan, o da Yunus bin Yaqubdan, o da, Abdulla bin Yaqubdan, o da, Abdulla bin Hilaldan rəvayət etmişdir ki, demişdir: "Əbu Abdulla (Cəfər bin əs-Sadiq) (əs) mənə bir izar almağı əmr etdi. Mən də, ona dedim ki, aldığım libas genişdir. (Cəfər bin əs-Sadiq) Dedi ki: "Ondan artıq olanı kəs, at!". Bundan sonra, dedi ki: "Şübhəsiz ki, mənim atam (Muhəmməd əl-Baqir), demişdir ki: "(Libas) İki topuğu(n həddini) aşarsa (aşağı enərsə), cəhənnəmdədir".
(Həmçinin) bu hədisin bir mislini də Məclisinin "müvəssəq" (güvənilən) dediyi bir sənədlə, Muhəmməd bin Yəhyədən, o da, Əhməd bin Muhəmməddən, o da, İbni Fəddaldan, o da, Yunus bin Yaqubdan rəvayət etmişdir.
4 - Muhəmməd bin Yəhyə, o da, Əhməd bin Muhəmməddən, o da, Əli bin əl-Hakəmdən, o da, Abdurrəhman bin Osmandan, o da Yaməmə əhlindən bir nəfərdən rəvayət etmişdir ki, o, Əbul-Həsən (əs) Bağdadda, həbsdə olduğu müddətdə, onun ilə birlikdə idi. Demişdir ki: "Əbul-Həsən (əs) mənə dedi ki, şübhəsiz ki, uca Allah peyğəmbərinə (sas): "Geyimini təmiz saxla!" (Əl-Muddəssir surəsi, 3) demişdir və onun paltarı təmiz idi. (Bunu deməklə, uca Allah) Yalnız, (libasın) qısaldılmasını əmr edir".
5 – Əli bin İbrahim, o da, atasından, o da, İbni Məhbubdan, o da, Hişam bin Səlimdən, o da, Əbi Bəsır, o da, Əbu Cəfərdən (əs) rəvayət etmişdir ki, peyğəmbər (sas) bəni Təmim (oğulları) qəbiləsindən olan bir nəfərə vəsiyyət edərək: "İzar və qamisi isbal edərək (uzun olaraq, geyinməkdən) çəkin. Şübhəsiz ki, bu (əməl) qürurlanmaqdandır və Allah qururlanan şəxsi sevməz" dedi.
6 – Əbu Əli əl-Əşari, o da, əl-Həsən bin Əli əl-Kufidən, o da, Ubeys bin Hişamdan, o da, Əbandan, o da, Əbi Həmzədən, mərfu olaraq, rəvayət etmişdir ki, əmirəl-mu`minin (Əli) izarını (libasını) uzun geyinən bir gəncə baxdı (onu gördü) və dedi: "Ey oğlum! Izarını (Libasını topuqdan yuxarı) qaldır. Çünki, bu, sənin paltarının (daha da salamat) qalması və qəlbinin də, daha da təmizlənməsi üçündür".
7 – Əshabımızın bir çoxundan, onlar da, Əhməd bin Muhəmməd bin Xaliddən, o da, Muhəmməd bin Əlidən, o da, (məchul) bir nəfərdən, o da, Sələmədən rəvayət etmişdir ki,(o,) şalvar ticarəti etdi. Dedi ki: "Mən, Əbu Cəfərin (Muhəmməd əl-Baqirin) (əs) yanında idim. Əbu Abdulla (Cəfər əs-Sadiq) (əs) onun yanına daxil olduğu zaman, Əbu Cəfər (əs) ona: "Ey oğlum! Libasını təmizləmədinmi?" dedi. O da, (ordan) getdi. Biz, onun libasına bir şeyin bulaşdığını zənn etdik. (Bundan sonra, o) qayıtdı və onun bu cür olduğunu dedi. Biz (Əbu Cəfərə Muhəmməd əl-Baqirə): "Allah bizi sənə fəda etsin! Onun libasına nə olub ki?" dedik. (Bunun üzərinə, Əbu Cəfər (Muhəmməd əl-Baqir): "Onun libası uzun idi və mən ona əmr etdim ki, libasını qısalt!. Çünki, Əziz və Cəlil Allah deyir ki:"Libasını təmizlə!". Dedi.
və s...
Əssalamu alekum
Cavab:
Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Allah razı olsun.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!