Posted 11 March 2007 - 03:07 AM
Əs-salamu-aleykum
1. Zəkat haqqında bəzi məlumatlar istəyirəm. Bildiyimə görə zəkat, ehtiyacdan əlavə olan, təxminən 90 qr qızıl qiymətindəki sərvətdən verilir. Bu ehtiyac nədən ibarətdir?
2. Sualımı biraz daha konkret verim: Mən özüm hələ evlənməmişəm, atam-anam ilə birgə yaşayıram. Ev atamındı. Atam işləmir, qazancı yoxdur. Anam aylıq dövlət maaşını alır. Əsas mən, aldığım maaşla evə kömək edirəm.
- İndi bilmək istəyirəm ki, zəkat hansı halda bizə düşür? və ya konkret kimə düşür?
- Ayrı ayrılıqda anam da zəkat verməlidir mi?
- Bəs atam necə? o həm ev, həm də maşın sahibidi. Amma əlavə pul sahibi deyil. ona zəkat vermək düşür?
- Hal hazırda məndə bəlkə də 90 qr-lıqdan çox sərvət olsa da (sərvət yəni şəxsi kompüterim, cib telefonum, mp3 playerim, geyimim və s.), əlavə pul olaraq heç 1500$ ola ya olmaz. Hal-hazırda mənə zəkat düşürmü?
- Ümumiyyətlə bu komp., cib tel, bunları ehtiyac saymaq olar?
- Bəs yaşadığın ev, sürdüyün maşın necə?
- Tutaq ki, əlavə pulum artdı. Lakin, mənim hələ də şəxsi evim yoxdu. Atamın evində yaşayıram. Yəni ehtiyacım olan evim hələ yoxdu. Tutaq ki, 5 min pulum oldu. Mən o zaman zəkat verməliyəm?
- Tutaq ki, evlənərkən, imkan olmadı ev almağa, atam-anam ilə birgə yaşayası oldum. Onda bu zəkat məsələsi necə olacaq? Çünkü bu ev, vərəsəliklə nə vaxtsa mənə çatacaqsa da, hazırda mən sahibkar deyiləm axı. Ola bilər ki, iki gün sonra ailəmi götürüb getdim kirayəyə.
3. Evlənərkən ana-ata ilə birgə yaşamaq, onların yaxınında olub kömək etmək, əlbəttəki daha xeyirli əməl olardı. Lakin bu ailədə xeyli problemlər yarada bilər. Evin prezidenti bir nəfər olmalıdı, o səlahiyyət də avtomatik ataya keçir. Bu da məncə istər istəməz xoş olmayan haldı.
- Ümumiyyətlə bu barədə hədis və ya səhabələrdən nümunə olaraq nəyi götürmək olar?
- Məndə olan təsəvvürə görə o vaxt rasullah sallallahu aleyhi və səlləmin zamanında nə qədər kasıb olsalar da ayrı yaşayıblar. Bu fikrimə bir konkret səbəb olmasa da nədənsə belə təsəvvür yaranıb. Bu fikirdə həqiqət var mı?
4. Bir başqa mövzuya da toxunmaq istərdim:
Məsciddə arada mikrafonla elan edirlər ki, "filan nömrəli maşın yiyəsi gəl yoldan götür maşınıvı" Bu aşağıdakı hədisi bu məsələyə tətbiq eləmək olar mı?
Ebû Hureyre (radıyellahu anh) demiştir ki; Resulullah, (sallallahu aleyhi ve sellem)'i şöyle buyururken işittim:
"Kim mescidde yitiğini ilan eden birini işitirse, "Allah onu sana buldurmasın" desin. Çünkü mescidler, bunun için bina edilmemiştir."
Müslim, mesâcid 79; İbn Mâce, mesâcid 11; Nesâî, mesâcid 25; Ahmed b. Hanbel, II, 349. Sünen-i Ebu Davud Terceme ve Şerhi,Şamil Yayınları: 2/238-239.
5. Fərz namazından sonra zikr edərkən, mən aşağıdakı ardıcıllıqla zikr edirəm.
- 3 x Əstəğfirullah
- Allahummə Əntəs-səlam və minkəs-səlam təbəraktə ya zəl-cəlali vəl-ikram
- ixlas, fələq, nas surələri
- kursi ayəsi
- 33 x Subhanallah, 33 x əlhəmdulillah , 33 x allahu əkbər
Demək istədiyim odur ki, surələr və ayəni 33-lərdən əvvəl oxumaqda eyib var mı? Və ya bu oxuduqlarımı hansı ardıcıllıqla desəm daha uyğundu?
SUALLAR çox uzun olduğuna görə, vaxtinizi da çox alacağıma görə haqqınızı halal edərsiniz inşaallah.
Cavab:
Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
1.Zəkat 83 qr qızıl, yaxud 595 qr gümüş, yaxud bu iki dəyərli əşyaların dəyərində nəğd pulu olan insana pul əlinə gələn müddətdən və ya zəkatın vacibliyini biləndən sonra bir il keçdikdə deyilən məbləğin 2,5 %-ni zəkat olaraq çıxarmalıdır. Burada ehtiyac dedikdə isə insanın qazanıb xərclədiyindən əlavə artıq qalan nəğd pul və ya qızıl yaxud gümüşdür. Əgər xərclədiyindən əlavə deyilən məbləği toplamışdırsa o zaman 2,5 % zəkat verməlidir. Yəni, min manatın zəkatı 25 manat dəyərində dəyərləndirilir.
2. Zəkatın nə zaman vacib olmasını yuxarıda qeyd etdik.
- Siz bir ailə olaraq qazancınızı bir yerə toplayırsınızsa o zaman sizin ailənizə zəkat düşür və ailənin başçısı bunu icra etməlidir.
- Zəkat yalnız toplanan məbləğə və ya qazanc gətirən ticarət əşyalarına düşür. Məsələn əgər maşın icarəyə verilirsə onun gətirdiyi gəlirin 2,5 %-i zəkatdır. Amma komputer, ve s. bu kimi əşyalara isə zəkat düşmür.
- Əgər sizin 1500 pulunuz varsa buna artıq zəkat düşür. 1500$ * 2,5% = 37,5 $.
- Bəli əgər sizin 5000 pulunuz olarsa və bununla belə eviniz də olmasa sizə yenə də zəkat düşür. Çünki zəkat bu qədər məbləğin qarşısında çox cüzi bir məbləğdir. Siz 5000-ə görə 125 dollar zəkat verməli olacaqsınız.
3.Təbii ki, imkan varsa ayrı yaşamaq daha məsləhətdir. Xüsusən də əgər ata-ana cahil, siz isə İslamdasanızsa. Amma bu o demək deyildir ki, onlarla əlaqəni kəsmək lazımdır. Əsla.
4. Xeyr hədisə zidd deyil.
5. Eyb etməz. İnşallah düzdür.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!