Posted 19 April 2007 - 03:36 AM
Salam aleykum ! Size cehalet ozru ile bagli sual vermk isteyirem,onu deyim ki,selefin eqidesine gore cehalet tekfirde uzr sayilir,lakin meni maraqlandiran diger bir meqam cehaletin heddi ile baglidir.Elde etdiyim edebiyyatlardan ,selef alimlerinden bununla bagli mueyyen gorushlerini bilirem.Bunlardan bezilerini qeyd edim icazenizle
1.İbnu’l-Lahham belə deyir: “Hökmü bilməyən kəs, onu öyrənməkdə qüsur və ehmal etmədiyi müddətdə məzur (üzrlü) qəbul edilir. Lakin qüsur və ehmal varsa, əsla məzur sayılmaz." (Əl-Qavaid va’l-Fəvaidu’l-Usuliyyə, 58)
2.İbnu’l-Qayyim söyləyir: "Allahın əmr və nəhylərini öyrənmək imkanına sahib olub, bu imkandan istifadə etməyən və öyrənməyən kəs hüccət iqamə edilmiş kəs hökmündədir." (Mədaricu’s-Salikin, 1/239)
3.İbn-i Teymiyyə Rahiməhullah belə deyir: “Əgər ki, bir kəsin müxalifəti, dinin
açıq olmayan və hər kəs tərəfindən bilinməsinin çətin olduğu məsələlərdə olarsa, xəta etdiyi, zəlalətə düşdüyü və hüccət iqaməsinin edilmədiyi söylənilə bilər. Ancaq o kəsin müxalifəti, açıq olan ve Muhamməd’in Sallallahu Aleyhi və Səlləm onun ilə göndərildiyi və ona müxalifət edənlərin təkfir edildiyi, bütün Müsəlmanlar və hətta Yəhudi və Xristiyanlar tərəfindən də bilinən məsələlərdə isə vəziyyət belə deyil. Tək olan Allahu Təala’ya ibadətin əmr edilməsi və Allahu Təala’dan başqa, mələklərə, peyğəmbərlərə,
günəsə, aya, ulduzlara, bütlərə və başqa şeylərə ibadətin haram edilməsi bu növdəndir. Bunlar İslam əsaslarının ən açıq olanlarıdır. Yenə beş vaxt namaz və Yəhudi, Xristiyan, Məcusi və müşriklərə düşmənliyin əmr edilməsi ilə içki, qumar, zina və faizin haram olması da bu qəbildəndir." (Məcmuu’l-Fətava, 4/37)
4.Abdullah bin Abdurrahmən Əba Batin belə deyir: "Müşrikləri müdafiə edən bəziləri, cəhaləti səbəbi ilə küfr edən kəsin təkfir edilməyəcəyi və yalnız inadkar kafirin təkfir edilə biləcəyini iddia edir və bu sözlərinə dəlil olaraq da, övladlarina, öldükdən sonra vücudunun yandırılmasını və küllərinin sovurulmasını vəsiyyət edən adamın hekayəsini göstərirlər.Bu iddialarına belə cavab verilir: "Allahu Təala, peyğəmbərlərini müjdələyənlər və qorxudanlar kimi göndərmişdir. Beləliklə insanların Allahu Təala’ya bir bəhanələri qalmamışdır. Peyğəmbərlərin, onunla göndərildikləri və ona dəvət etdikləri ən böyük şey, ibadəti yalnız Allaha xas qılmaq və Allahu Təala’dan başqasına ibadət olan şirki haram etməkdir. Nəhayət əgər kimsə, Allahu Təala’ya qarşi ən böyük şirk olan başqasına ibadət məsələsində cəhalət səbəbi ilə üzrlü qəbul edilərsə, cəhaləti səbəbi ilə məzur olmayan kim qalır ki?" (Aqidətu’l-Muvahhidin, 16)
5.Muhamməd bin İbrahim Alu’ş-Şeyx isə, əl-Bədəvi’nin, əl-Ceylani’nin və Əhli-beyt qəbirlərinə ibadət edənlərin, onları bu qəbirdəkiləri ilah etmədiklərini, yalnız bir vasitə kimi gördüklərini söylədiklərinə baxmayaraq təkfir edir və bu fətvasından sonra tövhiddə cəhalətin üzr olmayacağıni söyləyir: "Tövhiddə cəhalət yoxdur və bu məsələ, cəhalət səbəbi ilə insanın məzur sayıldığı digər məsələlər kimi deyil. Tövhidin əksikliyi şübhəsiz ki, Allahın dinindən üz çevirməkdir. İnsan günəsin varlığı məsələsində cahil ola bilər mi? Onların elmliləri cahildir və müşriklərdən daha cahil olan da yoxdur..."
Bu məsələdə Şeyx ilə Əzhar şeyxi arasında bir münaqişə olmuşdur. Bu münaqişənin sonunda Əzhar şeyxi, "Onlar, küfrü izhar edirlər (zahirdə göstərirlər)!" dedikdə Şeyx ibn İbrahimin cavabı belə oldu: "O zaman, biz də onları təkfir edənlər olmağımızı izhar edək!" (Məcmuu’l-Fətava va Rasail əs-Şeyx Muhamməd ibn İbrahim, 12/197-198)
6. ibn Həzm belə deyir: "...Lakin bir kəs sadəcə cəhaləti ilə və elmdən kasıb olması ilə üzrlü ola bilər. Peyğəmbərin varlığı xəbəri çatan kəs isə, Yer üzünün harasında olursa olsun, Onu axtarması ona fərzdir. Əgər ona Peyğəmbərin təhdidi çatibsa, Onu təsdiq və ona ittiba, ona vacib olan dini elmləri tələb etmək və bunun üçün vətənindən çixmaq üzərinə fərzdir. Əgər bunu etməzsə kafirliyi, atəsdə əbədi qalması və Quran nəsslərində bildirilən əzaba layiq olur." (İbn Həzm, "əl-Fəslu fi’l-Miləl va’l-Əhvau va’n-Nihal", 4/106
7.İbn Teymiyyənin "təməkkun" qaydasına işarə edən sözlərindən bəzilərini burada verək:
"Təbliğin tələb etdiyi hökm, mükəlləflər haqqında -ən səhih olan rəyə görə- yalnız onu öyrənmək imkanını əldə etdikdən sonra sabit olur." (Məcmuu’l-Fətava, 20/25)
"Hüccət qullara iki şey ilə iqamə edilmiş sayılır: Allahın endirdiklərini öyrənmək imkanının olması və bunlarla əməl etmək gücünün olması şərti ilə. Dəli olan kəs kimi, öyrənməkdən aciz olan, və yaxud əməl etməkdən aciz olan kəs, əmr və nəhyə görə məsuliyyət daşimır..." (Eyni kitab, 20/59)
"Kim, ona risalətin çatmamasi kimi, elm əldə etmək imkanını tapmamaq, və yaxud onunla əməl etmək gücünə sahib olmamaq səbəbi ilə vacib olan imandan bəzilərini tərk edərsə, etməkdən aciz olduğu bu şeylərə görə məsuliyyət daşimaz. Bunlar hər nə qədər dindən və vacib olan imandan isələr də bu kəs haqqında, dindən və vacib olan imandan sayılmır." (Eyni kitab, 12/478-479)
"Bu, yalnız dəf edilməsi mümkün olmayan zaman üzr sayıla bilər. Əks təqdirdə insan haqqı bilmək imkanına sahib olarsa, bu barədə tələb olunanı etməzsə məzur sayılmaz." (Eyni kitab, 20/280)
7.Şeyx Şanqiti isə deyir: "Elm öyrənmək gücünə sahib olub ehmalkar davranan kəs və insanların rəylərini, Allahın vəhyində bildirdiyi şeylərdən irəli tutan kəs üzr sahibi olmayan kəsdir." (Ədvau’l-Bəyan, 7/554-555)
Bu elde etdiyim delilleri uzatmaga luzum gormurem,Sadece onu sorushmaq isteyirem ki men elde ede bildiyim deliller esasinda bele qenaetdeyem ki,cehalaet
uzrdur lakin zarureyi-diniyeni oyrenmek imkani olub bunu etmeyen insan ucun hec bir cehalet ozru ola bilmez,bu insan ne qeder bagirsa ki men muslumanam ,amma butun gunu shirk etse ve elme yaxinlashmasa men sexsen belesini tekfir ederem.mes:bu gun Azerbaycanda qebre tapanlar tam sekilde bunu oyrenmek iqtidarindadir ,bunun ucun xususile men Bakini deyirem ,hem kitab hem elm ,hem elektron vasiteler var.Men bele qenaete geldim ki,bu insanlar ucun cehalet uzru yoxdur.Seyx , qardashalarin ekseriyyeti bu cehalet sohbeti uste o qeder derin getdiler ki,temiz murcie olmaq erefesindedirler.Onlarin ekseriyyeti unudurlar ki, iman hem de emel ve sozdur.Az qala deyirler ki,C.Busa da cehalet ozru var.Xahis edirem xutbelerin birinde bu cehalet uzru sohbetini bir az da derin aciqlayasiz.Bir de xahis edirem ki,delillere munasibet bildiresiz ve xetam varsa onu deyesiz.Cazakallhu xayran
Cavab:
Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Gətirdiyin misallar var, sadəcə adam öz əqidəsini cürbəcür kitablardan sitatlar gətirməklə qurulmur, əqidə kitabı tam oxumaqla qurulur. Çünki bir məsələ digər məsələ ilə bağlıdır. Ancaq belə olarsa düzgün başa düşərsən. Bu məsələdən də vacib olan şeylər var ki, sən onları bilmirsən.
Bu alimlərin fikirləri səni çaşdırmasın, sələf alimləri cahiliyyəti üzr görüblər. Burda heç bir ixtilaf yoxdur, Məhəmməd ibn Abdulvahhab, İbn Teymiyyə, ibn Qeyyim, hamısı cahilliyi üzr görüblər. Bax Fətavada 11-ci cild 407-411, 3-cü cild 231, 12-ci cild 500-cu səhifələri oxusanız yaxşı olar. Məhəmməd ibn Abdulvəhhab özü deyir ki, Əhməd Bədəvnin qəbrinə ibadət edənləri kafir görmürəm, çünki cahildirlər. İmam Əhməd deyir ki, cəhmiyyəni kafir görmürəm, deyir ki, cəhmiyyənin sözü ilə desəm mən özüm kafir olaram, özü də söhbət eliyir onların alimərindən. Bəs buna nə deyirsən?
Üsluba da fikir verdim - Aqidətu’l-Muvahhidini bilirik kim yazıb. Bu kitabı ibn Teymiyyənin və digər alimlərin arasında gətirmək ancaq aldatmaqdır. Ona görə belə şeylərə aldanmayın, Aqidətu’l-Muvahhidin əslən xətadır, orda xəta çoxdur.
Sadəcə bu məsələlər alimlərin ixtiyarındadır. Mənə qəribə göründü ki, siz deyirsiniz ki, belə qənaətə gəldim, nəticə çıxatrdın. Məhəmməd ibn Abdulvəhhab qəbrə ibadət edənləri kafir görmədi, amma ən bunu artıq etdin. Bizim işimiz dəvət olmalıdır. Nə olsun ki, kitablar var? Onlar sən oxuyan kitabları oxumurlar, deyirlər "vəhhabi" ədəbiyyatıdır. Sən dəvət et, hökm vermə. Bax çoxlarını elə bu sitatlarla aldadıblar.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!