Posted 16 March 2016 - 04:17 PM
As salamu aleykum va rahmatullahi va barakatuhu!
Xahiş edirem, bu yazılanlara münasibət bildirəsiniz. Yəni ki, bunlar doğrudurmu, mənbələr dəqiqdirmi?
Allah razı olsun...
İKİ NAMAZIN BİR YERDƏ QILINMASINA QURAN VƏ HƏDİSLƏRDƏN DƏLİLLƏR
Sübh namazının vaxtı, sübhün açılmasından günəşin doğmasına qədərdir. Zöhr və Əsr namazının vaxtları günorta çağının başlanmasından günəşin batmasına qədər olan müddətdir. Məğrib və İşa namazlarının vaxtı günəşin qürubundan gecə yarısına qədərdir. Quranın İsra surəsinin 78-ci ayəsində buyurulub: "Gün batandan gecə qaranlıq düşənədək namazını qıl və habelə səhər (sübh) namazını (da qıl)…" İslam Peyğəmbəri(s) müsəlmanlara rahat olsun deyə zöhr və əsr namazlarının, məğrib və işa namazlarının birlikdə qılına biləcəyinə izn vermişdir. Ərəfatda günəş batarkən camaat "namaz, ya Rəsuləllah!" dedi, lakin Peyğəmbər(s) belə buyurdu: "Məşərül-həramda Məğrib namazını gecikdirdilər və İşa namazıyla birlikdə qıldılar ki, bu da əda idi, qəza deyildi." Peyğəmbər(s)-lə birlikdə səkkiz rükət Zöhr və Əsr namazlarını və yeddi rükət Məğrib və İşa namazlarını birlikdə qıldıq." ("Müsnədi Əhməd" c. 1, səh.221)
"Əbu Şəsaya dedim ki, fikir edirəm, Allahın Peyğəmbəri Zöhr namazını təxirə saldı və Əsr namazını vaxtından əvvəl qıldı və həmçinin Məğrib namazını gec qıldı. Əbu Şəsa isə cavab verdi ki, mən də bu cür düşünürəm." Hədislərdən açıq-aydın görünür ki, Peyğəmbərimiz(s) namazları birlikdə qılmışdır. ("Müsnədi Əhməd" c. 1, səh.251) İbni Abbas Bəni-Təmim qəbiləsindən olan bir kişiyə hirslənib dedi ki, sən Peyğəmbərin sünnəsini mənə öyrətmək istəyirsən? Mən Allah Peyğəmbərinin Zöhrlə Əsr, Məğriblə İşa namazlarını birlikdə qılmasına şahid olmuşam. Abdullah deyir: "Bu məsələ mənim üçün şübhə yaratdı və ona görə də mən Əbu Hüreyra ilə görüşərkən bu barədə soruşdum. O, da İbni Abbasın sözünü təsdiq etdi." ("Səhihi Müslüm" c. 2, səh.151, Misir çapı) "Peyğəmbərimiz(s) Mədinədə heç bir düşmən qorxusu olmadan və səfərdə olmadığı halda zöhr ilə əsr namazını birlikdə qıldı. Sonra İbni Abbas Peyğəmbərin məqsədini bəyan edir ki, o Həzrət ümmətindən heç kimin zəhmətə düşməsini istəmirdi." ("Səhihi Müslüm" c. 2, səh.152) "Peyğəmbər(s) Mədinə şəhərində heç bir düşmən qorxusu olmadan və yağış yağmadığı halda Zöhr ilə Əsr və Məğrib ilə İşa namazlarını birlikdə qıldı.
Səid İbni Cəbir deyir ki, İbni Abbasdan soruşdum ki, nə üçün Peyğəmbər belə edir? İbni Abbas isə cavab verdi ki, ona görə ki, istəmirdi öz ümmətini zəhmətə salsın." ("Səhihi Buxari" c. 1, səh.110) "Peyğəmbər yeddi rükət Məğrib və İşa namazını və səkkiz rükət Zöhr və Əsr namazlarını Mədinə şəhərində birlikdə qıldı." ("Mütəqqi Hindi", "Kənüzul-ümmal" c. 8, səh.246) Abdullah ibn Ömər deyir: "Peyğəmbər(s) öz vətənində olarkən səfərdə olmadığı halda, Zöhr ilə Əsr namazını və həmçinin Məğriblə İşa namazlarını birlikdə qıldı. Sonra bir kişi İbni Ömərdən soruşdu ki, nə üçün Peyğəmbər namazları belə qıldı? İbn Ömər cavab verdi ki, Ona görə ki, o öz ümmətini əziyyət və çətinliyə salmaq istəmirdi. Əgər bir kəs istəsə bu namazları birlikdə qıla bilər." (Kənzul-ümmal" c. 8, səh.247) Cabir ibni Abdullah deyir: "Peyğəmbər(s) Zöhr ilə Əsr namazlarını birlikdə bir azan və iki iqaməyə qılırdı." Hədisləri oxuduqdan sonra bu namazların birlikdə qılınmasının caiz olduğu su kimi aydındır. Məlumdur ki, Allahın Rəsulu ilahi əmri gecikdirməzdi. Peyğəmbərimizin məqsədi bu namazları bir vaxtda qılmağın mümkünlüyünü bildirmək idi.
Cavab:
Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Namazı cəm etmək olar. Sadəcə burada problem odur ki, buna adət eləmək lazım deyil. Çünki Allah Təalə Nisa surəsi 103-cü ayədə deyir :
“Namazınızı qıldıqdan sonra ayaq üstə olanda da, uzananda da Allahı zikr edin, arxayınlığa çıxdıqda isə, namazı (öz qaydasınca) qılın! Çünki namaz möminlərə bəlli vaxtlarda fərz (vacib) edilmişdir “ .
Həmçinin namazı 5 ayrı vaxtda qılmağa namazın adları da dəlildir. Amma Peyğəmbər sallallahu aleyhi və səlləmin cəm etməsinə gəldikdə o bunu həyatında yalnız 1 dəfə səbəbsiz edib və sadəcə göstərib ki, belə etmək olar. Amma başqa hədislərdə də gəlir ki,ondan ən əfzəl əməlin hansı olduğun soruşduqda dedi ki, hər namazı öz vaxtında qılmaqdır.Ona görə belə şeylər sizi aldatmasın. Peyğəmbər sallallahu aleyhi və səlləm bizə nümunə idi. Hərdən müəllim də səbəbsiz nəyisə öyrətmək üçün göstərə bilər. Lakin buna adət etmək olmaz.
Şiə məzhəbində isə bu problemdir, çünki onlar namazları daima birləşdirib qılırlar. Yaxşı, siz deyirsiniz ki olar, bəs onda namaz vaxtında olan 2 azan hara getdi? Nə üçün şiə məscidləri 3 azan verir? Bəs bunun namazların birləşməsinə nə dəxli var? Hələ mən Azana edilən əlavələrdən, dəyişikliklərdən danışmıram.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!