Posted 05 November 2014 - 12:55 PM
Şeyx sene bir mesehet verimde ..demeli sen bezmemisen bu geder qardawlarin etini yemekden ? o xavaric bu tekfirchi o birsi filan...o birsi cehennenm kopeyi...halbuki bu qardawlar TOVHID ehlidi,lap xetalari olsa bele..noldu bes cehalet uzur idi ? kafire muwriki,Allahin duwmenlerine gelince deriden gabigdan yolursan ozuvu,bir qardaw demiwken 700 uzur tapirsan,amma tovhid ehline geline onlara uzur yoxdu ve onlar kafirdiler? cehennem kopeyidir ? Allahdan qorx..dunyaya gore axiretivi satma... sixiwdirirlar? hicret ele..imkanin var..amma axireti bele ucuz giymete satma...
2) ci lap kimse hakimi tekfir edir, chixmaq isteyir..beyem o hakimleri mudafiye etmek sene mi qalib ? get iwinnen gucunnenn mewgul olda..sen onlarin vekilisen ? onlarin oz ordusu var ozleride ne lazimdi tedbir gorecekler..senemi qalib onlari mudafie etmek?dai bu gederde yoxda..yaltagligin son heddidi bu,ozuve hormet ele biraz... ehalenin choxu wirk edir,choxu wiyelerdi,rafizilerdi,azmiw awarilerdi,sufilerdi....onlar qalib giragda,durub siz tovhid ehline iliwirsiz.. internetde rafizilerin wubheleri doludur... ve chox az miqdarina cavab verilib,abu zeydin biraz dersleri var,birde yawar suleymanovun wiyelere aid..odaki video weklinde..hech wiyeler onlara qulag asmir..amma yazili wekilde,kitab weklinde demek olarki hechne yoxdu...
Cavab:
Mən düzü bu sualı buraxdım. Çünki hizbçilərin növləri təkfirçilər, cihadistlər, hizbut-təhrir, sururilər, ixvanul muslimin təşkilatı və s. arasında belə söhbətlər gedir. Xüsusən təkfirçilərin arasında. Həmdə camaat bunların nə cür danışmasına fikir versin.
Birincisi, mən ət yemirəm. Sən əvvəl öyrən ki, şəriətdə nə vaxt ət yemək sayılır. Sadəcə biz xəvariclərlə mübarizə aparırıq. Bu mübarizəni biz Peyğəmbərdən (sallallahu aleyhi va səlləm) götürmüşük. Peyğəmbər (sallallahu aleyhi va səlləm) hələ onun vaxtında olmasa belə, onun xəvariclər barədə nə cür sözləri var. Hansı ki, başqa firqələr barədə belə sözlər heç deyilməyib. Onda sənin sözündən belə çıxır ki, Peyğəmbər (sallallahu aleyhi va səlləm) öz vaxtında elə belə danışırdı ? Lazım deyildi. Hələ olmaya-olmaya. Sən isə ola-ola mənə deyirsən ki, danışma, onların ətlərini yeyirsən.
Qəribə fikir bildirirsiz, onları Tövhid əhli adlandırırsız. Necə yəni Tövhid əhlidir ? Onlar azmış bidət əhlidir. Özüdə bu mənim sözüm deyil. Bu Şeyx Fovzan və başqa alimlərin, taa tarix boyu onlar həmişə mötəbər alimlər tərəfindən tənqid olunublar. Sən isə mənə deyirsən ki, onlar bidət əhli yox, Tövhid əhlidir.
Sonra deyirsən ki, kafirlərə üzr axtarıram. Mən hansı kafirə üzr axtarmışam ki ? Mən deyirəm ki, yəhudilər, nəsranilər, krişnaidlər və s. kafirdir. Özüdə 700 dənə üzr. Kimsə sənə deyib 700 dənə ? Qoy bir beş dənəsini tapsın görüm.. Və ya sənə deyən desin ki, bir nəfərin adını çəksin ki, mən hansı kafirə üzr axtarmışam. Ya səni aldadıblar, cahilsən, ya da ətrafındakıları sakitləşdirmək üçün belə ümumi şeylər yazırsan. Əgər elədirsə, bir kafirin adını çək. Hansı ki, üzr axtarmışam. Hələ 700 dənə üzr də yox, ikisini qeyd elə.
Sonra deyirsən ki, məni sıxışdırırlar. Məni buna görə heç kəs sıxışdırmır. Mən azadam. Sözlərimi, fikirlərimi azad deyirəm. Heç kəs mənə demir ki, belə de. Necə ki, bu məsələdə sizi aldadıblar. Sənin bu iddialarının hamısı zənn, yalan və böhtan. Bundan başqa bir şey yoxdur. məni sıxışdırmırlar. Mən öz istəyimlə bunları deyirəm. Çünki sünnə budur. Alimlərdə belə deyirlər. Bizdə onların (sələflərin) yolu ilə gedirik.
Sonra deyirsən ki, kafir hakimləri müdafiə edirsən. Mən ümumiyyətlə hakimləri müdafiə edirəm. Bu əhli sünnənin yoludur. Sənin deyəsən əhli sünnənin əqidə kitablarından xəbərin yoxdur. Və ya sənə deyiblər ki, o əqidə kitabında olan hakimlərə bu hakimlər aid deyil. Bunu hansı alim deyib ? Heç bir mötəbər alim deməyib. Ancaq Bağdadi və s. başqaları deyib.
Həmçinin deyirsən ki, tərk elə, onlar çıxsınlar. Odur çıxdılarda.. Suriyada, Şamda, Yəməndə, Liviyada, İraqda çıxdılarda. Noldu ? Sən istəyərsən elə vəziyyət olsun ? Bax elə vəziyyət olsa, sənin də evinə gələ bilərlər.. Səndə yaxınındakıları itirə bilərsən. Alimlər ona görə danışırlar. Bizdə onların yolu ilə gedirik. Bizdə deyirik bu fitnəyə qoşulmayın. Belə şey olmaz. Hakimə qarşı çıxmayın. Baxın qonşu ölkələrə. Çıxdılar və nə nəticəsi oldu. İndi gedib əvvəlcədən sənin kimi deyən əhalidən soruşsan, deyəcəklər biz böyük səhv etmişik. Sən əmin-amanlıqda yaşayırsan. Necə deyirlər - ağzın isti yerdədir. Ona görə başlamısan burda ümumi çıxışlar etməyə. Guya ki, bir dənə haqqı deyən, bomba uşaqlar sizsiniz. Sizdən başqa hamısı qorxaqdı, işləyir və s. Bir dənə bomba uşaqlar sizsiniz. Bunlar sənin fikrin deyil. Mən bilirəm. Sizin aranızda belə söhbətlər gedir. Bir-birinizə təsəlli verirsiniz. Amma hamısı yalan, böhtandan başqa bir şey deyil və cahillikdir, savadsızlıqdır.
Sonra deyirsən ki, işinlə məşğul ol. Mənim işim elə budur da. Allah Təalənin yoluna dəvət etmək. 16 yaşından. İndi 44 yaşım var. Mənim işim elə budur da. Gedib dükan zad açıb ticarət edim ? Sən deyəsən məni tanımırsan.
Sonra yazırsan ki, yaltaqlıq... Həəə.. Birinci, hakimə qarşı çıxmamaq, bu yaltaqlıqdır ? Onda sən bütün sələfi alimlərə yaltaq deyirsən.. Bu mənim mövqeyim deyil. Yəni mən özümdən ixtira etməmişəm. Sizi aldadıblar. Bu ümumiyyətlə əhli sünnə vəl cəməanın mövqeyidir. İndi sənin sözündən çıxır ki, Musa (əleyhissəlam) Fironun yanına gedəndə yaltaq idi ? Allah Təalə deyir ki: Onunla mülayim danış. İndi sənin sözündən elə çıxır ki, Musa (əleyhissəlam) yaltaq idi ? Bir söz dedikdə bir fikirləşin. Bax savadsızlığınız bax bundadır. Deyirsiz, amma nəticəni fikirləşmirsiz. Mən bu sözü deyirəm, sonra nolacaq və s. Bil ki, sənin ətrafında danışanların çoxusu bir şey olsa, səni qoyub qaçanlar ən birinci onlar olacaq.
Sonra deyirsən ki, əhali belədir. Əhali kafirdir və s. Kim əhaliyə kafir deyib ? Şeyx Fovzan dedi ki, Azərbaycan əhalisi müsəlmandır. Nə deyirsən ? Ona görə sadəcə mən sənə demək istəyirəm ki, bu mənim fikrim deyil. Bizim apardığımız dəvəti alimlər bizə tövsiyə edib. Bu sələfilərin dəvətidir. Sizi aldadıblar. Burda nə deyirsənsə, hamısı yalan, böhtandan başqa bir şey deyil. Ya sən cahilsənsə, doğurdan xəbərin yoxdursa, bil. Və ya sən bilirsən, ətrafındakıları sakitləşdirmək, camaata təbliğ etmək üçün sadəcə söhbəti fırladırsan. Camaat baxın bunlar belə fikirlər deyirlər, öz aralarında da ətrafındakıların çoxusunu aldadıblar. Hamısı yalandan başqa bir şey deyil. Sən öz günüvü fikirləş, öz günüvə ağla. Öz ətrafındakılara ağla, onların gününü fikirləş. Sən məndən narahat olma. Vəssəlam
Allah daha yaxşı bilir!