Posted 05 February 2014 - 11:20 AM
Salam aleykum Qamət qardas,necəsiniz.Bunu bir saytdan oxumuşam.Baxın zəhmət olmasa,rəy bildirin.
Salam aleykum
Hər zaman olduğu kimi, günümüzdədə insanlar başqalarından seçilmək, onlardan yuxarıda olmaq üçün müxtəlif metodlardan istifadə edirlər. Zamanımızda elm və ağıldan məhrum olduğu halda özünü ümmətin qurtarıcısı sayan bir çox cahil, fiqh sahəsində də layiq olmadıqları məqamları işğal etmək üçün fəqihlərin görüşlərini yenidən analiz edib, öz təbirləriylə desək racih və səhih görüşləri ortaya çıxarmaq həvəsindədirlər.
Bu həvəslərinə imamların özündən də dəstək aldıqlarını ifadə etmək üçün onların bəzi sözlərini istifadə edilər. Yanlış anladıqları sözlərin ən məşhuru bu sözlərdir: "əgər səhih bir hədis görsəniz mənim sözümü bir kənara atın".
Kənara atmağa görüş arayan plastik müctəhidlər üçün bu sözlər ən böyük dayanaqlardandır. Bəs həqiqətdə alimlərimiz bu sözləri necə anlamışlar? Bu sualın cavabı üçün elə onların özünə müraciət edək. Tövfiq Allahdandır.
İmam Muhyiddin Ən Nəvəvi (631-676 h/ 1233-1277 m) İmam Şafinin "Hədis səhihdirsə o mənim məzhəbimdir/görüşümdür" sözü haqqında bunları deyir:
وهذا الذي قاله الشافعي ليس معناه أنَّ كلَّ أحدٍ رأى حديثًا صحيحًا قال : هذا مذهبُ الشافعي وعمِل بظاهره . وإنما هذا فيمن له رُتْبةُ الاجتهادِ في المذهب على ما تقدَّم مِن صفته أو قريب منه, وشرطُه : أن يغلبَ على ظنِّه أنَّ الشافعي - رحمه الله - لم يقفْ على هذا الحديث أو لم يعلَمْ صحتَه , وهذا إنما يكون بعد مطالعةِ كتبِ الشافعي كلِّها ونحوها منِ كتبِ أصحابه الآخذين عنه وما أشبهَها . وهذا شرطٌ صعبٌ قلَّ مَن يتَّصفُ به , وإنما اشترطوا ما ذكرنا لأنَّ الشافعي - رحمه الله - ترَك العملَ بظاهرِ أحاديثَ كثيرةٍ رآها وعلِمها , لكنْ قامَ الدليلُ عنده على طعنٍ فيها , أو نسخِها أو تخصيصِها , أو تأويلِها أو نحوِ ذلك
"İmam Şafinin dediyi sözün mənası, səhih hədis görən hər kəs "bu Şafinin görüşüdür" deyib, hədisin zahiriylə əməl edər demək deyil!
Bu – daha öncə xüsusiyyətləri zikr edildiyi üzrə - sadəcə məzhəbdə ictihad rütbəsinə çatan və ya buna yaxın olan kimsə haqqındadır.
(Belə birisinin Şafinin görüşünü buraxıb hədislə əməl etməsinin) Şərti budur ki, zənni qaliblə İmam Şafinin - rahimahullah - bu hədisə vaqif olmadığını və ya hədisin səhihliyindən xəbərdar olmadığını bilsin.
Belə bir şey, sadəcə İmam Şafinin bütün kitablarını və ondan elm almış əshabının kitablarını və bənzərlərini oxumaqla olar. Bu isə, ona sahib olanların az olduğu ağır bir şərtdir.
(Alimlərin) Bu zikr etdiyimiz şeyləri şərt qoşmalarının səbəbi budur ki, İmam Şafi - rahimahullah - görüb bildiyi bir çox hədisin zahiriylə əməl etməmişdir. Lakin bu, hədislərdə bir tən/problem olması və ya hədislərin nəsx edilməsi, və ya (başqa bir hədislə) xüsusiləşdirilməsi, və ya (bir dəlilin tələbiylə) təvil edilməsi yaxud da buna bənzər bir şey olması haqqında onun bir dəlilinin mövcudluğuna binaəndir."
Qaynaq: Muhyiddin Ən Nəvəvi: Əl Məcmu: 1/105
Təliq: Gördüyümüz kimi İmam Nəvəvi alimlərin bu haqda (İmamın sözünü atıb hədislə əməl etmək üçün) şərtlər qoyduğunu qeyd etmişdir:
1. Bunu edənin məzhəbdə müctəhid və ya mərtəbəyə yaxın olması.
2. İmamın bu hədisi bilmədiyini və ya əslində səhih olduğu halda səhih hesab etmədiyini bilməsi. Yaxud da bilib təvil, təxsis və s. etmədiyindən xəbərdar olması.
Mən deyərdim ki, müəyyən bir hədislə əməl etməyi tərk etmək üçün bundan başqa səbəblər də ola bilər. Məsələn İmam Malik əhəd rəvayətlərdən Mədinə əhlinin tətbiqatına zidd olan səhih hədisləri qəbul etməmişdir. Böyük imamlardan hədisin Qurana müxalif olmamasını, İslamın təməl prinsiplərinə zidd olmamasını və s. şərtlər qoşanlar vardır.
Bu tərz bir "tərəzi" bəzi səhabələrdən də vaqe olmuşdur. Məsələn möminlərin anası Aişənin - Allah ondan razı olsun – bəzi ayələrə və ümumi prinsiplərə dayanaraq, "dəstamazdan öncə əli qaba salmanın qadağan olması" və "yaxınlarının ağlamasından dolayı ölünün əzab görməsi" haqda hədisləri rədd etməsi məşhurdur.
Xülasə, bu iş sıradan hər Müsəlmanın cəsarətlə atılacağı bir iş deyildir! Əksinə, əhliyyət şərtləri vardır ki, bunlara sahib olmadan "əhkam kəsməyə" çalışılmamalıdır! Bu əhliyyət isə bir çox elmdə dərinləşib, ictihad əhliyyəti qazanmaqla əldə edilir.
Hənəfi alimlərindən Muhəmməd Əmin bin Ömər Abidin (1198-1252 h/1784-1836 m) “Əd Durrul Muxtar Şərhu Tənviril Əbsar” isimli əsərə yazdığı haşiyədə mövzumuz haqqında bunları demişdir:
صحَّ عنه أنه قال : إذا صحَّ الحديثُ فهو مذهبي , وقد حكى ذلك ابنُ عبدِ البرِّ عن أبي حنيفة وغيرِه من الأئمة . ا هـ
ونقَله أيضًا الإمامُ الشَّعْراني عن الأئمةِ الأربعةِ , ولا يخفى أن ذلك لمن كان أهلاً للنَّظَر في النصوصِ ومعرفةِ محكمها مِن منسوخها ، فإذا نظَر أهلُ المذهبِ في الدليلِ وعمِلوا به صحَّ نِسْبتُه إلى المذهبِ لكونه صادرًا بإذنِ صاحبِ المذهبِ , إذ لا شكَّ أنه لو علِم ضعْفَ دليلِه رجَع عنه واتّبعَ الدليلَ الأقوى
"Ondan (Əbu Hənifədən) belə dediyi səhih şəkildə rəvayət edilmişdir: "Hədis səhih olduğu zaman o mənim məzhəbimdir/görüşümdür". İbn Abdil Bərr bunu Əbu Hənifədən və digər imamlardan rəvayət etmişdir. Həmçininin bunu İmam Şarani dörd imamdan da rəvayət etmişdir.
Aydındır ki bu sözlər, nassları analiz etməyə və möhkəmini nəsx edilmişindən (mənsux) ayırmağa əhil olan kimsə haqqındadır.
Məzhəb əhli dəlilə nəzər salıb, ona müvafiq əməl ettiyi zaman, məzhəb sahibinin iznilə baş verdiyi üçün bu görüşün məzhəbə nisbət edilməsi doğru olar. Çünki, əgər o (məzhəb sahibi) öz dəlilinin zəifliyini bilsəydi, şübhəsiz ki ondan dönər və daha güclü dəlilə tabe olardı."
Qaynaq: İbn Abidin: Rəddul Muxtar aləd Durril Muxtar: 1/167
Təliq: İbn Abidinin də sözlərindən aydın olan budur ki, İmamların bu sözləri müctəhidlər və bu işlərə əhil olan kimsələr haqqındadır.
Sağlam ağıl da buna işarə edir. Çünki bizlər dünyəvi işlərimizi əhil olmayan kimsəyə vermək istəmərik. Məsələn ürəyimiz ağrıdıqda dəmirçiyə deyil, bu işə əhil olan həkimə gedərik. Hətta imkan daxilində bu həkimlərin ən mütəxəssisinə müraciət etməyə çalışarıq.
Axirət və din işləri isə bundan daha önəmlidir və bu kimi işlərdə əhliyyət sahiblərinə müraciət etmək daha da lazımlıdır!
İmamlar Quran və Sünnədən almışlarsa biz də oradan ala bilərik deyən kimsənin halı isə buna bənzəyir: Birisi həkimin xəstələrə müəyyən dərmanlar verdiyini görür və madəm ki iş xəstəyə dərman verməkdirsə onu mən də edə bilərəm deyərək xəstələrə dərman paylayır. Lakin, xəstəliyə uyğun dərmanları, bunlara təsir edən faktorları və s. gərəkli şeyləri bilmir. Nəticə isə acınacaqlı olur!
Belə birisinə aşağıdakı misalı da vermək olar: Mahir bir aşbazın müxtəlif şeylərdən ləziz yeməklər bişirdiyini görən kimsə bu ərzaqları əldə edərək yemək hazırlamağa çalışar. Aşbazın məmul olaraq istifadə etdiyi ərzaqın varlığını yetərli sanar. Nəticədə bir şey əldə edə bilməz. Çünki, hansı ərzağın hansıyla, neçə dərəcə istilikdə və s. bişdiyini bilməz.
Bu verdiyim misallar məsələnin anlaşılması üçün ümumi misallar idi.
Şafi fəqihlərindən hədisə ittibasıyla məşhur olan Əbu Şamə Əl Maqdisi (599-665 h/1202-1267 m) İmam Şafinin sözləri haqqında deyir:
ولا يتأتَّى النُّهُوضُ بهذا إلا مِن عالمٍ معلومِ الاجتهادِ ، وهو الذي خاطبَه الشافعيُّ بقوله : إذا وجَدْتم حديثَ رسولِ اللهِ صلى الله عليه وسلم على خلافِ قوْلي فخُذُوا به ودَعُوا ما قلتُ ، وليس هذا لكلِّ أحدٍ
فكَمْ في السنةِ مِن حديثٍ صحيحٍ العملُ على خلافِه , إما إجماعًا , إما إختيارًا لمانعٍ منَع
"... Belə bir şeyə ancaq ictihadı məlum olan (müctəhid) alim cəhd edə bilər.
İmam Şafinin "Allah Rəsulunun – sallallahu aleyhi və səlləm – mənim görüşümə müxalif hədisini görsəniz onu alın və mənim dediyimi tərk edin" sözüylə müraciət etdiyi belə bir kimsədir. Yoxsa bu hər kəsin edə biləcəyi bir şey deyil!
Sünnətdə əksiylə əməl edilən bir çox səhih hədis var! Bu ya icma, ya da mane olan hərhansı başqa bir faktorun seçilməsi səbəbiylədir."
Qaynaq: Təqiyyuddin Əs Subki: Məna Qavlil İmamil Muttalibi: 106
İbn Həcər Əl Asqalani (773-852 h/1372-1449 m) İmam Şafinin "Hədis səhihdirsə o mənim məzhəbimdir/görüşümdür" sözlərinin açıqlamasında belə deyir:
مَحلُّ العمَلِ بهذه الوَّصِيةِ ما إذا عُرف أنَّ الحديثَ لم يطَّلِع عليه الشافعيُّ , أما إذا عُرف أنه اطَّلعَ عليه وردَّه أو تأوَّلَه بوجهٍ مِن الوجوهٍ فلا
"(İmam Şafinin) bu vəsiyətilə o zaman əməl edilər ki, Şafinin o hədisdən xəbərsiz olduğu bilinsin.
Ancaq onun xəbərdar olub, (hər hansı bir səbəbdən) hədisi rədd etdiyi və ya bir şəkildə təvil etdiyi bilinərsə, o zaman (Şafinin məzkur sözlərilə əməl etmək) olmaz."
Qaynaq: İbn Həcər: Fəthul Bari: 2/630
Təliq: Gördüyümüz kimi, İbn Həcər məzkur sözlə əməl etmək üçün, İmamın o hədisdən xəbərsiz olduğunu bilməyi şərt qoşur. Bu isə, İmam Nəvəvinin də yuxarıda qeyd etdiyi kimi, ancaq məzhəbdə dərinləşmiş müctəhidlər üçün mümkündür.
Nəticə etibarilə, İbn Həcərə görədə avamın bu sözlə əməl edib, İmam Şafinin vəsiyətinə əməl etməsi yolverilməzdir. Çünki, bu əməliylə o həddini aşmış, əhliyəti olmayan işi üzərinə götürmüşdür.
İbn Həcərin dediyini, Şafi fəqihlərindən Zəkəriyyə Əl Ənsaridə "Əsnal Mətalib" kitabında eyni sözlərlə təsdiq etmişdir.
Şafi fəqihlərindən İbnus Salah (577-643 h/1181-1245 m) İmam Şafinin "Hədis səhihdirsə o mənim məzhəbimdir/görüşümdür" sözlərini şərh edənlərdəndir. İmam Nəvəvi ondan nəqlən deyir:
قال الشيخُ أبو عمْرٍو - رحِمه اللهُ - : ليس العمَلُ بظاهرِ ما قالَه الشافعيُّ بالهَيِّن , فليسَ كلُ فقيهٍ يسُوغ له أن يستقِلَّ بالعملِ بما يراه حجةً مِن الحديثِ
وفِيمَن سلَك هذا المسْلَكَ مِن الشافعيِّينَ مَن عمِل بحديثٍ ترَكه الشافعيُّ - رحِمه الله - عَمْدًا , مع علْمِه بصحَّتهِ لمانعٍ اطَّلعَ عليه وخفِيَ على غيرِه , كأبي الوليدِ موسى بنِ أبي الجارُودِ مِمَّن صحِب الشافعيَّ , قال : صحّ حديثُ { أَفْطَرَ الْحَاجِمُ وَالْمَحْجُومُ } , فأقولُ : قال الشافعيُّ : أفطرَ الحاجمُ والمحجومُ
فرَدًا ذلك على أبي الوليدِ ; لأنَّ الشافعيَّ ترَكه مع علْمِه بصحَّتِه , لكوْنِه منسُوخًا عندَه , وبيَّن الشافعيُّ نسْخَه واستدَلَّ عليه , وسَتَراه في " كتابِ الصيامِ " إن شاءَ اللهُ تعالى
وقد قدَّمنا عن ابنِ خُزَيْمةَ أنه قال : لا أعْلمُ سنةً لرسولِ اللهِ - صلى الله عليه وسلم - في الحلالِ والحرامِ لم يُودِعْها الشافعيُّ كتُبَه وجلالةُ ابنِ خزيمةَ وإمامتُه في الحديثِ والفقهِ , ومعرفتُه بنُصوصِ الشافعيِّ بالمحلِّ المعروفِ
قال الشيخُ أبو عمْرٍو : فمَن وجَد مِن الشافعيةِ حديثا يُخالف مذهبَه نظَر
إنْ كمُلتْ آلاتُ الاجتهادِ فيه مُطلقًا , أو في ذلك البابِ أو المسألةِ كان له الاستقلالُ بالعملِ به
وإنْ لمْ يكمُلْ وشقَّ عليه مخالفةُ الحديثِ بعدَ أنْ بحَث فلمْ يجِدْ لمخالفتِه عنه جوابًا شافيًا , فله العملُ به إنْ كان عمِل به إمامٌ مستقِلٌّ غيرَ الشافعيِّ , ويكون هذا عُذرًا له في ترْكِ مذهبِ إمامِه هنا
وهذا الذى قالَه حسنٌ متعيَّنٌ
"Şeyx Əbu Amr (İbnus Salah) - rahimahullah - dedi: “Şafinin dediyinin zahiriylə əməl etmək asan bir iş deyil. Buna görədə hər fəqihin, hüccət gördüyü hədislə müstəqil şəkildə əməl etməsi mümkün olmaz.
Şafilərdən, bu yolu tutanlar arasında Şafiyə yoldaşlıq etmiş Vəlid Musa bin Əbil Carud kimi, İmam Şafinin – rahiməhullah – özünün bildiyi, lakin digərlərinə gizli qalan bir faktor səbəbilə tərk etdiyi hədislə əməl edən kimsələr var.
O (Əbul Valid) belə demişdir: "Qan alanında aldıranında orucu pozular" hədisi səhihdir, məndə buna görə Şafinin "qan alanında aldıranında orucu pozular" dediyini deyirəm.
Lakin Əbu Validə cavab olaraq belə deyilmişdir: İmam Şafi hədisin səhihliyini bilib, ancaq mənsux olduğu görüşündə olduğu üçün tərk etmişdir. Şafi bu hədisin mənsuxluğunu açıqlamış və buna dəlillər gətirmişdir."
Uca Allah dilərsə, bunu "Kitabus Siyam"da görəcəksən.
Daha öncə İbn Xuzeymənin belə dediyini nəql etmişdik: "Rəsulullahın – sallallahu aleyhi və səlləm – halal və haram mövzusunda elə bir sünnətini (hədisini) bilmirəmki, İmam Şafi onu öz kitablarına yerləşdirməmiş olsun."
İbn Xuzeymənin hədisdə, fiqhdəki uca məqamı və imamlığı, İmam Şafinin sözlərinə vaqifliyi bilinən bir şeydir.
Şeyx Əbu Amr (İbnus Salah) dedi: Şafilərdən öz məzhəbinə müxalif bir hədis tapan adam baxar:
1) Əgər onda mütləq, və ya bu babda, və ya bu məsələdə ictihad vasitələrinin (şərtləri) hamısı varsa, o müstəqil şəkildə bu hədislə əməl edə bilər.
2) Əgər ictihad vasitələrinin (şərtlərinin) hamısına sahib deyilsə, araşdırıb özünün hədisə müxalifətinə dair qane edici bir cavab tapa bilməyibsə və hədisə müxalifət etmək ona ağır gəlirsə, o hədislə əməl edə bilər. Lakin bu o halda mümkündür ki, İmam Şafidən başqa hansısa müstəqil bir imam o hədislə əməl etmiş olsun. Bu ona, belə bir məqamda öz imamının məzhəbini tərk etmək üçün üzr olar/sayılar." (İmam Nəvəvi): Onun (İbnus Salahın) dediyi olması gərəkli və gözəl olandır."
Qaynaq: Muhyiddin Ən Nəvəvi: Əl Məcmu: 1/105-106
Təliq: Nəqlin daha da produktiv olması üçün bəzi təlitaqlar zikr edək:
1. İmam Şafinin səhih bir hədisi mənsux sayıb bilərək tərk etməsi öz yaxını olan Əbul Valid kimi birisinə gizli qala bilirsə, günümüzdəki "muhəddislərə" gizli qalması daha öncəliklidir. Hətta qalmasaydı belə hədis bilgisi özlüyündə nəticəyə varmaq üçün yetərli deyildir.
2. İbnus Salah hədisin məzhəbə müxalif olduğunu aşkarlayan kimsələri iki qismə bölür:
A ) Hədislə müstəqil əməl edə biləcək kimsələr: Bunlar ya mütləq, ya babda, ya da məsələdə müctəhid olan kimsələrdir.
B ) Hədislə müstəqil əməl etmə ixtiyarı olmayanlar: Bunlar müctəhid olmayan Ammilərdir. Bunların hədislə əməl etmə haqları mütləq şəkildə olmayıb, ancaq onunla əməl edən bir müstəqil müctəhidin varlığına bağlıdır. Nəticə etibarı ilə Ammi hədislə yox müctəhidin hədisdən çıxardığı hökmlə əməl etmiş, digər məzhəbin görüşünə tabe olmuşdur. İbnus Salah "Ədəbul Mufti vəl Mustəfti" kitabında bunu açıq şəkildə ifadə etmişdir. Lakin buna belə birbaşa izin verilməyib aşağıdakı şərtlərdən sonra imkan tanınar:
Hədisə müxalifətin ona ağır gəlməsi.
Buna elm əhlinin kitablarında cavab axtarması.
Heç bir şəkildə cavab tapmaması.
Bu şərtlər isə "Buluğul Məram" vərəqləməklə əldə edilmir...
Şafi alimlərindən Hafiz Əbu Zura Vəliyyuddin Əl İraqi (762-826 h/1361-1423 m) İmam Şafinin "Hədis səhihdirsə o mənim məzhəbimdir/görüşümdür" sözünü belə açıqlayır:
المُقلِّد إذا وجَد حديثاً صحيحاً على خِلافِ ما أَفْتَى به إمامُه فِي الفروعِ ، يَجُوز لَه العمل بِالحديثِ حِينَئِذٍ أم لا ؟ مَع عِلْمه بأنَّ ذلكَ الحديثَ غيرُ مَنسُوخٍ ولا مُقيَّد ؟
الجواب : إنَّ الشافِعيَّ رحِمَه الله تعالى صحَّ عنه أنه قالَ : ما مِن أحدٍ إلا وتَذهَب عليه سنةٌ لرسول اللهِ صلَّى الله علَيه وسلَّم وتَعزِب عنه ، فَمهما قُلتُ مِن قَولٍ أوْ أصَّلْتُ مِن أصْلٍ فِيه عن رسول الله صلَّى الله عليه وسلَّم خلافُ ما قلتُ ، فَالقَوْلُ ما قال رسول الله صلَّى الله علَيْه وسلَّم وهوَ قَوْلِي ، وفِي لَفْظٍ آخَرَ : إذا وجَدتُم في كتَابِي خلافَ سُنَّةِ رسول الله صلَّى الله عليه وسلَّم فَقُولُوا بسنَّةِ رسُولِ اللهِ صلَّى اللهُ عليْه وسلَّم ودَعُوا ما قُلْتُ
فالمقَلِّد للشَّافعي إذا وجَد حدِيثاً صحيحاً على خلاف ما أفتَى به الشَّافعي مع عِلْمه بأنَّهُ ليسَ مَنْسوخاً ولا مُعارِضاً بمَا هوَ أرجحُ مِنه عمِل به ، وهُو حينَئِذٍ مذْهَبُ الشافعي بشرطِ أنْ يكُونَ المُقلِّدُ المَذْكُورُ فيه أهليَّةُ معْرفةِ صحِيح الحديثِ مِن سقيمِه ، وأهْليَّةُ فهْمِ الحديثِ والعَملِ به ، والإحاطَةُ بما في ذلكَ الباب مِن الأدلَّةِ ، ومعْرفَةُ شُروطِ التَّرجيحِ , وبِشَرطِ أنْ يكُون نظَر كلامَ الشَّافعي رحِمه اللهُ تعالى في تلْكَ المسألَة في مَظَانّه ، وعلِم أنَّ الشَّافعيَّ لم يطَّلِعْ عَلى ذَلك الحديثِ وتَرَكه لمُعارضٍ ، ولهذا قال الماوردِي : "مَذْهَب الشَّافعي أنَّ الصَّلاةَ الوُسطَى صلاةُ العصْر" لِصِحَّة الحدِيث به مع كوْنِ الشَّافعي نَصَّ على أنَّها الصُّبْحُ لكَوْنه لمْ يبلُغْه الحديثُ المذْكورُ
وأمَّا آحادُ النَّاس فَلَيْس لَهمْ ذَلكَ ، وكَيفَ يعمَل بالحديثِ مَن لا يُمَيِّز صحيحَهُ مِن سقِيمه , ولا يتَأهَّلُ للْعَمل بِه , وليسَ عِنده مِن النَّظَر ومَعْرفةِ قَواعدِ الأُصُول ما يهْتَدِي به إلى ذلك , ولا عِنده أيضاً إحاطَةٌ بكَلامِ الشَّافعي بحَيثُ يعلَم كونَ الشَّافعي علِم ذلك الحديثَ أو لَمْ يعلَم به
والظنُّ بسَائر الأئمَّة رحِمهُمُ اللهُ تعالى أنَّهُم يقولونَ في ذلك كَقَولِ الشَّافعي لَكن لما لمْ يُنْقَلْ عنهُم التَّصريحُ بذلك لمْ يجُزْ لنا أنْ نجعَلَ ذَلك مذْهباً لهُم ونحكيه عنْهُم ونُقَوِّلُهُم به
نعمْ ، لا يسُوغ عندي لمَن هو مِن أهلِ الفهْم ومعْرفةِ صحيحِ الحديثِ مِن سقِيمه ، والتَّمكُّنِ مِن علْمَي الأُصُولِ والعربيَّةِ , ومعْرفةِ خلافِ السَّلف ومأخِذِهم , إذا وجَد حدِيثاً صحيحاً على خِلاف قولِ مقلَّدِه أنْ يترُكَ الحديثَ ويعمَلَ بقوْل إمامِه وإِنْ لمْ يجُز له أنْ يجْعَلَ ذلك مذْهباً لَه
"Sual-13: Müqəllid birisi, imamının fürulara (fiqhə) dair verdiyi fətvaya müxalif olan səhih hədis tapar və o hədisin mənsux (hokmü qaldırılmış) və müqayyəd (başqa bir dəlillə xüsusiləşdirilmiş) olmadığını da bilərsə, onun bu hədislə əməl etməsi caizdirmi yoxsa yox?
Cavab: İmam Şafinin - rahiməhullahu təala - belə dediyi sabitdir: "Elə bir kimsə yoxdur ki, Allah rəsulunun – sallAllahu aleyhi və səlləm – hansısa bir sünnətini unutmasın, diqqətindən qaçmasın. (Bu səbəblə) dediyim hər söz və qoyduğum hər bir qayda haqqında Allah rəsulundan – sallAllahu aleyhi və səlləm – mənim dediyimə müxalif bir şey olarsa, bu zaman söz Allah rəsulunundur – sallAllahu aleyhi və səlləm – və məndə onun dediyini deyirəm."
Başqa rəvayətdə belə demişdir: "Kitabımda Allah rəsulunun – sallAllahu aleyhi və səlləm – sünnətinə müxalif bir şey görsəniz, Rəsulullahın – sallAllahu aleyhi və səlləm – sünnətini alıb mənim sözümü tərk edin."
İmam Şafinin müqəllidi, onun verdiyi fətvaya müxalif səhih bir hədis taparsa, hədisin mənsux və yaxud ondan daha racih bir hədisə müxalif olmadığını də bilirsə, onunla əməl edə bilər. Bu zaman o Şafinin məzhəbi sayılar.
Lakin bu şərtlə ki, həmən müqəlliddə səhih hədisi zəifindən ayırd edəcək, hədisi fəhm edib onunla əməl edə biləcək bir əhliyyət, bu babdakı dəlilləri əhatə etmə və tərcih şərtləri haqda məlumat olsun.
Həmçinin bu məsələ barədə Şafinin - rahiməhullahu təala - kitablarında (bütün) sözlərinə baxması və bu hədisdən xəbərdar olmadığı və ya xəbərdar olub (daha güclü olan) müxalif bir dəlil səbəbilə tərk etmədiyini də bilməsi şərtdir.
Məhz bu səbəbdən Məvərdi demişdir: "Şafinin görüşü, barəsindəki hədisin səhihliyi səbəbiylə "orta namazın" əsr namazı olmasıdır". Baxmayaraq ki, Şafi qeyd olunan hədisi ona çatmadığı üçün, açıq şəkildə "orta namazın" sübh olduğunu demişdir.
Sıradan insanlara gəlincə onların belə davranma haqqı yoxdur! Səhih hədisi zəifdən ayıra bilməyən, onunla əməl etməyə əhil olmayan, onların köməyilə nəticəyə varacağı analiz və üsul qaydalarını bilməyən, Şafinin bu hədisi bilib bilmədiyini anlayacaq qədər Şafinin sözlərini əhatə etməmiş birisi hədislə necə əməl edə bilər?
Digər imamların (məzhəb imamlarının) da - rahiməhumullahi təala - bu məsələdə Şafinin dediyi kimi dediklərini zənn edirik. Lakin bunun açıq şəkildə söylədikləri onlardan nəql olunmadığı üçün, bunu onların da məzhəbi qəbul edib, (eyni qaydanı) onlardan rəvayət edib, bunu onlara nisbət etmək bizim üçün caiz deyil.
Bəli, fəhm əhli olub, səhih hədisi zəifdən ayıra bilən, üsul və ərəb dili elmində mütəməkkin/dərinləşmiş olan, sələfin ixtilaf nöqtələrini və dəlillərini bilən birisinin, təqlid etdiyi imamının rəyinə müxalif səhih bir hədislə qarşılaşdığı zaman, onu imamının məzhəbi kimi qəbul etməsi caiz olmasa da, hədisi tərk edib imamının sözüylə əməl etməsi mənə görə caiz deyil."
Qaynaq: Vəliyyuddin Əl İraqi: Əl Əcvibətul Mərdiyyə anil Əsilətil Məkkiyyə: 65-68
Qeyd: Şafi alimlərindən olan Əbu Zura Əl İraqinin İmam Şafinin sözlərinə açıqlaması yuxarıda qeyd olunduğu kimidir. Məsələnin daha da aydın olması üçün İraqinin sözlərini tərtibli şəkildə təqdim edək:
İmamının fətvasına müxalif hədislə qarşılaşan insanlar, isimləri nə olursa olsun iki qismdir:
1. Özündə iki növdən şərtləri toplamış kimsələr. Bu şərtlər aşağıdakı kimidir:
A ) Ümumiyyətlə İmam Şafinin kitablarına vaqif olmaq və bunun nəticəsində onun bu hədisdən xəbərdar olub olmadığını, olubsa hansı səbəbdən tərk etdiyini bilmək.
B ) Özündə müctəhidə lazım olan müəyyən əhliyyətləri cəmləmək. Məsələn: Ərəb dili, fiqh üsulu, hədis üsulu, alimlərin ixtilaflarını bilmək, tərcih qaydalarına vaqif olmaq və bənzəri şərtlər. Təbii ki, bu şərtlərə ciddi şəkildə sahib olunmalıdır.
Belə bir kimsə lazımı incələmələrdən sonra, əgər qayda bunu tələb edirsə hədislə əməl edib, imamın sözünü tərk etməlidir.
2. Zikr etdiyimiz iki növdən şərtləri özündə toplamamış kimsə. Belə birisinin özbaşına hədisə tabe olması və imamının sözünü tərk etməsi caiz deyildir.
Elm əhlinin açıqlamaları bu şəkildədir. Bütün bu açıqlamalar ölkəmizdə tətbiq olunan "hədislə əməl" utopiyasının yanlış olduğuna dəlalət edir.
Cürbəcür şeytani, lakin əql sahibləri qatında batil olan şübhələrlə, İslam şəriətini sadə insanların əlində oyuncaq edən və zamanla bu oyunun qurbanlarına çevrilən "elm tələbələrinin" hədislə əməl etməyə əhil olmadıqları aşikardır.
Necə olmasın ki, onların dərs aldıqları "şeyxlərin" belə bir çoxu, məzhəblərini yalan, insanların safehliyi və korluğu üzərinə qurmuş, normal əqlə belə sahib olmayan mürəkkəb cahillərdir.
Maliki məzhəbindən olan böyük üsulçu Şihabuddin Əl Qarafi (v. 684 h/1285 m) bu məsələ haqqında belə deyir:
ولا يُوجد عالمٌ إلا وقدْ خالفَ مِن كتابِ اللهِ وسنةِ نبيّهِ عليه الصلاة والسلام أدلةً كثيرةً ولكن لمُعارِضٍ راجحٍ عنها عند مخالفتِها , وكذلك مالكٌ ترَك هذا الحديثَ لمُعارِضٍ راجحٍ عنده ، وهو عملُ أهلِ المدينةِ ، فليس هذا باباً اخترَعه ، ولا بِدْعاً ابتدَعه
ومِن هذا البابِ ما يُروى عن الشافعي رضي الله عنه أنه قال : إذا صحَّ الحديثُ فهو مذهبِي أو فاضرِبوا بمذهبِي عُرْضَ الحائطِ ، فإنْ كان مرادُه مع عَدَمِ المُعارِضِ ، فهذا مذهبُ العلماءِ كافةً وليس خاصاً به ، وإنْ كان مع وجودِ المُعارِضِ ، فهو خلافُ الإجماعِ ، فليس هذا القولُ خاصاً بمذهبه كما ظنَّه بعضُهم
كثيرٌ مِن فقهاءِ الشافعيةِ يعتمِدون على هذا ، ويقولون : مذهبُ الشافعيِّ كذا ؛ لأنَّ الحديثَ صحَّ فيه ، وهو غَلَطٌ ؛
فإنه لا بدَّ مِن انتفاءِ المعارضِ ، والعلمُ بعدمِ المعارضِ يتوقَّف على مَن له أهليةُ استقراءِ الشريعةِ حتى يُحسِنَ أن يَقولَ لا معارضَ لهذا الحديثِ ، وأما استقراءُ غيرِ المجتهدِ المطلقِ فلا عِبْرةَ به ، فهذا القائلُ مِن الشافعيةِ ينبغي أن يُحصِّلَ لنفسِه أهليّةَ هذا الاستقراءِ قبلَ أن يُصرِّحَ بهذه الفتوى ، لكنه ليس كذلك ، فهو مُخْطِئ في هذا القولِ
"... Uca Allahın Kitabından və Onun Nəbisi Muhəmmədin – aleyhissalatu vəssalam – sünnəsindən bir çox dəlilə müxalifət etməmiş heç bir alim yoxdur!
Lakin bu müxalifət, alim qatında bu dəlillərdən daha üstün olan qarşı dəlilin mövcudiyyəti səbəbilədir.
Eləcədə İmam Malik sözügedən hədisi ("beyul xiyar" hədisini özü rəvayət etdiyi halda ona müxalifət etmişdir) daha güclü gördüyü bir qarşı dəlil səbəbilə tərk etmişdir.
Bu qarşı dəlil isə "Mədinə əhlinin əməlidir". Bu, İmam Malikin ixtira etdiyi bir yanaşma, və çıxardığı bir bidət deyil!
İmam Şafidən – Allah ondan razı olsun – rəvayət edilən "Hədis səhihdirsə o mənim məzhəbimdir" və ya "... mənim sözümü divara çırpın (diqqətə almayın)" sözü də bu qəbildəndir.
Əgər İmam Şafinin qəsd etdiyi qarşı dəlilin olmadığı zamandırsa bu bütün alimlərin görüşüdür, sadəcə ona xas deyildir. Yox əgər onun qəsdi qarşı dəlilin olduğu zamandırsa bu İcmaya müxalif bir görüşdür.
Bu görüş, onlardan bəzilərinin zən etdiyi kimi İmam Şafinin məzhəbinə xas deyildir.
Şafi fəqihlərindən bir çoxu bu sözə dayanaraq hansısa bir mövzuda səhih hədis olduğu üçün Şafinin məzhəbi belə-belədir deyərlər.
Bu xətadır! Çünki bu halda, qarşı bir dəlilin olmadığını bilmək lazımdır. Qarşı dəlilin olmadığının bilinməsi isə şəriəti eninə boyuna incələmə (istiqra) əhliyyətinə sahib olan kimsənin analizinə möhtacdır ki, "bu hədisə qarşı başqa dəlil yoxdur" deməsi yerində olsun.
"Mütləq Müctəhid" mərtəbəsində olmayan birinin eninə boyuna incələməsinə (istiqra) isə etibar edilməz.
Dolayısıyla Şafi fəqihlərindən yuxarıdakı iddiada olan kimsə bu fətvanı vermədən öncə özünü şəriətdə eninə boyuna incələmə aparacaq səviyyəyə gətirməlidir.
Lakin, reallıqda o belə deyil və buna binaən sözügedən fəqih bu görüşdə xətalıdır."
Qaynaq: Şihabuddin Əl Qarafi: Şərhu Tənqihil Fusul: 354
Beyrut: Darul Fikr: 1424/2004
Qeyd: Gördüyümüz kimi İmam Qarafi "Hədis səhihdirsə mənim məzhəbim odur" sözünün nəinki avama, hətta normal fəqihlərə belə aid olmadığını söyləyir. O bu sözlə əməl etməyi ancaq Əbu Hənifə, Şafi kimi mütləq müctəhidlər üçün uyğun görür.
Zamanımızdakı "illeqal" müctəhidlərin bundan nəticələr çıxaracaqlarını və "mütləq cəhalət" mərtəbəsinin tələbi üzrə naslardan havalarına görə hökmlər istinbat etməkdən vaz keçəcəklərini umuram...
Hər kəsi müctəhid etmə kimi utopik bir iddiası olan qardaşlarımızın öz iddialara dəlil olaraq gətirdikləri nəqllərdən biridə Əhməd bin Hənbəlin dediyi bu sözlərdir:
"Məni təqlid etməyin! Maliki, Şafini, Səvrini təqlid etməyin! Onların aldığı qaynaqdan alın".
Bu sözləri əsas alan qardaşlarımız elə zən edirlər ki, bu söz onlar kimi cahillərə deyilib və onlar təqlid etməli deyil, əksinə hökmləri Quran və Sünnədən özləri çıxarmalıdırlar.
Doğrudanmı Əhməd onlara belə şey əmr edib? Gəlin bunu özlərinində ən çox etibar etdiyi və bəzən təqlidi müəyyən mənada tənqid edən İbn Teymiyyədən dinləyək:
İbn Teymiyyə (661–768 h/1263–1328 m) "Əl Fətəvəl Kubra" adlı əsərində belə deyir:
وأما مثلُ مالكٍ والشافعيِّ وسُفيانَ ، ومثلُ إسحاقَ بنِ راهويهِ وأبي عبيْدٍ فقد نصَّ في غيرِ موضعٍ على أنه لا يجوز للعالمِ القادرِ على الاستدلالِ أن يقلِّدَهم وقال : لا تُقلِّدوني ولا تقلِّدوا مالكًا ولا الشافعيَّ ولا الثوريَّ وكان يُحِبُّ الشافعيَ ويُثني عليه ، و يُحِبُّ إسحاقَ ويُثني عليه ، ويُثني على مالكٍ والثوريِّ وغيرِهما مِن الأئمةِ ، ويأمُر العامِّيَّ بأنْ يَستَفتيَ إسحاقَ وأبا عبيْدٍ وأبا ثوْرٍ وأبا مُصْعَبٍ ، ويَنْهى العلماءَ مِن أصحابِه ، كأبي داودَ ، وعثمانَ بنِ سعيدٍ ، وإبراهيمَ الحَرْبيِّ ، وأبي بكرٍ الأثرَمِ ، وأبي زُرْعةَ ، وأبي حاتمٍ السٍّجِسْتانيِّ ، ومسلمٍ ، وغيرِ هؤلاءِ أنْ لا يقلِّدوا أحدًا مِن العلماءِ ويقول : عليكمْ بالأصْلِ بالكتابِ والسنةِ
"Malik, Şafi, Sufyan, İshaq bin Rahaveyh, Əbu Ubeyd kimilərə gəlincə, İmam Əhməd bir çox yerdə, istidlala qadir olan alimin (müctəhidin) onları təqlid etməsinin caiz olmadığını söyləmiş və belə demişdir: Məni təqlid etməyin! Maliki, Şafini, Səvrini təqlid etməyin! (Onların aldığı qaynaqdan alın).
Halbuki o, Şafini, İshaqı sevər və öyərdi. Həmçinin Maliki, Səvrini və imamlardan digərinidə öyərdi.
Ammilərə (müctəhid olmayanlara) isə İshaq, Əbu Ubeyd, Əbu Səvr və Əbu Musabdan fətva istəmələrini əmr edərdi.
Öz əshabından Əbu Davud, Osman bin Səid, İbrahim Əl Hərbi, Əbu Bəkr Əl Əsrəm,
Əbu Zura, Əbu Hatim Əs Sicistani, Muslim və digərləri kimi alimlərə isə alimlərdən kimisə təqlid etməyi qadağan edər və deyərdi: Əsldən, Kitab və Sünnətin özüdən alın/istinbat edin!"
Qaynaq: Əhməd İbn Teymiyyə: Əl Fətavə Əl Kubra: 5/98
Beyrut: Darul Kutubil İlmiyyə: 1408/1987
Təliq: Gördüyümüz kimi, İmam Əhməd İbn Teymiyyənində iqrarı üzrə, bu söz istinbata qadir olan müctəhidlərə deyilmişdir. Ammi olan qeyri müctəhidlərə isə təqlidi qadağan etməmiş əksinə, fətvaları müctəhidlərdən almağı əmr edərək onları müctəhidlərdən ayrı tutmuşdur!
Bu sözlərilə o, müctəhidlərə müraciət etmişdir.
Nəticə olaraq Əhmədin məzkur sözlərində cahillər üçün bir hüccət yoxdur. Hətta onların əksinə hüccət vardır. Çünki, onlara təqlidi əmr edərdi!
Batil əhlinə öz əllərilə öz əleyhlərinə hüccət gətirtdirən Allaha həmd olsun!
Cavab:
Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Bu məqalənin şərhi var. Düzdür, bu o demək deyil ki, əgər o hədis səhihdirsə, İmam Şafii və başqa alimlərin sözlərini hər avam götürüb bunu tətbiq eləyə bilər. Yenə alimlərə müraciət olunur. Alimlər deyəndən sonra. Bunu təbii ki, məzhəbçilər bəyənmirlər, qəbul etmək istəmirlər. Buna istəyirlər ki, don geyindirsinlər. Amma bu həqiqətən belədir. Onlar təqlid əhli olmayıblar. Təqlid eləmək də əslən kor koranə düzgün deyil. Sadəcə məqalənin biraz şərhə ehtiyacı var. Bu qədər deyə bilərəm.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!