Posted 24 October 2006 - 03:47 PM
salam Qamet Suleymanov. Men evvela sizi ve bashqa butun oruc tutanlari muqeddes ramazan bayrami munasibetile tebrik edirem.Menim bezi suallarim var size:
1.Ərəb ölkələrini tərk edən yəhudilər qaçqın statusu tələb edirlər:
...İsrail dövləti yaranandan sonra ərəb ölkələrini tərk etməli olan yəhudilər qaçqın statusu almaq niyyətində israrlıdır. Bu məsələyə həsr olunan kampaniyaya beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək üçün Qüds şəhərində konfrans keçirilib. «Ərəb dövlətlərindən olan yəhudilər üçün ədalət» adlı təşkilatın icraçı direktoru Stenli Urman bildirib ki, yəhudi mənşəli qaçqınlar fələstinlilər kimi Ərəb-İsrail münaqişəsinin qurbanıdır. Stenli Urman «Əgər fələstinli qaçqınlar müvainat alsa, yəhudilərə də itirdikləri əmlaka görə kompensasiya verilməlidir»-deyə bildirib. Sözügedən qurumun idarə etdiyi kampaniya çərçivəsində mühacirlər barədə məlumat toplanır, itirilən əmlakın siyahıları hazırlanır və xarici hökumətlərin kampaniyaya dəstəyini qazanmaq üçün tədbirlər görülür. Yəhudi icmalarını birləşdirən təşkilat İsrailin ədliyyə nazirliyi ilə birgə fəaliyyət göstərir. Xatırladim ki, İsrail dövləti qurulandan sonra təqib olunmaqdan ehtiyatlanan 900 min yəhudi İraq, Suriya, Misir, Liviya və Yəməndəki evlərini tərk etməli olub. Onlardan təxminən 600 mini İsrailə, qalanları isə Fransa, İngiltərə və Birləşmiş Ştatlara köçüb. «Ərəb dövlətlərindən olan yəhudilərin beynəlxalq təşkilatı» hesab edir ki, yaxın şərq və Şimali Afrika ölkələrində olan müsadirələr və digər cəza tədbirləri nəticəsində yəhudilərin məhrum olduğu şəxsi və icma əmlakının ümumi dəyəri 100 milyard dollara bərabərdir.....
Indi sizce, Israilin ozu 1.3-ay bundan evvel livandaki muselmanlari 2-esgerini behane getirib demek olar ki, kokunu kesesiydi. Bu cur milletin vetandashlarina muselman dovletleri qacqin statusu verib, tezminat odemeyi ne derecede duzdur ?
2.İsrail Livanın hava sərhədini pozmaqda davam edəcək:
...İsrailin müdafiə naziri Əmir Peres Livan hökumətini «Hizbullah»-ın silahlanmasının qarşısını almamaqda ittiham edib. «Kəşfiyyat zamanı əldə oluanan məlumatlar Livanda silah nəqli istiqamətində ciddi işlərin görüldüyünü göstərir»-deyən, Peres bu səbəblə İsrail ordusununa məxsus qırıcı təyyarələrin Livan səmalarında uçmasının doğru olduğunu vurğulayıb. Livandakı BMT sülhməramlıların komandanlığı, İsrailin bu addımının Birləşmiş Milltlər Təşkilatınının qərarına zidd olduğunu bəyan etmişdi. Lakin İsrailin müdafiə naziri BMT rəsmisinə cavab olaraq deyib ki, sülhməramlılar İsrailə qarşı yox, «Hizbullaha» qarşı fəaliyyət üçün təşkil olunub. Əgər «Hizbullah» qruplaşmasının silah təzhizatına son qoyulmazsa, İsrail analoji addımları davam etdirərək, Livanın hava sərhəddini pozacaq.....
Mence,eyer meseleler bu konsebsiyada inkishaf etse,muselmanlarin ve belke de muselman dovletlerinin Israile qarshi munasibeti bu defe yaxshi olmayacaq.Bes sizce, nece olmalidir !?
3.ABŞ İraqda 2789 əsgərini itirib:
...İraqdakı koalissiya qüvvələri komandanlığından verilən məlumata görə oktyabr ayı ərzində İraqda baş vermiş silahlı toqquşmalar nəticəsində 80 amerikalı hərbiçi həlak olub. Beləliklə 4 il ərzində Birləşmiş Ştatların İraqda verdiyi itkilərin sayı 2789 nəfərə çatıb. 21 mindən çox hərbçi isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Qeyd edim ki, hazırda İraqda Birləşmiş Ştatların 141 min əsgəri xidmət göstərir. Bir sıra amerikalı senatorlar ordu hissələrinin geri çağırılmasını tələb etsə də, Ağ Ev rəhbəri Corc Buş hərbi qüvvələrin yaxın bir neçə ay ərzində İraqdan çıxarılmayacağını bildirib......
Ve reqemlere fikir verseniz, burada gosterdiyim reqemler hec de balaca reqemler deyil, Amerika kimi dovlet ucun. Sizce bu gun Amerikanin esgerlerinin Irakda qalmasi serfelidir , yoxsa cixmasi ( Amerika ucun ) ?.Ve ya muselmanlar ucun ?.
4.İraq ərazisində zorakılıq davam edir:
...İraqda yaraqlıların hücumu nəticəsində 15 polis öldürülüb, 25-i yaralanıb. Hadisə Baquba şəhərinin yaxınlığınıda baş verib. Silahlı şəxslər, 5 avtomobillə polis akademiyasına yenicə yazılmış gəncləri daşıyan avtobusa basqın ediblər. Nəticədə 15 nəfər ölüb, 25 nəfər isə yaralanıb. Hökumətin verdiyi məlumata görə, onlarla gənc polis girov götürülüb. Baquba şəhərində üçgünlük komendant saatı təyin olunub. Bu arada Birləşmiş Ştatların yaxın şərq məsələri üzrə dövlət departamentinin nümayəndəsi Alberto Fernandes «Əl-Cəzirə» ərəb telekanalına müsahibəsində bildirib ki, Birləşmiş Ştatlar İraqda apardığı müharibə zamanı «özündən razılıq və axmaqlıq» nümaiş etdirib. Onun bəyanatında deyilir. «Biz İraqda vəziyyəti düzəltməyə çalışdıq, lakin Birləşmiş Ştatlar hökuməti hədsiz özündən razılıq və səriştəsizlik nümaiş etdirərək, tənqidlərə şərait yaratdı». Qeyd edim ki, cıxış yayımlandıqdan sonra Amerika Birləşmiş Ştatlarının dövlət departamenti bəyan edib ki, diplomatın sözləri yalnış başa düşülüb......
Sizce muselmqanlarin muqeddes Ramazan bayraminda da Irakda bu cur texribatlara yol verilirse ,bunda gunah Amerikanin siyasetindedir, yoxsa muselmanlarda ?
5.Böyük Britaniya əsgərlərini İraqdan çıxarmaq fikrində deyil:
...İraqdakı əsgərlərimizi müəyyən olunmuş vaxtdan tez geri çağırsaq İraqda yeni fəlakət baş verəcək. Böyük Britaniyanın baş naziri Toni Bleyr belə bəyanatla çıxış edib. Parlamentdə nümayəndələr və lordlar palatasmının deputatlarının suallarına cavab verən, baş nazir bəyan edib ki, hökumət İraqdakı ingilis əsgərlərini tədricən və mərhələlərlə geri çağırmaq niyyətindədir. Toni Bleyr «İraqda yerli təhlükəsizlik qüvvələri lazimi səviyyə çatdıqdan sonra asayişin bəraqərar olunması üçün sülhməramlıların yerləşdirildikləri bölgələrə göndəriləcək. O vaxt İraqdan mərhələlərlə çəkiləcəyik. Hadisələrin inkişafını tezləşdirə bilmərik. Atılacaq hər addımın öz vaxtı var. Əks halda kömək göstərmək əvəzinə, hansısa fəlakətə səbəb ola bilərik» - deyə bildirib. Toni Bleyr əlavə edib ki, İraqdan indi əsgər qaytarmaq, oradakı müxtəlif məqsədli və terror aktları ilə məşğul olan qruplaşmaların çörəyinə yağ yağlamaq deməkdir. Həmin qüvvələrlə mübarizədə bir addım belə geri çəkilmək olmaz. Baş nazirdən fərqli olaraq Böyük Britaniya ordusunun generalı Riçard Dannat, İraqda təhlükəsizliyin təmin edilməsində ingilis ordusunun müəyyən problemlər yaratdığını iddia etmiş və sülhməramlıların dərhal geri çağırlımasının vacibliyini vurğulamışdı....
Sizce bu gun Ingiltere silahli quvvelerini Irakdan cixarsa, Irak hokumetine ve umumiyyetle milletine ve orada olan muselmanlara ne derecede xeyir vere biler ve ya ziyan vura biler ?
6.«Həmas» və «Fəth» arasında razılaşma əldə olundu:
....Bir nece gun evvel cümə namazından sonra Fələstinin baş naziri İsmayıl Haniyə bəyanatla çıxış edib. O, muxtariyyat rəhbərinin tutduğu mövqeyi tənqid edib. Buna baxmayaraq dünən aparılan danışıqlar nəticəsində «Həmas» və «Fəth» arasında razılaşma əldə olunub. İsmayıl Haniyyə öz çıxışında bildirib ki, «Həmas» hərəkatı Fələstin administrasiyasının başçısı Mahmud Abbasın vaxtından əvvəl parlament seçkiləri keçirmək və ya «Həmas» kabinetini istefaya göndərmək cəhdlərinə qarşı çıxır. Qəzadakı iqamətgahına qayıdarkən isə hökumət başçısının olduğu maşın karvanı atəşə tutulub. Naməlum silahlılar tərəfindən aparılan atəş nəticəsində baş nazir zərər çəkməyib. Onu müşahidə edən avtomobillərdən biri yanıb. İlk olaraq İsmayıl Haniyəyə qarşı sui-qəsd edildiyi barədə məlumatlar yayılsa da, sonradan Fələstin hökumətinin rəsmi nümayəndəsi bu fikri rədd edib. Bu vaxt Qəza zolağında «Həmas» nümayəndələrinin iştirakı ilə nümayiş keçirilib. Ötən gecə «həmas» və Mahmud Abbasın «Fəth» hərəkatı İordan çayının qərb sahili və Qəza bölgəsində siyasi stabilliyin əldə olunması üçün zorakılığa son qoymaq barədə razılığa gəliblər. Razılaşma tərəflər arasında həm söz atışmasına, həm də fiziki zorakılığa son qoyulmasını nəzərdə tutur. Xatırladaq ki, islamçıların bu ilin yanvarında keçirilən parlament seçkilərindəki qələbəsindən sonra başlanan böhran «Həmas»ın İsraili tanımaq istəməməsi səbəbindən meydana gəlib. Sonradan böhran tərəflər arasında qanlı toqquşmalara gətirib çıxarıb. Fələstin milli birlik hökumətinin yaradılmasına dair danışıqlar isə bu günə qədər dalana düşüb....
Sizce bu gun Felestinde bu iki quvvenin birleshmesi Felestin ucun ne xeyiri var ?
Ve siz de biz de bilirik ki, Hemasin Israili bir dovlet kimi tanimamasi maliyye bohrani yaradib.Bu hereketi ile Hemas ne qeder duzgun istiqamet tutdu ?
7.Müsəlmanlar ramazan ayının son cüməsini kütləvi etiraz aksiyaları keçirməklə qeyd edib:
...Bütün dünyada yaşayan müsəlmanlar, Ramazan ayının son cüməsini ibadətlə yanaşı kütləvi etiraz aksiyaları keçirməklə qeyd edib. Pakistanın Kəraçi və İslamabad şəhərlərində sakinlər İsrail və Amerika hökumətlərinin siyasətini kəskin pisləyərək, İsrail dövlətini işğaılçı adlandırıb. Şiələr rəsmi Təl-Əvivin və Vaşinqtonun əleyhinə şüarlar səsləndirib və hər 2 ölkənin bayraqlarını yandırıb. Qərb sahilində isə, Qüds şəhərində ibadət etmək istəyən yüzlərlə fələstinli yoxlama buraxılış məntəqələrinə toplaşıb. Yalnız 45 yaşı tamam olan kişilər və 35 yaşdan yuxarı qadınlar niyyətinə çatıb. Bundan qəzəblənən kütləni dağıtmaq üçün, isralli əsgərlər plastik güllə və səsli qumbaralardan istifadə edib. 7 nəfər yaralanıb. Qüdsün özündə təhzlükəsizlik tədbirləri gücləndirilib. Dünən, Əl-Aqsa məscidində 170 minədək müsəlman namaz qılıb. Bu arada, Vatikanın dinlərarası münasibətlər üzrə şöbəsinin katibi bildirib ki, xristianlığa və İslama olan inamın qorunub saxlanılması üçün dindarlar terrorçuluqla birgə mübarizə aparmalıdı. Müqəddəs Ramazan ayının bitməsi ilə bağlı müsəlmanlara təbrik ünvanlayan italiyalı arxiyepiskop hər 2 dinə sitaiş edənlər arasında qarşılıqlı hörmət olduğunu deyib....
Goresen, islam dininde varmi ki, Ramazan bayraminin namazindan sonra bu cur aksiya qeyd edesen ?
8.Corc Buş İraqı Vyetnamla müqayisə edib:
...Birləşmiş Ştatlar prezidenti Corc Buş yeni qalmaqal yaradıb. O, bugunkü İraqı 1968-ci illərin Vyetnamı ilə müqayisə edib. Ağ Ev rəhbəri ilk dəfə olaraq etiraf edib ki, hazırda İraqda yaranan vəziyyət və zorakılıq hallarının artması 1968-ci ilin Vyetnamını xatırladır. O zaman Cənubi Vyetnamın milli azadlıq cəbhəsi Birləşmiş Ştatların ordusuna qarşı qəti mübarizəyə qalxaraq hücuma keçib. Jurnalistlərdən biri Pentaqon nümayəndəsindən Corc Buşun sözlərini açıqlamasını xahiş edib. O, bildirib ki, « İraq və Vyetnam müharibələri arasında müqayisə aparmaq mənim səlahiyyətlərimə daxil deyil. Lakin onu deyə bilərəm ki, İraqda baş verən hadisələr bizi çox narahat edir. Bağdaddakı vəziyyəti dərindən analiz etməliyik»...
Bes size nece ,bu muqaise duzgundurmu ?
9.Əfqanıstanda Taliban yaraqlıları fəallaşıb:
....Əfqanıstada NATO-nun hava hücumları nəticəsində ölən dinc sakinlərin sayı hər gün artmaqdadır. Ölkənin cənubunda daha 9 dinc sakin dünyasını dəyişib. Qəndəhar qubernatoru Əsədullah Halid, NATO-nun Zali bölgəsində həyata keçirdiyi əməliyyatlar zamanı ölənlərlə yanaşı daha 11 nəfərin yaralandığını bildrib. Halid, hava hücumunda 3 evin dağıdıldığını, hədəfin Taliban döyüşçüləri olduğunu deyib. Ölən talibançıların sayı hələ dəqiqləşdirilməyib. NATO-nun beynəlxalq təhlükəsizlik və dəstək gücü qurumundan verilən izahatda əməliyyatlarda bir nesə dinc sakinin itkin düşdüyü və nəticədən kədərləndikləri qeyd olunub. Xatırladaq ki, bu hadisədən 3 saat əvvəl Helmand vilayətinin cənubundakı Tacikay kəndində Taliban üzvləri ilə NATO və Əfqan təhlükəsizlik qüvvələri arasındakı atışmada bir ev raket atəşi ilə dağıdılımış və 13 nəfər dünyasını dəyişmişdi....
.....Əfqanıstanın cənubundakı Qəndəhar şəhərində ekstremistlər NATO əsgərlərinə hücum edib. Kamikadze Qəndəhar şəhərindəki Kanada əskərlərinə hücum edib. Ordu rəsmiləri itki haqqında məlumat vermir. «Taliban» hərəkatının bu şəhərdə yüksək fəallığı müşahidə olunur. Həmin ərazidə NATO silahlı qüvvələrinin təkibində 2 min 300 Kanada əsgəri xidmət göstərir. 2001-ci ildən etibarən təkcə Qəndəhar vilayətində 37 Kanada əsgəri öldürülüb. Qeyri-rəsmi məlumata görə «Taliban» yaraqlıları ilə NATO hərbiçiləri arasındakı atışma nəticəsində bir Birləşmiş Ştatlar və bir Əfqanıstan əsgəri ölüb. Hazırda NATO-nun beynlxalq təhlükəsizlik qüvvələri ölkənin şimalında, şərqində və cənubunda, həmçinin paytaxt Kabildə vəziyyətə nəzarət edir. Yaxın günlərdə Əfqanıstanın şərqinə əlavə 12 min Birləşmiş Ştatlar əsgərləri göndəriləcək. Beləliklə, Əfqanıstan ərazisində fəaliyyət göstərən NATO hərbiçilrinin sayı 32 minə çatacaq. Əfqanıstanda keçirilməsi nəzərdə tutlan NATO-nun iri miqyaslı hərbi əməliyyatlarınnı tarixi də artıq müəyyən olunub. Oktrabrın 5-dən etibarən beynəlxalq sülhməramlılar terror qruplaşmalarını məhv etmək üçün hücuma keçəcək....
Sizce, bu veziyyetde tallibannin NATO esgerlerinin uzerinde qelebe calmasi real gorunurmu ?
10.Quantanamoda 8 yüzədək əcnəbi məhbus saxlanılır:
......Beynəlxal Qızıl Xaç Komitəsinin nümayəndələrinə ilk dəfə olaraq «Quantonamo» həbsxananın əsirləri ilə görüşmək üçün icazə verilib.
Nümayəndələr «Quantanamo»da saxlanılan 14 əsirlə görüşərək söhbət ediblər. Əsirlər xüsusi təyyarə ilə görüş yerinə gətirilib. Onların arasında «Əl-Qaidənin» üçüncü adamı hesab olunan Xalid Şeyx Məhəmməd və Nyu-Yorkda 11 sentyabr terror aktlarının təşkil olunmasında bilavasitə iştirak edən Əbu-Zubeyde olub. Quantanamoya gətirilməzdən əvvəl onların hamısı Amerika Birləşmiş Ştatlarının mərkəzi kəşfiyyat idarəsinin gizli həbsxanalarında saxalınıblar. Məlumata görə, Əfqanıstan vətəndaşı olan «Əl-Qaidə» terror qruplaşması ilə sıx əlaqədə şübhəli bilinən daha 16 nəfər ötən günlərdə «Quatanamo» həbsxanasından azad edilib. Hazırda onlar Əfqanıstan paytaxtı Kabilə gəliblər. Burda onlar həbsxanada olduqları müddət ərzində Birləşmiş Ştatların əsgərləri tərəfindən fiziki və mənəvi işkəncələrə məruz qaldıqlarını bildiriblər.
Birləşmiş Ştatların İraq və Əfqanıstan ərazisində apardıqları hərbi əməliyyatlır nəticəsində bu günə kimi dünyanın 41 ölkəsindən 7 yüz əllidən çox əcnəbi həbs edilib və «Quantanamo» məhbusuna çevrilib. Hazırda isə orda 400-dən artıq əsir saxlanılır....
Sizce bu hebsxanada saxlanilanlar heqiqetde de terrorcudularmi ? Sadece olaraq sualimi duzgun basha dushmeyinizi xahish edirem !.
11.Yaraqlılar amerikalı tələbəni girov götürüb:
...12-oktyabrda fələstinli yaraqlılar amerikalı tələbəni girov götürüb. 24 yaşlı əcnəbini oğurlayanlar indiyədək naməlum olan «Ansar əs-sunna» adlı qruplaşmanın üzvləridi. Onlar, İsrail həbsxanalarında yatan fələstinli qadın və yeniyetmələrin azad edilməsini tələb edib. Tələb yerinə yetirilməsə də, girov bir qədər sonra azadlığa buraxılıb. Məlumata görə, amerikalı tələbə, xeyriyyəçi layihə çərçivəsində Nəblus şəhərində yerli sakinlərə ingilis dili öyrədirdi. Hansı şəraitdə girov götürüldüyü azad edildiyi hələ bəlli olmayan əcnəbi Fələstin təhlükəsizlik qüvvələrinin qərargahına təhvil verilib....
Sizce bu telebenin girov goturulmesi ve sonra da azad buraxilmasi ( hetta telebleri yerine yetirilmediyine baxmayaraq) onlarin sehf yolda olmalari demek deyilmi , yoxsa nece ?.
Ve sizden cox xahish edirem ki, menim verdiyim suallara bildiyiniz qeder dolgun cavablandirasiniz.
Ve bir de onu demek isteyirem ki, bu sehifeden evvelki, yeni 14-cu sehifede ki, yuxaridan ashagi siralamada 8-ci adam olan Gueste demek isterdim ki, duzdur ,men sizin dediyiniz o firqelerin ne adlarini, ne de ki, yollarini( yeni fikirlerini)bilmirem. Amma yazilarindan bele basha dushdum ki, Guest bizim kimilere kafir deyir.Cunki men namaz qilmiram ve demek olar ki, islamin bashqa qanunlarina da emel etmirem.Amma men bele bir soz deyim ki: Kafir_ erebceden azerbaycancaya tercumede haqqi batil ile ortmek demekdir( bu meneca tercumesidir).Lefzle tercumede ise inkarci demekdir. Men de ki, Allahin hec bir hokmunu inkar etmirem.
Allah haminizdan razi olsun.
Cavab:
Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Qeyd etdiyiniz məsələ yəhudi hiylələrindən biridir. Lakin Lİvan camaatının haqqı var ki, itirilmiş dağılmış əmlaklarının haqqını tələb etsinlər. Çünki o müharibə bir oyun idi, o 2 əsgər əslində heç səbəb deyildi. Sadəcə amerika ora ilə Suriya və İrana bir mesaj yolladı. Lakin təəssüf ki, əzab əziyyət çəkən isə adi sıravi camaatdır. Və ərəb ölkələrinin haqqlarını tələb etmələri daha yaxşı olardı, xüsusən Livan əhalisi üçün kampensasiya alsınlar. Necə ki, münasib olardı, ermənistandan Azərbaycan xalqını Qarabağdan çıxartmasında görə kampensasiya tələb etsinlər. Amma qaldı ki, yəhudilərə təzminat vermək, bu mümkün deyil, buna razı olmaq olmaz. Necə ki ermənilərə. Çünki təcavüzkar onlardır, müsəlmanlar yox
2. Təbii ki, mən onun tərəfindəyəm ki, israil ilə münasibət heç də yaxşı olmamalıdır. Çünki biz müsəlman ölkəsiyik, Livan da müsəlman ölkəsidir. Bu cəhətdən biz Livanı dəstəkləməliyik.
3. Təbii ki, indi Amerika əsgərlərinin İraqdan çıxmağı bir cəhətdən düzgün deyil. Əslən amerika böyük səhf etdi İraqa girməyində. Çünki İraq demakratiya və s. kimi şeylər bilmirlər. Tarix boyu orada əmin amanlığı ancaq diktator həll edə bilib. Hal hazırda onların vəziyyəti bu dərəcəyə gətirib çıxartmaları və indi tərk etmələri, İraqın dağılmağı və hərcmərclik və ölüm və s. deməkdir. Çünki hakim yoxdur. Ona görə belə vəziyyətdə onların çıxmağına yaxşı baxmıram
4. Burada günah hər iki tərəfdədir. Və Buş özü etiraf etdi ki, bu yaxınlarda, İraq bizim üçün 2-ci Vetnam oldu. Ancaq Amerika əsgərlərinin öldürülənlərinn sayı isə daha çoxdur. Və amerika orada heç nə edə bilməyəcək. Hətta mən sizə deyim ki, əgər hələ deməyiblərsə, Səddamı devirməkdə peşman olacaqlar. Bu Buşun təcrübəsiz siyasətinin nəticəsidir.
5. Mən artıq buna cavab verdim. Səddama toxunmaq lazım deyildi. Çünki o orada əmin amalıq etmişdi və idarə edə bilirdi. Orada bütün idarəçilik sistemi dağılıb və İraqın coğrafi və həmçinin dini, ictimai cəhətdən yaxınlaşanda, indi oranı tərk etmək İraq xalqı üçün fəlakətdir.
6. Təbii ki, ən birinci Fələstin xalqına birlik lazımdır. O birlik olsa, ola bilsin onlar bu problemdən keçəcəklər. Və bu təbii hal idi ki, Həmasın gəlməyi ilə müəyyən problemlər olacaq. Və amma o problemlərə dözmək və onları həll etmək, gələcək göstərəcək. Və o iki təşkilatın görüşüb birləşməyi Fələstin xalqı üçün böyük hadisədir. Və hadisələri izləmək üçün vaxt lazımdır və onunla bilinəcək bu nə səviyyədədir
7. Təbii ki, belə məsələlər məsləhətə baxılır. O ölkənin hakiminə və həmçinin dini rəhbərlərə. Əgər onlar hansısa bir məsələni məsləhət görsələr eyib etməz.
8. Təbii ki, bu müqayisə demək olar. Məncə İraq Vyetnamdan da pisidr və həmçinin nəticəsi də pis olacaq inşallah. Sadəcə amerika özünü dünyada irəli gedən ölkə göstərməsi üçün bəzi məsələləri etiraf etmək istəmir. Çünki bu amerikanın siyasətinə ziddir və amerika özünü belə göstərmək üçün milyardlar xərcləyib. Ona görə o çalışacaq ki, çox məsələləri gizlədsin. Lakin mənə elə gəlir kİ. Sonda hər şey bilinəcək və amerika böyük ziyana uğrayacaq inşallah
9. Hər şey ola bilər. Real görünməsə də, onlar məcbur olub oradan çıxa bilərlər. Çünki Əfqanıstan İraqdan tamamən fərqlənir və tarix boyu heç kəs qıraqdan gəlib orada hökm verə bilməyib və amerika və britaniyanın orada olmağı, ancaq onların əleyhinədir. Taliblərə toxunmaq böyük səhf idi. Çünki neçə il müharibə və hərc mərclikdən sonra onlar orada əmin amanlıq etmişdilər. Və hal hazırda onlardan başqa orada hakimiyyəti və əmin amanlığı və s. edən bir qüvvə yoxdur və görsənmir. Bu yenə Buşun çox böyük səhflərindən biridir. Buş gedib Texasda heyvandarlıqla onun üçün daha yaxşı idi. Və bunu bəlkə də kanqresdə ona deyənlər olub və ya inşallah deyiləcək.
10. Təbii ki, orada çoxsu terrorçi deyil. Əsas terrorçu amerika, israil, ermənistandır və s. Ora düşənlərin çoxusu amerikanın və başqa ölkələrin ədalətsiz siyasətinin nəticəsində əmələ gələn fikirli insanlardır.
11. İslamda girov götürmək düzgün deyil. Ona görə onlar əvvəldən səhf ediblər onu girov götürləmərində.
Namaz qılmırsınızsa inşallah öyrənin qılın. Amma cürbəcür fikirli insanlara fikir verməyin. Siz sadəcə çalışın birin əqidəni, tövhidid öyrənin və sonra ibadəti edin ki, ibadətiniz düzgün olsun. Allah sizə hidayət versin
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!