Jump to content


Selef_man's Content

There have been 15 items by Selef_man (Search limited from 13-May 23)


Sort by                Order  

#14876 01 августа 2006 года

Posted by Selef_man on 19 July 2006 - 10:19 PM in ВСЕ ФОРУМЫ 2006 ГОДА

salam aleykum.
Sheyx nishanli olmaq kebinli olmaq sayilirmi? mehr verilib. atasida razidir.
xatirladimki her iki valideynler cahildirler
sheyx, men cash bash qalmisham
gah bele deyirler, gahda bele
xahish edirem aydin yazin. menim veziyyetimde hansi hallarda kebin sayilir? hansinda yox?
Allah razi olsun.amen!
salam aleykum



Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Çalış kəbin kəsdir. Çünki kəbin kəsdirmək daha arxayınçılıqdır. Bəziləri belə halda nişanı kifayət saysalar da kəbin kəsdirmək sünnəyə daha uyğundur. Əgər valideynlər cahildir və kəbinə laqeyd yanaşırlarsa yaxud toy günü kəsdirərik və s. belə halda əgər toy tez olacaqsa onda səbr et toyda kəsilər sonra görüşərsən. Amma gec olacaqsa və kəbinə etiraz edirlərsə onda yolda ötürmək, onlara getmək və ua nə isə telefonda soruşmaq sizin vəziyyətdə eyb etməz. Lakin çox yaxınlıq eməmək şərti ilə.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!




#11974 01 феврaля 2006 годa

Posted by Selef_man on 29 January 2006 - 03:03 AM in ВСЕ ФОРУМЫ 2006 ГОДА

Salam aleykum
1.Qiyamet gunu ALLAHIN kolgesinde 7 cur insan olacaq... qardash zehmet deyilse bu hedisi tamamlayin. onlar kimlerdir?
ALLAH razi olsun.Amen!
2.At eti yemek olar?
olarsa delil getirin.
Qardash Allah s.w.t size bu dunya ve axiretde en gozel nemetlerini yetirsin.Amen!
salam aleykum



Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Ədalətli rəhbər. Allaha itaətdə yetişən gənc. Qəlbi məscidlərə bağlı olan. Allah üçün bir birini sevən və bu sevgi üzərində ayrılan, Gözəl bir qadın onu yatağına dəvət etdikdə: Mən Allahdan qorxuram, - deyən kişi, sağ əli ilə verdiyi sədəqəni sol əli bilməyən, təklikdə Allahı yada salıb gözləri yaşaran bəndə.
2. Dəlili odur ki, qadağan olan heyvanlardan deyil.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!




#9681 01 сентября 2005 года

Posted by Selef_man on 18 August 2005 - 06:41 PM in ВСЕ ФОРУМЫ 2005 ГОДА

Salam aleykum
Qardash CIHADIN shertlerin Allah rizasi ucun yazsaniz yaxshi olar
bezi insanlar var ki, deyirler "abubakr herbi komisarliqdir"
inshallah onlari basha salmaq isterdim.
salam aleykum



Cavab:

Wa aleykum salam!
Bİz arıtq yuxarıda buna cavab verdik və orada bax.
Əbu Bəkr məsciddir. Məscidə komisarlıq deyənlər isə təbii ki, burada heç olmayıblar.
Allah daha yaxşı bilir!
Salam aleykum!




#9412 01 августа 2005 года

Posted by Selef_man on 20 July 2005 - 09:08 PM in ВСЕ ФОРУМЫ 2005 ГОДА

Salam aleykum
1.sheyx, qardashin evinde veziyyet hec de yaxshi deyil, yeni ushaqlari ibadetde tenbellik edirlerse, namazlari bir muddet evde qilmaq yaxshidir, yoxsa mescidde?
2. Bir de kim ki, neyese isteza edirse yaxud inanmir ki, meselen kotuk danisib ve s. Onda o kafirdir?
Salam aleykum



Cavab:

Wa aleykum salam!
1. Məscid yaxındırsa gəlib məsciddə qılsın. Uşaqları gətirə bilmirsənsə onda evdə imam dayanıb nafilə qıl onlar isə fərzi qılsınlar.
2. İstehza etmək küfrdür. Fəqət dəvət edəndə belə məsələlərdən başlamaq düzgün deyildir. ən öncə əhəmiyyətli məsələlərdən, tövhiddən başlamaq lazımdır. Bunu qəbul etdikdən sonra digər məslələri demək olar.
Allah daha yaxşı bilir!
Salam aleykum!




#7626 01 мая 2005 года

Posted by Selef_man on 22 April 2005 - 04:07 PM in ВСЕ ФОРУМЫ 2005 ГОДА

Salam aleykum.
Sheyx qizla evlenende qizin soyadini deyishdirmek haramdir?



Cavab:

Wa aleykum salam!
Bəli. Olmaz. Peyğəmbər (s.a.v) buyurub: “Kim özünü atasından (baba və s.) başqasına nisbət edərsə Allah ona lənət etsin”.
Allah daha yaxşı bilir!
Salam aleykum!




#7432 01 мая 2005 года

Posted by Selef_man on 11 April 2005 - 10:33 AM in ВСЕ ФОРУМЫ 2005 ГОДА

salam aleykum.
1.Qardash eyer qiz bashin baglamasa, onun hokmu nedir?
2.bele veziyyetde olse nece olar?
salam aleykum wa rahmatullahi wa barakathu



Cavab:

Wa aleykum salam!
Qadının başaçıq gəzməsi böyük günahdır. O böyük günah sahibidir. Ona görə də cəhənnəmdə əzab çəkə bilər. lakin bu əməlinə görə əbədiyyən cəhənnəmdə qalması isə mümkün deyil.
Allah daha yaxşı bilir!
Salam aleykum!




#7431 01 мая 2005 года

Posted by Selef_man on 11 April 2005 - 10:15 AM in ВСЕ ФОРУМЫ 2005 ГОДА

Salam aleykum.
Qamet qardash,
1.eyer biri ibadetinde zeifdirse, onunla ticaret ishi gormek olar?
Yeni O, euzu billeh… qardashlarina yalan danishir, namazi qilanda da fikri mallardadir…
2.Peygemberimiz s.a.s. bele bir hedis varmi ki, «ondan qonshusu barede sorushublar. Ya rasilullah filankes nece adamdir?
Muhammed de s.a.s. deyib ki, bilmirem.
Onlarda
-ya Resulullah axi O, sizin qonshunuzdur.
Peygemberimiz s.a.s.
-men indiye qeder onunla ne bir Ticaret qurdum, nedeki sefere cixdim. deyibmi?



Cavab:

Wa aleykum salam!
1. Ticarəti kafir ilə də etmək olar. Lakin onun ibadəti isə ona nəsihət edin ki, bəlkə Ona hidayət verildi. Siz də onun üçün dua edin.
2. Buna bənzər hədis var. bu da adamı tanımaq haqdadır. Iki halda adamı tanıyarsan, səfərdə və birdə onunla ticarətdə.
Allah daha yaxşı bilir!
Salam aleykum!




#7394 01 мая 2005 года

Posted by Selef_man on 08 April 2005 - 02:36 PM in ВСЕ ФОРУМЫ 2005 ГОДА

Qamet qardash salam aleykum.
Bu gun cumede borcu qaytarmaq ucun dediyiniz zikri allah rizasi ucun yaza bilersiniz?
Allah razi olsun
salam aleykum



Cavab:

Wa aleykum salam!
Allahummə inni auzu bikə minəl həmmi vəl huzn. Və minəl aczi vəl kəsəl. və minəl buxli vəl cubn. Və min ğaləbətid-deyn və min qahrir-ricəl.
Allah daha yaxşı bilir!
Salam aleykum!




#7306 01 мая 2005 года

Posted by Selef_man on 02 April 2005 - 12:19 AM in ВСЕ ФОРУМЫ 2005 ГОДА

Salam aleykum sheyx. Kim ki, Peygemberin s.a.s. sunnesini tam qebul etmir. Meselen qiz deyir ki, oglanin saqqali olmasin...
bu imanin zeifliyindendir?



Cavab:

Wa aleykum salam!
Bu ola bilsin ya imanın zəifliyidir və ya cahillik. baxmaq lazımdır ki, hansı məsələni qəbul etmir. Qızın belə deməsi düzgün deyil və bu şəriətə müxalifdir.
Allah daha yaxşı bilir!
Salam aleykum!





#6941 01 апреля 2005 года

Posted by Selef_man on 13 March 2005 - 09:19 AM in ВСЕ ФОРУМЫ 2005 ГОДА

Salam aleykum. Menim sualim ******abdulhalim ibn hamzayadir*****. Qardashim 100% bil ki, menim elmim seninki, qeder ola bilmez!!! Lakin allah rizasi ucun de bizde bilek ki, bu suallar ki, qamete verirseneee
1.qardash sen bununla neyi subut etmek isteyirsen?
2.onuda gozel bilirsen ki, naqisler seleflerin birce kicik bir sehvini gozleyirler.....bunlari nezere alaraq bes sen ne teklif edirsen?
Agil agildan ustundur... De bizde bilek...evvelceden jazakallahu
o qardashlar ki, nefsleri ile allah rizasi ucun "cihat" edir allah s.w.t. Onlardan razi olsun!!! Amin! Allah s.w.t. Bizleri we bizim abubakri fitneden we fitnekarlardan qorusun! Amin! Allah s.w.t. O qardashlar ki, eziyyet cekir (her cur cihatda,) allah s.w.t. Onlara komek olsun! Amin! O qardashlar ki, mescidimizde elm verir allah s.w.t onlardan razi olsun. Amin!
Axi, allah s.w.t. Sendende razi olsun
salam aleykum



Cavab:

Wa aleykum salam!
Belə adamlara çox fikir verməyin. Belə hərəkət və fikirlərin səbəbi elmsizlikdir. Fəqət baxın görün və bilin.
Allah daha yaxşı bilir!
Salam aleykum!




#6824 01 апреля 2005 года

Posted by Selef_man on 08 March 2005 - 11:08 PM in ВСЕ ФОРУМЫ 2005 ГОДА

Salam aleykum qamet qardash.
Her defe mescide girerken gedib sol terefde otururam. Her defe eyni yerde oturmaq olar?
Salam aleykum.



Cavab:

Wa aleykum salam!
Çalış hərdən başqa yerdə otur. Belə etmək bidətə apara bilər.
Allah daha yaxşı bilir!
Salam aleykum!




#6819 01 апреля 2005 года

Posted by Selef_man on 07 March 2005 - 11:51 PM in ВСЕ ФОРУМЫ 2005 ГОДА

Salam aleykum qamet qardash.
1.sheyx namaz qilanda ushaq gelib ayagimi qucaqlayaraq menimle oynamaq isteyirdi. Ozumu ne qeder saxlasamda dodagim qacdi. Yeni aciq aydin gulmesemde, lakin ozumu guc ile saxlamishdim. Namaz batildir?
2. Menim borcum ola-ola kimese allah rizasi ucun ne ise vermeyim halaldirmi? Bildiyime gore muselman gerek ilk novbede borcunu qaytarsin. Ne etmeli?
3. Eshitdiyime gore peygemberimiz s.a.s. Deyib ki, “her ayin ortasindan sonra qan verin. Deyilene gore melum olmayan xesteliklerin qarshisini alir. Ozude kurekden vermek sunnedendir… bu qadinlarada aiddir? Umumiyyetle bu ferzdir? Allah rizasi ucun, zehmet deyilse bu barede bir az genish yazin. Allah razi olsun
salam aleykum



Cavab:

Wa aleykum salam!
1. Namaz doğrudur, lakin savab azalır.
2. Bəli. Ilk olaraq borc qaytarılmalıdır lakin sənin edəcəyin kömək borca maneə olmursa onda verə bilərsən.
3. Bu barədə var. müsəlman aylarının 17, 19, 21də qan aldırmaq olar. Lakin bunu hər ay etmək lazım deyil. Istəsən edə bilərsən. bunun faydası çoxdur. Qadın da qan aldıra bilər.
Allah daha yaxşı bilir!
Salam aleykum!




#5685 01 марта 2005 года

Posted by Selef_man on 09 February 2005 - 10:33 PM in ВСЕ ФОРУМЫ 2005 ГОДА

salam aleykum sheyx. Anam namaz qilmaq isteyir, lakin mene demir. Qardashima deyib. Musiqini, bidet bayramlari... men qebul etmediyime gore menim ucun bir az narahatdir. :) Lakin anami hansi yolla islama getirmeli?
Yeni deveti nece secmeli ki, netice Inshaallah yaxshi olsun? xahish edirem bir meslehet verin.
salamun aleykum.



Cavab:

Wa aleykum salam!
Sən dəvətə başlayarkən belə məsələlərə toxunma. Sən ona tövhiddən danış ki, onun əqidəsi düz olsun ondan sonra namazı və s-ni dəvət et. Yəni, böyükdən kiçiyə doğru gəl. Aişə (r.a) deyir: “Əyər namaz qılmaq və digər əhkamlar birdən nazil olsaydı heç kəs onu qəbul etməzdi.” Lakin yavaş-yavaş hikmət ilə.
Allah daha yaxşı bilir!
Salam aleykum!




#5505 07 февраля 2005 года

Posted by Selef_man on 05 February 2005 - 07:30 PM in ВСЕ ФОРУМЫ 2005 ГОДА

Salamun Aleykum Sheyx.
1. Eyer kimse menim niyyetimi yalnish basha dushubse, buna gore hemin shexsden uzr istemeliyyemmi?
2. Birde eyer hansisa qardashla bacini calayanda onlarin sonraki aqibetine gore mesuliyyet dashyirammi? Yeni birden euzu billeh yola getmeyib boshandilar, yada nishanli vaxti xasiyyetleri tutmayib ayrildilar. mene gunah yazilirmi?
3. Sheyx, Allahdan ne ise istemek ucun istixareden bashqa bir namaz warmi?
Salamun aleykum.



Cavab:

Wa aleykum salam!
1. Üzr istəmək yox, ona bunu bəyan etmək lazımdır.
2. Xeyr, sən yaxşılıq istəmisən. Lakin onların hansınınsa pis olduğunu əvvəlcədən bilirsənsə onu deməlisən.
3. Bəli, adi iki rükət namaz qılıb istəyə bilərsən.
Allah daha yaxşı bilir!
Salam aleykum!




#4744 07 февраля 2005 года

Posted by Selef_man on 08 January 2005 - 04:02 PM in ВСЕ ФОРУМЫ 2005 ГОДА

Salamun Aleykum. Biz deyirik ki, "ALLAH sene hidayet versin' Zehmet olmasa deyin gorek, umumiyyetle "HIDAYET" sozunun menasi nedir? Salamun Aleykum



Cavab:

Wa aleykum salam!
Allah sənə Hidayət versin sözünün mənası "Allah səni doğru yola –Siratəl mustəqimə- yönəltsin" deməkdir.
Allah daha yaxşı bilir!
Salam aleykum!