Posted 05 September 2005 - 06:06 PM
Salam.
1.Emevilerle Abbasiler arasinda niye qanli toqqusmalar bas vermisdi?
2.Ibn Mulceme lenet oxumaq olar?
3.Peygember(s) Ali(a) haqqinda demisdir ki,kim Ali(a)-in dostudursa menim dostumdur,kim onun dusmenidirse menim dusmenimdir.Bele anlasilmir ki,Muaviye,Amr bin As kimileri Ali(a)-a ve ehli-beyt(a)-a qarsimuharibe aparmaqla Peygember(a)-a qarsi cixirlar?Mentiqi izah edin.
4.Muaviye niye ehli-beyt(a)-a qarsi dusmencilik edirdi?Cunki o tekce Ali(a)-a qarsi yox,hem de Hasan(a)-a qarsi muharibe aparirdi?Bunlar ki ehli-beytdir,Peygemberimizin(s) bize qoydugu iki emanetden biri.
5.Siz yazmisdiniz ki,Huseyn(a)-i Yezidin qosunlari ondan xebersiz qetle yetirmisdiler,onun emri olmadan qosunlar ozbasina nece hereket ede bilerdi? 6.Cemel doyusunde Aise Ali(a)-a qarsi cixmaqla sehv yolda oldugu anlasilmirmi? Cunki o zaman Havab adlanan yerde ona kopekler hurmusdu. Cunki Peygember(s) ona Ali(a)-a qarsi cixacagini, Havabda kopeklerin ona hureceyini xeber vermisdi.
Cavab:
Wa aleykum salam!
1. Bu əslində hakimiyyət çəkişməsi idi.
2. Bəli, oxumaq olar. Çünki o, məcusi kafir idi.
3. Bunu elə başa düşmək lazım deyil. Onların arasında olan döyüşlər, bir-birlərini sevmədiklərinə görə deyildi. Həmçinin Müaviyə (Allah ondan razı olsun) demirdi ki, mən Əlini (Allah ondan razı olsun) sevmirəm, yaxud Xəlifə olmaq istəyirəm. Əliyə (Allah ondan razı olsun) qarşı mücərrəd bir hərəkət edənə hökm vermək düzgün deyil. Məs, Fatimə ilə Əlinin (Allah onlardan razı olsun) arasında söhbətlər olub. Xüsusən də Nəhcul Bəlağədə Əli (Allah ondan razı olsun) Müaviyə (Allah ondan razı olsun) tərəfi qardaş adlandırır. Qoşunda olanlar qarşı tərəfi söyəndə o bunu qadağan edir və deyir ki, onlar üçün Allahdan məğfirət istəyin. Bilmək lazımdır ki, Ola bilər möminlərin arasında döyüş olsun amma bu onların imanını aparmaz. Allah təalə buyurur: "Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları dərhal barışdırın. Əgər onlardan biri təcavüzkarlıq etsə, təcavüzkarlıq edənlə Allahın əmrinə (itaətinə) qayıdana qədər vuruşun. (Təcavüzkarlıq edən Allahın əmrinə) qayıtsa, hər iki dəstənin arasını ədalətlə düzəldin və insafla hərəkət edin. Şübhəsiz ki, Allah insaflıları sevər!" (əl-Hucurat: 9).
4. Əhli beytin biri ilə sözün düz gəlməməsi o demək deyil ki, həmin insan əhli beytə qarşıdır. Müaviyə (Allah ondan razı olsun) Həsən (Allah ondan razı olsun) ilə döyüşməyib. Əksinə Həsən (Allah ondan razı olsun) xilafəti Müaviyəyə (Allah ondan razı olsun) verir və hər ikisi Həsən və Hüseyn (Allah onlardan razı olsun) ona beyət edirlər.
5. Qoşuna əmr olunmuşdu ki, qiyamı yatırsın və sabitliyi qorusun. Mən istəyərdim ki, hadisələri bir mənbədən deyil, bir neçə mənbədən geniş oxuyasan. Yezid (Allah ona rəhmət etsin) əgər düşmən olsaydı onda Hüseynin (Allah ondan razı olsun) ailəsini bir ay öz sarayında qonaq kimi saxlamazdı.
6. Şək yoxdur ki, Aişənin (Allah ondan razı olsun) o yerdən qayıtması daha məsləhətli idi. Lakin heç kəs hadisələrin belə cərəyan edəcəyini bilmirdi. Səhabə xəta edə bilər, onlar, nə Aişə, nə Əli, nə Talha, nə Zübeyr və s-i məsum deyildilər.
Allah daha yaxşı bilir!
Salam aleykum!