Posted 08 June 2007 - 10:30 AM
Əssələmu aleykum! Qardaş, bir qardaşın hansının menhecinin düzgün olmasında məndə şübhə var, yazışma oldu və mənə ünvanlandığı bəzi suallara xahiş edirəm cavab verəsiniz. Lakin qabaqcadan xahiş edirəm sizdən, əgər şeyxlərin sözlərini gətirsəniz zəhmət olmasa yeri və səhifəni göstərin çünki o, mütləq bunu gedbi yoxlayacaq əks halda mənə inanmayacaq.
1) Mən ona yazdım: "Misal üçün Nəcaşi (Allah ondan razı olsun), İbn Teymiyyə deyir, o nə namaz qıldı, nə oruc tutdu və xaç ilə boynunda öldü, lakin rəsulullah (səlallahu aleyhi vəssəlləm) dedi: "Biz qardaşımız vəfat edib, gəlin onun üçün cənazə namazını qılaq" - Həmin qardaş cavab olaraq yazdı: "İnanmıram (yəni boynunda xaç ilə öldüyünə inanmır), bunu sənə mədinə tələbələri dedilər, mən İbn Teymiyyəni oxumuşdum orada belə şey görmədim. Bunu Qamət haradan götürüb kafirlər çəkdiyi filmdən? Heç bir kitabda onun xaç ilə boynunda ölməsi yoxdur". Qardaş xahiş edirəm buna cavab verin və şeyxin sözlərini gətrisəniz yerinini və səhifəni göstərin.
2) Ən əvvəl o dedi ki, mədinə tələbələrin çoxusu heç Quran hafizi də deyil. Mən ona yazdım: "Nə olsun ki, onların çoxusu hafiz deyil? Sən bununla nə demək istəyrisən?" O yazdı: "Mən demək istəyirəm ki, mən elm elmi olanlardan götürürəm və kimdən ki nə isə öyrənmək olar. Bu mədinə tələbələri bu ümmətin alimlərini pis sözlərlə adlandırmağa son qoyduqda və şəriəti öyrənməyə başlayanda onda mən inşəAllah onlara qulaq asmağa başlayacağam. Yeri gəlmişkən, Şeyx Elmir Quliyev, bəzi şeylərdə mən onunla razı deyiləm lakin mən bilirəm onun elmi mənimkimdən qat-qat üstündür, hansı ki həqiqətən dəvətlə məşğuldur (yəqin ki, demək istəyir ki, biz və digər mədinə tələbələri həqiqətən dəvətlə məşğul deyillər), o, bu alimləri öz "Na puti k Koranu" kitabında təriflədi və onların təfsirlərini oxumağı tövsiyyə etdi. Mən soruşdum hansı alimləri təriflədi? O dedi: "Elmi Quliyev şeyx Seyyid Qutubu təriflədi, ona layiqli yer verdi və onun təfsirini yaxşılardan hesab etdi. Yeri gəlmişkən şeyx Bakr bin abu Zaydın rəsmi məktubu var, əgər inanmırsan mədinə tələbələri onun elmi barəsində soruş, orada o Madxalini Seyyid Qutuba atılan böhtana görə tənqid edirdi. Həmçinin şeyx əl-Maududini də Elmir Quliyev ən yaxşı təfsirlərdən biri kimi seçdi." Şeyx, bunlar hamısı nə deməkdir? Məgər Elmir Quliyev ixvan əqidəli insanlar barədə belə şey yazıb?
3) Sonra o dedi ki, niyə Qamət çıxıb Allahın yolunda mucahidləri münafiq, terrorist adlandırır. Mən ona yazdım ki, peyğambər (səlallahu aleyhi vəssəlləm) cüməyə üçü dəfə üzürlü səbəbisz gəlməyənləri özü münafiq adlandırdı, sən məgər rəsulullahın dediyinə qarşı çıxmaq istəyirsən?" O isə cavab verdi: "Oxu İbn Bəzin fətvasını, cild 1, səh. 276, cild... səh. 1408." Qardaş xahiş edirəm İbn Bəzzın bu fətvasına baxın və deyin o, orada nəyi deyir ki və həmin qardaş və fətva ilə nə cavab vermək istəyirdi?
4) Sonra o dedi ki, Abu Bakrdaki mücahidlərə qarşı belə çıxışlarına görə çox adam ora getmir, gedir ayrı məscidlərə, türk məscidlərə və s. Mən dedim ki, "bu nədir, sələfi məscidi tərk edib, bidət məscidlərinə gedirlər". O yazdı: " bu məscidin sələf məscdi olması yalnız sənin ictihadındır amma elm tələbələrin çoxusu belə hesab etmir". Şeyx, bu nə deməkdir? Belə elm tələbələri də var? Xahiş edirəm aydınlıq gətirin.
5) Sonra mənə İbn Bazzın Allahın hökmü ilə hökm verməyənlərin kitabını mənə verməyi tövsiyyə etdi, lakin mən biləndə ki, o, Hacıbala və onun dəstəsi tərəfindən çap olunub, mən götürmək istəmədim dedim ki, orada ola bilsin, bir cümlə gətirilir, ikinci isə verilmir. O dedi ki, "istəsən mən sənə onun oriqinalı ərəbcə və ya türkcə verə bilərəm. Əgər kimsə mədinə tələbələrindən desə ki, bu azericə və ya türkcə tərcümə düzgün deyil, onda mənə yaz, mən sənə ərəbcə mətni göstərərəm"
6) Sonra mən ona İbn Teymiyyənin sözlərini yazdım: "Kimi isə kafir demək onu əzabla müjdələmk deməkdir. Ola bilsin insanın sözləri peyğambərin (sas) dediyini təkzib etsin, lakin, ola bilsin həmin insan islamda təzədir yaxud cəhiliyyədə böyüyüb, belə adama təkfir edilmir, ona inakr etdiyinə görə hüccat çatana kimi. Ola bilsin həmin insan dəlilləri eşitməyib, və yaxud eşidib lakin onları səhih hesab etməyib, və yaxud digər səbəbdən işi ayrı cür yozmuşdu. Hətta o səhv etsə belə." sonra isə o, mənim külümü yandırarsı kişini misal olaraq gətirir..... (Məcmul Fətava, 3, 231) O isə belə cavab verdi: " Amma İbnul Qeyyim dedi ki, təkfirə görə böyük savab var əgər insan səhv edibsə lakin təmiz niyyətlə bunu edibsə" bunu Zatal Miadda demişdir (istəsən sonra mənbəni səhifəni deyərəm). Həmçinin Umar Bədr iştirakçısını münafiq adlındıranda və onun başını kəsmək istəyəndə.
7) Mən ona dedim ki, alimlər bəzən ümumi hökmlər verir, sən də götürüb ümumi hökmü fərdi tətbiq edirsən. O dedi: "Albani öz "Tərbiyyə və təmziləmə" kitabında - orada hökm ümumi deyil, kitabı yaxşı oxu."
8) O deyəndə ki, görürsən bax belə onlar alimləri söyürlə, şeyx Münəccidə də deyiblər ki, o ixan partiyasına meyllidir. Mən dedim ki, baxmayaraq ki, o, böyük alimlərin yanında dərsə alıb, bəzi məsələlərdə onların dediklərini deməyib, məs. məsləhət görünən ədəbiyyat siyahısında, o, Seyyid Qutubun kitablarını oxumağı məsləhət görür. O belə cavab verdi: "İnan mənə, hər halda Münaccid müftiydir və şeyx İbn Bəzz ozü ona müftiy titulunu vermişdi amma Bakıda müftiy yoxdur, Seyyid Qutb şəhidddi inşəAllah. Amma hər bir alimdə olduğu kimi onun da səhvləri olmuşdu, amma onu oxumağa yalnız Münaccid tövsiyyə etmir. Nəvəvi və İbn Həcər kimi imamlar əqidədə əşarilər olublar amma biz onları alimlər kimi qəbul edirik və onların sborniklarından hədisləri oxuyuruq, İbn ul Qeyyim Cəhənnəmin əbədilyi inkar edirdi, amma digər şeylərdə biz onu qəbul ediriki, amma niyə bu cür Seyyid Qutba yanaşmırıq??
Qardaş, cavablarınıza görə qabaqcadan Allah razı olsun. Salam aleykum.
Cavab:
Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
1. düzdür, mən bu məsələdə, yəni Nəcaşinin xaçla ölməsində İbn Teymiyyəyə nisbət etməyimdə xəta etmişəm. Çünki, ibn Teymiyyə onun barəsində deyir ki, nə həcc etdi, nə zəkat verdi, nə oruc tutdu, nə namaz qıldı və nəsranilərin padşahı idi. Sadəcə burdan sual çıxır ki, bəs boynunda xaç var idi, yoxsa yox? Yəni bu söhbətin əsası deyil. Söhbətin əsası budur ki, o əməl etməmişdi. Təbii ki, orda səbəblər var idi, birincisi, dəvət ona çatsa belə və daxilən iman etsə belə, lakin zahirdə bunu göstərməmişdi. Çünki, qövmü onu qəbul etməzdi, çünki qövmü nəsranilər idi. Ona görə də o vəfat etdikdə onun üçün cənazə qılan tapılmadı və peyğəmbər (s.a.v.) ona qardaş deyərək səhabələrlə Mədinədə namazını qıldılar. ümumiyyətlə, hökm və əməl insanın gücü və qüvvəti ilə, imkanı ilə bağlıdır. əgər bunlar yoxdursa Allah Təala heç kimi məcbur etmir. Allah Təala buyurur: “Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər (bir işə mükəlləf edər). Hər kəsin qazandığı yaxşı əməl də, pis əməl də özünə aiddir. (Möminlər deyirlər: ) “Ey Rəbbimiz, (bəzi tapşırıqlarını) unutduqda və ya yanıldıqda bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkiləri yüklədiyin kimi, bizi ağır yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma! Bizi əfv edib bağışla, bizə rəhm et! Sən bizim ixtiyar sahibimizsən (mövlamızsan). Kafirlərə qələbə çalmaqda bizə kömək et!”” (Bəqərə, 286) bu məsələdə əhli sunnə val camaat orta yoldadır. Cəhmiyələrə xilaf olaraq, hansılar ki, deyirlər ki, insan məcburdur. Həmçinin də görsənir ki, yaddan çıxaran və xəta edənə günah yazılmaz. Bu da qədərilərə və mötəzilərə xilaf olaraq. Nəcaşının misalında çoxları var, məsələn, fironun yoldaşı, necə şeyxulislam deyir ki, misir əhlindən Yusuf (a.s.), çünki onlar öz qövmləri ilə islamı izhar etməyi bacarmamışdılar, yəni taqətləri çatmamışdı. Və ya bəzi möminlər Məkkədə yaşadıqları müddətdə hicrət etməyə aciz idilər və öz imanlarını gizlədirdilər. Yəni şeyxulislam da bu məsələyə toxunaraq deyir ki, kim dinini izhar etməyə acizdirsə, ondan vaciblik düşür. Ümumiyyətlə, hər bir insan belədir. Burdan nəticə çıxarmaq olar ki, hakimin düzəlməsi ilə hələ heç nə bitmir, ondan əsası budur ki, gərək məhkum düzələ. Çünki məhkum düzəlməyincə islah olmayacaq. Ona görə hətta Omar ibn Abduləziz, baxmayaraq ki, adilliklə hökm verirdi, lakin sonda onu zəhərləyirlər və xilafəti çox az bir müddət çəkir. Sadəcə mən bunda münaqişə etmək istəmirəm ki, Nəcaşıdə xaç var idi, ya yox. Burda söhbət gedirdi ki. O nə namaz qıldı, nə oruc tutdu, nə də islamın digər ehkamlarına əməl etdi. Bax, Məcmual Fətava, 19/217-220, həmçinin Cavabu Sahih kitabında Nəcaşı barədə çox danışır şeyxulislam.
2. Mənə qəribə gəlir Sizə yazan adamın fikirləri. Görünür ki, o bəhanələr axtarır. Bəli, ola bilər ki bizdən çoxumuz Quranı əzbər bilmirik. Lakin heç harda yazılmayıb ki, Quranı əzbər bilməyəndən elm götürmək olmaz. Ona görə maraqlı oldu, soruş ondan qoy desin, görək o elmi kimdən götürür? Çünki, Seyyid Quttub özü hafiz deyildi və Amerikada təhsil almışdı, sonra namaz qılmağa başlayıb və inqilabçı fikirlərlə izhar edib. Vəssalam. Bir də maraqlıdır ki, biz kiməsə tənə edirik, məsələn, biz hansı alimə tənə etmişik? Yoxsa o Seyyid Quttubu alim sayır? Əvvəla, mötəbər alimlərin heç biri onu alim saymır. Hətta ibn Baz deyib ki, onun kitabları cırılmalıdır. Amma Bakr abu Zeydin və ya başqalarının nəsə deməyi və ya kiməsə tövsiyəsi, o şeyx Rabiyə tövsiyə yox, sadəcə nəsihətdir, belə nəsihətləri ikitərəfi bir-birinə düşmən kimi başa düşməyin. Amma qaldı ki, kimsə nəsə desə, biz özümüz də demirik ki, o kafirdir, inşəAllah, müsəlmandır, sadəcə belə adamlardan elm götürülməz, xüsusilə də elmi zəif olan cavana.
3. Mən heç bir vaxt mücahidlərə pis söz demərəm. Sadəcə mən xəvaricləri pisləyəndə, onlar fikirlərində hər şeyi qarışdırırlar. Mən bütün müsəlmanlara dua edirəm, nəinki mücahidlərə, mücahidlər də onların içindədir. Sadəcə, görünür ki, sənə yazan adam cihad meyilli adamdır. Ona görə bunlar istəyirlər ki, mən daim belə məsələlərdən danışım. Təbii ki, bu səhv fikirdir. Islamda cihad var və ən yüksək məqamında dayaınb, heç kim cihadı inkar etmir. Sadəcə inkar olunan onların fitnəsidir, bu fitnə ilə müsəlmanlar zəif idilər və daha da zəlil oldular. Inkar olunan budur. Amma qaldı ki, fətva məsələsinə, düzü mən o fətvanı çox eşitmişəm, amma heç kim göstərməmişdi. Biz İbn Baza baxdıq və onlar deyənin əksini gördük. Orda soruşulur ki, avropada cümə məsələsinin hökmü nədir? Şeyx də deyir ki, qılınması fərzdir. Ibn Baz şəxsən mənə dedi ki, tez Azərbaycana qayıt, səni orda gözləyirlər. Sadəcə bu adamı aldadıblar, sən bu fətvanı ondan tələb et, o istəyən kimi fətva yoxdur, ya da sadəcə şeyxin sözünü başqa tərzdə tərcümə edib çatdırıblar. Çünki belə məsələ olsaydı, nəinki ibn Baz, başqa şeyxlərdən də eşidərdik. Onalrı aldadıblar. Cümə fərzdir. Sadəcə qadınlara, uşaqlara, xəstələrə və müsafirlərə vacib deyil. Bunu Allah Təala Quranda Cümə surəsindıə buyurur və peyğəmbərin (s.a.v.) hədislərində qeyd olunur. Peyğəmbər (s.a.v.) Məkkədə cümə qılmasa da Mədinədəki müsəlmanlara demişdi ki, cüməni qılsınlar, o zaman cümə fərz deyildi, caiz idi. Ona Məkkədə toplaşıb əməl etmək mümükn deyildi. Amma Mədinədə isə müəyyən qədər mümkün idi. Bir məsələni də bilin ki, təkfirçiləri bu məsələdə də aldadıblar, çünki onlar deyirlər ki, cümə qılmaq üçün gərək darul-islam ola, xilafət ola. Böyük alimlərdən heç kim belə deməyib. Çox maraqlıdır ki, onlar dəlil kimi məhz bu məsələni irəli sürürlər. Lakin məgər peyğəmbər (s.a.v.) səhabələrə deyəndə ki, Mədinədə qılın, məgər onda Mədinə darul İslam idi? Əlbəttə, yox. Ona görə sən ona yaz, hədisi göstər, nəsihət et, gələr gəlsin, onsuz da cümə günü məsciddə yer çatışmır, əlhəmdulillah.
4. SübhənAllah, bu çox gülməli söhbətdir. əvvəla, mən bilirəm ki, onlar öz aralarında özlərinə təsəlli vermək üçün deyirlər ki, məscidi çoxları tərk edir. Əksinə, məscidə gələnin sayı o vaxtındakından da çoxdur, nəinki, cümə namazına, hətta sübh namazına da. Ola bilsin ki, Allah Təala onu mərhum edib, layiq deyillər bizim səflərdə durmağa, xəbəri yoxdur məsciddən. Yenə yalan və zənn. Onların bütün fikirləri yalan, zənn və böhtan üzərində qurulub. Amma maraqlı oldu ki, hansı elm tələbələrindən söhbət gedir? Onların heç biri Mədinəni qurtarmayıb, yəni demək istəyirəm ki, yarımçıq təhsili var bir ikisinin. Axı o özü deyridi ki, elmi hafizlərdən götürürdü, amma bu uşaqlar heç Quranı yaxşı oxuya bilmirlər. Sən ondan soruş ki, o sələfiliyi necə başa düşüb? Çünki o cür quldur dəstələri əhli sunnəni elə vəsf edirlər ki, əhli sunnə olmaq üçün hakimi kafir görməlisən. Bəziləri isə deyir ki, o vaxt olursan əhli sunnə cihad etməyi vacib sayasan, bəziləri isə deyir ki, mütləq deməlisən ki, əməl imanın sihhətindəndir, kamilliyindən yox. Bunlar hamısı dini savadsızlıqdan, bir məsələni götürüb, digərini tərk etmək üzündən, dəlilləri cəm etməməyin, rəbbani alimlərdən uzaq düşməyin nəticəsidir.
5. Bu da həm onları, həm cavanları aldatmaq yollarından biridir. O fikirdə olanlar ibn Bazı kafir görürlər. Sadəcə çaşdırmaq üçün onların şüar tutduqları mövzuları sələfi şeyxi danışanda o kitabı verirlər qabağa və sonra elə təsəvvürə gətirilər ki, əsas məsələ budur və bundan sonra başlayırlar xəvaric əqidəsini yeritməyə. Nəinki ibn Baz, bütün sələf alimləri, hamımız müttəfiqik ki, o müsəlman ki, kimliyindən asılı olmayaraq Allahın hökmü ilə hökm vermirsə, ya dindən çıxardan küfr hesab olunur, ya da çıxarmayan, yəni asilik kimi. Birinci qismə aiddir, məsələn, kimsə desə ki, Allahın hökmü indi uyğun gəlmir, və ya başqa hökm daha yaxşıdır, və ya eynidir, təbii ki, bu küfrdür, bunda uixtilaf yoxdur əslən. Sadəcə bundan sonra bir müsəlman belə desə ona hüccət qalxmalıdır, yəni baxmayaraq ki, bu küfr olsa belə ona kafir demək olmaz, çünki bu məsələnin incəliklərindən biri budur ki, küfr hökmü ayrıdır, kafir hökmü ayrıdır. Necə ki, şirk və müşrik. Çünki şeyxulislam ibn Teymiyyə də deyir ki, müsəlmanın qəlbində imanla küfr, nifaq və ya şirk ola bilər. O hüccət qalxandan sonra əgər həmin adam öz küfründə israrlı olsa və qəbl etməsə ki, Allahın hökmü bütün hökmlərdən vacibdir və üstündür və başqa hökmü halal görsə, onda alim onun hökmünü verir (bax, Minhəcul Sunnə 5/130). Bunun qaydası belədir. Kim əhli sunnənin başqa qaydasını bilirsə qoy bizi öyrətsin. Əgər Əli ibn abu Talibin (r.a.) nəsx və mənsuxu soruşduqda birinə dedikdə ki, “həlak oldun”, bəs başqaları necə? Ona görə dindən hər adam danışmaz, hər adamdan elm götürülməz. Biz onlar dedikləri adamların hamısını tanıyırıq, sadəcə onları aldadıblar, mən özüm onlara şüar qurbanları kimi baxıram. əgər istəsən ibn Bazın məhz bu məsələyə fikrini bilmək istəsən, bax bizim saytımıza, biz hətta onun öz səsi ilə cavabını da qoymuşuq. Burada onun Səudiyyə ixvanlarının (onlara sürurilər deyirlər) şeyxlə dialoqu məhz bu mövzuda gedir. Düzdür o sürurilərin çoxu sələfin fikrinə dönüb.
6. Yenə o gülməli cavab verdi, görünür ki, həddindən artıq cahildir. əgər bu onun əqidəsidir və onu aldadıblar. Sizin söhbətiniz meyxana deyişməsinə oxşadı, sənin dəlilivə ibn Qeyyimi gətirir. Ibn Qeyyim ibn Teymiyyənin tələbəsidir. Kifayət qədər də təkfir barəsində onun sözləri var. Amma Zəadul Məaddan misal gətirməyi isə lap gülməlidir. əgər o elə deyibsə, onun kimilər üçün deyilməyib, bu alimlərə aiddir, çünki hədisdə gəlib ki, hökm verən ALİM düzdürsə, iki savab qazanır, xəta edirsə bir savab qazanır. Bu məsələ alimə aiddir, hər adama yox. Sən ona de ki, onu aldadıblar və gəlsin otursun sələfin məscidində və sələfin elmini alsın, elm fəhmini.
7. Yenə cavabı gülüncdür, sən, əlhəmdulillah, düz cavab verdin. O bu dediyi yeri dəqiq bizə göndərsin görək, şeyx Albani belə deyir. Yəni şeyx harda deyir ki, fərdi şəkildə də tətbiq etmək olar. Çox maraqlıdır. Görünür ki, onu aldadıblar. Mən bilən o kitabın heç tərcüməsi yoxdur. Sən ondan tələb et ki, o da onu aldadandan tələb etsin, o yeri ona göndərsin.
8. O birinci dəfə ağıllı sual verdi. Əvvəla alimləri kim söyüb? Məgər demək ki, Munəcciddə ixvanlığa meyl var – söyüşdür? Və mən təəccüblənirəm, o ola bilsin özü ənsarları yanında olanda alimlərə necə istehza edirlər. Buna baxmayaraq bizi ittiham edir ki, biz alimləri söyürük. Allah Təala buyurur: “Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etmənizi əmr edir. Həqiqətən, Allahın bununla (belə bir tapşırıqla) sizə verdiyi öyüd necə də gözəldir! Əlbəttə, Allah (hər şeyi) eşidəndir, görəndir!” (Nisa, 58) O ki qaldı, digər alimlərin xətalarına, bəli, bu düzdür, lakin onların xətaları əsma və sifətlərdə idi, belə məsələlərdə deyildi, hansı ki, dini yalnız hakimiyyət kimi vəsf edir. Bu fikirlərin nəticəsində müsəlmanlar daha da zəlil olublar və kafirlər müsəlman ölkələrinə daha da çox daxil olublar və özlərinə qərar seçiblər. Yəni demək istəyirəm ki, xətalarda fərq var, biz bu məsələni yaxşı başa düşürük. Seyyid Quttubun xətalarını görsən dəhşətə gələrsən, o xətalardan birini mən etsəm dərhal məni təkfir edərlər. Bunlar təkfir camaatıdır. Bunların tovhidi və dini hakimiyyətdir.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!
Шейх Мухаммад Насыруддин аль-Альбани говорил: “Основа призыва саляфии держится на трех опорах:
1- Священный Коран;
2 - Достоверная Сунна;
3 - понимание первых двух опор в соответствии с пониманием праведных предшественников (ас-саляф ас-салих) из числа сподвижников, их последователей (таб’иун) и следующих за ними.
И причина заблуждения всех течений, будь то новых или старых, состоит в том, что они не держатся за третью опору!” См. “Маджалля аль-Асаля” № 23.[B]