Posted 09 November 2015 - 05:13 PM
Salam aleykum.
1. Gece namazin 3 ruket qilanda, tesehudsuz, ucuncu rukete qalxanda, subheneke-ni oxumag lazimdi?
2. Qisda hava soyug oldugda, ve isde oldugda, mesel ucun zohr namazi vaxtin sonuna yaxin qilmag olarmi ki, asr namazini da vaxtin evvelinde destemaz pozulmamis qilim?
3. Sunnet namazlarinda birinci ruketde fatiheden sonra ikinci sure oxuyub, ikinci ruketde ise ancag fatiheni oxumag, bele daim etmek olar?
4. Ayda 3 gun oruc tuttugda, 13,14,15, kimse yemeye ve ya cay icmeye devet etse, orucumu mutleq mi acmaliyam? Ve ya bildirsem ki oruc tutmusam olar? Ve acsam orucumu, sonra hemin gun ucun yeniden basqa bir gun oruc tutmaliyam, yoxsa tutmasamda hemin ay 3 gun nefile oruc tutmus hesab olunuram?
5. Zohrden qabag 4 ruketli sunnet namazini dordunde birden tesehudsuz qilmag, ve ya tesehudnen, amma salamlarsiz qilmag barede bir sey var?
6. "Selefi" termini son 3-5 il erzinde azerbaycanda islenilir, yoxsa lap evvelden var idi?
P.S. Xahis edirem bura biraz cox vaxt ayirasiz. Mes burdan cox lazimli ve faydali melumat elde ede bilirik.
Salam aleykum.
Cavab:
Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Yox, Subhənəkəni oxumursan. Çünki bir qılırsan axı. Əgər ayrı qılsaydın 2 ayrı, 1 ayrı. Onda, bəli, Subhənəkəni oxuyursan.
2) Elə adət eləmə. Əgər səbəb olsa, hə. Məsələn, ciddi soyuqdur. İndi orada Allah bilir hansı haldır. Amma hər halda elə adət eləmə.
3) Buna adət etməyin. Bu bidətdir.
4) Aça bilərsən. Ona görə qəza lazım deyil. Çünki nafiləyə qəza düşmür. Amma açmaq söhbətinə isə, baxda. Tutaq ki, məclis iftara yaxındırsa, onda yaxşı olar ki, iftara yaxın get. Yox, əgər səhərdən çağırıblarsa və görürsən ki, alınmır açmaq daha məsləhətdir. Onda aç.
5) Məşhur olan budur ki, ayır. Çünki Peyğəmbər (sallallahu aleyhi va səlləm) buyurub ki, gecə və gündüz nafilə namazları iki-ikidir. Ona görə də ayır.
6) Nəinki iyirmi il bundan qabaq, sələfi termini 16-cı əsrəcən olub, ondan qabaq daha çox olub. Nə qədər tarixdə qədimə getsək, sələfi termini çox olub. Azərbaycandan böyük alimlər çıxıb. Onların kitabları var və s. Sadəcə məşhur deyil. Bolşeviklər bizi o tarixdən (o aranı) kəsiblər. Bolşeviklərdən də qabaq bizdən o aranı səfəvilər kəsdilər. Səfəvilərdə İranda, Azərbaycanda xüsusən əhlussunnəyə bolşeviklərdən böyük zərbə vurublar. Ona görə əhlussunnə vəl cəməa bu cür zərbələr görüb. Ona görə bunlara sələfi termini bir az qərib olub. Amma sələfi termini əlhəmdulillah var, olub və olacaq, inşəAllah.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!