və yaxud bu fətva barədə nə deyə bilərsiz? Bu fətvada Həsən əl-Hələbinin alimlərin adından yalan danışmasını qeyd edirlər.
Əs-Sələmu aleykum va rahmatullah
Fətva nö: 21517, Tarix: 7/5/1421
Allaha, Ona layiq şəkildə həmd edirik və özündən sonra peyğəmbər olmayanın üzərinə salam və bərəkət olsun!
Tədqiqat və Fətva Daimi Şurası, böyük Müftiyə, bəzi səmimi nəsihətli şəxslər tərəfindən verilən suala nəzər yetirdi. Bu suallar Kibər əl-Üləma heyətinin "Ümumi Etibar"ında 2928 nömrəsi altında, 13/5/1421 və 2929 nömrəsi altında, 13/5/1421 tarixinə qeyd edilmişdir.
Suallar iki kitab ilə əlaqədardır: "ət-Təhzir min Fitnətit-Təkfir" və "Sayhət Nəzir", hər iki kitabdakı materialları toplayan Əli Həsən əl-Hələbidir.
Sual qeyd edir iki, hər iki kitab mürciə məzhəbinə dəvət edir, yəni: əməllər imanın sağlamlığının şərti deyil və bunu Əhli-Sünnətə aid edirlər. Eləcədə qeyd olunur ki, müəllif kitabı Şeyxul-İslam İbn Teymiyyə, Hafiz ibn Kəsir və digərlərindən, Allah onların hamısına rahmət etsin, təhrif edilmiş nəqllər əsasında qurur. Bizə səmimi məsləhətlər ilə müraciət edənlərdə kitablarda nəyin doğru olub, nəyin səhv olduğunu oxucuların bilməsi üçün bizim izahımıza ümüd var idi.
əl-Ləcnə hər iki kitabı nəzərdən keçirdikdən sonra Əli Həsən əl-Hələbi tərəfindən toplanmış "ət-Təhzir min Fitnətut-Təkfir" adlı kitabda, onun müqəddiməsində alimlərin sözlərinə əlavə etdiklərində və onların şərhində növbəti nöqtələri aşkar etdi:
Müəllif səhifə 6, şərh 2-də və eləcədə səhifə 22-də küfrü küfr əl-cuhud (inkar küfrü), küfr ət-təkzib (yalanlama küfrü) və qəlbdə küfr əl-istihlal (bir şeyin halal olmasına inanmaq) olmaqla məhdudlaşdıraraq, fikirlərini batil bidətçi mürciə məzhəbi üzərində qurur. Və bu Əhli-Sünnətin etiqadına, yəni insanın etiqad, söz, əməl və şəkk ilə kafir ola biləcəyinə ziddir.
Müəllif İbn Kəsirin, rahiməhullah, "əl-Bidayə van-Nihayə" kitabından, 13/118, sitat gətirərkən təhrif edir və kitabında səhifə 15-də şərh edərək İbn Kəsirin belə dediyini söyləyir: "ki, bəs Çingiz Xan iddia edirdi ki, onun kitabı Yasiq Allahdandır və məhz buna görə o kafir oldu." Kitaba bunu yoxlamaq üçün baxdıqda İbn Kəsirə, rahiməhullah, aid edilən bu sözləri tapa bilmədik.
İbn Teymiyyənin, rahiməhullah, adından yalan danışır. Kitabının 17-18-ci səhifələrində müəllif İbn Teymiyyənin Mübəddil Hakimi (yəni Allahın qanunlarını başqa qanunlarla əvəz edən hakim) Allahın hökmlərini elm (marifət), etiqad və istihlal(halal sayma) olmadan dəyişərsə kafir saymadığını söyləyir. Bu İbn Teymiyyəyə, rahiməhullah, aid edilmiş saxta iddiadır. O, sələf məzhəbini, Əhli-Sünnət əqidəsini yaymışdır. Onların məzhəbi isə yuxarıda da söylədiyimiz kimi, mürciə məzhəbidir.
Alləmə Şeyx Muhamməd ibn İbrahimin, rahiməhullah, "Təhkim əl-Qavanin əl-Vazeiyyəh" risaləsindəki sözlərində nəzərdə tutduğu mənanın təhrif edilməsi. Orada, qeyd olunan kitabın müəllifi yalandan iddia edir ki, Şeyx (ibn İbrahim) qəlb ilə istihlalı küfr üçün şərt qoşur. Lakin Şeyxin sözləri yuxarıda qeyd etdiyimiz risaləsində günəs kimi aydındır və bu Əhli-Sünnət və Camaatın yoludur.
Elm əhlinin sözlərini şərh edərək onların sözlərinin ehtiva etmədiyi mənaları o sözlərə aid edir, s. 108, ab. 1, s.109, ab. 21, s. 110, ab. 2.
Kitab eləcə də Allahın hökmləri ilə idarə etmək məsələsini kiçildir, xüsusilə s. 5/1. O iddia edir ki, tövhidin bu hissəsini tətbiq etməyə və izah etməyə xüsusi diqqət yetirmək rafiziləri bənzəməkdir, bu isə böyük bir xətadır.
İkinci kitaba nəzər yetirdikdə, bunun da birinci kitabın tərkibi üçün dəstəkləyici alət olduğunu aşkar etdik.
Buna görə də əl-Ləcnə bu iki kitabı çap etməyin, nüsxələrini çixarmagin və yaymağın caiz olmadığını söyləyir, çünki bunların tərkibində batil və təhrif mövcuddur.
Və Biz kitabın müəllifinə özünə görə və müsəlmanlara görə, xüsusilə gənclərə görə Allahdan qorxmağı nəsihət edirik, ona elmi etibarlı və "elm və əqidələrinin" səhihliyi bilinən üləmadan İslam elmini öyrənmək üçün səy göstərməyini nəsihət edirik. Eləcədə ona nəsihət edib bildiririk ki, elm əmanətdir və bu elm yalnız Kitab və sünnətə uyğunluğu yoxlanıldıqdan sonra yayılmalıdır.
O bu xətalı fikirlərini və sözləri təhrif etməkdə, onlara başqa mənalar verməkdə isitfadə etdiyi çox utancverici üslubu tərk etməlidir və bilindiyi kimi, haqqa geri dönmək müsəlmanların şərəfi üçün mübarək əməl və səbəbdir.
Allahın salamı və salavatı peyğəmbərimizin, onun ailəsinin və səhabələrinin üzərinə olsun!
Əl-Ləcnə əd-Da'imə li'l-Buhus əl-'İlmiyyə val-'İftə imzaları:
Abdulaziz ibn Abdullah əl-Şeyx
Saleh ibn Fauzan əl-Fauzan
Abdullah ibn Abdurrahmən əl-Ğudeiyan
Bəkr Əbu Zeyd
-------------------------------------------
Cavab:
Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Buna artıq o cavab verib. Və iradlar da qəribədir. Onların gətirdiyi iddiaların hamısı görsənir ki, onlar dəqiq baxmayıblar məsələyə. Görsənir ki, ləcnənin çoxsu onun və qeyrisinin kitabını oxumayıb. çox təəssüf ki, ləcnə artıq Şeyx ibn Bazın vaxtındakı kimi deyil.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!
- Forum | Əbu Bəkr məscidi
- → Viewing Profile: Posts: sələfi
Community Stats
- Group Пользователи
- Active Posts 666
- Profile Views 18,446
- Member Title Пользователь
- Age Age Unknown
- Birthday Birthday Unknown
-
Gender
Not Telling
-
Location
Darul-küfr
0
Neutral
User Tools
Friends
sələfi hasn't added any friends yet.
Latest Visitors
No latest visitors to show
Posts I've Made
In Topic: 01 сентября 2006 года
31 August 2006 - 11:57 PM
In Topic: 01 сентября 2006 года
31 August 2006 - 11:56 PM
Цитата (sələfi @ Aug 10 2006, 02:33 AM) |
əs-Sələmu aleykum va rahmatullah. http://www.ahya.org/...abi/sh_fozan.rm Burda deyilənlərə münasibətiniz. Allah razı olsun! əs-Sələmu aleykum va rahmatullah. Cavab: Wa aleykumus salam va rahmatullahi va barakatuhu! Düzdür ləcnə onun kitabına rədd etmişdi. Mən eşitmişəm ki, ləcnə ona qarşı olan fikrindən qayıtmışdır. Hətta o və başqaları ləcnənin irəli sürdüyü etirazlara cavab da yazmışdılar amma o cavablara heç kəs rəddiyyə etməmişdi. Bir şeyi bilin ki, indiki ləcnə şeyx İbn Bəzin (Allah ona rəhmət etsin!) vaxtındakı ləcnə deyildir. Bəziləri hətta sururilərin fikirlərindən təsirlənənlərdir. Fəqət bir məsələni yaddan çıxarmayın ki, təkfirçilər baxmayaraq onları da kafir sayır lakin dəvətlərində camaatı çaşdırmaq üçün onlardan sitatlar gətirirlər. Həmçinin bir məsələni də yaddan çıxarmayın ki, sələf alimlər arasında belə rəddlər olub. Bəzi məsələlərin belə olması əhli sünnə və camaatı parçalamayıb. Hətta səhabələrin arasında da ixtilaflar olub. Məs, bənu qureyza söhbəti. Hətta bəziləri şeyx Fovzanı təkfirçi alimi və onların fikrini dəstəkləyən kimi də qələmə verirlər. Şeyx Fovzanın təkfirçilər haqda dediyi bir fikrini yazmaq kifayət edər. O buyurur: "Təkfirçilər Əlinin (Allah ondan razı olsun!) vaxtında olan xəvariclərdən də pisdirlər!". Həmçinin əgər Əli Həsənə qarşı hansısa etiraz varsa onu misal çəkə bilərsiniz. Allah daha yaxşı bilir! As salamu aleykum va rahmatullahi va barakatuhu! |
Əs-Sələmu aleykum va rahmatullah.
Siz qeyd etdiz ki, ləcnə onun haqda olan mövqeyini dəyişib. Ləcnənin ona rəddləri və ona murciyə deməyi barədə açıq-aşkar subutlar var. Bəs bunun əksini subut edən bir yazı və ya bir fətva gətirə bilərsinizmi?
Cavab:
Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Artıq bu şeyx və qeyriləri ləcnəyə rədd ediblər və ləcnə onlara heç bir cavab verməyib. Və inşallah əgər bir şey tapsam qeyd edərəm .
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!
- Forum | Əbu Bəkr məscidi
- → Viewing Profile: Posts: sələfi
- Privacy Policy