Jump to content


Photo

01 мая 2016 года


  • This topic is locked This topic is locked
26 replies to this topic

#1 admin

admin

    Administrator

  • Админ
  • Pip
  • 100,154 posts

Posted 03 April 2016 - 10:26 AM

Əs salamu aleykum və rahmətullahi va bərakatuh!
Əziz müsəlmanlar! inşəAllah, mayın 1-dək suallarınızı forumda verə bilərsiniz.
Suallarınız bir neçə gün ərzində məscidimizin imamı Qamət Suleymanov tərəfindən cavablandırılacaqdır.
Hamınızı maraqlı suallarla gözləyirik!
Salam aleykum!


Ас саламу алейкум, уважаемые мусульмане!
ИншаАллах, до 1-го мая можете задавать вопросы на форуме.
В течении нескольких дней на ваши вопросы ответит имам нашей мечети Гамет Сулейманов.
До встречи в онлайне! Готовьте вопросы.
Салам алейкум!!


DİQQƏT, DİQQƏT, DİQQƏT!!!
Yalnız söz yığımından ibarət olan,
əxlaqsız və ədəbdənkənar ibarələrlə dolu olan,
forum iştirakçılarının bir-birinə
elmsiz, dəlilsiz və əsassız cavabları
silinərək foruma buraxılmayacaq.
Yazıları bu şərtləri ödəməyən istifadəçilər
haqqı halal etməni tələb etməsələr də olar,
çünki forumun və onun sahibinin
haqqını ödəmək lazımdır.


#2 Guest

Guest
  • Guests

Posted 03 April 2016 - 06:57 PM

Salam aleykum. Men bir neferle kusuluyem. Artiq 1 ile yaxindi. O insan meni chox isteyir, yaxshi xasiyyetleri de choxdur, ancaq onunla munasibetde olmaq mumkun deyil. Her deyqe mubahise salir, uzun zaman el chekmir. Neche defelerle kusub barishmishiq. O menden kusulu qala da bilmir. Onunla ne munasibetde olanda dinc qala bilmirem ne de kusulu olanda dinc qala bilmirem. Uzun illerden sonra axiri eseblerime gore mualice aliram. Indi yene de her cehdle barishmaq isteyir. O da mene ele pislikler, ele eziyyetler verib ki men onunla barisha bilmirem. Biliremde ki, dinde kusulu qalmaq olmaz, hedisler var. Men ondan sadece kenar qalmaq isteyirem, istemirem danishmaq, uzaq olmaq isteyirem. Mene meslehet verin men ne edim chox chetin durumdayam. Onun mene etdikleri menim eseblerimi illerle damla damla korlayib hele de ozume gele bilmirem. Men ne edim?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Siz əgər evli olmusunuzsa, ər-arvadsınızsa, kəbin olubsa, halallıq olubsa, bu başqa məsələ.Arada soyuqluq varsa, ər talaq verməyibsə, bir-birinizə səbr edin.Əgər evlisinizsə, biryerdə yaşamaq alınmırsa, ər talaq versin, ayrılın. Əgər kəbin olmayıbsa, onda bu zinadır, uzaq dayanın. Bir müddət uzaq dayansanız, sonra öyrəşəcəksiniz.
Əgər siz rəfiqəsinizsə onda görüşəndə qısa müddətlik görüşün. Birbirivizi ya bağışlayın, ya da əlaqəni kəsin.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!

Salam aleykum. Beli biz refiqe olmushuq. Ancaq indi men onunla danishmaq istemirem. Defelerle barishmishiq ancaq her defe mubahiseler tekrarlanib, bele haldada gunahlar artir. Sadece men ondan kenarlasib elaqeni kesmek isteyirem nece ki, kesmishem. Sadece dinde muselman qardasindan kusulu olanin duasi qebul olunmur hedisi var, bu meni narahat edir. Beyem her bir hala aiddir bu hedis? Men ondan kusuluyemse duam qebul olunmur?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Siz ondan küsməyin, sadəcə onunla əlaqənizi kəsin. Əlaqəni kəsmək küsmək deyil. Birdən görüşsəniz, salam verin, salamını alın, bu küsmək deyil. Əgər görürsünüz ki, xüsusən də dini cəhətdən ziyan verir, elə adamdan uzaq durun. Bu küsmək deyil.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!



#3 Guest

Guest
  • Guests

Posted 03 April 2016 - 10:33 PM

Salam aleykum.

1 Suheymin haqqında mövqeyiniz?

2 Bu Misirdən gələn elxan adlı biri Suheymini də bidətçi çıxardı. Bu barədə nə deyə bilərsiniz?

3 Suheyminin bidəti nədədir?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Əlhəmdulilləh, Şeyx Süheymi bizim şeyximizdir. Onun haqqında ciddi bir şey (xəta) eşitməmişəm. Özü də Hələbini və onun kimiləri cərh edənlərdən biridir.
2) İnanmıram ki o açıq aydın bidətçi çıxardır, ola bilər o deyir ki, əgər şeyx belə belə fikirdə olsaydı, onda o elə olardı və s. Inanmıram açıq bidətçi çıxartsın. Ya da bəlkə əsəbiləşib deyib. Hərhalda özü ilə dəqiqləşdirin.
3) Ola bilər bəzi bidət əhlinə qarşı mövqeyinə görədir, Allah bilir. Amma Şeyx açıq-aydın Hələbiyə yalançı, bidətçi dedi. Hərhalda Şeyxin bidət əhlinə qarşı müəyyən qədər də olsa mövqeyi var.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu


#4 Guest

Guest
  • Guests

Posted 06 April 2016 - 08:16 PM

Salam aleykum. Men baciyam xestexanada yatiram. Namazlarimi ayaq uste qila bilerem ancaq sixiliram qapini achan olur, xadime, hekim ve s. chekinirem rahat qila bilmerem. Uzanan yerde qiliram ancaq uzum qibleye teref dushmur. Bele qilmaqda sehv var? Yoxsa davam edim? Chunki hech cur ayaq uste qila bilmirem kompleksliyem sixiliram.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Eyib etməz, necə bacarırsınızsa, elə də namazı qılın. Allah şəfa versin. Xüsusəndə xəstəxanadasınızsa, necə bacarırsınızsa elə də qılın.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#5 Guest

Guest
  • Guests

Posted 07 April 2016 - 10:51 AM

..link

Salam aleykum,

Buna münasibətinizi bilmək istərdim.

Nələr dəyişdi?

 

 

Cavab:

 



#6 Guest

Guest
  • Guests

Posted 07 April 2016 - 07:58 PM

Salam Aleykuma. Destemaz alanda uzumu yumaqi unutmusham, namazdan sonra yadima dushub. Namazlari tezeden qilim?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Bəli, təzədən qılmalısınız, çünki dəstəmazınız batildir. Dəstəmaz batildirsə, namaz da batildir. Gedin təzədən dəstəmaz alın və namazları birdə qılın.
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#7 Guest

Guest
  • Guests

Posted 08 April 2016 - 12:04 AM

as salamu aleykum

ya dal jene talak, jena ushla iz doma, potom mi vstretilis i pogovorili s ney, ona stala prosit vernut ee, ya skazal ey chto mi poprobuyem davay pojit opyat lish bi ona otstala ot menya, no potom ya peredumal i otkazal eyo vozvrashat. schitayutsa li moi pervie slova, to chto ya vernul ee? delo v tom chto ya ne znal chto vozvrashenie jeni bivayet slovesnoe, ya togda znal chto vozvrashenie bivayet tolko polovim aktom i ego ne proizoshlo mejdu nami. ya sprosil uznal u odnogo trebuyushego znaniya, on skazal chto eto ne schitayetsa chto ya ee vernul, no vse ravno somnevayus (

as salamu aleykum

Ответ:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Если вы сказали ей вернуться, будучи под принуждением или под давлением, то это не считается что вы ее вернули. Даже если под давлением жены муж даст ей развод, то такой развод не засчитывается. В описанном вами случае не считается что вы вернули жену, т.к. это было сделано под принуждением, как вы сказали «чтобы она отстала».
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#8 Guest

Guest
  • Guests

Posted 10 April 2016 - 12:03 AM

Salam Aleykuma. Martketde litoreya oynanilir. Yani alish verish edirsen, kupon verir, adivi yazib atirsan sandiqa. Yani pul vermirsen ki kupon alasan, sadece alish verish etdiyine gore verirler. Bubish haramdi? Ya udush olsa kuponlar oynanilanda haram olacaq?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Belə şeylərdən çəkinin.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#9 Sevda

Sevda
  • Guests

Posted 14 April 2016 - 12:25 PM

Salam aleykum Weyx.Bilmek isderdim islami temiz yawamaq ucun ve cennete umid etmek ucun bu heyatdan elimizi uzmeliyik?Yeni dunya heyatin bow onemsiz baxmagimiz vacibdirmi?Meselen ewwi tehsildide almasaqda olar esas Quran ve Sunneni bildik ozumuz ve yaxud ovladlarimiz bes eder.Seyahete cixmaqdi,tebiyet qoynunda olmaq yeni islam cercivesinde bu heyatida yawa bilerikmi?Ruzini cox qazanmaga cehd gosdermek.Yoxsa bir iwi elimize alanda duwunmeliyik bu heyat bowdu omur goz qirpiminda kecir ancaq ibadetimizi edib olmeyimizi gozlemeliyikmi?Bu deqiqe men eleyem.Hecneye hevesim yoxdu bu heyata duwunurem ki onsuzda bow menasiz bir weylerdi aliw veriw ,gozel yemekler biwirmek,heyat yoldawim ne qeder meni evden bayira cixarmaga caliwsada men onunla hecneyi paylawmiram,ve bu veziyyetin artiq onu bezdirdiyini hiss edirem.Ve bu aramizda problem yaradir.Meslehet verin xahiw edirem.Allah razi olsun.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Yox, bu səhv fikirdir. Cənnəti qazanmaq üçün demək deyil ki dünyanı tərk elə. Dünyanı Allah Təalə bizə verib, dünyadan istifadə edəcəyik. Sadəcə Allahın buyurduğu şəkildə düzgün istifadə edəcəyik, harama getməyəcəyik, israfa varmayacağıq, zülm etməyəcəyik. Əlbəttə, dünya da lazımdır. Lakin hər şeydə üstün axirətin olduğunu bilməliyik
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#10 Guest

Guest
  • Guests

Posted 15 April 2016 - 12:34 AM

assalamu aleykum sheyx ,bela bir sualim var1. korpa usagin{10 ayliq} qabrinin ziyaratina anasi geda bilar ?
2.paltarini basqasina geydirmak olar?
3.sheyx usaqin bu yasda dunyasini dayismasi ,bunu neca basa dusak valideyinlarinmi gunahidi ?va ya valideyinlara sinaqdi ?bu barada bir az genis danisardiniz sheyx xahish ediram?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1)Ümumiyyətlə, qadının qəbirstanlığa getməməyi daha yaxşıdır. Bu rəy daha güclüdür.
2) Olar, yəni şəri cəhətdən qadağan deyil.
3) Allah bilir, hər şey Allahın qəza və qədərindəndir. Hərhalda, onun üstündə çox dayanmayın, Allaha şükr edin. Qiyamət günü də inşə Allah onu görəcəksiniz, gələcək və əbədi həyatda inşə Allah sizinlə olacaq.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#11 Guest

Guest
  • Guests

Posted 16 April 2016 - 09:54 PM

Əs-Salamu aleykum.

1. Əgər insan quslü almır ona görə ki, insan soyuq havaya görə xəstələnməkdən qorxur (halbuki su çoxdur, ehtiyac yoxdur), insan təyəmmümdan sonra kiçik dəstəmaz almalıdır (yəni əl-vudu etsə qorxmur ki, xəstələnsin)?

2. Mən öyrəndim ki, fərd-namazlardan bu hallarda çıxmaq olar: qorxu (düşməndən vəya yırtıcıdan); mənim əşyalarımın oğurlanması; batan vəya yanğında olan insanı xilas etmək. Bu mənə təcüblü gəldi, çünki belı çıxır ki, düşməndən qaçan müsəlman namazı tərk etməlidir, sonra qılmalıdır (halbuki düşmən gəldi o vaxt ki, sən namaz edirdin). Halbuki İslam bizə öyrətdi qorxu halında qılınan namaza (başla işarələr etmək). Üstəlik Əbu Barza əl-Əsləmi (Allah ondan razı olsun) namaz qılarkan, öz yerindən tərpəndiyi atının dalınca getdi ki, at uzaqa getməsin. Və Əbu Barza gedə-gedə namaz edirdi. Sual: namaz vaxtı kimsə mənim əşyamı oğurlamaq istəsə, mən namazı dayandırım və sonra qılım, yoxsa oğrunun dalınca qaça-qaça namaz qılım?

3. Hovuzda qusl almaq olar?

Jəzək Allahu xayran

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Əgər hava soyuqdursa, xəstələnməkdən qorxursunuzsa, təyəmmüm edə bilərsiniz. Təyəmmümdən sonra dərhal dəstəmaz lazım deyil, lakin o biri namazlar üçün dəstəmaz ala bilərsiniz.
2) Əgər namaz qıldıqda bir təhlükə görsəniz, namazdan çıxın. Malınızı oğurlamaq istəsələr, namazdan çıxın və gedin dalınca düşün. Amma arxasınca qaça-qaça namaz qılmayın. Əgər dediyiniz hədis səhihdirsə, bu demək deyil ki, o atın dalınca qaça qaça namaz qılıb. Ola bilər at biraz tərpənib, o da onu saxlayıb. Amma hətta dediyiniz kimi arxasınca qaça-qaça namaz qılıbsa, bu bizə dəlil deyil.
3) Olar
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#12 Guest

Guest
  • Guests

Posted 17 April 2016 - 06:11 PM

Əs-Salamu aleykum.

And içməyimi pozdum. Kəffaraya görə 10 insanı yedidirməliyəm. Bir adama neçə kilo yemək düşür? 1 kilo 100 qramm?

Jəzək Allahu xayran

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Yedirmək kilo ilə də, pul ilə də dəqiq deyil. Orada məqsəd odur ki, bir dəfə yedirt doysun. Bu 5-6 manat da tuta bilər. Kilo ilə də dəqiq demək olmur.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#13 Guest

Guest
  • Guests

Posted 17 April 2016 - 07:04 PM

Salam aleykum sheyx.
Eger valideyin zinakar,icki icen,yalan danishan,muselmanlari tehqir edirse ona bedd dua etmek olarmi? Onnan bashqasina shikayet etmek olarmi? ALLAHA dua etmek olarmi o zerer ceksin?


Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Xeyr, onun üçün bəd dua yox, islah olmağını istəyin.
Hər halda, necə olursa olsun o sizin valideyninizdir. Onun üçün hidayət diləyin, islah olmağını istəyin, amma bəd dua etməyin.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#14 Guest

Guest
  • Guests

Posted 20 April 2016 - 11:18 AM

As salamu aleykum.

Xahiş edirem, bir sualı aydınlaşdırmağa kömek edesiniz.

Allahın Ərşdə "oturması" (Culus) , Hesab günü Allah Rəsulunu da Ərşdə otuzdurması və bəzilərindən bildirdiyi Allahın ağırlığı barədə rəvayətlər varmı? Varsa onlara münasibət necədir?

Çünki selef adı ile müxtelif rəylərə rast gəlirəm. Məsələn siz təhsil alanda bu barədə alimlər nə deyirdi?

As salamu aleykum!


Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Ümumiyyətlə, Allah Təalənin sifətləri barədə nə gəlibsə, onu demək lazımdır. Ondan o yana keçmək olmaz. Biz ancaq nə gəlibsə, onu 4 şərtlə təsdiqləyirik. Amma daha necəliyinə, nə cür, nə ağırlığındadır və s. varmırıq.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#15 Brat-Musulman

Brat-Musulman

    Пользователь

  • Пользователи
  • Pip
  • 13 posts
  • Location:Baki

Posted 20 April 2016 - 04:23 PM

Salam aleykum
1. Namazdan sonra edilen zikri durub ayaga va gederek ve ya is gorerek etmek olar, yoxsa oturub zikr etmek yaxsidi?
2. Zikr ferz namazindan sonra olmalidi, yoxsa ferzden sonra sunneti qilib sonra da etmek olar?
3. 33 defe edilen zikrleri her defe bu ardiciliqla etmek olar - Subhan Allah, Elhemdulillah, Allahu Akber?
4. Subh namazindan sonra zikr etdikde, subhun vaxti bitse ve gunes cixmaga basladigda, zikri davam etmek olar?
Salam aleykum.


Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Tələsik olsa hə, olar.
2.Sünnəyə uyğun belədir ki, zikr fərz namazından sonra edilir.
3. Olar
4. Eyb etməz, olar.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#16 tovbeka_R

tovbeka_R

    Пользователь

  • Пользователи
  • Pip
  • 8 posts

Posted 21 April 2016 - 04:21 AM

Əs-Sələmun Aleykum şeyx. heyzli qadinla 10 günlüyün ilk 3 gününde cinsi elaqede olmagin keffaresi bizim manatla ne qederdir, Allah rizasi uchun hesablayib yazmaginizi rica edirem.



Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Heyzli qadınla əlaqədə olmaq olmaz. Əqər əlaqə olubsa, onda 1 dinar (4,25 gram qızıl) miqdarında kəffarə verilməlidir. Bizim pulla bu təxminən 260 manat edir. Bu məbləğ hər əlaqədə olmuş gününə görə ödənilməlidir. (3 x 260 = 780 azn).
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#17 Guest

Guest
  • Guests

Posted 21 April 2016 - 07:03 PM

salam aleykum və rahmətullah. Şeyx, atam düz evlənəndən 20 ilə yaxındır ki anama nələr çəkdirib qardaş. NƏLƏR edib Allahu əkər. Yazıq qadın mənə və bacıma görə dözür. Anama deyiblər ki boşan. Anam boşanmayıb, boşansa da kim baxacaqdı ona. Canım anam həmişə atam nə deyibsə onu edib. Atam isə ona tez tez əziyyət edib. Artıq atamı görməyə gözüm yoxdu. İnanın ki, üstünə çığırıb bağırmaq isdiyirəm ki a kişi bəsdi də. Atam başqalarına qarşı yumşaq olub, bizə qarşı sərt. Anamın dişi çürüyəndə onu öz atasının pulu ilə düzəltdirən də belə 2 aya yaxın anamı danışdırmayıb. özünü təvazökar kimi göstərib ancaq İslami hökmə qarşı bir görəsiniz necə təkəbbürlüdü. Qohum əqraba yanında rüsvay edib. Mənə bir nəsihət edin. Atamın özü namaz qılandı. Özü də nəsihət götürmür. Söz deməyimə peşmanam. nə edim? boşanmağa təşviq edim?


Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Yox, artıq keçibdir, əgər dözə bilirsə, boşanmaq lazım deyil. Ailəni qorumaq lazımdır. Çalışın normal, sakit vaxtlarında atanıza nəsihət edin. Çətin olsa da, yola verin. Allahdan onun üçün islah olmağını, hidayət olmağını diləyin.
Allah kömək olsun!
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#18 Guest

Guest
  • Guests

Posted 24 April 2016 - 09:50 AM

Assalamu aleykum.
Şeyx xristianlar bizlə eyni Allaha inanır?Bildiyimə görə onların inandıqlarının sifətləri fərqlidir.Mən xristianların rəbni ilə bağlı edilən bir zarafata güldüm.Pis ifadələrin işləndiyi zarafat deyildi.İstəmədən birdən güldüm.Bu məni küfrə salmaz ki?


Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Düzdür, xristianlar iddia edirlər ki, bizim inandığımız Allaha inanırlar, lakin onlar Onu düzgün tanımırlar, deyirlər oğlu var, 3-dür və s.. Onların Quran və Sünnəyə görə inancı sayılmır. Amma hər halda ələ salmayın.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#19 Tövbəkar qul

Tövbəkar qul
  • Guests

Posted 24 April 2016 - 09:49 PM

Əs sələmu aleykum və rahmətullah.

1) Peyğəmbər (s.a.s.), demişdir: “Atasından başqasına mənsub olduğunu iddia edənə Allah lənət etsin”

Bu hədis ancaq ataya şamildir yoxsa digər öz nəslinə aid olmayan kimsələrədə? (dayı, nənə, xala, bibi və s)

Hörmət olaraq özümdən böyük olan zövcənin dayısına mən də dayı deyə bilərəm?

2) İbn Ömər (r.a.) deyir: "Peyğəmbər (s.a.v.) ənsardan olan kişi və qadından lənət etmələrini tələb etdi və sonra onları ayırdı"

Şeyx bir gün zövcə məni bərk qəzəbləndirdi. Hirsimdən Allah sənə lənət etsin dedim. Zövcə isə eynilə mənə lənət etmədi. Çox peşmanam. Tövbə etmişəm. Zövcədən halallıq almışam. Tövbəm keçərlidir yoxsa lənətləşən kişi və qadın boşanmalıdır hədisinə əsasən boşanmalıyıq?


Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Bu hədisdə ata deyilərkən, özünü başqa nəsilə nisbət etmək nəzərdə tutulur. Ona görə qadın ərə gedəndə soyadını dəyişməməlidir, çünki Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) özünü başqa nəslə nisbət edəni lənətləyib. Ona görə qadın ərə gedəndə öz soyadında qalmalıdır.
Hörmət mənasında dayı demək olar. Nəinki özünüzdən böyük zövcənin dayısına, hətta yoldan keçənə də demək olar (hörmət mənasında).
2) Əsas tövbədə sadiq olmağınızdır. Əgər tövbədə sadiqsinizsə - keçərlidir.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!



#20 Guest

Guest
  • Guests

Posted 26 April 2016 - 09:26 PM

Assalamu aleykum.
Şeyx dinsiz (ateist,deist , və s.) insanlarla rəftar necə olmalıdır?Məsələn eləsi var yaxşı insandır.Onlarla əllə görüşmək olar?Bu zaman salam demək olar?
2)Kafirin ən pisi kimdir?Və onunla necə rəftar edilir?


Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Ateistlər kafirdir.Onlara salam verməyin. Gəlib görüşsə əlnən görüşün, amma belə salam verməyin, onlar kafirdir.
Kafirlərin ən pisi mürtəd, münafiqlərdir. Rəftar kafirlərlə olan kimi: salam vermirsən və s. digər kafirlərə münasibət kimi. Amma mürtədi öldürmək, münafiqi cəzalandırmaq və bu cür hökmləri ancaq hökümət verə bilər.
Allah daha yaxşı bilir!


#21 Abdurrahman

Abdurrahman
  • Guests

Posted 27 April 2016 - 01:56 PM

Əssələmu aleykum, qardaş.
Sizə ptən sualların birində yazmışdım ki, demisiz ki, "xristianlar artıq əhli-kitab" sayılmırlar. Dediniz ki, mən düz başa düşməmişəm. Mən bilirəm ki, sizin mövqeyiniz alimlərin mövqeyidir və bu mövqeyə görə indiki xristianlar da əhli-kitabdır, çünki bunun əksini isbat edən dəlil yoxdur.
Amma məsələ belədir ki, sizin bu forumda yazdığınız cavabın mətninə bir də baxdım, oradan belə başa düşülmür. Bəlkə siz yazarkən səhf etmisiniz. Xahiş edirəm, o cümləyə baxın: Elnur690 adlı istifadəçinin 29 dekabr 2015-ci il 01:23-də yazdığı suala cavabdadır bu fikir.


Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
O cavabda qarışıqlıq olub, mən onun yoldaşını qəsd edirəm ki, bütpərəstdir və kitab əhlindən sayılmır. Sadəcə demək istəyirdim ki, dəvət elə onun ərini, o da yoldaşını dəvət etsin və Allahdan hidayət istə.
Allah daha yaxşı bilir!


#22 Abdurrahman

Abdurrahman
  • Guests

Posted 27 April 2016 - 01:58 PM

Əssələmu aleykum, qardaş.
Mən zəkatı doğma qardaşıma verə bilərəm? Anam da qardaşımla yaşayır. Ancaq anam özü pensiya alır və mən ona ehtiyacı olan bütün hallarda ayrıca maddi dəstək oluram.


Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Zəkatı anaya verməyin, amma əgər qardaşınız ailəlidirsə, ailə ehtiyaclıdırsa və onlar ana ilə bir yerdə qalırlarsa onda verə bilərsiniz. Amma ailəli deyilsə və ana ilə qalırlarsa, onda onlara kömək edin, lakin zəkatı başqalarına verin.
Allah daha yaxşı bilir!


#23 Abdurrahman

Abdurrahman
  • Guests

Posted 27 April 2016 - 02:03 PM

Əssələmu aleykum,
Mən bir qardaşa 3 il bundan əvvəl borc vermişəm. Borcu qaytarma vaxtından 2 il 4 ay keçib. Bir-iki dəfə demişəm, deyib yaxınlarda qaytaracam, yenə qaytarmayıb. Bir-iki dəfə SMS yazmışam. Cəmi bir dəfə cavab verib, sonra cavab da vermir. Özü də bilirəm ki, evi, maşını var, ancaq ola bilər işləri qaydasında deyil. Özü də borcu məndən ciddi ehtiyacı üçün deyil, ticarət məqsədilə mal almaq üçün almışdı. Mən haqqımı ona halal etməlyəmmi? Qayutara bilməsə, halal etsəm halım yaxşı olacaq, qiyamətdə, yoxsa etməsəm.


Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Bu məsələ sizin özünüzə qayıdır, istəsəniz halallıq verin, istəsəniz verməyin. Hər iki qərarı verməyə haqqınız var.
Allah daha yaxşı bilir!


#24 Guest

Guest
  • Guests

Posted 28 April 2016 - 12:04 PM

Əs-Sələmu aleykum.

Dayım dəmir işləri görür (evlər üçün, mağazalar üçün və s.). Yəni reşotkalar, qapilar və s. Onu maraqlandırmır, kimə iş görür. Bəlkə mağaza spirtli içki satır, onsuzda sifarişi yerinə yetirəcək. Mən isə onun işini Facebook-da reklam edə bilərəm?


Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Əgər dəqiq bilsəniz ki, haramda istifadə ediləcək - çəkinin, amma bilmirsinizsə düzəldin və ümumi reklam edin. Məsələn, ümumən stol düzəltmək olar, lakin sonradan həmin stolda haram içkilər içəcəklərsə, bu artıq onların boynuna düşür.
Allah daha yaxşı bilir!


#25 Guest

Guest
  • Guests

Posted 28 April 2016 - 11:22 PM

As salamu aleykum .Şeyx Adil hizbici idisə niyə Abu bakr məscidində ona icazə vermişdiz hər gün dərs kecirdi .hətta dəfələrlə siz onun dərsinə buxur yandırıb gətirirdiz.Dərsin bərəkətli olmasın dua edirdiz .xaiş edirəm düzgün başa düşün bu məndə olan şübhələrdi bir elm əhli kimi şüphənin aradan qalxması ücün aydınlaşdırın.
Salam aleykum


Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Əlhəmdulilləh, düz edirsiniz ki, soruşursunuz. Şübhə olanda həmişə soruşun. Mənim onun dərsində xüsusilə buxur yandırmağım yadıma gəlmir, buxuru həmişə məsciddə yandırmışıq: onun və başqalarının dərsləri olanda, ümumən namaz qılanda və s, yəni buxur ona görə olmayıb. Amma bərəkətli olması üçün duaya gəldikdə isə, biz onun belə olduğunu bilmirdik. Sonradan bu məsələlər ortaya çıxdı onda bildik, sonra araşdırmağa başladıq və məlum oldu ki, o Mədinədə artıq belə idi. Ümumiyyətlə həmişə şübhə olanda soruşun ki, şübhə qalmasın.
Allah daha yaxşı bilir!


#26 Guest

Guest
  • Guests

Posted 29 April 2016 - 12:13 PM

ас саламу алейкум уа рахматуЛлахи уа баракатух

У меня такая проблема. Меня постоянно мучают уас-уасы чтобы я развелся со своей женой. У меня с женой уже есть два талака. И из-за того что остался один шанс что-то как-будто давит на меня чтобы я дал развод. Например иногда я могу жене сказать "иди отсюда", потом мне резко в голову ударяет слово развод, будто я развелся и у меня начинаются сомнения, хотя я даже нормально подумать не успеваю какое у меня было намерение. В последний раз жена меня сильно разозлила и при споре с ней я сказал "Или ты меня слушаешься и делаешь так как я говорю или" и потом мне в голову резко ударили мысли о разводе, я испугался и сказал жене такое слово, чтобы оно не было как развод, я сказал "Или ты делаешь так как я скажу или у тебя есть выбор, пойти пожить к своим родителям". Я сказал идти к родителям без намерения развода, так специально настроил себя, я просто был в состоянии гнева и мне было трудно говорить и соображать, хотя я даже точно не могу вспомнить что сказал, только приблизительно. Такое ощущение как-будто на меня все время давит что-то и заставляет дать развод. Я нахожусь в постоянном страхе развестись со своей женой. У меня постоянные сомнения о том что моя жена уже мне не жена и все время я хожу думаю об этом, меня постоянно мучают сильные сомнения. Стараюсь не обращать на это внимание, но не получается. Как происходит какая-то близость с женой у меня бывает уас-уас что это тебе не жена и ты совершаешь грех. Из-за этих сомнений я охладел к своей жене.
Пожалуйста дайте мне совет что делать.

ас саламу алейкум уа рахматуЛлахи уа баракатух

 

 

Ва алейкум ас-салам ва рахматуллахи ва баракатуху.

 

При наущениях (вас-васах) главное не обращать на них внимания. Чем больше вы будете обращать на них внимание тем больше будет этих наущений и тем больше они будут причинять вам беспокойства, как это происходит сейчас.

 

Вам следует знать, что у вас остался один шанс для развода и что талак (слово развода) засчитывается в том случае когда вы говорите эти слова (слова развода) будучи в здравом уме, осознавая какие последствия несут за собой эти слова, будучи в непринужденной, нормальной обстановке. То есть если вы разгневались и дали развод, то этот развод не засчитывается как талак. Также если вы скажете своей жене уйди отсюда и так далее, то эти слова не означают талак и вам не следует обращать внимания на наущения и занимать себя подобными мыслями.

 

Если у вас, например, в семье холодные отношения, то постарайтесь их исправить. Поговорите и обсудите со своей женой, быть может есть какая то причина таких отношений, в вас или в ней. Постарайтесь разобраться и устранить причину, чтобы исправить отношения.

 

Также вам следует быть осторожным с разводом, т.к. у вас остался последний шанс, после чего вы уже не сможете вернуть жену, а должны будете развестись с нею и сможете вернуть ее лишь после того как она выйдет замуж за другого и между ними будет связь. Подумайте об этом, быть может ревность также будет одной из причин, чтобы избавиться от этих наущений.

Однако главное, чтобы избавиться от наущений, вам следует просто не обращать на них никакого внимания.



#27 Guest

Guest
  • Guests

Posted 30 April 2016 - 08:03 PM

Əs-Sələmu aleykum.

1) Üzr istəyirəm, dünən şəkil haqqında sual verdim. Səhf etdim. Şəkildə ikibuynuzlu quş yoxdur, sadəcə uzaqdan (bir necə kilometr aralı) nəsə düşüb, şəkildə nöqtə kimidir (heç 1 millimetr zunluqu yoxdur). Qorxuram ki, printerdən çıxartdıqım şəkildə o nöqtə quş olar. Problem var?

2) Ümumiyyətlə, əgər sən printerdən şəkil çıxardırsan və onda, sən bilmədən, canlı bir şey düşüb və bu şey sən şəkili çəkəndə çox uzaqlarda idi və şəkildə heç bilinmir ki, bu canlı bir şeydir. Belə halda günah var?


Və aləykum əs-sələmu və rahmətullahi və bərəkətuhu.
Şəkildə nöqtə kimi görünənin nə isə olmağı problem deyil.
Ən doğrusunu Allah bilir!





0 user(s) are reading this topic

0 members, 0 guests, 0 anonymous users