as salam aleykum,
kechen ay size bu suallari verdim, lakin tam qurannan ve sunnuyenen
cavab vermediz ! mene deyirsizki, alimler bele deyib,
1. alimler ictihad eleyib deyib, yoxsaki, quran ve sunnede bu haqqda xeber var?
2.siz deyirsiz ki, hudeybiye doyushu vaxti subh namazinda olanlar hamisi
muselmanlar idi ,yani bu hadisede ---------
allahin resullu subh namazindan sonra uzunnu bize chevirib dedi
---allah bu sehar mene bildirdi ki, menim qullarimdan mene imaninda qalan ve mene kufur edenler oldu(yaqishdan sonra)
o kesler ki, dedi ki, yaqish ulduzlarin duzulushunne gore yaqib, hemin
onlar mene yox ulduzlara inanirlar ,.........................
3. yani kim deyib ki, burda sehabelerden sohbet gede bilmez, chunki o vaxti
muselmanlar tekce resul s.a.w gorub onna iman getirenler sayilirdi,
yani tekce muselman onlar idi zahiren !!!
qalanlari yani elcazirede hamisi mushruk, ya da ki, munafiq hokmundeydi,
munafiqin yaqishin ulduzun yaqdirmasinamasinna inanmaqi, onnu kafir etmir, yadaki, mushruku,onsuzda kafirdi onlar,
bu cur kufurler haqqda allah quranda deyir << onlar (yani mushrukler) bunuynan
dahada kufurlerinni artirdilar>>
+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
4.yadaki, ehzeb suresi 10 ayede
XENDEK doyushunden sonra ayeler nazil olur sehabler haqqinda, hansiki munafiqlerin fitnesinne dushub muselmanlari terk eleyireler,
allah deyir
ehzeb 10
< allah haqqinda neler fikirleshmirdiniz >
indi bu aye yaxsa yende munafiqler uchun gelib, yox, o sehabler ki, tam iman getirmemishdi alllah ve resulluna,
5. allah haqqinda pis fikirleshen yeqinliknen, kafir olur yoxsaki, yox ?
eger olursa onda, niye allahin resullu demedi ki, gedin shehadeti tezedennen
getirin ?
ya burda tekce tovbe kifayet edir, ya daki, siz yenilik atmusuz dinne ?
6.bes bu hardan gelib ki, shehadeti getirmek uchun bir nefer muselman kafirin
shehadetinni qebul elemelidir ? delillernen yazun bilek,
EGER VAXTUVUZ YOXDURSA SUALLI RAMAZANDAN SONRADA TEZeDENnen vere BILEREM !
Cavab:
Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Biz deyəndə ki, alimlər belə deyiblər bu o deməkdir ki, Quran və sünnə dəlillərinə əsasən fətva belədir.
2. Bunda nə problem var ki?! Peyğəmbər -ona və ailəsinə Allahın salavatı və salamı olsun!- müəllim idi və bəzi səhabələr Islama təzə gəlirdilər və onun ətrafı bir məktəb idi. Qalxıb tez-tez əqidə və ya digər məsələlərdə fayda verərdi. Peyğəmbərin -ona və ailəsinə Allahın salavatı və salamı olsun!- həyatında belə hallar çoxdur və burada nə problem var ki?!
3. Əgər bu baxımdan yanaşsaq ki, bu bəzi səhabələrin fikirləşdiklərinə görə idi burada yenə də heç problem deyil. Çünki bu və ya oxşar hallar İslamı yeni qəbul etmiş səhabələrdə olardı və lakin sonradan onlar öz fikirlərini dəyişərdilər, tövbə edərdilər. Burada nə var ki, elə hər insan öz nəfsinə baxsa bundan dəhşətlisin görər. Belə misallar hətta quranda da var. Yəni səhabələr xəta ediblər və sonra Allah təalə onları bağışlayıb. Burada nə təəcüblü bir şey vardır?!
4. Bu ayədə Allah təalə səhabələrlə münafiqləri ayırır və səhabələri möminlər adlandırır və bu hadisə də hamıya məlumdur ki, münafiqlər və mədinə yahudiləri müşriklərlə gizli danışıqlara girmişdilər. Sadəcə bu ayədə Öz nemətini möminlərə xatırlatmaqla onları daha da şükrlü olmağa çağırır və onlar da elə o döyüşdə şükürlü və sadiq olurlar ki, Allah da onlara kömək edir. Siz əgər 10-cua ayədən sonrakı ayələri oxusaydınız onda belə deməzdiniz. Və görərdiniz ki, səhabələr bu döyüşdə möhkəm dayandılar və Allah da onlara kömək etdi. Həmçinin ola bilərdi ki, bəzi səhabələrdən kimsə fitnəyə düşərdi çünki vəziyyət çox ağır idi hər tərəfdən mühasirədə idilər. Amma bu onları yenə də zəiflətmədi və onları Allah təalə mömin və kişi adlandırır. Birdə siz deyəndə bütün səhabələri deməyin çünki orada Əli və onun kürəkəni Ömər və digər səhabələr -Allah onlardan razı olsun!- də var idi.
5. Əgər burada küfr olsaydı bu barədə qeyd olunardı ola bilər mömin şəriətə zidd olan zənn etsin lakin onun belə davamlı olması düzgün deyil ona görə də elə həmin ayədə bəzi elə fikirləşən möminlər öz zənnlərini dəyişirlər. Ona görə də Allah onları mömin adlandırır.
6. Bu vacib deyildir. Şahidlik əsasən bəzi hallarda məs, məhkəmə və s. yerlərdə tələb olunsa onda şahidlik edir. Amma insan adi halda yalnız şəhadət kəlməsi və digər islam əməlləri ilə özünün müsəlmanlığını bildirir. Səhabələr və onlardan sonra gələnlər ta bu günə qədər olanlardan heç kəs kiminsə şəhadətini araşdırıb soruşmamışdır və bunu kim belə deyib ki?!
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!