Posted 14 March 2006 - 02:13 PM
Cavab:
Цитата |
Siza soz verdiyim kimi, maktubumun ardini yaziram, avvala cavablarinizdan bir necasina man da cavab verim 1. Xristian tariqatina galinca, man katolik kilsasindanam. |
1.Əgər katolik kilsəsindənsənsə sizin özünüzdə aydın olmayan məsələlər çoxdur. Ola bilsin sən bunu yazılarda görəcəksən.
Цитата |
2. Buna baxmayaraq ikona va butlarla dua etmiram 3. Buna baxmayaraq taslisi qabul etdiyimi demamisam, sadaca dedim ki Quranda Taslis duzgun anladilmayib. |
3.Sən bizə Quranda təslisi öyrədirsən. Təslisi heç siz özünüz başa düşməmisiniz. Gah deyirsiniz O təkdir, sonra deyirsiniz ki, üçdür.Sual çıxır Allah təalə təkdir yoxsa yox?.
Цитата |
4. Va hamin kilsaya aid olmagima baxmayaraq, bu aidiyyat yalniz formal xarakter dasiyir, cunki man Xilaskarimi Allahin yerdaki avatarasi kimi qabul etmamisam. Sababi qadim incil yazilarinda Taslisin olmamasidir. |
4. Bu nə sözdür qədim İncil yeni incil. Məyər sən özün demirsən ki, incillər arasında ixtilaf yoxdur. ixtilaf sadəcə cüzi ixtilafdır. Axı bu sözün əvvəldə dediklərini təkzib edir. Birdə o İncil haradadır. O İncilin nə adı Matta, nə Yuhanna nə də digərləridir. O incildən əsər əlamət yoxdur. sən buna haran inanırsan?!.
Цитата |
5. Hamin qadinin hansi nasildan olmasi biza maraqli deyil, cunki kitabi yazan adam onu bir cur basqasi basqa cur taniya bilardi. Biza Allahin oglunun mujdasi maraqlidir. |
5. Söhbət həmin qadının hansı nəsildən olmasından getmirdi. Söhbət İncillərdə belə böyük fərqin olmasıdır. Çünki sən deyirdin ki, orada cüzi fərqlər var və bununla da demək istəyirsən ki, dörd incil də birdir. Amma nəsə yazdıqların buna ziddir.
Bir dənə də misal çəkim, bəs bu ziddiyata nə deyirsən. Məs, Mattada (17, 13)-də Məsihdən soruşurlar və Məsih deyir ki, Yəhya İlyadır. Amma yuhanna incilində (1, 19)-da Yəhya özü inkar edir ki, o İlya deyil. Belə misallar çoxdur. Yəni, sənin yerində mən olsaydım susar və mübahisə etməzdim. Sadəcə İslamı qəbul edərdim. Birdə bilin ki, Allah təalənin kəlamı ən birinci məsdərdir. Əgər sən onun ləfzinə belə laqeyd yanaşırsansa onda sən haradan qaranti verə bilərsən ki, belə problemlər başqa ayələrdə yoxdur. mən sənə belə yüzlərlə problem yaza bilərəm. Bu səbəblərdən biridir ki, hal-hazırda olan İncilləri oxumaq düzgün deyil.
Цитата |
6. Barnaba incili haqqinda yazdiqlariniz yalnisdir. |
6. Nə üçün Barnaba haqda yazılanlar yalnışdır? Axı mən tarixi İsbatlarla bunu qeyd etdim. Deyəsən sən heç tarixi də bilmirsən.
Цитата |
7. Incillarda deyilan hamin o saxs ki, Isadan sonra galacak, artiq canab Muhammaddan onca galmisdi, o- Isanin yuksalmasindan sonra 50-ci gunda apostollarin va sagirdlarin uzarina enan Muqaddas Ruh idi. Isa Masih soz verdiyi kimi apostollarin uzarina onu gondardi va onlar Mujdani tablig etmaya basladilar. |
7. Sən çox qəribədir ki, Ruhu şəxs adlandırırsan. Ruh görsənmir və ola bilməz ki, ruh Mattaya bir cür, lukaya başqa cür, yuhannaya bir cür və marka da bir cür desin. Əgər bu bir ruhdursa necə ola bilər ki, bir incildə deyir ki, məs, hansısa hadisədə bir qadın idi. Digərində isə deyir ki, iki kişi idilər. Yaxud bir incildə bir şeyi halal digərində isə haram edir. Bu necə ola bilər?!!!. Bu ruh onda hərəyə bir cür danışırdı? Birdə mən qeyd etdim axı bu dörd Incil haqda xaçpərəstlərin xəbəri yox idi. Bu incillər dördüncü əsrdə kilsələrdə tanınmağa başlayıb. Ən güclü dəlillərdən biri odur ki, ilk vaxtlarda kilsələr Polisin məktublarını istifadə edirdilər. Və polisin məktublarında bu dörd İncildə heç bir məlumat yoxdur. Birdə əgər müjdə gətirmək İsaya (Aleyhis Salam) həvalə edilmişdirsə nə üçün bunu ruha həvalə etdi? Hətta özü gedəndən sonra? Əgər İsada (Aleyhis Salam) sizin dediyiniz kimi ilahlıq vardısa bunu etmək ona daha rahat olardı? Birdə İlahla və ya sizin dediyiniz kimi "Allahın oğlu" ilə belə edərlərmi?!!!. O özü Allah təaləyə ibadət edirdi və camaatı da Allah təaləyə ibadətə çağırırdı.
Цитата |
8. Incil Tovratdan sonra olan vahy kitabi oldugundan, sozsuz ki, Incil daha dogrudur. Tovrat yahudilara, Incil butun basariyyata, elaca da yahudilara gondarilib. |
8. Lakin gördüyümüzlə sənin sözün düz gəlmir. Çünki Tövrat birdir İncil isə dörd. Sən haradan deyirsən ki, Tövrat xas İncil isə ümumidir? Çünki incildə cümlələr var ki, Isa (Aleyhis Salam) deyir ki, mən yalnız İsrail oğullarına gəlmişəm. Bu da onu göstərir ki, İsa (Aleyhis Salam) da müəyyən camaat üçün gəlmişdi.
Цитата |
9. Qaribadir, naya gorasa Maryam mahz Harunun bacisi adlandirilib, basqa mominin bacisi ola bilmaz idi? Na isa daha cox sahv salinmaya banzayir. |
9. BU heçdə səhv deyil. MƏhz Haruna bənzətməkdə səbəb sadəcə insanlara tanınan bir adamla onlara məsəl çəkmək idi. Quranda belə misallar çoxdur. Sənin baxışın çox qəribədir. Sən açıq-aşkar ziddiyatlar olan İncillərdəki ixtilaflara deyirsən ki, bu problem deyil amma özün gəlib Quranda şam işığı ilə xəta axtarırsan. Bu bizdə məşhur misala bənzəyir: "Öz gözündə tiri görmür, amma başqasının gözündə çöp axtarır!" Bu baxışla biz baxsaq onda bu İncilləri heç ələ götürmək düzgün deyil. Birdə çox qəribə söz işlədirsən deyirsən ki,
Цитата |
"Daha çox ehtimal olunur ki, bu səhvdir" |
Allahın kəlamından danışanda yəqinlə danışmaq lazımdır zənn ilə yox. Fikrin İncillərə olan münasibətinə getməsin. Bizdə Quran birdir və Allah təalə onu qoruyur, nazil olan gündən bu günə qədər əzbərlənir və heç kəs orada ziddiyat tapa bilməyib və tapa da bilməyəcək. Əksinə möcüzələrinə görə xaçpərəstlər qərbdə islamı daha çox qəbul edirlər.
Цитата |
10. Burada qoyuna va quzuya banzatma, 1. Mandan deyil, Allahin kitabinda yazilib,2. Kutbeyinliyi deyil, sakitliyi va fagirligi bildirir. Bizda da buna banzar "quzu kimi usaqdir" ifadasi var. |
10. El arasında olan misalla Allah təalənin kəlamını bir tutma. Bu bizim aramızda olan müəyyən misallar ola bilər. Lakin mən bunu sizə sizin prizma ilə yaxınlaşaraq yazmışdım. Çünki siz başqalarına buna görə irad tutursunuz.
Цитата |
11. Siz musalmanlarin va misal ucun turkiyadaki musalmanlarin tarixi faktlari bir-birina uygun deyil, demak kim isa saxtalasdirmaya yol verib. Man sizin versiyani bilirdim, lakin bilarakdan siza turklarin (Professor doktor Suleyman Ates) Quranin neca yarandigi faktini yazdim. |
11. Bəli, tarixi hadislərin rəvayətləri müxtəlif ola bilər. Lakin bu cür ixtilafla Qurana təsir etmir. Quran nazil olan gündən əzbərlənir. Hətta o yazılmasayıdı da bu günə qədər olduğu kimi qalacaqdı. Elə indi də olduğu kimi qalıb. Yenə deyirəm sizin dediyiniz baxışla yanaşsaq onda İncilləri ələ götürmək düzgün deyildir. Fəqət bir məsələni bil ki, mən sizinlə burada çox qısa danışıram. Mən yazmağa başlasam onda siz özünüz də məətəl qalacaqsınız.
Цитата |
12. Na taslisci xristianlar, na da tovhidci xristianlar Allahin dogdugunu demayiblar, siz Taslisi anlamirsiniz. Taslisda deyilir ki, Allah dogmayib, dogurub, yani Ozu Ozundan ayrilib. Taslisa gora bu hamisa bela olub, yani bunun baslangici olmayib, yani Allah hamisa bela olub. Duzdur, bu talim Roma-Ellin madaniyyati dovrunda bas qaldirib 325-ci ilda nazariyya kimi irali surulub va 381-ci ilda rasmi olaraq qabul olunub, amma yena da onu bilmak lazimdir ki, polemikada lazim olsun. |
12. Çox maraqlıdır onda İsa (Aleyhis Salam) nə üçün bu təlimi (təslisi) öyrətməmişdir. Sən özün öz dilinlə deyirsən ki, bu sonradan kimlərsə tərəfindən dinə idxal edilib. Amma əslində sən düz deyirsən nəinki bu hətta digər çox məsələlər var ki, kilsələr onu özlərinin və rəhbərlərinin istəklərinə uyğun yönəldirdilər. Istəsən bu barədə də yazaram.
Цитата |
13. Hec bir muqaddas kitab goydan enmayib, insan ali ila Muqaddas Ruhun tasiri altinda yazilib. Sizin dediyinizin tarixi subutu yoxdur. Canab Muhammadin dediklarini deyirsiniz. |
13. Sən göydən enməyən hansı müqəddəs kitabdan danışırsan. Çünki sən indiki incilləri heç sübut edə bilmirsən ki, bu dörd incili həmin müəlliflər yazıb. Qaldı ki, Isanın (Aleyhis Salam) incilindən danışaq. Hələm daha da şişirdib digər səmavi kitablara da hökm verirsən ki, onlar da Peyğəmbərlərə nazil olmayıb. Mənə elə gəlir ki, sən heç bu məsələyə girişmə.
Цитата |
Indi isa novbati yazim. Uzun maktuba gora uzr istayiram, amma mandan basqa burada uzun maktub yazanlar coxdurlar, movzu boyuk hacmlidir, yazini parcalasam butun mana tamam olmur. Tövratda yəhudilərin üstün tutulmasına gəlincə, Quranda da müsəlmanlar, İncildə İsa Məsihin ardıcılları üstün tutulurlar. Heç bir xalq Allahı qəbul etmək istəməyəndə, məhz yəhudilər Allahın hakimiyyətinə tabe oldular. “Xaçpərəst” sözünə gəlincə, bu çox savadsız sözdür. Xristianlar (məsihilər) xaçın deyil, Xristosun (Məsihin) ardıcıllarıdırlar. Xristianlar xaça deyil, Allaha pərəstiş edirlər. Eyni ilə müsəlmanları adekvat olaraq, “Kəbəpərəst” adlandırmaq olar. |
-Quranda hər bir tövhid əhli və onlardan da həmçinin İsaya, Musaya və digər Peyğəmbərlərə təriflər deyilmişdir. Quran heç bir millət arasında fərq qoymur. Fərqi sadəcə imanda qoyur. Ən birinci məsih adını Antakiyada 42-ci ildə bu ad verilib. Hətta bəziləri deyir ki, bu ad əvəllər söyüş kimi deyilirdi. Birdə çox maraqlıdır İncil bu adı (Məsihi) sizə verməyib. Bu ad heç sizin indiki vəziyyətinizlə də uyğun gəlmir. Birdə bu nə sözdür "Kəbəpərəst". Heç kəs Kəbəyə ibadət etmir. Allah təalə buyurur ki: "Bu evin Rəbiinə ibadət etsinlər..." (əlQureyş surəsi). Lakin indiki xaçpərəstlərə fikir versən demək olar ki, çoxusunu boynunda bu xaç var və onlar onunla özlərini qoruyur və ona sığınırlar. Məyər bu ibadət deyil. Birdə ki, sən özün deyirsən ki, mən xaçı qəbul etmirəm bəs onda nə üçün narahat olursan. Həmçinin xaçpərəst sözü bizim dilimizin terminaloğiyasındandır.
Цитата |
Əgər xristianların islamı qəbul etmələri məsbur idisə, nəyə görə bütpərəstlər məcbur olaraq müsəlmanlaşdırılır, xristianlar isə öz dinlərində qalaraq, cizyə ödəməyə məcbur edilirdilər? Çünki Muhəmməd peyğəmbər öz müəllimlərinə az da olsa hörmət edirdi. Elə mi? |
- Birdə bil ki, Peyğəmbərin (Ona və ailəsinə Allahın salat və salamı olsun!) müəllimi olmayıb. O yazıb oxuya bilmirdi. Heç vaxt yalan da danışmazdı. Heç kəsi də islama məcbur etmirdi. Həmçinin bütpərəstləri də məcbur etmirdi. Onlara, bütbərəstlərə də ya islamı qəbul etmək, əks halda cizyə vermək deyilridi. Görsənir ki, sənin məlumatların səhvdir və sənin bu vaxta qədər müsəlman olmamana səbəb aydındır.
Цитата |
Əgər xristianlar belə pisdirlərsə, niyə o zaman müşriklərdən can qurtarmaq üçün Muhəmməd öz tərəfdarlarını Həbəşistana pənah aparmağa göndərdi ki, onların dini Muhəmmədin dininə yaxındır, bəlkə buna görə onlara sığınacaq verərlər. Təbii ki, xritisnlar da İsa Məsihin qanununa uyğun olaraq onlara sığınacaq verdilər. İndiki zamana qədər islamın mövcudluğu xritianların köməyi nəticəsində olub. Əvəzində isə Qurani-Kərim xritianlarla dost olmağı, Muhəmməd isə onlara salam verməyi qadağan etdi. Bu da köməyimizin əvəzi. Görünür Peyğəmbəriniz etikanı çox gözəl bilirdi. Bizim ona acığımız tutmur. Şəxsən, mənim heç vecimə də deyil. Üzərimizdə Allahın salamı var, sonra İsanın salamı var, bütün peyğəbərlərin salamı var. Artıqları bizə lazım deyil. Bizans imperiyası İrana məğlub olanda nə üçün məyus oldunuz? Sevinərdiniz gərək. Siz unutmusunuz ki, Məsih İsa adi peyğəmbər deyil, ilk öncə o- Məsihdir, Xilaskardır. Guya peyğəmbərlər arasında bərabərliyə nail olmaq üçün bunu edirsiniz? |
- Sən qeyd etdiyin tarixi hadisələri düzgün bilmirsən. Təbii ki, əhli kitab bütpərəstlərdən üstündür. Çünki hər halda əhli kitab səmavi dinə inanırlar. Amma bütpərəstlər isə aydındır. Peyğəmbər (Ona və ailəsinə Allahın salat və salamı olsun!) səhabələri Həbəşistana göndərəndə o müsəlmanları dərhal qəbul etmədi. Bütpərəstlər gəlib onları istəyəndə Nəcaşi müsəlmanları geri qaytarmaq istədi. Lakin müsəlmanlar Məryəm surəsini oxuyanda Nəcaşi gördü ki, bu ayələr bir mənbədəndir. Və Isaya nazil olan ayələrə oxşayır. Ona görə tarixi hadisələri düzgün yoz. Birdə etikanı bizim Peyğəmbər (Ona və ailəsinə Allahın salat və salamı olsun!) bütün dünyaya öyrədib. Sən özün də bunu yaxşı bilirsən. Amma sən xaçpərəstləri bizə yaxşı tanıtma. Adi xaç yürüşləri buna dəlildir. Birdə hirslənmə nə üçün hirslənirsən. Yazılarından görsənir ki, artıq dəlillərin qurtarıb indi də keçmisən böhtanlara. Bu artıq elmi söhbət deyil. Mən istəmirəm ki, səninlə sənin kimi söhbət edim. Elmi söhbətin varsa edək.
Цитата |
O zaman niyə digər peyğəmbərlərin adından sonra ya heç nə demirsiniz, ya da sadəcə olaraq “Əleyhissəlam” ifadəsini işlədirsiniz, Muhəmmədin adından sonra “Səlləlləyhu əleyhi vəssəlləm” deyirsiniz və əlavə olaraq ailəsinə də salam göndərirsiniz. Bərabərlik haradadır? “Sübut” adlandırdığınız yazılarınız puça çıxdı. Muhəmmədin peyğambərliyini isbat edən sübut göstərin |
- Sən bu yazınla görsədirsən ki, sənin Islamdan heç xəbərin yoxdur. çüki biz bütün Peyğəmbərlərin adını çəkəndə (Sallalahu aleyhi və səlləm!) deyirik. Bu bizim kitablarda yazılıb. Ola bilər sən yalnız bizim Peyğəmbər üçün eşitmisən və belə nəticə çıxarmısan. sən tələsmisən. Amma Məhəmməd Peyğəmbərin (Ona və ailəsinə Allahın salat və salamı olsun!) peyğəmbərliyini sübut edən dəlilləri biz sənə görsətməmişik? Elə Qurani Kərim kifayətdir. Biz (Aleyhis Salam) və ya (Ona və ailəsinə Allahın salat və salamı olsun!) deyəndə bunu fərq qoymaq üçün deyil sadəcə Peyğəmbərimizin buyurduğu kimi edirik. Biz özümüz də öz Peyğəmbərimizə (Aleyhis Salam) da deyirik. Biz İsaya (Aleyhis Salam) və digər Peyğəmbərlərə hörmətlə yanaşırıq amma siz isə Məhəmməd Peyğəmbərə (Aleyhis Salam) hörmətlə yanaşmırsınız.
Цитата |
İsa Məsihin kəlamlarına baxaq: “Sizi lənətləyənlərə xeyir dua verin.” “Sənin sağ üzündən vursalar, sol üzünü də çevir.” “Düşmənlərinizi sevin, onlara xeyir dua verin.” “Sənin köynəyini istəsələr, sən ona üst paltarını da ver.” “Siz qarşınızdakına salam verin. Əgər o salama layiq olsa, salam ona çatacaq, layiq olmasa, salamınız sizə qayıdacaq.” “Qılınca əlini vurma, qılınc qaldıran qılınc ilə də öldürüləcək.” Muhəmmədin dediklərinə baxaq: “Mənə iman gətirməyən yəhudi və xristianlar cəhənnəm əhlidirlər.” “Görsəm ki, bir kimsə cümə namazı vaxtı dünya işləri ilə məşğul olur, onun evini yandırtdırardım.” “Kitab əhli kərtənkələ yuvasına girsələr də, onların ardınca gedəcəksiniz.” “Qaşdan tük qoparana lənət olsun.” “Şərabdan şəfa axtarana Allah şəfa verməsin.” Nəticəni özünüz çıxarın. |
- Çox qəribədir sən burada İsanın (Aleyhis Salam) sözlərini gətirirsən amma heç Məhəmməd Peyğəmbərin (Ona və ailəsinə Allahın salat və salamı olsun!) sözlərindən xəbərin yoxdur. Peyğəmbər (Ona və ailəsinə Allahın salat və salamı olsun!) özü deyir ki, mən lənət edən kimi yox rəhmət edən kimi gəlmişəm. Bizim Peyğəmbər (Ona və ailəsinə Allahın salat və salamı olsun!) isə deyir ki, Nəinki sağ sol tərəfə əsla insanın üzünə vurmatın. Həmçinin Peyğəmbər (Ona və ailəsinə Allahın salat və salamı olsun!) buyurub ki, düşmənlərinizə dua edin. Məs, Qureyş müşrik idilər və Peyğəmbər (Ona və ailəsinə Allahın salat və salamı olsun!) onlar üçün dua edirdi. Belə misallar çoxdur. Amma görsənir ki, sənin Islamdan xəbərin yoxur. Həmçinin sədəqə məsələsində, bax Quranda ayələr, Peyğəmbərin (Ona və ailəsinə Allahın salat və salamı olsun!) həyatı və müxtəlif hadisələrlə yardımlar qeyd olunub. Məs, zəkat, sədəqə, nəzir və s. Hətta Peyğəmbər (Ona və ailəsinə Allahın salat və salamı olsun!) deyib ki, əhli kitaba da sədəqə vermək, kəsdikləri heyvanları yemək və s. olar. Həmçinin Peyğəmbər (Ona və ailəsinə Allahın salat və salamı olsun!) buyurub ki, kim birinci salam versə o daha çox savab qazanır. Bir yana döyüşə gedəndə hücum zamanı döyüşçülərə deyirdi ki, əgər siz bir nəfəri dəvət etsəniz bu sizin üçün dünya və onun içərisində olanlardan daha xeyirlidir. Belə misallar çoxdur. Bütün qərb aləmi Peyğəmbərdən (Ona və ailəsinə Allahın salat və salamı olsun!) ibrət alır və açıq-aşkar deyirlər ki, Məhəmmədin (Ona və ailəsinə Allahın salat və salamı olsun!) ədəb-əxlaqı bir nümunədir. Sən özün də bunu bu sözlərinlə deyirdin: "Bəzi şeyləri çıxmaqla Quran çox gözəl əxlaq nümunəsidir"amma indi nə oldu?!!!. Amma sənin Peyğəmbərdən (Ona və ailəsinə Allahın salat və salamı olsun!) gətirdiyin dəlilləri sən özün başa düşməmisən.
Цитата |
İslamın etikasının bəzi nüansları gözəl olsa da, hərdən kəskin tənqidlərə məruz qalır. Onun olduqca zəif tərəflərinə “müqəddəs” müharibə (əslində qəddar müharibə, özünü qorumaq üçün olan müharibə və qələm cihadı nəzərdə tutulmur)- cihad, çoxarvadlılıq, qadınların və digər din nümayəndələrinin hüquqlarının pozulması, bəzi hərəkətlərə qarşı çox qəddar, vəhşi və sadist cəzaların verilməsi aid edilir. Hər gün xarici dildə eyni ifadələrin təkrarlanması ilə beş dəfə edilən mexaniki dua insanı manqurtlaşdırır və onu Allah ilə sərbəst və canlı ünsiyyətdən məhrum edir. İslam dini Allaha olan qorxu üzərində qurulub, bu isə sevgini sıxışdırıb çıxarır. Və bu bir daha sübut edir ki, İsa Məsihdən sonra heç bir peyğəmbərə ehtiyacımız yoxdur. Peyğəmbərlər minlərlədirlər, Məsih isə birdir. Hər bir peyğəmbər öz qanununu deyir, lakin heç kim Allahın oğlundan yaxşı deyə bilməz. Heç bir rəsul və nəbi Məsih qədər ola bilməz, çünki dünya yaranandan bəri hamı Məsihin gəlişini gözləyib və Məsihin gəlişinə hazırlaşıb. Siz İncilin 4 olduğunu bildirirsiniz. Lakin əgər Quranda təkrarlanan mövzuları ayırıb, hərəsini bir kaitaba yazsanız, bir neçə mövzusu təkrarlanmayan Quran alınar. Quran da bir neçədir, sadəcə olaraq hamısı qarışaraq bir kitab halına gəlmişdir. Quranda xronologiya mövcud deyil. Bir mövzudan digərinə keçid halları tez-tez təkrarlanır. Yalnız bəzi surələrdə, məsələn “Yusif” surəsində bir əhvalat əvvəldən sona kimi davam edə bilir. |
- yəni aydın oldu ki, sənin islamdan xəbərin yoxdur və ona görə bu məsələni şərh etməyin düzgün deyil. Sən birinci öyrən sonra məsələlərdən danış. Bəli, İslamda cihad var lakin o çaxpərəstlərin döyüşü ilə bir ola bilməz. Islam cihad edəndə qocalara, qadınalara, uşaqlara, ağaclara hətta bitkilərə də zərər yetirməyi qadağan edir. Qüds şəhəri müsəlmanlarda olanda bir müddət xaçpərəstlər oraya daxil olub aydındır ki, nə etdilər hamını qılıncdan keçirdilər. Amma müsəlmanlar isə belə etmədilər. İslam dini təkcə qorxu deyil, Qorxu sevgi və ümid üzərində qurulub. Ona görə sən yalnış düşünürsən səni aldadıblar. Bax, məyər xaçpərəstlərdə cəhənnəmlə qorxutmaq yoxdurmu?!. İslam kamil və ümumbəşəri dindir. O həyatın bütün sahələrini əhatə edib və o hər bir dövr üçün bir qanun olaraq gözəl və mükəmməldir. Amma xaçpərəstlik isə buna qadir deyil. Məs, sizin dininizə görə oğurluq, zina edənin hökmü nədir? Məyər onlara da sevgi bəsləyirsiniz? Birdə bu nə sözdür Quran əgər bölünsə. Sən İncillə Quranı bir tutma. Quran birdir. Hətta bölsək də bu bölmə bir birininə zidd olan deyil. İncil isə bölündüyü və bölünmədiyi halda dörtdür və onların da aralarında ziddiyat var onda bölsən gör nə olar!!!.
Цитата |
Qamət, sizə sualım var, İsanın apostolları Peter Yaqub Yəhya və Andreas ondan gələcək barədə xəbər almaq istədilər. İsa da onlara söyləməyə başladı: “Diqqətli olun ki kimsə sizi aldatmasın. Bir çoxları Məsih mənəm deyəcək, Mənim adımla gələcək və çox adamları aldadacaqlar (Mark: 13, 5-6) “Çünki bir çoxları: “Məsih mənəm deyə”,- Mənim adımla gələcək və çox adamları aldadacaqlar. Siz döyüş gurultuları və döyüş xəbərləri eşidəcəksiniz. Baxın, dəhşətə gəlməyin; çünki bütün bunların olması gərəkdir, ancaq bu hələ son deyildir. Çünki xalq xalqa, dövlət dövlətə qarşı qalxacaq... Bütün bunlar isə ağrıların başlanğıcıdır. O zaman sizə əziyyət verib öldürəcəklər; və Mənim adıma görə bütün xalqlar sizə nifrət edəcəklər. Bir çox yalançı peyğəmbərlər törəyib, çox adamları aldadacaqlar. Və qanunsuzluq artdığından bir çoxlarının sevgisi soyuyacaqdır. Lakin sona qədər səbr edən xilas olacaqdır... Əgər o zaman sizə: “Budur, Məsih burada”, yaxud “Oradadır.” deyərsə, inanmayın. Çünki yalançı məsihlər və yalançı peyğəmbərlər törəyib böyük əlamətlər və xariqələr göstərəcəklər ki, mümkünsə, seçilmiş olanları da aldatsınlar. Budur, Mən sizə öncədən söylədim. Beləliklə əgər sizə: “Budur O səhradadır.”,- desələr də, çıxmayın; “Budur O, daxili otaqlardadır.”,- desələr də, inanmayın. Çünki şimşək şərqdə çaxıb qərbdə belə göründüyü kimi, İnsan Oğlunun gəlişi də belə olacaqdır. (Matta 24/ 5-13, 23-27) Cənab Qamət, bu qədər faktlardan sonra cənab Muhəmmədin peyğəmbərliyini qəbul etmək olarmı? Onun bizimlə olmasından fərqli olaraq, bizim onunla heç bir şəxsi qərəzliyimiz yoxdur. Biz sadəcə olaraq faktlara əsaslanırıq. |
- Heç hənanın yeridir. Məyər bizim Peyğəmbər (Ona və ailəsinə Allahın salat və salamı olsun!) özünün məsih olduğunu deyibmi ki, sən bunu bizə irad tutursan?! Bunu yalnız yalançı deyər. Elə bu özü də faktdır ki, Məhəmməd Peyğəmbəri (Ona və ailəsinə Allahın salat və salamı olsun!) qəbul etmək lazımdır. Birdə sən fakt istəyirsən, amma özün dörd incilin hansının İsaya (Aleyhis Salam) nazil olan incil olduğunu sübut edə bilmirsən. Edə də bilməzsən. Çünki bunu indiyə qədər keşişlər sübut edə bilməyiblər sən necə sübut edəcəksən. Sən namaz qılmağı bizə tənə edirsən amma heç özün xaçpərəstlərin vəziyyətinə baxmısan?! Düzdür onlar Allah təaləni az yada saldıqları üçün az da ibadət edirlər. Amma biz isə müəyyən dualarla ibadət edirik və həmin beş vaxt namazda səcdədə olarkən və başqa dualarda da sərbəst dua edirik. Ona görə də səni aldadıblar.
Onu da deyim ki, bu mənim indiyə qədər ən böyük cavablarındandır
Allah daha yaxşı bilir!