Jump to content


Montin's Content

There have been 8 items by Montin (Search limited from 29-April 23)


Sort by                Order  

#59681 01 октября 2015 года

Posted by Montin on 22 September 2015 - 06:05 PM in ВСЕ ФОРУМЫ 2015 ГОДА

Salamun aleykum. Şeyx sizcə şeyx rəslana qulaq asmaq olar?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Əlhəmdulilləh, Şeyx Raslan sələfidir. Əlbəttə qulaq asmaq olar.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!



#59541 01 сентября 2015 года

Posted by Montin on 11 August 2015 - 04:04 PM in ВСЕ ФОРУМЫ 2015 ГОДА

Salam aleykum. Qardaş hər dəfə yadımnan çıxır sizə deyim. Atam səhər işə tezdən hələ heç subhun azanı verilməmiş gedir və mənə deyir mən neçə vaxtı aşağısı deyir ki 3 il olar ki fikir verməyə başlayıb. Deyir bu məscidin (yəni abubakr məscidini nəzərdə tutur ) minbərinin işığı neçə illərdiki zamkat eləyir düzəldəndə yoxdur və deyir ki ordakılar başlarını qaldırıb yuxarı baxmırlar. Bir gün gedəndə məndə fikir verdimki düz deyir hal hazırdada belədir. Söhbət çapayev tərəfə düşən minbərdən gedir.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
İnşəAllah, düzəldərik. İnşəAllah, problem yoxdur.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!



#59539 01 сентября 2015 года

Posted by Montin on 11 August 2015 - 04:56 AM in ВСЕ ФОРУМЫ 2015 ГОДА

Цитата (Seyyid Qutub @ 10 Aug 2015, 11:55)
Salam aleykum

Seyyid Qutuba qarşı niyə düşmən möqvedəsən?! Əslində, sən papuqay kimi bir şeysən. Səudiyyədə saray təlxeyləri şeyxlərdön Seyyid Qutub barədə nə eşitmisənsə, tutuquşu kimi onu təkrar edirsən. Guya indi bu, Seyyid Qutubu mütaliə edib və adı gələndə qəzəblənir. Seyyid Qutub saray təlxeyi olmadığı üçün boynu ipə keçdi. Seyyid Qutub ilə sizin aranızda fərq budur

Bax birincisi sənə deyim ki p seyid qutubu sənin kimi əxlaqsızlar bəyənirlər. Sən yatmısan seyidi o tekfirçilər ki əvvəlində onu bəyənirdilər indi artığ onu kafir görürlər. Bilirsən niyə çünkü seyidi ancağ cahil adam bəyənər sən isə yazılarından bəlli olurki onun pərəstişkarısan. Get çox yox əqidənin rukunlarını öyrən səndə onu təkfir edəcəksən. Amma sənə qabağcadan deyim ki yox əgər bir az səy göstərib əqidəni yaxşı öyrənsən yəni Əhli sünnə əqidəsini sən ona kafir yox cahil kimi baxacaqsan necə ki bunu dil uzaddığın bu ummətin alimləri qeyd edib.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Qardaş, o, sadəcə qəfəsdə idi. Nə var, nə yox xəbəri yox idi. Mən ona təklif etdim ki, qəfəsdən çıxıb ora-bura baxsın. Sonra kim olduğunu özü biləcək.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!



#59538 01 сентября 2015 года

Posted by Montin on 11 August 2015 - 04:38 AM in ВСЕ ФОРУМЫ 2015 ГОДА

Salamun aleylum. Qardaş əgər namazdan sonra bəlli olur ki alt paltarda məzi var. Bu halda yenidən dəstəmazı təzəlib namaz qılmağ lazımdır yoxsa namaz səhih sayılır.? Allah razı olsun.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
İnşəAllah, qılmasan da olar. Əgər istəsən təmizləyib ehtiyat üçün qıla bilərsən. Amma belə qılmasan da olar. Çünki bilməmisən. Ona görə.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!



#59533 01 сентября 2015 года

Posted by Montin on 10 August 2015 - 05:11 AM in ВСЕ ФОРУМЫ 2015 ГОДА

Salamun aleykum. Qardaş niyə daha sələf saytlarından audio dersləri yükləmək olmur? Bunada dövlət qadağa qoyub yoxsa başqa bir səbəbi var?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Xeyr, dövlət qadağan qoymayıb. Əlhəmdulillah, hələlik elə bir şey yoxdur. Ola bilər texniki səbəblərə görə olsun.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!



#59516 01 сентября 2015 года

Posted by Montin on 05 August 2015 - 09:57 PM in ВСЕ ФОРУМЫ 2015 ГОДА

Salamun aleykum. Qardaş sizin saytdaki tarixlə feqih.com-un saytında ki tarixlə ferq var yəni hicri qəməri təqviminə görə. Sizin göstərdiyiniz tarix İran-la düz gəlir onların göstərdiyi tarix Səudiyyənin təqvimilə düz gəlir. İndi ayın ortasının oruc tutmaq üçün hansını etibarlı sayaq?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Bizim təqvim bilmirəm hansı ölkə ilə uyğun gəlir. Fakt budur ki, biz öz ölkəmizlə gedirik. Bu təqvim daha düzdür. Vəssalam.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!



#59479 01 августа 2015 года

Posted by Montin on 22 July 2015 - 04:45 PM in ВСЕ ФОРУМЫ 2015 ГОДА

Цитата (Guest @ 14 Jul 2015, 00:22)
Salam Aleykum Seyx Allah sizden ve duz yolda olan elm telebelerinden razi olsun, size atilan bohtanlarin yalan olduguna men bugun bir daha wahit oldum. Vallahi haqqiviza giriller Allah hidayet versin onnarada. Seyx men yawadigim yerde xavaricler var idi onnar deirdiki tek kelmei sahadeti demekle muselman olmursan ve delil ibn teymiyyeni getirirdiler vallahi ibni teymiyye rahimahullanin kitablarini oxudum va ancag siz dedierivizle qarwilawdim Allah sizden razi olsun. dourdanda Elm telebelerinden mohkem yapiwmaliyiq ki haqqdan azmiyaq. Seyx cox isterdim sizi taniyim yaxinnan meslehetder alim bilirem hele mumkun deil bu barede yazmiwdim demiwdiz men hele dersler vermirem, Inseaallah dua edecem bizim mescidimiz acilsin geley ora. Allah razi olsun. As Salam Aleykum va rahmatullahi va barakatuhu!

Salamun aleykum. Əyər
ki, iş sən dediyin kimidirse xavaric dediklərinin dediyi söz haqdır. Çünki şəhadəti dillə deməklə insan musəlman olsaydı onda munafiqlər musəlman olardı. Qəlb və əməl bunu tesdiq etməlidir. Xavariclər isə əməl olmadıqda şahadəti deyəni qeyri şərtsiz kafir sayırlar. Amma iş orasıdır ki onların isteyinə uyub hər hansı bir musəlmana kafir deyənə o nə qədər kufr etsə onun üçün nə var o onların nəfsinə uyğun danışır bashdıyacaqlar üzr axtarmağa.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Biz bilirik ki, təkfirin şərtləri, maneələri var. Bunu biz yox, sələf alimləri qoyublar. Elə qədimdən. Biz ancaq bu şərtləri və maneələri nəzərdən keçirdikdən sonra təkfir edə bilərik. Bu işə hər adam baxmır. Xüsusən də xəvariclər. Ona görə bu məsələ xəvariclərin azdığı məsələlərdən biridir. Hansı ki, alimlər qeyde ediblər. Çalışın bu məsələlərdə ehtiyatlı olun. Bəli, Lə iləhə illəllah-ı deyən, zahirən əgər müsəlman olsaydı, qardaş deyir ki, münafiqlərdə müsəlman olardı. Münafiqlər, bəli, zahirən müsəlman idilər. Elə məhz buna görə münafiqlər zahirən müsəlman sayılırdı. Amma o ki, qaldı qəlbi ilə də təsdiqləsə, artıq müsəlmandır. Belə məsələlərdə bir az ehtiyatlı olun.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!



#59478 01 августа 2015 года

Posted by Montin on 22 July 2015 - 04:25 PM in ВСЕ ФОРУМЫ 2015 ГОДА

.salamun aleykum. Vacib namazın axırıncı səcdəsində vacib zikri etdikden sonra öz dilində istəyə bilər? Bunu caiz görən alim var? Çünki Yashar qardash bunun icazəli oldugunu deyir amma Rəşad qardaş deyir ki belə etmək olmaz? Cazakallahu xayran.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Axırıncı səcdədə lazım deyil. Hansı səcdədə istəsən öz dilində istəyə bilərsən.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!