Posted 12 June 2011 - 10:02 AM
Assalam Aleykum !
Axi inşallah müsəlman bacı və qardaşlarımıza faydalı olar !
Azan
Azan namaz vaxtının daxil olduğunu xüsusi sözlərlə bildirmək deməkdir.(Fiqhus Sünnə:1/94).Onun hökmü vacibdir.
Malik ibn əl-Huveyris Peyğəmbərin sallahu aleyhi və səlləmin belə dediyini rəvayət edir: “ namaz vaxtı yetişdikdə biriniz azan versin, böyüyünüz isə namazda sizə imamlıq etsin”.Buxari:2/111/№631.Müslim:1/465/№674. Peyğəmbər sallahu aleyhi və səlləm Azan verməyi əmr etmişdir. Məlum məsələdir ki, əmr olunan əməl, onun vacib olmasına dəlalət edir.
Ənəs deyir ki, Peyğəmbər sallahu əleyhi və səlləm bizimlə bərabər döyüşə gedərkən səhər açılana qədər hücum etməz, gözləyərdi.Əgər azan səsi eşitsəydi onlara toxunmazdı.Azan səsi eşitmədik də isə onlara hücum çəkərdi. Buxari:2/89/№610.
Azanın fəziləti.
Peyöəmbərin sallahu aleyhi vəsəlləm belə dediyini rəvayət edir:”Qiyamət gönü müəzzinlər insanlar arasında ən uzun boyunlu olacaqlar.Hədis səhihdir.Səhih əl-Cami əs Sağir. №6645.Müslim:1/290/№387.
əbdürrəhman ibn Abdullah ibn Əbdürrəhman ibn Əbu Sasaə əl-Ənsari sonra əl-Mazini atasının ona belə dediyini deyir: Əbu Səid əl-Xudri mənə belə deyib:”Mən görürəm ki, sən qoyun otarmağı və vadidə yaşamağı çox sevirsən.Qoyun otararkən, yaxud vadidə olarkən azan verdikdə onu uca səslə oxu. Həqiqətən müəzzinin səsini eşidən cin, insan və hər şey qiyamət günü onun bu əməlinə şahidlik edəcəklər”.Əbu Səid əl-Xudri bunu Peyğəmbərdən eşitdiyini demişdir” Hədis səhihdir. Səhih Sünən ən-Nəsai: № 625. Buxari:2/87/ №609. Nəsai:2/12.
Aznın necəliyi:
Abdullah ibn Xeyd ibn Əbdi-Rabbihi deyir ki, Peyğəmbər sallahu aleyhi və səlləm camaatı toplamaq üçün zəng çaldırmaq qərarına gəlmişdi.Lakin xaçpərəstlər də belə etdikləri üçün Peyöəmbər sallahu aleyhi vəsəlləm bundan narahatlıq keçirirdi.Bu ərəfədə mən yuxuda olarkən bir nəfər yuxuma gəldi. Həmin adamın əynində iki ədəd yaşıl paltar, əlində isə zəng var idi. Mən ona dedim: Biz onunla camaatı namaza çağıracağıq. O dedi: Mən sənə bundan daha xeyirlisini deyimmi? Mən dedim: Əlbəttə de. O dedi: Bax belə deyirsın:
Allahu əkbər, Allahu əkbər.
Allahu əkbər, Allahu əkbər.
Əşhədu ə-ll-ə iləhə illəllah.
Əşhədu ə-ll-ə iləhə illəllah.
Əşhədu ənnə Muhəmmədən rəsuləllah.
Əşhədu ənnə Muhəmmədən rəsuləllah.
Həyyə aləs salət.
Həyyə aləs salət.
Həyyə aləl fələh.
Həyyə aləl fələh.
Allahu əkbər, Allahu əkbər.
Lə iləhə illəlllah.
Sonra bir az aralandı və dedi: Namaza durduqda isə belə deyirsən:
Allahu əkbər, Allahu əkbər.
Əşhədu ə-ll-ə iləhə illəllah.
Əşhədu ənnə Muhəmmədən rəsuləllah.
Həyyə aləs salət.
Həyyə aləl fələh.
Qədiqamətəs salət.Qədiqamətəs salət.
Allahu əkbər, Allahu əkbər.
Lə iləhə illəlllah.
Abdullah ibn Zeyd ibn Əbdi-Rabbihi deyir: Səhər açılanda Peyğəmbərin sallahu aleyhi və səlləm yanına gəldim və yuxuda gördüklərimi ona danışdım. O isə dedi: “Bu yuxu, haqq yuxudur inşallah. Sonra azan verilməsini əmr etdi. Azanı Əbu Bəkrin köləsi Bilal oxuyurdu”. Həsənun Səsis.Səhih Sünən Əbu Davud : № 469. Əhməd: 3/14/№ 244. Əbu Davud: 2 / 169/№ 495. Tirmizi: 1/ 122/№ 189. Onun rəvayəti müxtəsər verilmışdir. İbn Macə : 1/232/№706
Müəzzinin iki təkbiri (Allahu əkbər sözlərini ) bir nəfəsə verilməsinin müstəhəb olması:
Ömər ibn əl-Xəttab Peyğəmbərin sallahu aleyhi və səlləm belə dediyini rəvayət edir: “Müəzzin “Allahu əkbər, Allahu əkbər” dedikdə, biriniz “Allahu əkbər, Allahu əkbər” desə, sonra “əşhədu əllə iləhə iləllah” desə, “Sonra Əşhədu ənnə Muhəmmədən rəsuləllah” dedikdə, biriniz”Əşhədu ənnə Muhəmmədən rəsuləllah” desə, sonra “Həyyə aləs salət “dedikdə, “Lə havlə valə quvvətə illə billəh” desə, sonra “Hayyə aləl fələh” dedikdə, “ Lə havlə valə quvvətə illə billəh” desə, sonra “Allahu əkbər” dedikdə,”Allahu əkbər” desə, sonra “Lə iləhə iləllah” dedikdə, ürəkdən “Lə iləhə illəllah” desə, cənnətə daxil olar” Azan oxuyarkən kəlmeyi şəhadəti uca səslə dedikdən sonra yenidən sakit səslə təkrar etmək müstəhəbdir. Şərhun Nəvəvi Alə Səhih əl-Müslim: 3 /81.
Əbu Məhzura radiallahu anhu deyir ki, Peyğəmbər sallahu aleyhi və səlləm ona bu azanı öyrətmişdir: “Allahu əkbər, Allahu əkbər. Əşhədu əllə iləhə iləllah. Əşhədu əllə iləhə iləllah. Əşhədu ənnə Muhəmmədən rəsuləllah. Əşhədu ənnə Muhəmmədən rəsullah. Sonra iki dəfə həyyə aləs salət, iki dəfə də həyyə aləl fələh. Sonra Allahu əkbər, Allahu əkbər. Lə iləhə iləllah”. Hədis səhihdir. Müxtəsər Səhih Müslim: № 191. Müslim:1/287/№379.
Sübhün birinci azanında “əs-Salətu xeyrun minən növm” sözlərini əlavə etmək müstəhəbdir.
Əbu Məhzura radiAllahu anhu deyir ki, Peyğəmbər sallahu aleyhi və səlləm ona azanı öyrətmiş və belə deməsini buyurmuşdur: “Həyyə aləl fələh, hayyə aləl fələh. Sonra sübhün ilk azanında əssalətu xeyrun minən novm, əəsəlalətu xəyrun minən novm. Allahu əkbər, Allahu əkbər. Lə iləhə illəlah” Hədis səhihdir. Səhih Sünən ən-Nəsai: №628. Nəsai:2/7.
Əmir əs-Sənani, “Subulis Səlam” adlı kitabında ( 1/ 120), İbn Rəslanın belə dediyini qeyd edir:
“Əs-salətu xəyrun minən novm” sözləri yalnız sübh namazının birinci azanında deyilir. Çünki, birinci azan yatanı namaza oyatmaq üçündür. İkincı azan isə namazın vaxtının daxil olmasını bildirmək və namaza çağırmaq üçündür”
Azanı ilk vaxtda vermək müstəhəbdir. Xüsusilə sübh namazında azanı namazın vaxtı girməmiş vermək müstəhəbdir. Sübh namazında iki azan vermək müstəhəbdir. Bu bölümdə deyilən sübh azanı birinci azandır.
Cabir ibn Səmurə radiAllahu anhu deyir: “Bilal günəş zenit xəttini keçən kimi gecikmədən azan verərdi. Amma Peyğəmbər gələnə qədər iqamə verməzdi. Peyğəmbərin sallahu aleyhi və səllənmin gəlişini gördükdə iqaməni verərdi” Hədis Səhihdir. Səhih Sünən Əbu Davud : № 503.Əhməd: 3/35/№ 283. Rəvayətin bu mətni onundur. Müslim: 1/423/№ 606. Əbu Davud : 2/241/№533. Onun rəvayəti, mətndəki rəvayətə oxşardır.
İbn Ömər radiAllahu Anhu Peyğəmbərin sallahu aleyhi və səlləmin belə dediyini rəvayət edir:” Bilal gecə azan verir. Siz İbn Umm Məktum azan verənə qədər yeyin –için. Buxari 2/ 104/№ 622. Müslim: 2/768/№ 1092.
Peyğəmbər sallahu aleyhi və səlləm sübh azanının, namazın vaxtının girməsindən öncə verilməsinin hikmətini açıqlayaraq demişdir: “Bilalın azanı sizi sühurdan yayındırmasın O gecə azan verir ki, gecə namazı qılanlar dinlənsinlər, yatanlar isə oyansınlar” Buxari:2/ 104/№ 621. Müslim: 2/768/№1093.Əbu Davud: 6/472/№2330.
Azan və iqaməni eşidərkən nə demək lazımdır?
Azan və iqaməni eşidərkən müəzzinin dediklərini təkrarlamaq müstəhəbdir.
Əbu Səid radiallahu anhu Peyğəmbərin sallahu aleyhi və səlləmin belə dediyini rəvayət edir:” Azanı eşidərkən müəzzinin dediklərini siz də deyin “
Buxari:2/90/№ 611. Müslim :1/288/№383. Əbu Davud :2/224/№518 Tirmizi: 1/134/№208. İbn Macə:1/238/№720. Nəsai :2/23.
Ömər ibn əl-Xəttab radiAllahu anhu Peyğəmbərin sallahu aleyhi və səlləmin belə dediyini rəvayət edir:”Müəzzin “Allahu Əkbər, Allahu əkbər “ dedikdə biriniz “Allahu əkbər, Allahu əkbər” desə, sonra “Əşhədu əllə iləhə iləllah” dedikdə biriniz də “Əşhədu əllə iləhə iləllah” desə, sonra “Əşhədu ənnə Muəmmədən rəsuləllah” dedikdə biriniz “Əşhədu ənnə Muhəmmədən rəsuləllah” desə, sonra “Həyyə aləl fələh” dedikdə “Lə havlə valə quvvətə illə billəh”desə, sonra “Allahu əkbər” dedikdə “Allahu əkbər” desə,sonra “Lə iləhə iləllah “ dedikdə ürəkdən “Lə iləhə iləllah “ desə cənnətə daxil olar”Hədis səhihdir. Səhih Sünən Əbu Davud: №527. Müslim: 1/289/№385.Əbu Davud:2/228/№523
Kim müəzzin dediklərini təkrar edərsə, yaxud müəzzin “həyyə aləs salət” və “həyyə aləl fələh” sözlərini dedikdə eşidən şəxs” Lə həvlə vələ quvvətə illə billəh” deyərsə, yaxud həm “həyyə aləs salət “və “həyyə aləl fələh” həm də “Lə havlə vələ quvvətə illə billəh” sözlərini deyərsə inşallah bütün hallarda doğru etmiş olar.
Müəzzin azan və ya iqaməni bitirdikdən və eşidən kimsə onun dediklərini təkrar etdikdən sonra qarşıdakı iki hədisdə deyilənləri oxuyur. Abdullah ibn Amr radiAllahu anhu Peyğəmbərdən sallahu aleyhi və səlləmdən belə eşitdiyini rəvayət edir: “Müəzzin eşitdikdə onun dediyi kimi deyin, sonra mənə salavat deyin. Həqiqətən kim mənə bir salavat deyərsə, onun əvəzində Allah ona on salavat edər. Sonra Allahdan mənim üçün vəsilə istəyin.Həqiqətən vəsilə cənnətin bir mərtəbəsidir. O yalnız Allah bəndələrindən birinə layiqdir. Allahdan diləyirəm ki, o adam mən olum. Kim Allahdan mənim üçün vəsilə istəyərsə şəfaəta nail olar” Hədis səhihdir. Müxtəsər Səhih Müslim: № 198. Müslim: 1/288/№384.Əbu Davud: 2/225/№519. Tirmizi: 5/247/№3694. Nəsai:2/25.
Cabir radiAllahu anhu Peyğəmbərin sallahu aleyhi və səlləmin belə dediyini rəvayət edir:” Kim azanı eşidərkən belə deyərsə Qiyamət günü şəfaətim ona halal olar. “Allahım, bu mükəmməl duanın (azanın ), dəyişilməyən namazın rəbbi Sənsən.(cənnətin ən yüksək məqamı)vəsiləni və (hər şeydən üstün) fəzilət məqamını Muəmmədə bəxş et. Onu vəd etdiyin “Məqamul Məhmud”a yetişdir.Qiyamət günü bütün Peyğəmbərlər haqq –hesabın başladılması üçün Allah qarşısında şəfaətçi olmaqdan boyun qaçıracaqları zaman, Məhəmməd Peyğəmbər sallahu aleyhi və səlləm önə keçib Allahın ona vəd etdiyi məqama yetişəcəkdir. Bu “Məqamul Məhmud” yəni, bütün məxluqatın təriflədiyi məqam adlanır. Duanın ərəbcəsi belədir:”Allahumə rabbə həzihid dəvəti əttəəmə, vəs sələtil qaimə, əti Muhəmmədin əl-vəsilətə, vəbəshu Allahummə məqamən mahmudən əlləzi vaədtəh”. Hədis Səhihdir. Əl-İrva : № 243. Buxari: 2/ 94/№614.Əbu Davud: 2/231/№525.Tirmizi: 1/136/№211. Nəsai: 2/ 27. İbn Macə:1/239/№722
Müsəlmanın azanilə iqamə arasında çoxlu dua etməsi bəyənilən haldır. Çünki, bu vaxt edilən dua məqbuldur. Ənəs Peyğəmbərin sallahu aleyhi və səlləmin belə dediyini rəvayət edir:”Azanla iqamə arasında edilən dua rədd olunmaz” Hədis səhihdir.Səhih Sünən Əbu Davud: № 489. Tirmizi : 1/137/№212.Əbu Davud:2/224/№517.
Müəzzinə aid müstəhəb əməllər:Fihus Sünnə :1/99
Müəzzin aşağıdakı sifətlərə yiyələnməsi müstəhəbdir(bəyənilən haldır)
!. Müəzzinin azan verməkdə məqsədi Allah rizasını qazanmaq olmalı və azana görə maaş almamalıdır. Osman ibn Əbul As deyir ki, mən Peyğəmbərə sallahu aleyhi və səlləmə dedim: Ey Allahın elçisi, məni öz qövmünə imam təyin ey. O dedi(bu gündən ) Sən onların imamısan.(caaata namaz qıldıranda) Zəifləri nəzərə al və azan verdiyinə görə maaş istəməyən müəzzin götür”. Hədis səhihdir. Səhih Sünən Əbu Davud: №497. Əbu Davud : 2/234/№527. Nəsai: 2/23. İbn Macə: 236/№714. Onun rəvayətində yalnız sonuncu cümlə qeyd olunmuşdur.
2. Azan verərkən həm qüsllu, həm də dəstamazlı olmalı. Bu haqda əvvəldə, “Dəstəmaz almaq bəyənilən hallar” adlı bölümdə danışılmışdı.
3. Azan verərkən ayaq üstə, üzü qibləyə dayanmalı.İbn əl-Munzir deyir: Alimlərin yekdil fikrinə görə azan daha yaxşı eşidilir. Həmçinin azan verərkən qibləyə tərəf yönəlmək sünnədir. Çünki, Peyğəmbərin müəzzinləri qibləyə tərəf yönəlib azan verərdilər.
4. “Həyyə aləs salət” dedikdə boynunu və başını sağa, “Həyyə aləl fələh” dedikdə isə sola yönəltmək.
Əbu Cuheyfə deyir ki, mən Bilalı azan verərkən görmüşəm.O, azan verərkən mən onun üzünün o tərəf bu tərəfə çevrildiyini görürdüm. Buxari: 2/114/№634. Müslim:1/360/№503. Əbu Davud: 2/219/№516. Tirmizi :126/№197. Nəsai:2/12.”Amma azan verərkən sinənin sağa-sola çevrilməsi haqqında sünnədə heç bir əsas yoxdur. Boyunun çevrilməsi haqqında deyilən hədislərdə də bu haqda heç bir məlumat yoxdur”. Təmamul Minnə: 150.
5. Barmaqları qulaq boşluqlarına salmaq. Əbu Cuheyfə deyir ki, “mən Bilalı azan verərkən azan verərkən görmüşəm. O azan verir və sağa-sola çevrilirdi. Onun üzü o tərəf bu tərəfə çevrilir, barmaqları da qulaq boşluqlarında idi”. Hədis səhihdir.Səhih Sünən ət-Tirmizi : №164. Tirmizi :1/126/№197. O deyib ki, hədis “Həsənun Səhih” dir. Elm adamları bu hədisə əməl edirlər. Onlara görə müəzzinin azan verərkən barmaqlarını qulaq boşluqlarına salması müstəhəbdir.
:. Azan verərkən səsini ucaltmaq. Belə ki, Peyğəmbər sallahu aleyhi və səlləm demişdir: “Müəzzinin səsini eşidən insan, cin və digər bütün şeylər qiyamət günü buna şahidlik edəcəklər”. Hədis səhihdir. Səhih Sünən Nəsai: №625. Buxari: 2/87/№609. Nəsai:2/12.
Azan ilə iqamə arasında nə qədər müddət olmalıdır?
Azan ilə iqamə arasında namaz üçün hazırlıq görmək və namaza gəlmək üçün kifayət edəcək qədər ara vermək lazımdır. Çünki, azan elə buna görə buyurulmuşdur. Əks halda onun faydası itmiş sayılar. İbn Battal deyir: Bunu Hafiz İbn Həcər “Fəthul Bari”əsərində (2/106) qeyd etmişdir.. Bunun üçün vaxt məhdudiyyəti yoxdur. Əsas odur ki, namazın vaxtı daxil olsun və camaat namaz üçün toplansın.
Azan veriləndən sonra məsciddən çıxmağın qadağan olunması:
Əbu Şəsa deyir ki, “biz Əbu Hureyrə ilə məsciddə oturmuşduq. Müəzzin azan verdi. Bu zaman bir kişi qalxıb məsciddən çıxdı. Kişi məsciddən çıxana qədər Əbu Hureyrə onun ardınca baxdı və dedi : Bu kişi Əbul Qasimə (Peyğəmbərə ) sallahu aleyhi və səlləmə asilik etdi”. Rəvayət səhihdir. Müxtəsər Səhih Müslim: №249.
Müslim: 1/453/655. Nəsai:2/ 29. Əbu Davud: 2 /240/№532. Tirmizi :1/131 №204. Snuncu iki alimin rəvayətində hadisənin Əsr namazında baş verildiyi qeyd olunur.
Gecikdirilmiş namaz üçün azan və iqamə vermək:
Kim namaza yatıb qalıb və ya namazı unudubsa həmin namazı qıldıqda azan və iqamə verə bilər. Belə ki, Əbu Davudun əsərində Peyğəmbərin sallahu aleyhi və səlləmin və Səhabələrinin səfər zamanı yatıb qalmaları haqqında qeyd olunan rəvayət buna dəlildir. Həmin hadisə zamanı Peyğəmbər sallahu aleyhi və səlləm Bilala azan və iqamə verməyi əmr etmişdi. Hədis səhihdir. Səhih Sünən Əbu Davud : №420. Əbu Davud :2 /106/№432.
Əgər kimsə bir neçə namazı qılmayıbsa onda bir dəfə azan verir, sonra hər namaz üçün ayrı-ayrı iqamə verir. Belə ki, İbn Məsud deyir: “Xəndək döyüşü olan gün müşriklər Peyğəmbəri sallahu aleyhi və səlləmi gecədən xeyli keçənə qədər dörd namazdan yayındırdılar. Peyğəmbər sallahu aleyhi və səlləm Bilala azan verməyi əmr etdi. Sonra iqamə verib zöhr namazını qıldı. Sonra yenə iqamə verib əsr namazını qıldı, Sonra iqamə verib məğrib namazını qıldı. Sonra iqamə verib işa namazını qıldı. Hədis səhihdir. Səhih Sünən Nəsai: №638. Tirmizi :1/115/№179. Nəsai: 1/279.
Assalam Asleykum va Rahmatullahi va Bafrakatuhu !
Cavab:
Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Allah razı olsun.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!
Onlar Allahı qoyub özlərinə nə bir zərər, nə də bir fayda verə bilənlərə ibadət edir və: “Onlar Allahın dərgahında bizim şəfaətçilərimizdir!”– deyirlər. De: “Yoxsa Allaha göylərdə və yerdə bilmədiyi bir şeyimi xəbər verirsiniz?” (Allah) onların qoşduqları şəriklərdən uzaqdır və ucadır. (YUNUS 18)
(Allah) göyləri və yeri Yaradandır. O sizin üçün özünüzdən zövcələr, heyvanlardan da cütlər yaratdı. O sizi bu yolla çoxaldır.
Onun heç bir bənzəri yoxdur. O, Eşidəndir, Görəndir. (ŞURA 11)
Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən (onlara) yaxınam, Mənə yalvaranın dua-sını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər.(Əl-Bəqərə 186)
Doğrusu, əsl din ancaq Allaha məxsusdur. Allahı qoyub başqalarını özlərinə dost tutanlar: “Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik”– (deyirlər.) Əlbəttə ki, Allah ziddiyyətə düşdükləri şeylər barəsində onların arasında Öz hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və kafirləri doğru yola yönəltməz. (Zumər 3)
http://ixlasla.com/http://www.4shared.c...W/Kitablar.html