Posted 06 August 2014 - 10:42 PM
Əs-Sələmu aləyküm. Mən bir neçə gün əvvəl 45-dənə sual verdim. Məndə çaşqınlıq yarandı və sonra azərbaycan dilində bəzi həmin sualları verdim. İndi isə mən davam edirəm.
17. Allah deyir Quranda: “Şübhəsiz ki, möminlərin, yəhudi, nəsrani və sabiilərdən Allaha və Axirət gününə iman gətirənlərin və yaxşı iş görənlərin mükafatı öz Rəbbi yanındadır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər” (Əl-Baqara, 62). Yəni yəxudilər, nəsranilər, sabiilər əgər Allaha və Axirət gününə inanırlarsa, müsəlman olurlar?
18. Əgər mən namazda “yəumiddin” yerinə “yəummiddin” dedim, yəni ikidənə “m” hərifini iştətdim, bu səhf sözün mənasını dəyişir?
19. Əgər namaz edərkən ağıla fikir gəldi ki: “Əlhəmdulilləh, yaxşı namaz qılıram indi”, və bu fikri dayandırmadım (tutmadım), namaz pozulur?
20. Yuxudan durarkən, əlləri üçdəfə yumaq lazımdır dəstamazdan öncə. Olar sadəcə sabunla yuyum?
21. Əgər yuxudan gec durdun və vaxt bitir, mən nə edim? Əlimlərimiz ixtilaf ediblər: al-Albani və Useymin. Belə olanda mən təyəmmüm edim (burda ixtilaf var; hansı mövqə səhihdir?)? Və olarmı təyəmmümi toznan edim (burda ixtilaf var; hansı mövqə səhihdir?)? Və o toz nəyin üstündə olmalıdır?
22. Mənə 4-cü sürənin 140-cı ayəsini və 6-cı sürənin 68-ci ayəsini başa salarsız? Çünkü mandə qonağ getməy aqqında suallar var. Bu ayələrdə Allah bizə dedi ki, biz küfr deyənlər ilə birqə oturmuyaq. Mən öz xala gilə gedəndə onlar bəzi küfr sözləri deyir, amma bunu başa düşmürlər. Və onlar Allahı, dinimizi, peyğəmbərləri, səhabaləri söymürlər, amma bəzi küfr sözləri var. Və ya qeybət eləyirlər. Sual: olarmı mən öz anamı qohumlarımın yanına aparım (amma anama deyim ki, qeybət eləməsinlər)? Və əgər biz oturmuşuq masa arxasında və kimsə küfr sözünü helə tez dedi ki, mən heç o adamı sustura bilmədim, mən nə edim o zaman? Və əgər onlar küfr sözlərini deməyə başdasalar, düzdür mi mən başqa otağa gedim? Qeyd: mən əmin deyiləm (!!!!!) ki, onlar küfr sözləri iştətsinlər. Məsələ ondadır ki, onlar mənim qohumlarımdır və darıxıram onlar üçün.
23. Və bundan də əlavə qohumların evində küfr ilə olan kitablar var. Bu kitablarla olan evlərə getmək olarmı? Yəni şiələrin kitablarıdır və mən bilmirəm, o kitablarda sahabələri söyürlər ya yox. Və ya başqa kitab var, hansında ki, Allahın sifətlərini inkar edirdilər. Bəlkə mən o kitabları özümə götürüm, onları gizdin yerə qoyum və FÜRSƏT olanda yandırım? Mən həttə o kitabları yuxarı polkaya qoydum, indi onları camaatda görə bilir, yəni helə bilin ki, istəmədən o kitablara reklam edirəm.
24. Bir qohumunun yaşadığı binanın yanında yazılıb “Rəhman” və yazının yanında zibil qutuları var. Yəni, bəlkə bu yazı hansısa Rəhman adında oğlana ayıddır. Qonağ getmək olarmı bu qohumun yanına?
25. Mən adamın yanına qonağ gedirəm, amma onlarda ğözmuncuq var və kişi “Ali” yazısıyla şortik geyinir (məhşur boksçu). Qonağ getmək olar? Həstə qohumdur.
26. Mən əl-Munacсidin fatvasını oxudum ki, xaramla dolu parklara getmək olmaz. Növbəti sual: bulvarda gəzmək olar?
27. Mən mətbəxə girirəm su içmək üçün və ya kiminləsə danışmaq üçün, amma orada İslama müxalif şeylərə baxırlar. Və ya mətbəxdə bonaqua butulkası var və o butulkanın üzərindı müşriklərin ilahisinin şəkili var. Mən nə edim?
28. Mən saytlar aqqında sual vermək istəyirəm. Mən xəbərlərlər ilə, aktual mövzularla, analitika ilə marağlanıram, məqalələr və kitablar oxuyuram, amma bu mənim sənətim deyil. BƏLKƏ gələcəydə mən universitetdə gəbul olarkən öyrənim bu sənədi. Adətən mən çalışıram müsəlmanların saytlarında oxuyum, sadəcə onlar kafirlərin saytlarından məqalələr götürürlər və kafir saytlarinda belə məqalələr var ki, İslama lağ edirlər. Bəziləri qəstnən bunu etmirlər. Mən belə məlumatları oxumuram. Sual: olar mı mən bu saytlara baxım? Sadəcə faydalı məlumat almaq üçün və vaxtı maraqlı keçirmək üçün. Mən indi helə saytlara çalışıram girməyim, çünkü Allah 4-cü sürədə 140 ayədə və 6-cı sürədəd 68 ayədə bizə dedi ki, biz küfr edənlərlə oturmayaq. Mən heç azərbaycan xəbər saytlarına belə girmirəm və QARDAŞLARIN gruplarınada girmirəm. Və bu suala əlavə olaraq mən onlayn-kitabxanalara da girmirəm, çünkü orada bəzi kitablar içində küfr var, İslamı söymək var, amma mən belə kitabları oxumuram. Olar mı onlayn-kitabxanalara girim? Və ikinci əlavə sual: mən universitetdə dərs üçün məqalələr yazanda unversitetin kitabxanasına gedirəm və ya internetdə saytlar tapıram, amma yenədə həm kitabxanada, həm də saytlarda yenədə küfr var. Mən belə məlumatları oxumuram, amma dərs üçün lazımdır. Olar mı girim helə yerlərə? Qeyd: mən oğlanam Rusiyada qızlarlada oxuyuram. Xahiş olunur, mən hər qeyd etdiyim suala cavab yazasınız. Və xahiş olunur, deyin mənə: siz niyə məs belə cavab verirsiz? Çünkü bu suallar məni çox kədərləndirir və mən çox asta yanaşıram bu mövzuya.
29. İngilis dilində dərs verən oğlan var, amma onun ofisində küfr ilə dolu kitablar ola bilər. Onun yanında oxumaq olarmı? Özdə anam dedi ki, getsəm yaxşı olar.
30. Və mən skaypla ingilis dilini öyrənə bilərəm həm müsəlman qardaşlar ilə, həm də kafirlər ilə (oğlanlarla, özüm oğlanam). Və ya anamla rusiyada olanda əlaqə saxlayıram. Məsələ ondadır ki, skaypda bəzi əbunəçilər var ki, İslamı təhqir edirlər. İstifadə etmək olar mı skaypı?
31. Növbəti mühüm sual: mən bilirəm ki, çöldə, zibil qutularında bəzi vərəqlər var ki, onların üstündə “Allah”, “Abdullah”, “Abdullayev” va sayıra sözlər yazılıb. Ona görədə mən çəkinirəm belə yerlərdən velosiped sürmək, amma sürmək mənim xoşuma gəlir və faydası da var əyaqlar üçün. Mən buna fikir verim və başqa yerlər seçim mi? Və əgər fikir verməyimsi, onda NİYƏ verməyim? Yəni mən demək olar ki, aminəm ki, belə yazılar VAR dediyim yerlərdə. Və mən meyvə-tərəvəz alanda görürəm ki, satıcılar onları gazetlərin üstünə qoyurlar və bu qazetlərdə “Allah”, “Abdullah”, “Abdullayev” va sayıra sözlər yazılıb. Mən buna görə mal almayım? Və bunda mən aminəm ki, belə yazılar VAR dediyim yerlərdə. Və mən narahat oluram o vaxt ki, hansısa bir mağazada nəsə alanda, mağazanın yanında asfaltda və ya zibil qutusun da yuxarıda qeyd etdiyim yazılar ola bilər. Fikir verim? Verməyimsə, onda NİYƏ?
32. Və mən çəkinirəm haram sattığı mağazalarda nəsə alım. Məsələ, onlar jurnallar satır və orada İslamı təhqir edən sözlər ola bilər. Helə yerlərdə alım? Məyəm səudiyalı alimlər icazə verirlər?
33. Mən zibil qutularına zibil ata bilərəm mi? Çünkü o qutularda vərəqlər var ki, üstündə “Allah”, “Abdullah”, “Abdullayev” va sayıra sözlər yazılıb.
34. Olarmı küfr ilə olan kitabdan bəzi küfrsiz yerləri istifədə edim, harasa yazım və saxlıyım özümdə?
35. “HƏMƏS” aqqında nə deyirlr alimlərimiz? Onlar düz edirlər israili bombalayırlar raketalarla? Və ya “HƏMƏS” başqa yol seçməlidir?
36. Mən valideynlərin İslama zid olmayan bütün sözlərə tabe olmalıyam?
37. Mən and içdim, dedim ki, bir məscidə getməyəcəm, amma pozdum. Və mən and içəndə diyəsən bilirdim ki, pozacam sözümü. Mən ondənə ayləyə yemək verməliyəm və ya 2-3 ayləyə (umumi 10 adam olar) yemək verim? Və nəgədər (kiloqrammla) və hansı yeməklərdən (düyü, makaron...). Əgər mən bir dəfədə getsəm o məscidə, yenədə 10 adama yemək verməliyəm? Mən yeməyi bişirməliyəm? Əgər 10 adamdan çoxdursa, pis deyilmi? Və əgər mən hansısa bir ayləni bilmirəm, bəlkə ibadət etmirlər, gəbirlərə gedirlər, onda nə? Və olar mı birdəfəlik verməyim, amma vaxt keçdikcə?
Cavab:
Va aleykumus salam va rahmatullahi va barakatuhu!
17) Bəli, o peyğəmbərimiz (sallallahu aleyhi va səlləm) gəlməmişdən qabaqdır.
18) Heçnə lazım deyil. Çalış ehtiyatlı ol.
19) Xeyr, pozulmur.
20) Olar.
21) Təyəmmüm al və qıl.
22) Bu xalana aid deyil.
23) Heç nə olmaz. Sən qohumluq əlaqələrini kəsmə.
24) Gedə bilərsiniz.
25) Siz ora qonaq gedin.
26) Əgər haram çoxdursa, başqa yerə gedin. Bulvar iki hissədən ibarətdir. Bayraq tərəf salamatçılıqdır. Oraya gedin.
27) Siz gedin. Çörəyinizi yeyin.
28) Hər halda özünüz üçün dəqiqləşdirin. Oturun fikirləşin, hansı sənəti seçirsinizsə, onu da seçin.
29) Oxumaq olar.
30) Bilərsiniz.
31) Yox, qorxmayın. Siz velosipedinizi sürün. Lazım deyil.
32) Siz gedin, öz ticarətinizi edin və çıxın.
33) Zibili ata bilərsiniz.
34) Ehtiyac olsa, edə bilərsiniz.
35) Həmas hizbçilərdir, ixvandır.
36) Bəli.
37) Andı pozmusansa, kəffarəsini ver.
Allah daha yaxşı bilir!
P.S. İmkan daxilində sualları 5-5 və ya 10-10 göndərin, çünki bu həm bizə rahatdır, həm də cavabı oxumaq üçün oxuculara rahatdır.
As salamu aleykum va rahmatullahi va barakatuhu!