Posted 16 August 2011 - 12:41 PM
Цитата |
salam aleykum. Cecenlerde,Afqanlarda geden doyuwler,orda yawayan muselmanlar ucun cihad sayilirmi?yeni mudafie cihadi? BerakAllahu Fikum.
Cavab:
Va aleykumus salam va rahmatullahi va barakatuhu! Orda müdafiə cihadından əsər-əlamət yoxdur. Amma əslən, bəli, kafirlər girib müsəlmanları evdə qırırlarsa, özünü müdafiə edə bilərsən, amma orda vəziyyət başqa cürdür. Hər iki yerdə müəyyən partiyaların mübarizəsi gedir, yəni hakimiyyət uğrunda mübarizə gedir, kafirlər də partiyalardan birinə kömək edir. Allah daha yaxşı bilir! As salamu aleykum va rahmatullahi va barakatuhu! |
Salam aleykum. Beli duzdur iki teref vurushur. Bir elave: Biri sherieti isteyir o biri demokratiyani. Beli kafirler demokratiyani isteyenlere yardim edir. (bu tebiidir)
Allahin sozunun en yuxari olmagini isteyenler hedis ve ayelere esasen Allah yolundadirlar. Islamda hakimiyyet davasi eger bu dava sherieti qurmaq ucundurse neinki qinanmir hetta Allahin emridi. Allahin sozu eger Islam hakimiyyeti olmasa nece en yuxari ola biler ? Siz niye sherieti qurmaq ucun hakimiyyeti isteyenleri qaralamisiz? Basqa niyyet ile isteyenleri birlikde qaralayaq raziyam. Efqanistanda Taliban hakimiyyete gelende Sherieti qurdu ve ozunun hansi niyyet ile geldiyini subut etdi. Ve qebir shirkinin legv olunmasi ucun kifayet qeder isler gordu. Mazari sherifde shielere qebir shirkini qadagan etdi ves. kimi. Isler hele gedirdi elbette qisa muddete tam edile bilmez. Amma bu yolu tutmusdular ve inamla gedirdiler. Bundan artiq ne etmeli idi axi? Geldi qurdu. Sherieti qurmayanda qinayiriq, Sherieti quranda da qinayiriq. Biz kimik? Ne isteyirik? Bu lap ele salmaq kimi cixir muselman qardaslarimizi.
Indi bele cixir ki, Allahin sherieti qurmaq ucun hakimiyyet davasini edenler onun emrini yerine yetirir amma duzgun etmir chunki hakimiyyet isteyir? Bu fikir insanlarin basinda yalniz kompot yaradacaq.
Sizin cavab zahiri bilmeyen ucun mentiqli gorune biler. Lakin esas sherietin prinsiplerini bilen insanlara gore cox pis neticeler veren cavabdir. Sherietin quruldugu hakimiyyetden uzaq meiset Islami obrazi yaradir. Ancaq shirkin qebir shirki terefine diqqet yetirilir. (ki bu da hemise aktualdi beli) Hec bu da hakimiyyetsiz tam qadagan edile bilmez. Seudiyye Erebistaninda sheriet hakimiyyeti ile bu tam qadagan edildi. Muhammad Tamimi sonda silahla bu shirki qadagan etmeli oldu. Indi muselmanlarda diger boyuk shirklerle mubarize nezerden qacir. Halbuki boyuk shirkin her bir novu ile mubarize aparilmalidi. Chunki her biri Allahin haqqina girmekdi. Bele cixir ki, cihad ancaq Resulullah sallalahu aleyhi ve sellemin ve Xeliflerin vaxtinda dogru idi. Huseyn r.a nece? O da eslinde hakimiyyet davasi edirdi. Amma niye chunki hakimiyyet dair Islamda xususi ehkamlar var. Demeli onun da etdiyi cihad deyildi? Bir de ki, yazilir ki, evinde mudafie olunsa onda cihaddi. O aydin meseledir. Lakin kafirin ordu sheklinde evine qeder buraxan adam ona tek nece muqavimet gostere biler axi?Lap tutaq ki, bir qrup professional esger bu adamla bacarmadi. (Ki bu real heyatdan cox filme benzeyir ) Sonra nece? Insan dinini yalniz evinde yasamir axi. Gec tez evden cixmalidir. Colde eger kafir onun dinini sheriet ehkamlarini legv edib demokratiya ile evez edirse ne etmelidir? Temizlenme terbiye olmalidi? Yaxsi bes bu adam artiq temizlenme terbiye edibse o dereceye ki, dinini yasamaq ISTEYIR. Ve ele imkani da olub indi gelibler deyirler bes eder. Bu adamin da xalq terefinden desteyi var. Doyusme qabiliyyeti var, silahi var. Ne etmelidi? Kafire boyun eyib dinini itirmelidi? Gedib evinde oturmalidir ? elbette ki, yox. Muqavimetin en yaxshisi camaatla olandi. BU ister istemez mueyyen camaatlarin yaranmasina getirir. Allah yolunda camaatla dinini mudafie etmeyi emr eden aye ve hedisleri nezere almamaq muselmanlara teslim olun ve dininizi unudun demekdir. Monqollar Xarezme girende bezi muselmanlar dedi ki, bunlar Yecuc ve Mecucdu muqavimetin xeyri yoxdu. Muselmanlar siz deyen kimi cekildi here oz evini mudafie edirdi. Netice? Milyonlarla muselman insan qirildi. Hemin bolgelerde dini irsi mehv etdiler onun dasiyicilari ile birlikde. Ibn Teymire ne etdi? Getdi Misir hakiminin yanina ve o monqollarin qarsisina ordu ile cixdi. Netice? Allah monqol kafirleri rezil etdi. Ibn Teymiye de partiya uzvu idi ve hakimiyyet isteyirdi? Eger Misir hakiminin hakimiyyet isteyi insanlarin dinlerini qorumasina getirirse. Beli bele hakimiyyet isteyi qanunidir. Yusif Peygember Misir hakimine deyende ki, meni xezinelerin bascisi teyin et. Chunki o onu qoruyacaq adam idi. O da qinanan hakimiyyet isteyi idi Allah elcisi terefinden? Demeli hakimiyyet davasini yaxshi pis olmasi hemin insanin niyyetinden ve metodlarindan asilidi. Oz ozluyunde hakimiyyet davasi aparmaq Islamda Allahin qinadigi bir is deyil. NIyyetden ve menhecden asili olaraq ya qinanir ya da Allahin emrini yerine yetirdiyi ucun Allah terefinden mukafatlandirilir. Bir de ki, partiya basqa sheydi camaat basqa seydi. Kafirlerin desteklediyi beli partiyadi amma eks teref camaatdir. Siz onlara da partiya sozun isletmekle Allahin sherietini qurmaq isteyenlere kafirlerin siyaset obrazini geydirirsiniz. Bu ise muselman qardasinizin haqqina girmekdi. Hetta bu haqq basqa haqqdan da pisdi. Chunki onu Allahin emrini yerine yetirdiyi ucun qinayirsiz. Ona bu emri verenin hesabi ile qarsilasmadan once tovsiyem tovbe etmenizdir. Islamda hakimiyyete yer var.Ve Allahin qurmagi emr etdiyi Islam hakimiyyeti oz ozune yaranmir. Eger yaransa idi, buna en cox Peygember sallalahu aleyhi ve sellem ve sehabeler layiq idi. Amma onlar bu meqsede cihadla catdilar. Buna dair aye ve hedisleri nezere almamaq dine duzgun munasibet deyil. Bu din Allahin bize emanetidir. Bu sebebden tenqid sert gorune biler. Amma sebeb sadece dinimizi duzgun anlamagimizdir. Allah hamimiza Haqq yolunda getmeye cesaret ehsan etsin insAllah. Bu cesarete hamimizin ehtiyaci var. Fitneler cox boyuk olan bir zamanda xususile. Amin.
Cavab:
Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Görünür ki, sənə məlumatları düzgün çatdırmayıblar. Taliblər kim olmasını mən yaxşı bilirəm və bunu əfqanların özündən soruşmuşam. Qəribədir – təsəvvür elə: sufi, özü də dyubəndi təriqəti piri dağıda bilər??? Mən özüm Mədinədə oxuyarkən, tətildə evə gedib- gələn əfqanlardan soruşurdum. Sonuncu dəfə dedilər ki, biz Dostumla, Əhməd Məsudla qurtardıqdan sonra, başlayacaq vəhabiləri təmizləməyə. Sən isə talibləri tovhid əhlindən etdin. Yəni haqq yolunda gedənlərdən.
Hakimiyyət söhbətinə gəlincə, əsas məsələ bu deyil - əsas odur ki, camaatı tək Allah yoluna çağırıb şirkdən çəkindirmək, yəni peyğəmbərlərin yolu bu olub. Heç bir peyğəmbər sənin taliblərin kimi hakimiyyəti əsas tutmayıb.
Taliblərin şəriəti, digər tərəfin demokratiyanı istəməsinə gəlincə, bu da səhv fikirdir. Çünki taliblər gəlib mucahidləri yıxmışdılar, məgər mucahidlər şəriəti istəmirdilər? Yəni onlar islam hakimiyyəti deyildi?
2. Sən yenə də aləmi qatışdırdın. Oxucularda belə təəssürat oyadırsan ki, guya biz hadisələrə başqa qiymət veririk. Bizim dəvətimiz peyğəmbərlərin dəvətidir. Sənin dediklərin isə peyğəmbərlərin dəvətini ikinci plana çəkir. Peyğəmbərlər dəvətdə əsas nəyi tutublar? Əgər sən şirki ikinci plana, hakimiyyət davasını önə çəkirsənsə, bu sələfin yolu deyil. Bil ki, islah aşağıdan başlamalıdır, yuxarıdan deyil.
Huseyni (radiyALLAHU 'anhu) ortaya atırsan. Məgər Huseyn (radiyALLAHU 'anhu) Yezidi kafir görürdü? Yoxsa deyirdi ki, sən şəriətlə hökm vermirsən? Sən nə üçün bu hadisədə öz fikirlərini düzgün göstərmək üçün Huseynə (radiyALLAHU 'anhu) əl atırsan? Huseynin (radiyALLAHU 'anhu) ətrafında barmaqla sayılacaq qədər səhabə var idisə, minlər səhabə onun hakimə qarşı çıxmasının əleyhinə idi. Minlərlə səhabə Yezidə beyət etmişdi, məsələn, ibn Ömər (radiyALLAHU 'anhumə) kimi böyük səhabə. Yəni bu məsələdə Huseyni (radiyALLAHU 'anhu) misal gətirmək böyük səhvdir. Kifayətdir ki, əhli sunnənin əqidə kitablarına baxasan, elə bir kitab yoxdur ki, hakimə qarşı çıxmaq pislənilmir. Bəzi alimlərin vaxtında zalım hakimlər var idi, amma yenə də hakimə qarşı çıxmaq təbliğ olunmayıb. Biz müxtəlif şüarlara aldanıb əqidə və minhəccimizi tərk eləməməliyik.
Sənin məsələyə şərhin yalnız öz fikrində və emosiyalara əsaslanır. Mən sənə şəriətlə getməyi və əqidə-minhəccimizdən danışıram, sən isə deyirsən ki, əgər belədirsə, niyə belə oldu və s. Əlhəmdulillah, cihad mövzusunda kitab kifayət qədərdir, elə bir fiqh kitabı yoxdur ki, orda cihad bölümü olmasın. Cihad da başqa ibadətlər kimidir, yəni şərtləri və qaydaları, məkruhları və müstəhəbləri və s. var. Şəriətdəki cihadı heç kəs inkar etmir. Sən qeyd etdiyin yerlərə baxsaq, kafirlər ora özbaşına gəliblər? Müsəlmanlar düzgün mövqe seçmədikləri üçün kafirləri üzərlərinə gətiriblər – bu isə ən böyük səhvdir. Şəriət qeyd edir ki, əgər düşmən güclüdürsə, ona sənə qarşı gəlməyə məcbur etmə. Hətta Buxaridəki hədisdə gəlir ki, düşmənlə qarşılaşmağı arzulama, birdən uduzarsan.
İslam şəriəti fərdlərdən başlayır. İxvanların rəhbərlərindən biri Həsən əl-Bənna (rahimahullah) deyir ki, islam dövlətini qəlbinizdə qurun ki, Allah da sizə yer üzərində qursun.
Sən isə hakimiyyət məsələsini önə çəkirsən, bütün fikirlərində bu üstün yer tutur. Bu isə səhvdir, yəni bunu əsas tutub digər məsələləri arxa plana çəkmək sələfin yolu deyil. Talibləri müdafiə edirsən, amma taliblər hakimiyyətdə olub şəriətlə hökm verənləri devirmişdilər. Camaatın fikirlərini həqiqətdən uzaqlaşdırma. Mucahidlər əvvəl ruslarla düöyüşürdülər, sonra qalib gəldilər, sonra başladılar bir-birlərini qırmağa. İndi amerikalılar ordan çıxan kimi taliblər başlayacaqlar bir-birlərini qırmağa, çünki artıq indidən bir neçə hissəyə bölünüblər.
3. Camaatla müdafiə də dinimizdə məlumdur. Məlumdur ki, əgər kafirlər torpağa giriblərsə, müdafiə olunmalısan, amma məlumdur ki, müdafiə cihadında islam dövlətindən söhbət gedə bilməz, çünki məqsəd düşməni torpaqdan çıxarmaqdır. Buna gücün çatmasa sülhə gedə bilərsən, bu alınmasa, onda geriyə çəkilib güc toplayıb və yenidən hücum edə bilrəsən. Müdafiə cihadının yolu budur, necə ki peyğəmbər (sallALLAHU 'aleyhi wa sallam) elədi.
Bu məsələdə bir incəlik var. Çox vaxt bu cür fikirli insanlar özlərini haqq çıxarmaq üçün, deyirlər ki, orda müdafiə cihadıdır, amma əslən orda olanların hamısı tələb cihadı barədə düşünür və çoxları bunu bilmir. Bu cür vəziyyətdə tələb cihadını müdafiə cihadı adı ilə başlayır, nəticədə isə daha güclü kafilər müsəlman torpağına soxulur, ölkədə isə şirk və bidət çiçəklənir – bu xəyal deyil, hər şey göz qabağındadır.
Təəssüf ki, sən və sənin kimilər bunu görmək istəmirsiniz.
4. Monqol və ibn Teymiyyə (rahimahullah) məsələsinə isə yaxşı don geydirmisən. Xarəzmdə kim evinə getdi? Onlar sona qədər döyüşdülər. Döyüşün səbəbi isə oranın hakiminin səhvi idi. Bu barədə dəqiq məlumat istəyirsənsə, ibn Kəsirin (rahimahullah) Bidayə və Nəhayə kitabını oxu. Yenə də qayıdırıq yuxarıdakı məsələyə: düşmən səndən güclüdürsə, onu hücumə məcbur eləmə. Nəticə nə oldu? Nəinki Xarəzm, digər şəhərlər və ölkələr əldən getdi. Yaxşı sən deyən kimidir: Xarəzm evdə oturdu, bəs necə oldu monqollar Bağdada kimi gəldilər və xəlifəni də öldürdülər?
İbn Teymiyyə (rahimahullah) isə başqa cür hərəkət elədi, qoşunda şirk və bidət baş alıb gedirdi, qoşunu şirk və bidətdən təmizlədi. Amma özünü əmir təyin eləmədi, gedib hakimə müraciət elədi, çünki bu məsələyə hakimlər baxır, xüsusən də dünyəvi baxımdan. İbn Teymiyyə (rahimahullah) özü deyirdi ki, əgər müsəlmanlar güclüdürlərsə, onda cihad ayələri tətbiq olunur, əgər zəifdirlərsə, onda səbr və dəvət ayələri tətbiq olunur. Sən isə indikiləri o zamankı hadisələrlə müqayisə edib özündən hökm verirsən.
5. Yusufu (sallALLAHU 'aleyhi wa sallam) lap qəribə şərh elədin. Necə yəni Yusuf (sallALLAHU 'aleyhi wa sallam) hakimiyyət istəyirdi? Xüsusən də mal-dövlət naziri? Yusuf (sallALLAHU 'aleyhi wa sallam) özü hakimə demədi, hakim özü onu yanına çağırdı və bildirdi ki, onun istənilən istəyini qəbul edəcək və onun yanında olacaq, çünki ona inanır. Bax bu vaxt Yusuf (sallALLAHU 'aleyhi wa sallam) məhz maliyyə məsələlərinə baxmaq istədi və bildirdi ki, əmindir, sadiqdir və burda olması insanlara daha xeyirli olacaq. Çox qəribədir, əgər indi kimsə gedib hakimiyyətdə işləyirsə, siz dərhal onu təkfir edirsiniz. Bilmək lazımdır ki, Yusufu (sallALLAHU 'aleyhi wa sallam) çağıran hakim və ona iş verən hakim kafir idi, dövləti də kafir idi, Allahın hökmüylə də hökm vermirdi. Belə hakimləri siz dərhal təkfir edib devirirsiniz. Lakin Yusuf (sallALLAHU 'aleyhi wa sallam) ona qarşı çıxmadı, əksinə onun hakimiyyətində işlədi. Siz isə bu cür insanları yaltaq, satqın və s. sözlərlə ittiham edirsiniz.
Yəni sənin gətirdiklərin və öz fikirlərini düzgün göstərmək istədiyin dəlillər sənin və sənin kimilərin əleyhinədir. Özü də Yusufun (sallALLAHU 'aleyhi wa sallam) bu hərəkətini hakimiyyət istəyi kimi vəsf edirsən, Yusuf (sallALLAHU 'aleyhi wa sallam) isə hakimiyyət düşkünü deyildi. Heç olmasa peyğəmbərlərin hadisələrinə indiki hadisələr kimi yanaşmayın.
6. Ən qəribəsi isə fikirlərin qarışıqlığıdır. Maraqlıdır, müsəlmana partiya deyəndə haqqına girməkdən danışırsan, amma müsəlmana kafir demək, məscidlərdə müsəlmanları partlatmaq, bazar və vağzallarda dinc əhalini, hətta kafir olsalar belə, bəs bu haqlara niyə toxunmursan? Yenə də məsələləri qatışdırma – taliban siyasi hərəkatdır, Pakistan tərəfindən dəstəklənib Əfqanıstanı nəzarətdə saxlayan partiyadır. Hansı camaat, hansı islam dövlətindən danışırsan?
Bir də bu nə sözdür – səhabələr islamı cihadla yayıblar? Sən deyəsən nə tarixi, nə də səhabələrin həyatını oxumamısan. İslamı dəvətlə yayırdılar, düzdür, bizim üçün dəvət də cihaddır, amma sizin üçün dəvət gülməli cihaddır, oyuncaqdır. Hələ nəfsi cihaddan danışmıram, hansı ki sizin üçün halvadır.
Camaatı azdırma, islam qılıncla yayılmayıb. İslam dəvətlə yayılıb, sadəcə qılınca yer verilib, lazım olanda, həmişə yox. Amma kafirlər deyirlər və iddia edirlər ki, islam qılıncla yayılıb. Ona görə də, əvvəl fikirlərş, sonra danış. Kifayətdir ki, baxasan – peyğəmbər (sallALLAHU 'aleyhi wa sallam) Məkkədə olan müddətdə də cihadla məşğul idi, ən böyük cihadla, sizin güldüyünüz dəvətlə - “(Ya Rəsulum!) Kafirlərə itaət etmə və onlara qarşı (Quranla) böyük bir cihad et! (Var gücünlə vuruş!)” (Furqan, 52). Elə məhz bu zamanda elə müsəlmanlar islama gəldilər ki, sonradan döyüşlərdə gələnlər bu səviyyədə ola bilmədilər. Həmçinin, islamda olan cihadı islamı yaymaq vasitəsi kimi vəsf eləmə. Çünki islamı qılıncla, güclə qəbul etdirmək olmaz. Mən bu barədə çox yaza bilərəm, amma sənə məsləhət edirəm ki, bilmədiyin şeyi danışma.
7. Əgər dini düzgün anlamaqdan danışırsansa, sənə məsləhət görürəm ki, salamat bir müəllim tap və onun yanında əhli sunnə val camaatın əqidəsini öyrən, sonra belə çıxışlar edərsən.
QEYD: Yazanda, əvvəla, az yaz, amma mən istəyirəm ki, sən yazasan...
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!