Adım Nəzirdir!14 il cahillikden sonra 5 aydır (iyun ayından) ki ibadətə başlamışam.Şükrlər olsun ibadətə başladıqdan sonra nəyin düzgün nəyin yanlış olduğunu anladım.Əl çəkə bilmədiyim necə deyərlər sevgilisi olduğum musiqini tərəddütsüz tərk etdim.Bəzi digər xoşagəlməz hərəkətləri aradan qaldırdım.Əlhəmdurilləh indi rahatam.Gözəl insanlarla tanış oldum.İndiki düşüncələrim əvvəlkindən çox fərqlənir və əlbəttə ki gözəl fərqlənir.Həmçinin AbuBakr məscidində danışılan hər bir şey əsaslı olaraq danışılır əgər nəsə deyilirsə onda onu "quran" və ya "sünnə"yə uyğun deyilir həmçinin dediklərinin dəqiq yerini belə deyirlər.Qısa olaraq deyə bilərəm ki Allah bütün müsəlman bacı və qardaşlarımızdan razı olsun!Həmçinin bizi möminlərdən və möhsinlərdən etsin.Allah bizi gözəl tərbiyə edən dünyada olan gözəllikləri bizə başa salan insandan-Şeyx Qamətdən də razı olsun.